Məhkəmə qərarları › İş №2(005)-1288/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1288/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1288/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı mənzilin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı mənzilin dəyərinin ödənilməsi tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mənzillə təmin olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsidiyi üçün cavabdehin həmin mənzilin bugünkü bazar dəyəri olan 150000 manat pulun iddiaçının xeyrinə tutumasını tələb etmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin üzərinə X1 mənzil verilməsi öhdəliyi qoyulmuşdur. Hazırda iddiaçı həmin qətnamənin hələ də icra oluhnmadığını bildirir və mənzilin verilmədiyi halda onun dəyərinin ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi Azərbaycan Respublikası adından qəbul edilir və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Qətnamə işə baxan məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmasından sonra qəbul edilməklə baxılan mübahisə üzrə hüquqi müəyyənlik yaradır və pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmasına yönəlir. İddiaçının mənzillə təmin olunması tələbinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə onun mənzillə təmin olunması müəyyənləşdirilmişdir. Qətnamə qanuni qüvvəsini almış və onun əsasında icra vərəqəsi verilmişdir. İddiaçı iddia tələbini qətnamənin icra edilməməsi ilə əsaslandırır. Halbuki qətnamə əsasında verilmiş icra vərəqəsinin icrasının əsassız olaraq təmin olunmamasından narazı olan tələbkarın icra məmurunun hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət ərizə vermək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının: 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 16.1-ci bəndinə əsasən, görə inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin qərarın 16.3-cü bəndinə görə ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki iş materiallarından aydın olur ki, hazırda baxılan hüquqi mübahisənin mahiyyəti inzibati orqanın hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulması təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından bu qəbildən olan mübahisələrə mülki məhkəmə qaydasında deyil inzibati məhkəmələr tərəfindən baxıldığı müəyyən olunur. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının hazırki iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək və ya icra məmurunun hərəkət və hərəkətsizliyindən məhkəmə qətnamələrinin (qərarlarının) icrasına məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı mənzilin dəyərinin ödənilməsi tələbinə iddia ərizəsi icraata qəbulundan imtina edilsin. İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar