Məhkəmə qərarları › İş №2(005)-1285/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1285/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1285/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.200 (qırx min iki yüz) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh 2018-ci ilin aprel ayının 01-də, ünvan 1 ünvanında “Nərimanov Palas” Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binada 1 otaqlı, sahəsi 60 kv.metr təşkil edən 114 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzilə görə, o, hər ay 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul ödəməli idi. Qeyd etdiyi mənzilə görə kooperativə 16 ay müddətində hər ay 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul ödənilmişdir. Mənzillə bağlı ödənilən pul məbləğinin 13.000 (on üç min) manat hissəsini cavabdehin xahişinə əsasən iddiaçı ödəmişdir. Cavabdeh ona bildirmişdir ki, ödədiyi məbləği ona qaytaracaqdır, çünki həmin pulu iddiaçı ona borc kimi vermişdir. Alınmış mənzilə görə 16 ay ödəniş etdikdən sonra mənzili satışa qoymuş və mənzilə görə onun və cavabdeh tərəfindən ödədiyi 36.414 (otuz altı min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti kooperativ tərəfindən qaytarılmışdır. Bu zaman Cavabdeh bildirmişdir ki, özünə maşın almaq istəyir, bu səbəbdən onun verdiyi pulu sonra qaytaracaqdır. Cavabdehin mənzilinə görə ödədiyi pul vəsaiti 13.000 (on üç min) manat məbləğində pul vəsaitindən əlavə o, iddiaçı şəxsdən 2.550 (iki min beş yüz əlli) manat məbləğində 2017-ci ilin iyun ayında borc da almışdır. O cavabdeh şəxslə 2019-cu ilin yanvar ayından əlaqə saxlamırdı. Ancaq növbəti dəfə ona inanaraq, 2019-cu ilin avqust ayında oğlunun adına 69.500 (altmış doqquz min beş yüz) manat məbləğində aldığı “Mercedes E200 AMG” markalı, **-MG-*** nömrə nişanlı avtomaşını Cavabdeh adına sənədləşdirmişdir. Qeyd etdiyi avtomaşını almazdan əvvəl Cavabdeh özünə məxsus “KİA Optima” markalı avtomaşını var idi. 2019-cu ilin iyul ayının 3-də cavabdeh şəxs ona zəng edərək bildirmişdir ki, həmin avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir, ona təcili olaraq 4.650 (dörd min altı yüz əlli) manat məbləğində pul lazımdır. Cavabdeh ona bu məbləği verməyi xahiş edərək, qısa müddətdə bütün borclarını qaytaracağını bildirmişdir. O öz növbəsində bildirmişdir ki, hazırda bu məbləği ona borc verməyə maddi imkanı yoxdur. Əgər imkanı varsa, bir həftə gözləsin və həmin məbləği ona verə bilər. O, demişdir ki, gözləyə bilər. İddiaçı bir həftədən sonra Cavabdeh 4.600 (dörd min altı yüz) manat məbləğində borc vermişdir. Cavabdeh 2029-cu ilin noyabr ayında özünə məxsus “KİA Optima” markalı avtombilini 13.300 (on üç min üç yüz) manat qiymətə satmışdır. Həmin məbləğin 13.000 (on üç min) manat hissəsini ona vermiş və bildirmişdi ki, qalan borcu da ona tezliklə qaytaracaqdır. Hazırda Cavabdeh ona olan borcu 40.200 (qırx min iki yüz) manat məbləğində təşkil edir. Cavabdeh özü də bu məbləğdə ona borclu olmasını inkar etmir. Ancaq müxtəlif bəhanələrlə borclu olduğu pul məbləğini qaytarmır. Cavabdeh özü də bilir ki, onun həmin pula ehtiyacı vardır. O, ancaq Cavabdeh borc verdiyi 40.200 (qırx min iki yüz) manat məbləğində pul vəsaitini qaytarmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: AD seriyalı 627433 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz E200” markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır; “Memar Group” X1 xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.580 (bir min beş yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxxxxxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; “Memar Group” X1 xx xxxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin qalıq borcundan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; xx xxxxxx 2020-ci il tarixli 35044 nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, o, İddiaçı dostudur. Cavabdeh yalnız bir dəfə görmüşdür. 2019-cu ildə İddiaçı, o və Cavabdeh bir yerdə Türkiyəyə getmişlər. Cavabdeh yalnız orada görmüşdür. Yolda danışıqlara əsasən İddiaçı Cavabdeh ona 10.000 (on min) ABŞ dolları borclu olduğunu bildirmişdir. Cavabdeh isə Xaçmazda torpaq sahəsi olduğunu, yay olanda torpağı satacağını və borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, o, “KİA Optima” markalı avtomobilini satmışdır. İddiaçı alıcı qismində ona zəng etmiş və onunla görüşərək avtomobilə baxış keçirmişdir. Həmin avtomobil Cavabdeh adlı şəxs üçün alınmışdır. Avtomobilin 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh ödəmiş, yerdə qalan 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində hissəsini isə İddiaçı Elamn oğlu özü ödəmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh həqiqətən borc vermiş, lakin iddia tələbində tələb etdiyi kimi 40.200 (qırx min iki yüz) manat məbləğində deyil, iş materiallarında olan maliyyə arayışları ilə sübut olunan 13.802 (on üç min səkkiz yüz iki) manat məbləğində borc vermişdir. İddiaçı dəfələrlə Cavabdeh borcunun qaytarılmasını tələb etmiş, lakin cavabdeh şəxs borcu qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, 13.802 (on üç min səkkiz yüz iki) manat məbləgində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.802 (on üç min səkkiz yüz iki) manat məbləgində İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.802 (on üç min səkkiz yüz iki) manat məbləgindəborc vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar