Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1334/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətullayeva Sevda Ramiz qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48607 iPone 8 markalı telefon üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu, cəmi 165 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********32158 iPhone X markalı telefon, X4 İphone X Black üçün 1520 (min beş yüz iyirmi) manat ödənilməmiş hissə, 456 (dörd yüz əlli altı) manat dəbbə, cəmi 1976 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********57573 iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2 üçün 4413 (dörd min dörd yüz on üç) manat ödənilməmiş hissə, 1200 (min iki yüz) manat dəbbə pulu, cəmi 5613 manat və ümumilikdə 7754 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7784 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********48607 iPhone 8 markalı telefon , İMEİ kodu **********32158 iPhone X markalı telefon, X4 İphone X Black, İMEİ kodu **********57573 iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2 almış və nəticədə 7754 (yeddi min yeddi yüz əlli dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1564 (min beş yüz altmış dörd) manat (12 ay x 119 manat + 136 manat ilkin ödəniş) olan İMEİ kodu **********48607 iPhone 8 markalı telefon üçün 165 (yüz altmış beş) manat olmaqla ondan, 130 (yüz otuz) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2287 (iki min iki yüz səksən yeddi) manat (12 ay x 190 manat + 7 manat ilkin ödəniş) olan İMEİ kodu **********32158 iPhone X markalı telefon, X4 İphone X Black üçün 1976 (min doqquz yüz yetmiş altı) manat olmaqla ondan, 1520 (min beş yüz iyrimi) manat ödənilməmiş hissə, 456 (dörd yüz əlli altı) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4815,6 (dörd min səkkiz yüz on beş, altmış qəp.) manat (12 ay x 401.3 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********57573 iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2 üçün 5613 (beş min altı yüz on üç) manat olmaqla ondan 4413 (dörd min dörd yüz on üç) manat ödənilməmiş hissə, 1200 (min iki yüz) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2603.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 4-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Eyni zamanda iddiaçı məhkəməyə xx xxxx 2021-ci il tarixli H “3083” nömrəli iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********32158 olan iPhone X markalı telefon, X4 İphone X üçün 1520 (min beş yüz iyirmi) manat ödənilməmiş hissə, 456 (dörd yüz əlli altı) manat dəbbə pulu, cəmi 1976 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********57573 olan iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2 üçün 4413 (dörd min dörd yüz on üç) manat ödənilməmiş hissə, 1200 (min iki yüz) manat dəbbə pulu, cəmi 5613 (beş min altı yüz on üç) manat olmaqla ümumilikdə, 7589 (yeddi min beş yüz səksən doqquz) manat borc, 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 7619 (yeddi min altı yüz on doqquz) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbi ilə razılaşsa da öhdəliyi yerinə yetirə bilmir, maddi imkanı yoxdur. Bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli 00784655 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh iPhone 8 markalı telefon satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 1564 (min beş yüz altmış dörd) manat (12 ay x 119 manat + 136 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00987720 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh iPhone X markalı telefon, X4 İphone X Black satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2287 (iki min iki yüz səksən yeddi) manat (12 ay x 190 manat + 7 manat ilkin ödəniş) borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 20035462 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2 satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 4815.6 (dörd min səkkiz yüz on beş manat altı) manat (12 ay x 401.3 manat + 0 manat ilkin ödəniş) borcunu hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ödəniş etməyəcəyi təqdirdə iddiaçı aidiyyatı üzrə dövlət qurumuna müraciət oluncağı bildirilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2603,6 (iki min altı yüz üç manat altı qəpik) manat əsas borc, 1691 (min altı yüz doxsan bir) manat dəbbə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli 00987720 saylı müqavilə üzrə maliyyə arayışından görünür ki, Cavabdeh 1520 (min beş yüz iyirmi) manat əsas borc, 456 (dörd yüz əlli altı) manat dəbbə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 20035462 saylı müqavilə üzrə maliyyə arayışından görünür ki, Cavabdeh 4413 (dörd min dörd yüz on üç) manat əsas borc, 1200 (min iki yüz) manat dəbbə borcu yaranmışdır. Kommersiya qurumlarının dövlət reyesteri məlumatları haqqında vərəqədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 2 məhəllə 1023 qeyd edilmişdir. xx xxxxxx 2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00784655 saylı, xx xxxxxxx 2019-cu il tarixli 00987720 saylı və xx xxxxxx 2020-ci il tarixli 20035462 saylı müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilələr üzrə əsas borcu 7589 (yeddi min beş yüz səksən doqquz ) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxxxxx 2019-cu il tarixli 00987720 nömrəli müqavilə üzrə 1520 (min beş yüz iyimi) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 456 (dörd yüz əlli altı) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 30 (otuz) manata və xx xxxxxx 2020-ci il tarixli 20035462 nömrəli müqavilə üzrə 4413 (dörd min dörd yüz on üç) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 1200 (min iki yüz) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 100 (yüz) manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1520 (min beş yüz iyirmi) manat məbləğində ödənilməmiş əsas borc, 30 (otuz) manat məbləğində cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4413 (dörd min dörd yüz on üç) manat məbləğində ödənilməmiş əsas borc, 100 (yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1520 (min beş yüz iyirmi) manat məbləğində ödənilməmiş əsas borc, 30 (otuz) manat məbləğində cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4413 (dörd min dörd yüz on üç) manat məbləğində ödənilməmiş əsas borc, 100 (yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 6063 (altı min altmış üç) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1334/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1334/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver