Məhkəmə qərarları › İş №2(103)-5306/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5306/2022

20.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5306/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, X2 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(011)-477/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülməsi tələbinə dair Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1645/2018 saylı mülki işə üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. “Azemis” Elektron İnformasiya sistemindən görünür ki, hazırki işin dayandırılmasına səbəb olmuş İddiaçı cavabdeh X1 qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülməsi tələbinə dair 2(011)-1645/2018 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. (İş № 2(103)-7407/22) Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş bir-birilə əlaqəli olduğundan hazırki 2(103)-5306/22 saylı mülki iş birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan digər - 2(103)-7407/22 saylı işə birləşdirilməli, birləşdirilmiş işlərə 2(103)-7407/22 nömrəsi altında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 2(103)-5306/22 saylı mülki iş bir icraatda baxılması üçün 2(103)-7407/22 saylı mülki işə birləşdirilsin. Birləşdirilmiş işlərə 2(103)-7407/22 nömrəsi altında baxılsın. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar