Məhkəmə qərarları › İş №2(005)-129/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-129/2025

11.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-129/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin idda və birləşdirilmiş iddia üzrə iddaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X6, İlkin idda və birləşdirilmiş iş üzrə cavabdeh, qarşılıqlı iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2, İlkin idda və birləşdirilmiş iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin idda və birləşdirilmiş iddia üzrə iddaçı İddiaçı QSC-nin nümayəndəsi X10 ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin idda və birləşdirilmiş iş üzrə cavabdeh,qarşılıqlı iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İlkin idda və birləşdirilmiş iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İlkin idda və birləşdirilmiş iş üzrə cavabdeh,qarşılıqlı iş üzrə iddiaçı Cavabdeh arasında 04 aprel 2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Hazırki barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaqdır) İddiaçı QSC (hazırda İddiaçıMTK), X3, Cavabdeh, Vəkil, X7 (bundan sonra “Tərəflər” adlandırılacaqdır) tərəfindən aşağıdakı şərtlərlə imzalandı: 1.Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı QSC-nin (hazırda İddiaçı MTKnın) Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı QSC-yə (hazırda İddiaçı MTK-ya) qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə İddiaçı QSC-nin (hazırda İddiaçı MTK-nın) Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizələri üzrə 2(005)-129/2025 saylı, Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçılar Vəkil, X2, Cavabdehlər İddiaçı QSC-yə (hazırda “Ailə Park" MTK-ya) və X1 qarşı şərəf və ləyaqətin alçaldılmasına dair iddia ərizəsi (apellyasiya şikayəti) üzrə 2(103)-1189/2025 saylı, iddiaçı “Ailə Park" QSC-nin (hazırda İddiaçı MTK-nın) Cavabdeh qarşı delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi (apellyasiya şikayəti) üzrə 2(103)-2471/2025 saylı mülki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı QSC-yə (hazırda İddiaçı MTK-ya) qarşı sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi üzrə 2-1(112)-11281/2024 saylı inzibati işlər vardır. 2.Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 68,3 kv.metrdən (faktiki sahəsi 71,10 kv.metr) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 60 saylı mənzil 179170 nömrəli xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətindədir. 3.Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 43,60 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 30 saylı mənzil **********21-05101-093061 reyestr nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. 4.Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 30 və 60 saylı mənzillər Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə (hazırda İddiaçı MTK-ya) təhvil verilir və həmin mənzil İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən sökülür. 5.Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 68,3 kv.metrdən (faktiki sahəsi 71,10 kv.metr) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 60 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6-cı binanın 7-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə ümumi sahəsi 131.9 kv.metrdən ibarət olan təmirsiz 38 saylı mənzil İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən Cavabdeh bu Barışıq sazişinə əlavə edilmiş plansxemə uyğun, yəni müvafiq arakəsmələr və daxili divarlar hörülməklə qara suvaqlı təhvil verilir (plan-sxem əlavə olunur). Tərəflər razılaşırlar kı, Cavabdeh tərəfindən başqa plan-sxem təqdim edəcəyi təqdirdə, İddiaçı QSC (hazırda İddiaçı MTK) həmin sxemə uyğun olaraq mənzilin daxilində otaqlar üzrə bölgülər və otaqların ara kəsmə divarlarının hörgüsünü öz hesabına həyata keçirəcəkdir. 6.Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 43,60 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 30 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6-ci binanın 8-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə ümumi sahəsi 101.9 kv.metrdən ibarət olan təmirsiz 42 saylı mənzil İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən Cavabdeh bu Barışıq sazişinə əlavə edilmiş plan-sxemə uyğun, yəni müvafiq arakəsmələr və daxili divarlar hörülməklə qara suvaqlı təhvil verilir, (plansxem əlavə olunur). Tərəflər razılaşırlar kı, Cavabdeh tərəfindən başqaplan-sxem təqdim edəcəyi təqdirdə, İddiaçı QSC (hazırda İddiaçı MTK) həmin sxemə uyğun olaraq mənzilin daxilində otaqlar üzrə bölgülər və otaqların ara kəsmə divarlarının hörgüsünü öz hesabına həyata keçirəcəkdir. 7.Tərəflər qəbul edirlər ki, əlavə olaraq 6-cı binanın mənfi 2-ci qatında yerləşən 2 yerlik E-29 və F-13 nömrəli avtodayanacaq İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən Cavabdeh təhvil verilir (plan-sxem əlavə olunur). 8.Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 30 və 60 saylı mənzillərdən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə daşınması iddiaçı "Ailə Park” QSC (hazırda İddiaçı MTK) tərəfindən təmin edilir. Həmçinin təhvil veriləcək 38 və 42 saylı mənzillərin təmiri zamanı təmir-tikinti məhsullarının bina xaricində quraşdırılmış yükdaşıma liftləri vasitəsilə daşınması xərcləri İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən qarşılanır. 9.Tərəflər qəbul edirlər ki, sökülməsi nəzərdə tutulan mənzillərin İddiaçı QSC-yə (hazırda İddiaçı MTK-ya) təhvil verildiyi gündən başlayaraq yeni mənzillər tam təhvil verilən ayadək İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən Cavabdeh (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 60 saylı mənzilə görə) hər ay 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı hər ayın 1-dək ödənilir. 10.Sazişi imzalandığı gündən etibarən Cavabdeh tərəfindən İddiaçı QSC-yə (hazırda İddiaçı MTK-ya) 50000 (əlli min) manat məbləğində pul 20 (iyirmi) ay ərzində (hər ay 2500 manat olmaqla) ödənilir. Alıcıya seçim olaraq ödənişi hər ay 2 500 (iki min beş yüz) manat və ya hər rüb (3 ay) 7 500 (yeddi min beş yüz) manat məbləğində ödəmək hüququ verilir. Ödəyicinin maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişi vaxtında həyata keçirə bilməməsi halında, ona 2 (iki) ay müddətinə möhlət hüququ verilir. 11.Saziş imzalandıqdan sonra 3 gün müddətində tərəflər sazişin 1-ci bəndində qeyd edilən tələblər üzrə iddia ərizələrinin (apellyasiya şikayətlərinin) (Nərimanov rayon Məhkəməsinin icraatında iddiaçı “Ailə Park" QSC-nin (hazırda ‘‘Ailə Park" MTK-nın) Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh “Ailə Park" QSC-yə (hazırda İddiaçı MTK-ya) qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdi him iş iş üzrə iddiaçı “Ailə Park" QSCnin (hazırda “Ailə Park" MTK-nın) Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia əhzələri üzrə 2(005)-129/2025 saylı, Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçılar Vəkil, X2, Cavabdehlər İddiaçı QSC-yə (hazırda “Ailə Park" MTK-ya) və X1 qarşı şərəf və ləyaqətin alçaldılmasına dair iddia əhzəsi (apellyasiya şikayəti) üzrə 2(103)-1189/2025 saylı, iddiaçı “Ailə Park" QSC-nin (hazırda İddiaçı MTK-nın) Cavabdeh qarşı delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia əhzəsi (apellyasiya şikayəti) üzrə 2(103)-2471/2025 saylı mülki, Bakı inzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı QSC-yə (hazırda İddiaçı MTK-ya) qarşı sərəncamın ləğv edilməsinə dair iddia əhzəsi üzrə 2-1(112)-11281/2024 saylı inzibati iş) geri götürülməsinə dair, həmçinin barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə aidiyyəti məhkəmələrə müraciət edirlər. 12.Sazişin 4-cü bəndi icra edildikdən sonra İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən Cavabdeh, X7, X5, X4 və Vəkil ünvanına 107/SY, 108/SY və 109/SY saylı xx.xx.2024-cü il tarixli məktublarda yazılanlara dair anlaşılmamazlığın aradan qaldırılmasına və məhkəmə çəkişmələrinin yekunlaşmasına dair, həmçinin həmin məktublarda qeyd olunan məlumatları təkzib edən rəsmi məktubları "xxxx"xxxx" QSC, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanır.

13. Təhvil veriləcək yeni mənzillər Cavabdeh tərəfindən təhvil alındığı gündən etibarən Cavabdeh ilə MTK (müqavilə əsasında bu xidmətlərin yerinə yetirilməsinə tapşırdığı üçüncü şəxslə) arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmaqla kommunal xidmətlərin dəyəri vaxtlı-vaxtında və tam ödənilməsi təmin edilir.

14. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr, borclar və digər öhdəliklər (sazişin 13-cü bəndi ilə MTK-nın öhdəliyi istisna olmaqla) üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.

15. Bu Sazişin 5-ci, 6-ci və 7-ci bəndlərində qeyd olunan mənzillər və avtodayanacaqların dövlət reyestrində qeydiyyata alınması üçün zəruri bütün sənədlər "Ailə Park” QSC (hazırda “Ailə Park" MTK) tərəfindən əlavə ödənişlər tələb olunmadan (daşınmaz əmlakların qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumları istisna olmaqla) təmin ediləcəkdir).

16. Qeyd olunan məhkəmə işləri üzrə Cavabdeh, X7 tərəfindən ödənilmiş məhkəmə xərcləri (ümumi dəyəri 1000 manat) İddiaçı QSC (hazırda İddiaçı MTK) tərəfindən Cavabdeh ödənilir.

17. Ailə Park” QSC (hazırda İddiaçı MTK) tərəfindən qeyd olunan 38 və 42 saylı mənzillərə bağlı olan “plastik giriş kartlarf-nın sayları Cavabdeh ailə üzvlərinin say tərkibinə uyğun olaraq təvil veriləcəkdir.

18. Sazişi imzalandıqdan sonra tərəflər biri-digərinə qarşı hər hansı bir əmlak və ya qeyri-əmlak xarakterli, pul kompensasiyası tələbi, o cümlədən əlavə yaşayış sahəsi və təmir (təmir xərci) tələbi irəli sürülməyəcəkdir.

19. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.

20. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan güvvəyə minir.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar