Məhkəmə qərarları › İş №2(005)-1310/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1310/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1310/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 48, mənzil 3, yeni qaydalarla isə ünvan 1 Ml, M3 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Buna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ona qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqla mənzilə istifadə hüququnu saxlamışlar. İddiaçı qeyd olunan mənzili aiqı-satqı müqaviləsi əsasında əldə etdikdən sonra cavabdehlərdən dəfələrlə qeydiyyatdan çıxmalarını tələb etsə də, onlar heç bir əsaslı səbəb gətirmədən qeydiyyatdan çıxmaqdan imtina edirlər. Hesab edir ki, bir mülkiyyətçi kimi hüquqlarını müdafiə etməklə məhkəmə qaydasında cavabdehlərin onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd ediləlnəri nəzərə alaraq, cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Allah verdi oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 48, mənzil 3, yeni qaydalarla isə ünvan 1 Ml, M3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı X2 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı mənzil İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X2 ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin 250000 manata İddiaçı satılmasına dair razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı mənzilə tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 10364 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh4 oğou Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam qaydada yerinə yetirməmişdir. Beləki, cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüquqlarını itirmiş və həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 48 saylı evin 3 saylı mənzildən (Yeni qaydalarla: ünvan 1 Ml, M3) istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar