Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1328/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında imzalanmış 23 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəh., Azadlıq prospekti, 200 ünvanında yerləşən, ümumi sahəsi 118,6 kv/m olan qeyri yaşayış sahəsini onaicarəyə verilmişdir, icarə müqaviləsinə əsasən 150 azn dəyərində icarə haqqını ödəməyi cavabdeh öhdəsinə götürmüşdür.Həmin müqaviləyə əsasən cavabdeh ona məxsus olan obyektdən istifadə etdilmiş dövr ərzində aylıq olaraq 150 manat vəsaiti ödəməli olmuş, obyektində olduğu uzun bir müddət ərzində aylıq ödəmələri tərəfindən həyata keçirilməmişdir. Bu isə müqavilədə göstərilən müddəaların tərəfinizdən pozulduğuna dəlalət edir. Tərəfindən xx.xx.2022-ci il tarixdə öz əlyazmsı ilə 5000 azn borcunu olmağını da təsdiqlənmişdir və yaxın zamanda borcu bağlamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən ödəniş edilməmiş, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq hər hansı tədbir görülməmişdir. Cavabdeh icarəyə götürdüyü qeyri yaşayış sahəsini və orda yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamağı, müqavilədən kənar məqsədlərlə istifadə etməməyi, olan avadanlıqlara dəyən ziyanı ödəməyi, icarə haqqını hər ay 150azn olmaqla icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.Lakin götürdüyü iaşə obyekti aktla təhvil təslim etməmişdir və müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı ona məxsus əmlakı “icarəçi” Cavabdeh istifadəyə verməyi, “icarəçi” Cavabdeh isə müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı ona məxsus əmlakı “icarəçi” Cavabdeh istifadəyə verməyi, “icarəçi” Cavabdeh isə müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür; Cavabdeh ərizəsindən görünür ki, o xx.xx.2022-ci il tarixində İddiaçı məxsus olan obyekti təhvil verir, köhnə aylardan olan aylıq arenda borcunu 1 il ərzində ödəyəcəyinə söz verir, 5000 manat arenda borcunu 1 il ərzində hər ay müəyyən məbləğ gətirərək, borcunu tam bağlayacaqdır. İddiaçı xx.xx.2022-ci il tarixində 500 manat pul təhvil aldığını öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 5000 manatı iddiaçıya ödəmədiyi təqdirdə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh razılaşdırılmış icarə və xidmət haqqını ödəməyi, İddiaçı isə ona məxsus olan obyekti icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Maddə 6. İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 1 aylıq icarə haqqı 150 manat müəyyən edilməklə iddiaçıya məxsus obyektin cavabdehə icarəyə verilməsi razılaşdırılmışdır. Hər iki tərəfin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Bundan başqa, Cavabdeh ərizə ilə xx.xx.2022-ci il tarixində İddiaçı məxsus olan obyekti təhvil verdiyini, köhnə aylardan olan aylıq arenda borcunu 1 il ərzində ödəyəcəyinə söz verdiyini, 5000 manat arenda borcunu 1 il ərzində hər ay müəyyən məbləğ gətirərək, borcunu tam bağlayacağını bildirmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın həmin hissədə qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iddianın “xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə obyektin icarəçiyə təhvil verilməsi halının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun tərəfindən müvafiq sübut təqdim edilmədiyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarəyə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. Həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edərkən cavabdeh bunu mübahisələndirməmiş, iddianı qismən qəbul edərək 500 manat ödəniş etdiyini, borclarını ödəyəcəyini, eyni zamanda tələb olunan icarə haqqı məbləğinin nisbətən çox olduğunu bildirmişdir. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh ərizəsini və cavabdehin izahatını nəzərə alaraq qeyd edir ki, iddia 50000 manat pulun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Cavabdeh ərizəsi və məhkəmə iclasında verdiyi izahatı ilə icarə haqqı üzrə borcu olduğunu etiraf edir. Eyni zamanda həmin ərizədə İddiaçı xx.xx.2022-ci il tarixində 500 manat pul təhvil aldığını qeyd etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Odur ki, cavabdeh tərəfindən 5000 manat icarə haqqından 500 manatı ödənildiyindən, 4500 manat məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 4500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 63 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1328/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1328/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver