Məhkəmə qərarları › İş №2(005)-1308/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1308/2020

04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1308/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Hümbətova (Rəhimova) Zərnişan Alı qızının iştirakı ilə, Ərizəçi Hümbətova (Rəhimova) Zərnişan Alı qızının “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Hümbətova (Rəhimova) Zərnişan Alı qızının xx.xx.1935-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafik aktlarda qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Hümbətova (Rəhimova) Zərnişan Alı qızı xx.xx.1935-ci il tarixində Ermənistan SSR, Quqark rayonunda ev şəraitində doğulmuşdur.1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçmüşdür, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ermənistan SSR tərk edən zaman doğum haqqında şəhadətnamə orda qalmış və itirilmişdir. Yuxarıda qeyd etdiyi kimi, Ərizəçi ev şəraitində doğulduğu üçün vaxtında doğum haqqında tibbi sənədləri əldə edilməmişdir. Bir müddət sonra valideynləri Qeydiyyat orqanlarına müraciət edib doğum haqqında şəhadətnamə almışdılar. Doğumun dəqiq vaxtını təsdiq edən lazımi tibbi sənədlər olmadığından doğum tarixi qeyri-müəyyən olmuş, XX işarəsi ilə əvəzlənmişdir. Ərizəçinin valideynlərinin sözlərinə görə o, 7 İyunda doğulmuşdur və uşaqlıqdan hazırkı günə qədər də ailədə doğum günü məhz 7 iyun tarixdə qeyd olunur. Ərizəçinin qohumları da bu faktı təsdiq edirlər.Eyni zamanda qeyd etmək zəruridir ki, Ərizəçi soyadı Rəhimova olmuşdur, nikaha daxil olduqdan sonra Hümbətova soyadını qəbul etmişdir. Bununla əlaqədar olaraq ərizəçi öncə AR Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. AR ƏN Maraqlı şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, doğum akt qeydi Ermənistanda edildiyi üçün onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi Hümbətova (Rəhimova) Zərnişan Alı qızı məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun anasıdır. Anası xx.xx.1935-ci ildə doğulub. Ailədə sayları çoxdur deyə tarixlər dəqiqliklə yadlarında qalmır. Babasının və nənəsinin adını və soyadını dəqiq bilmir. Anası öz əmlakını bacısına hədiyyə etmək istəyir və doğum haqqında şəhadətnamə bunun üçün ona lazımdır. Şahid X4 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi anasıdır. Anası xx.xx.1935-ci il tarixində dünyaya gəlib. Babasının və nənəsinin adını və soyadını dəqiq bilmir. Anası doğum haqqında şəhadətnaməsini Ermənistan Respublikasında itirib. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixdə verilmiş, lİ-СЛ № 264831 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Quqar rayonunda doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1989-cu il tarixində 50 nömrə ilə qeyd aparılmışdır. Atası X5, anası Ərizəçi. İş materiallarına əlavə edilmiş xx.xx.1972-ci il tarixdə verilmiş, İ-ЗЖ № 207248 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Quqar rayonunda doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1989-cu il tarixində 696670 nömrə ilə qeyd aparılmışdır. Atası X5, anası Ərizəçi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 23 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının 13-cü bəndinə uyğun olaraq məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən məhkəmə sorğusuna alınmış cavab məktubundan görünür ki, XX.XX.1935-ci il təvəllüdlü Ərizəçi fərdi uçot kartının surəti göndərilmiş, şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən məhv edilmişdir. Ona görə də məhkəməyə göndərilməsi mümkün deyildir. Məktuba əlavə olunmuş fərdi uçot vərəqəsindən görünür ki, Hümbətova (Rəhimova) Zərnişan Alı qızı xx.xx.1935-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulmuşdur. Atası X11, anası isə Hümbətova Sədat kimi qeyd olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi Hümbətova (Rəhimova) Zərnişan Alı qızı xx.xx.1935-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulmuşdur. Atası X11, anası isə Hümbətova Sədat göstərilmişdir.(ərizəçinin ailə qurmazdan əvvəl soyadı “Rəhimova” olduğundan, məhkəmə hesab edir ki, Doğum haqqında akt qeydi bərpa edilərkən, "ata" qrafasında X15, "ana" qrafasında isə Rəhimova Sədat göstərilməlidir) Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Hümbətova (Rəhimova) Zərnişan Alı qızının xx.xx.1935-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X15, "ana" qrafasında isə Rəhimova Sədat göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X7 xx xxxx 1935-ci il tarixdə Ermənistan, Quqark rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X15, "ana" qrafasında isə Rəhimova Sədat göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar