Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-133/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və Vəkil3 Əlisəddin oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilin əsaslı təmirinə çəkilmiş vəsaitin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 21 iyun 2013-cii il təvəllüdlü X4 mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri,Nərimanov rayonu,X31 küçəsi,56,196l)cıı məhəllə,ev 21,8 saylı mənzildən (yeni əsaslarlarBakı şəhəri,Nərimanov rayonu,Nadir Əliyev küçəsi,61,M1,mənzil 2) istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu X12 ilə 28 iyul 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.Birgə nikahlarından 21 iyun 2013-cü il təvəllüdlü X13 doğulmuşdur.Cavabdehlə ailə münasibətlərini davam etdirə bilmədiklərindən Nərimanov rayon Məhkəməsinin 2(005)-1629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsilə iddiaçının oğlu ilə cavabdeh arasında nikah pozulmuş və uşaq ananın himayəsində qalmışdır. Cavabdeh iddiaçının oğlu X12 ilə ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Nərimanov rayonu, Nadir Əliyev küçəsi 61 ,M 1 ,mən.2)yaşayır və passport qeydiyyatındadır. Nikahları pozulduqdan sonra iddiaçının oğlu Aslan mənzili tərk etmiş,mənzildə Cavabdeh və oğlu yaşayırlar.Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilinə buraxmır.əksinə müxtəlif əsassız iddialarla məhkəməyə müraciət edir və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozur.İddiaçı dəfələrlə cavabdehə mənzildən çıxması barədə xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymur,əksinə mənzildən istədiyi şəkildə istifadə edir.Cavabdeh mənzildən könüllü çıxmadığı üçün iddiaçı məhkəməyə müraciət etməklə hüququnu bərpa etmək məcburiyyətində qalmışdır. İddiaçı mülkiyyətində olan mənzilə cavabdehin köçürülməsinə dair notarial qaydada razılıq verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilin əsaslı təmirinə çəkilmiş vəsaitin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə keçmiş ailə üzvlərinin Cavabdeh və X4 yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün İddiaçı 36200 (otuz altı min iki yüz manat miqdarında pul kompensasiyanın alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) Qarşılıqlı iddia ərizəsi və onun dəlilləri Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaçıdan mənzilin yanmasından sonra əsaslı təmirinə xərclənmiş 25000 manat pul vəsaitinin və mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində 36200 manat pul kompensasiyasının qarşılıqlı iddia üzrə cavabdeh X1 tutularaq ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Nərimanov Rayon Məhkəməsində mənə qarşı “mənzildən istifadə hüquqna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia qaldırmışdır. İddiaçının bu iddia ərizəsi ilə razı olmadığını və qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini qeyd edib. Bildirir ki, iyul 2012-ci il tarixdə cavabdehin oğlu X12 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan 21 iyun 2013-cü il təvəllüdlü azyaşlı övladı X13 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(055) -1629/2023 saylı, 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı Davud onun yanında saxlanılmış və ondan aliment tutulması qət edilmişdir. İşin faktiki halları ondan ibarərtdir ki, o, 2012-ci ildə iddiaçının oğlu A.Əmiraslanovla rəsmi nikaha daxil olaraq evlənmişlər, rayondan Bakı şəhərinə cavabdehin Bakı şəhəri Nərimanov rayonu, X31 küçəsi, 1969-cu məhəllə, ev 21, mənzil 8-də yerləşən 2 otaqlı mənzilinə gəlin köçərək hal-hazırdada oğlu Davudla birlikdə yaşayır.Bildirir ki, V.X29 Cümə küçəsi, 1969-cu məhəllə ev 22, mənzil 6-da yerləşən əlavə ayrıca 3 otaqlı mənzili var və o ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Əsas iddia üzrə iddiaçı V.Aslanov iddia ərizəsində yalandan göstərir ki, guya o, əsassız iddialarla məhkəməyə müraciət edir, bununla da iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı dəfələrlə ona mənzildən çıxmağı barədə xəbərdarlıq etsə də, o, buna məhəl qoymamışdır. Əksinə mənzildən istədiyi şəkildə istifadə etmişdir. Guya cavabdeh mənzildən könüllü çıxmadığı üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun yazdıqlarının hamısı yalan və əsassız iddialardır. Bildirir ki, o, cavabdehin mənzildən çıxarılmağı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, bundan sonra isə o,məcburiyyət qarşısında qalıb qarşılıqlı iddia vermişdir. Bildirir ki, oğlu Davud 2013-cü ildə dünyaya gələndən onunla birlikdə həmin mənzildə yaşayırdılar. 12 ildən çoxdur ki, həmin mənzildə nikah xitam edilənə qədər keçmiş həyat yoldaşı Aslan, oğlu Davudla birlikdə yaşamışlar və hal-hazırda yaşayırlar, təsərrüfatı Aslanla birlikdə idarə ediblər. Hazırda A.Əmiraslanov həmin mənzili atasının təkidi ilə tərk etmiş və atası, iddiaçı Vaqif Aslanovun evində onun ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Davud Bakı şəhəri 160 saylı Klassik Gimnaziyanın 4-cü sinfində oxuyur. Eyni zamanda bildirir ki, Bakı şəhəri Nərimanov rayonu, X31 küçəsi, 1969-cu məhəllə ev 21, mənzil 8 saylı mənzilə köçərkən məhz iddiaçının öz razılığına əsasən həmin mənzilə qeydiyyata düşmüşdür. Vaqif Əmraslanov cavabdehin keçmiş qaynatasıdır. Cavabdehin normal yaşaması üçün yuxarıda göstərilən ünvanda əlavə 3 otaqlı mənzili var. O, qərəzli olaraq onu və azyaşlı övladını mənzildən istifadə hüququna xitam verilməsini, çıxarılmasını istəyir. AR MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunls bərsbət istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin stifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinəxitam verildiyi halda da saxlanılır. Bu barədə razılaşma olmadıqda hüququa bazar qiyməti ilə kompensasiya ödənilməklə xitam verilə bilər. Əlavə olaraq bildirir ki, azyaşlı övladı Davudla birlikdə 2023cü ilin iyul ayında rayonda qonaq olarkən cavabdeh tərəfindən gecə saat təxminən 3 radələrində ona zəng edilərək bildirildi ki, evdə yanğın hadisəsi baş vermişdir. Cavabdeh valideyinləri ilə birlikdə dərhal Bakı şəhərinə gələrək görüb ki, həqiqətən də təbii fəlakət nəticəsində ildırım vurmaqla yaşadığı mənzildə yanğın hadisəsi baş vermiş bu barədə FHN-nin Yanğından Mühafizə Xidmətinə məlumat verilmiş və onların iştirakı ilə mənzilə baxış keçirilmiş, akt tərtib edilmiş və ev əşyaları daxil olmaqla mənzilə xeyli maddi ziyan dəymişdir. Həmin mənzili cavabdehin köməyi olmadan özü əsaslı təmir etmiş və tam yararlı hala salmışdır. Təmirə və ustalara 25.000 manata qədər vəsait xərcləmişdir. Cavabdeh bildirir ki,hazırda nə mənzil almağa, nə də mənzil kirayə etməyə imkanı yoxdur.Keçmiş əri qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu A.Əmiraslanovdan uşağın yetkinlik yaşma çatana qədər saxlanılması üçün təyin edilmiş alimentin müqabilində mənzil kiraləyib yaşamaq mümkün deyildir. İddiaçı və onun azyaşlı oğlunun birgə yaşadığı iki otaqlı mənzilin bazar dəyəri 170000 manat və aylıq kirayə haqqı 600 manat müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10, nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdirlər. Qeyd etdilər ki, cavabdeh iddiaçıya öz şəxsi mülkiyyətindən istifadə etməyə, ona sahiblik etməyə şərait yaratmır. Yanğın nəticəsində vurulmuş ziyanın məbləği qarşılqlı iddia ərizəsində xeyli şişirdilib. Mənzilij yalnız mətbəx hissəsinə ziyan dəymişdir. İddiaçı cavabdehdən mənzili təmir etməsi barədə xahiş etməyib, o özü təmir etdirib və hazırda iddiaçının xeyrinə əsasslz varlanmaq istəyir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 Əlisəddin oğlu və Vəkil2 ayrı-ayrılıqda qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verdilər, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Bildirdilər ki, qarşılqılı iddia üzrə iddiaçı mənzilin təmirindən savayı mənzildəki əşyalara da xeyrli xərc qoyuçuşdur. Başqa yaşayış sahəsi yoxdur, azyaşlı uşağı həmin mənnzildə böyüyüb, məktəbi də yaxınlıqdadır. Məhkəmədən deyilən halların nəzərə alınmaısnı xahiş etdilər. Məhkəmə baxış iclasında dindirilən şahid X18 izahatında bildirdi ki, İddiaçı qonşusudur. Cavabdeh gəlin gəlib. Mənzil İddiaçıdur. Mənzildə Cavabdeh və onun övladı yaşayırdı. Yanğının ildırım çaxmasından baş verildiyi deyilirdi. Həmin vaxt ayrı-ayrı ərazilərdə ildırım düşməsi səbəbi ilə yanğınlar olmuşdur. Təmirin Cavabdeh tərəfindən edildiyi deyilirdi. Mənzildə hazırda Cavabdeh yaşayır. Rayona gedib gəldiyini, Cavabdeh həyat yoldaşından ayrıldıqdan sonra İddiaçı mənzilə gəlib getdiyini görmədiyini qeyd etdi. Ella xanım övladına atasının ailəsi ilə görüşməsinə icazə vermirdi. Məhkəmə baxış iclasında dindirilən şahid X14 izahatında bildirdi ki, mübahisəli mənzildə usta yanında fəhlə kimi işləmişdir. Hadisə təqribən 2 il öncə baş verib. Yanıq mənzil idi, əsaslı təmir edilirdi. Yanğın nətcəsində mənzil tam yanmışdı. Əli usta onu işə götürmüşdü. Ev sahibi olaraq Əzimə xanım (Cavabdeh anası) gəlib-gedirdi. Usta ümumi işi görüb. Təmir pulunu usta ödəyib. Ona da Əzimə xanım ödəniş edib. Materialları usta alıb. Mənzildə 2 ay yaxın müddətdə işlədiyib. Məhkəmə baxış iclasında dindirilən şahid X25 izahatında bildirdi ki, mübahisəli mənzildə usta kimi işləmişdir. Mənzilin mebelə dair işlərindən başqa bütün işlərini görüb. Mənzildə bir neçə əşya və zibillərdən savayı heç nə olmayıb. Mənzil pis vəziyyətdə idi. Su xətti çəkilib, işıq xətti isə mənzilin bir otağında vardı. Divarın təmizlənməsi və tavanın yarı hissəsi dəyişib. Əsaslı təmir edilmişdi. Onu işə zənglə Bəxtiyar adlı şəxs yönləndirib. Pulunu Əzimə xanım verib. Mənzilin sahibi kimi Ella xanımın anasını tanıyırdı. Özünə aid 7000 pulu hissə-hissə almışdır. Materiallar hissə-hissə alınıb. Mənzildə 2 il öncə işlədiyini və 1 ay 10 gün müddətində işlədiyini qeyd etdi. Mənzil his və pas içində olub, təmir edilib. Dəfələrlə pulu Ella xanımdan və telefon vasitəsi ilə istəyəndə kartına göndəriblər. Pəncərələr təmizlənmədiyi üçün dəyişilib. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki işin materialları:Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 56. 1969-cu məhəllə, ev 21, mənzil 8 (yeni qaydalarla: AZ1075. Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev küçəsi, 61, M1, m2) İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli arayışa əsasən görünür ki, İddiaçı ondan ötrü verlir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi,56.1969-cu məhəllə,ev 21,mənzil 8 ünvanında yaşayır və ona məxsusdur.Arayış verilən tarixdə İddiaçı,X12,Cavabdeh və X11 qeydiyyatda olmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1629/2023 saylı qətnaməsinə əsasən,iddia təmin edilmiş və X12 və Əmiraslanova (İsrafilova) Ella İlqar qızı arasında nikah pozulmuş,xx.xx.2013-cü il təvəllüdlü X15(anası) Əmiraslanova (İsrafilova) Ella İlqar qızının yanında saxlanılması, X3 xx.xx.2023-cü il tarixindən başlayaraq,xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında aliment Əmiraslanova (İsrafilova) Ella İlqar qızının xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli,AZ-İ 480152 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.Bu barədə nikahın pozulması haqqında akt qeydlər kitabında xx.xx.2023-cü il tarixdə 375 nömrəsi ilə qeydiyyata alınmışdır. - AR DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə toplanmış materialın adiyyatı üzrə göndərilməsi barədə qərara əsasən toplanmış material araşdırmanın davam etdirilməsi üçün adiyyatı üzrə X26 Xidmətinin 3-cü ərazi Dövlət Nəzarəti İdarəsinə göndərilmsəi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli Yanğın haqqında aktın surətindən görünür ki,29 avqust 2023-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri,Nərimanov rayonu,X31 küçəsi, 56.1969-cu məhəllə, ev 21,mənzil 8 ünvanında yanğın baş vermiş və nəticədə X6 verdiyi ərizyə əsasən mənzilin təmiri yarasız hala düşmüş və mətbəxdə olan elektron əşyalar yanmış, 4000(dörd min) manat məbləğində maddi ziyan dəymişdir. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cüil tarixli məktubuna əsasən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 1969, X31 küçəsi, 56 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası “X28" MMC-nin adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 56, məhəllə 1969, ev 21, mənzil 8 ünvanı Bakı şəhəri 9 saylı notariat kontorunun 4Ə-53 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən,”hədiyyə verən”- “X28" MMC əvəzsiz olaraq (tam hissə 55 kv/m 2 otaq) “hədiyyə alan”- İddiaçı mülkiyyətinə bağışlanmışdır. - xx.xx.2023-cü il tarixli 01 nömrəli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 56, 1969-cu məhəllə, ev 21, mənzil 8 ünvanda Cavabdeh məxsus yanmış mənzilin təmirli halda sifarişçi Cavabdeh təhvil verilməsinə görə 7000(yeddi min) manat miqdarında pul vəsitinin podratçı X25 təərfindən alınması barədə müqavilə bağlanmışdır. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki,xx.xx.2023-cü il tarixdə sifarişçi Cavabdeh və podratçı X25 həmin aktı imzalayaraq Cavabdeh məxsus Bakı şəhəri,Nərimanov rayonu,X31 küçəsi,56.1969-cu məhəllə,ev 21,mənzil 8 ünavandakı yanmış mənzilinin təmir-tikinti işlərinin xərci 25002,30 manat təşkil etdiyini öz imzası ilə təsdiq etmişlər. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli,10/5324 nömrəli ekspertiza rəyndən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi 1969-cu məhəllə ev 21, mənzil 8 ünvanında yerləşən mənzil tam təmirli vəziyyətdə (ilkin vəziyyətdə saxlanılmadığından) olduğundan 28 avqust 2023-cü il tarixdə yanğın nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmək mümkün olmamış, tədqiq olunan 8 saylı mənzilin daxili konstruktiv elementlərinin üzərində yenidənqurma işlərinin aparılmasını və mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi 1969-cu məhəllə, 21 saylı evin, 8 saylı mənzilində əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmiş,Tikinti-təmir və quraşdırma işlərinin nədən ibarət olması, işlərin ayrı-ayrılıqda növləri, həcmi və dəyəri rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi 1969-cu məhəllə, 21 saylı evin, 8 saylı ünvanında yerləşən mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 16139 manat məbləğində olduğu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. xx.xx.2009-ci il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki halları Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 56, 1969-cu məhəllə, ev 21, 8 saylı mənzil (yeni əsaslarlarla ünvan 9 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı keçmiş gəlinidir. Cavabdeh 2012-ci ildə iddiaçının oğlu ilə ailə həyatı qurmuşdur. Daha sonra 21 iyun 2013cü il tarixdə tərəflərin birgə nikahından X13 adlı övladları doğulmuşdur və onlar mübahisəli mənzildə yaşamağa başlamışlar. Cavabdeh və övladı eyni zamanda həmin mənizlə qeydiyyata da düşmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(005)-1629/2023 saylı qətnaməsi ilətərəflərin nikahı pozulmuş, azyaşlı uşaq ananın himayəsində saxlanılmışır. Qətnamə qəbul edildikdən sonra iddiaçının oğlu – Əmiraslanov Aslan mənzili tərk etsə də, cavabdeh və onun azyaşlı övladı həmin mənzildə yaşamağa davam etmişdir. Mənzildə 28 avqust 2023-cü il tarixdə yanğın baş vermiş, cavabdeh tərəfindən mənzildə təmir-bərpa işləri aparılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehin və azyaşlı övladının istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarını, cavabdeh (qarşılıqlı iddiaçı) isə təmir və əşylar üçün xərclənmiş 25000 manat məbləğində pulun iddiaçıdan ( qarşılıqlı iddia üzrə cavabdehdən) tutulmasını , istifadə hüququna xitam verilməsinin əvəzində kompensasiya ödənilməsini xahiş edir. Məhkəmənin mövqeyi İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır Məhkəmə ilk növbədə ilkin iddia tələbinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, Cavabdeh ilə iddiaçının oğlunun nikahı 2012-ci ildə bağlanmış, mübahisəli mənzildə 2013-cü ildən yaşamağa başlamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mövcud mübahisəyə qüvvədə olan AR Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normalarına uyğun olaraq hüquqi qiymət verilməlidir. Cavabdeh və onun azyaşlı övladı mənzildə yaşasalar da, mənzilin mülkiyyətçisi ilə aralarında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir notarial razılaşma olmamışdır. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehin ona məxsus evdən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. İddiaçı və cavabdeh tərəfindən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri,Nərimanov rayonu,X31 küçəsi, 56, 1969-cu məhəllə,ev 21,8 saylı mənzil (yeni əsaslarlarla Bakı şəhəri,Nərimanov rayonu, Nadir Əliyev küçəsi,61,M1,mənzil 2) ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlə iddiaçı arasında hər hansı qohumluq münasibəti mövcud deyildir, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyət olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil, onlar arasında hər hansı qohumluq və ya ailə münasibəti mövcud deyildir. Digər tərəfdən, cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından Ailə Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan mənada iddiaçının “digər qohumları” da hesab olunmur. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqları yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında evdən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin evdə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması iddiaçının öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh himayəsində olan uşağı azyaşlı olduğundan, o himayəsində olan uşağı ilə birlikdə iddiaçıya məxsus yaşayış evindən çıxarılmalıdır. Məhkəmə xx.xx.2013-cü il təvəllüdlü X8 aid hissədə qeyd edir ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə azyaşlı anansının (Cavabdeh) himayəsind saxlanılmışdır. Belə olan təqdirdə onun da mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış evində yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 56,1969-cu məhəllə, ev 21, 8 saylı mənzildə (yeni əsaslarlar ünvan 9 hər hansı bir hüququ mövcud olmayan cavabdehin yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddiaçının öz mülkiyyətindən dinc istifadə etməsinə mane olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh və 21 iyun 2013-cü il təvəllüdlü X13 ilə birlikdə iddiaçıya məxsus qeyd olunan evdən çıxarılmalıdır. Məhkəmə, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Mülki Məccəllənin 228.2-ci maddəsinə istinad edərək, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində kompensasiya ödənilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, birincisi, bu tələblə məhkəmə müraciət etmək hüququ cavabdehə deyil, mənzilin mülkiyyətçisi olara İddiaçı məxsusdur. Məhkəmə daha sonra qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh iddiaçının ailə üzvü olmadığından, onların arasında razılaşma olmadığından və cavabdeh “digər qohumlar” kateqoriyasına aid olmadığından sözügedən norma hazırki mülki işə ətbiq edilə bilməz. Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli,10/5324 nömrəli ekspertiza rəyindən görünür kmənzildə əsaslı təmir tikinti işləri aparılmış və bu işlərin mövcud bazar qiymətlərinəuyğun olaraq 16139 manat məbləğində olduğu müəyyən edilir. Mənzildə təmir tikinti işlərinin aparıldığı mülki işin materiallarında olan şəkillərdən, videofayladan (flaşkartda təqdim edilmişdir) və şahid ifadələrindən də görünür. İddiaçı öz növbəsində bu halı mübahisələndirməmiş, lakin təmir-tikinti işlərinə çəkilmiş xərcin şişirdilmiş olmasını və əsaslində cavabdeh vicdansız sahib olduğu üçün iddiaçının həmin xərcləri ödəməməli olmasını iddia etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh (qarşılıqlı iddiaçı) mənzilə uzun müddət sahiblik və istifadə etdiyindən, tərəflərin arasında əvvəllər qohumluq münasibətləri olduğundan, iddiaçının cavabdehin vicdansız sahib hesab edilməsi ilə bağlı mövqeyi əsassızdır. Digər tərəfdən, mülki işin materialları ilə mənzilin əsaslı təmir edildiyi təsbit olunur. Belə olan təqdirdə, cavabdeh mənzildən çıxarıldıqdan sonra mənzil iddiaçının sahiblik və istifadəsinə qayıdacağından,cavabdeh həmin mənzildə aparılan yaxşılaşdırmaların əvəzini tələb etməyə haqlıdır. Əks mövqe iddiaçının əsassz varlanmasına səbəb olar ki, bu da yolverilməzdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, qarşılqılı iddia üzrə iddiaçı mənzilə 25000 manat məbləğində xərc çəkildiyini, o cümlədən əşyalara ziyan dəydiyini, onun tərəfindən mənzilə yeni əşyalar aldığını iddia etsə də, iddia tələbi bu hissədə qismən – ekspert rəyində göstərilən hissədə təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alıq ki, qarşılıqlı iddiaçı əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmaları özündə saxlamaq hüququna malikdir. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi mülki işin materialları ilə təsdiq edildiyindən, onu təkzib edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə onu mötəbər sübut hesab edir. Məhkəmə şahid ifadələri ilə bağlı aşağıdakıları qeyd edir: Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında ifadə verən şahidlər mənzili təmir edən ustalar və qonşu olduğundan, tərəflərlərlə hər hansı qohumluq münasibətləri olmadığınan, verdiyi ifadələr mülki işin materialları ilə təkzib edilməməklə, bir-biri ilə ziddiyyət təşkil etmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli,10/5324 sayı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi 1969cu məhəllə, 21 saylı evin, 8 saylı ünvanında yerləşən mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 16139,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi 1969-cu məhəllə, 21 saylı evin, 8 saylı ünvanında yerləşən mənzildə aparılmış təmir işlərinə görə İddiaçı 16139,0 manat məbləğində pul alınıb Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 50 manatı Cavabdeh,50 manatı isə İddiaçı tutularaq , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X7 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü övladı X13 Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 56,1969-cu məhəllə, ev 21, 8 saylı mənzil (yeni əsaslarla ünvan 9 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsinlər və mənzildən çıxarılsınlar. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən mənzilin təmirinə xərclənmiş 16139 (on altı min yüz otuz doqquz) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş rüsumlar tərəflərə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 50 manatı Cavabdeh,50 manatı isə İddiaçı tutularaq , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X7 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-133/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-133/2025
30.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver