Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1303/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənzildən çıxarılma) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ailə üzvləri cavabdehlər Cavabdeh, X17 və X10 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları, eyni zamanda ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin sentyabr ayında ona məxsus olan ünvan 2 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m., həyətyanı sahəsi 18 kv.m. olan fərdi yaşayış evini bacısı oğlu Cavabdeh həyat yoldaşı X5 40.000 manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin ev öz adına qeydiyyatdan keçmədiyi üçün evi rəsmi qaydada, yəni alqı-satqı müqaviləsi bağlayaraq notariusda təsdiq edilməklə satmaq mümkün olmadına görə E.D.Əhmədovaya etibarnamə vermişdir və özünü evə qeydiyyata götüzdürmüşdür. X11 həmin evdə il yarım yaşadıqdan sonra, evi bəyənmədiyini bəhanə gətirərək ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Elnarə Əhmədovaya təklif etmişdir ki, imkan versin evi başqa bir şəxsə satıb onun pulunu qaytarsın. X22 bununla razı olmayaraq ona verdiyi 40.000 manat pulu geri almaq üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2019-cü il tarixli 2(005)-3888/2019 №-li qətnaməsi ilə X3 iddiası qismən təmin edilmiş, 40.000 manat məbləğdə pulun X3 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2014\2020 №-li qətnaməsi ilə təmin edilməmiş, Nərimanov rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2014\2020 №-li qətnaməsindən verdiyi kassasya şikayəti AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4831\2020 №-li qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Pulun qaytarılması pensiyasına yönəldilməli olduğu halda, bu vaxtında edilməmiş, əvəzində barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda həmin pul pensiyasına yönəldilmişdir və hazırkı vaxta kimi pulun 15.200 manatını X5 ödəmişdir. Lakin Əhmədova hazırkı vaxta kimi evindən çıxmamışdır. Bundan sonra X5 qarşı «Mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsnin xx.xx.2022-ci il tarixli 2(005)-916\2022 №-li qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması təmin edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasyia Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6410\2022 №-li qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-916\2022 saylı 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-515\2023 №-li qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6410\2022 №-li 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2418\2023 №-li qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov rayon Məhkəməsinin 2(005)-916\2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2418\2023 №-li qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Resublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3421\2023 saylı qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərarla iddiası qismən təmin edilərək cavabdeh X11 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Ali Məhkəmənin qeyd etdiyi qərarı icraya yönəldilmişdir. Lakin Nərimanov rayon İcra Şöbəsinin icra məmuru qeyd edilən qərarda X3 ailə üzvləri, yəni əri-Cavabdeh, yetkinlik yaşına çatmayan övladları:-xx.xx.2010-cu il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X10 adları qeyd edilmədiyinə görə Ali Məhkəmənin qeyd olunan qərarını icra etməkdən imtina etmişdir. Qeyd etmək istəyir ki, X3 ailə üzvləri, yəni övladları Kərim Əhmədov və X21 rayon məhkəməsinə müraciət edərkən qeyd etdiyi evdə, yəni ünvan 2 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m., həyətyanı sahəsi 18 kv.m. olan fərdi yaşayış evində qeydiyyatda olmamışlar. X11 övladları Kərim Əhmədovu və Ümüd Əhmədovu Azərbaycan Resublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3421\2023 saylı qərarı qəbul ediləndən sonra qeyd edilən evə qeydiyyata götüzdürmüşdür. Ona görə də X3 ailə üzvləri Cavabdeh, X17 və X10 da mənzildən çıxarılmaları barədə Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X3 ailə üzvləri cavabdehlər Cavabdeh, X17 və X12 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi, eyni zamanda ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)- 916/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya məhkəməsinin 2(103)-2418/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X19 Rayon Məhkəməsinin 2(005)-916/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3421/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli 2(103)-2418/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı X9 iddiası qismən təmin edilməsi, cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, X26 ev 15 ünvanında 15 mart 2008-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X6, xx.xx.1947; X17, xx.xx.2010; X16, xx.xx.2015; X7r (xx.xx.1987). IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. -337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; -2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı X13 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evi X5 40000 manata satmış, X11, həyat yoldaşı – hazırki iş üzrə cavabdehlər Cavabdeh və övladları ilə həmin evə köçmüş, lakin sonradan aralarında mübahisə yaranmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3888/2019 nömrəli qətnaməsinə əsasən, X3 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 manat pulun X2 alınıb ona qaytarılması qət edilmişdir. Bundan sonra X4 X5 qarşı iddiasına əsasən, məhkəmə mübahisəsinin nəticəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3421/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, X3 həyat yoldaşı Cavabdeh və övladları X17 və X10 mənzilə istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və mənzildən çıxarılmasını xahiş edir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə köçməsinə əsas iddiaçı X13 və Cavabdeh həyat yoldaşı X11 arasında bağlanmış şifahi əqd olmuşdur. Belə ki, tərəflər arasında fərdi yaşayış evinin X1 dair şifahi razılıq olmuş, buna əsasən X11, daha sonra isə Cavabdeh və övladları qeyd olunan mənzilə qeydiyyata düşməklə oraya köçmüşdürlər. Bununla belə, tərəflər arasında fərdi yaşayış evinə dair şifahi razılaşma ləğv olunmuş, məhkəmələr tərəfindən X11 tərəfindən razılaşmaya əsasən evə görə X8 ödənilmiş məbləğin sonuncu tərəfindən ona qaytarılması, X3 isə Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Yəni nəticə olaraq, tərəflər evin alqı-satqısına dair razılaşmadan əvvəlki vəziyyətə qayıtmışdır. Bununla belə, X3 həyat yoldaşı Cavabdeh və övladları həmin mənzildən çıxmamışdırlar. Hazırda Cavabdeh, habelə onun yetkinlik yaşına çatmayan övladları - X17 və X10 mübahisəli fərdi yaşayış evinə dair əmlak hüquqlarının olması, habelə onların həmin fərdi yaşayış evində yaşamasının hər hansı bir hüquqi və qanuni əsasının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə mənzildən çıxmaması iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh, habelə onun yetkinlik yaşına çatmayan övladlarının mübahisəli mənzildən qalmaları iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması üçün əsas olmalıdır. Belə olan halda məhkəmə hazırda fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələbini əsaslı hesab edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladları X17 və X16 ilə birlikdə fərdi yaşayış evində hər hansı bir qanuni əsas olmadan yaşamasını İddiaçı qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir və Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin ikinci hissəsi – cavabdehlərin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə münasibətdə qeyd edir ki, cavabdehlərin yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən istifadə hüququna xitam verilməsi şəxsin mənzildən çıxarılmasına bərabərdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan ikinci hissəsi üzrə cavabdehlərin hüquqlarının mövcud olması, yəni hazırda cavabdehlərin Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə istifadə hüquqlarının olması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan maddi hüquq normalarında bilinən hüquqların açıqlamasını verən zaman qanunverici həmin hüquqların əmələ gəlməsi üçün tələb olunan şərtləri də müəyyən etmişdir. Belə olan halda iddia tələbində göstərilmiş istifadə hüququna xitam verilməsi zamanı ilk növbədə həmin hüququn mövcud olmasının müəyyən edilməsi şərtdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Hazırda iddiaçı tərəfindən cavabdehlərin Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evə istifadə hüququna xitam verilməsi ilə bağlı tələbinin səbəbi cavabdehlərin həmin mənzildə qeydiyyatda olmalarıdır. Yəni iddiaçı cavabdehlərin qeyd olunan mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasını sonuncunun mənzilə istifadə hüqunun olması kimi qiymətləndirmişdir. Halbuki, vətəndaşın olduğu yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən qeydiyata alınması həmin şəxsin qeyd olunan evə istifadə hüququnun olmasını təsdiq etmir. Konstitusiya Məhkəməsinin Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1—ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq normasında istifadə hüqunun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda cavabdehlərin Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir. Belə olan halda hazırda cavabdehlərin istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, yaranmamış hüququn itirilməsi ilə bağlı verilmiş iddia əsasızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidi Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh, X17 və X16 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X17 və X16 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1303/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1303/2025
10.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver