Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-134/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2, onların nümayəndəsi və vəkili Vəkil4 və Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin yeni qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsi, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MTK-ya qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin yeni qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan mənzil 2 A-nın əvəzinə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 m² qeyri-yaşayış sahəsinin Təbriz küçəsinə yerləşən obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasından onlara yeni qeyri-yaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 221,5 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan mənzil 2A-nın 2/3 hissəsi İddiaçı1, 1/3 hissəsi isə İddiaçı2 məxsus olmaqla iddiaçıların mülkiyyətində olmuşdur. Onlar sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət etmişdirlər. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2018-ci il tarixli, 435 nömrəli sərəncamı ilə müraciətləri müsbət həllini taparaq sözügedən mənzilin qeyriyaşayış sahəsinə çevrilməsinə razılıq verilmişdir. 2017-ci ilin avqust ayında sözügedən qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tam formada təmir etdirmiş və bir sıra avadanlıqları alaraq oraya yerləşdiriblər. Alınmış avadanlıqlarla birlikdə həmin qeyri-yaşayış sahəsinin təmiri üçün iddiaçılar tərəfindən ümumilikdə 80.000 manat məbləğində pul xərclənmişdir. Sonradan qeyd olunan qeyriyaşayış sahəsi mülkiyyətçilər tərəfindən aralarında bağlanmış 14 iyun 2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 3.000 manat icarə haqqı müqabilində X1 icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən mülkiyyətlərində olan və icarəyə verdikləri həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, 0,78 ha torpaq sahasi həmin ərazidəki çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi üçün Cavabdeh1 MTK-ya icarəyə verilmişdir. Cavabdeh həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrini onların mülkiyyətçilərinin razılığını almaqla sökmək və yerində yaşayış evi tikmək məqsədi güdsə də, mülkiyyətlərində olan, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 221,5 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədep əl damı, 2 m² tualet qovşağı) olan mənzil 2A-nın sökülməsi üçün iddiaçılarla razılıq əldə edə bilməmişdir. Lakin onlarla razılığın əldə olunmamasına və məlumat verilməməsinə baxmayaraq qeyd olunan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə gecə saat 23:00 radələrində uçurularaq sökülmüşdür. Üstəlik, 2019-cu ilin may ayından 2021-ci ilin 30 dekabr tarixinədək iddiaçıların su, işıq və qaz cihazlarından istifadə etmələrinə cavabdeh tərəfindən maneçilik törədilmiş və bununla da, həmin obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməmişdir. Belə ki, cavabdeh kooperativin bu qanunsuz əməlləri nəticəsində onun direktoru X7 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 17 mart 2023-cü il tarixli, 1(005)- 92/2023 saylı hökm çıxarılmışdır Həmin hökmlə zərərçəkmiş şəxslər kimi iddiaçıların Cavabdeh1 MTK-ya və X4 qarşı mülki iddia ərizəsinin baxılmamış saxlanılması, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının onlara izah olunması, cinayət işi üzrə vurulmuş zərərin əvəzi olaraq 120122/00138 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən depozitə yerləşdirilmiş 400.000 manat və 09 mart 2023-cü il tarixli, ********** 504788 saylı mədaxil qəbzinə əsasən depozitə yerləşdirilmiş 50.198 manat olmaqla, cəmi 450.198 manatın 300.132 manatının İddiaçı1, 150.066 manatının isə İddiaçı2 ödənilməsi də hökm edilmişdir. Mülkiyyətilərində olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə vurulmuş zərərin əvəzi kimi mülkiyyətçilərə ödənilməsi hökm edilən 450.198 manat məbləğində pul həmin qeyriyaşayış sahəsinin dəyərindən olduqca azdır. Ona görə də, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanına əsaslanaraq, hesab edilir ki, Cavabdeh1 MTK tərəfindən sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 221,5 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan mənzil 2A Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanına əsasən 20% həddində əlavə olmaqla, ümumi 180 m² qeyriyaşayış sahəsi, fasadın eni 9,3 m², Təbriz küçəsində yerləşən obyektlərin sırasında cavabdeh tərəfindən tikilmiş yeni yaşayış binasından onlara yeni qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməlidir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq iddiaçıların mülkiyyətlərində olan, lakin razılıq və məlumatları olmadan Cavabdeh1 tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan mənzil 2Anın əvəzinə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 m² qeyri-yaşayış sahəsinin Təbriz küçəsində yerləşən obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasından iddiaçılara yeni qeyri-yaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsi, iddiaçılara məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 180.259 manat, əldən çıxmış faydaya görə onlara, yəni İddiaçı1 106.750 manat, İddiaçı2 isə 76.250 manat məbləğində pulun Cavabdeh1ndən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddiaçıların mülkiyyətlərində olan, lakin razılıq və məlumatları olmadan Cavabdeh1 tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 m² (qeyriyaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin əvəzinə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506- İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 m² qeyri-yaşayış sahəsinin Təbriz küçəsinə baxan obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşən bizə tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsi, iddiaçılara məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 141.079 manat, əldən çıxmış faydaya görə onlara yəni İddiaçı1 115.500 manat, İddiaçı2 isə 82.500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 629,08 manat, cəmi 339.708,08 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək iddiaçıların mülkiyyətlərində olan, lakin razılıq və məlumatları olmadan Cavabdeh1 tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 m²(qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan qeyriyaşayış sahəsinin əvəzinə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 m² qeyri-yaşayış sahəsinin Təbriz küçəsinə baxan obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşən bizə tam təmirli qeyriyaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsi, iddiaçılara məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 141.079 manatın Cavabdeh1ndə tutularaq, İddiaçı1 və İddiaçı2 ödənilməsi, əldən çıxmış faydaya görə İddiaçı1 115.500 manat, İddiaçı2 isə 82.500 manat, 4. Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 80.000 manat məbləğində pulun Cavabdeh1ndə tutularaq, iddiaçılara, yəni 40.000 manatını İddiaçı1, 40.000 manatını isə İddiaçı2 ödənilməsi və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 959,08 manat, cəmi 420.038 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq onlara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil4 tərəfindən xx.xx.2025ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, iddiaçıların mülkiyyətlərində olan, lakin razılıq və məlumatları olmadan Cavabdeh1 tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 kv/metr (qeyri-yaşayış faktiki sahəsi 151,5 kv/metr,15 kv/metr dam üstü, 40 kv/metr anbar, 13 kv/metr iki ədəd əl damı, 2 kv/metr tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin əvəzinə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 kv.metr qeyriyaşayış sahəsinin Təbriz küçəsinə baxan obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iddiaçılara tam təmirli qeyriyaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsi, bizə məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 141.079 manat pulun Cavabdeh1ndə tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, əldən çıxmış faydaya görə iddiaçılar İddiaçı1 127.750 manat, İddiaçı2 isə 91.250 manat pulun, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 kv.metr (qeyri-yaşayış faktiki sahəsi 151,5 kv.metr, 15 kv.metr dam üstü, 40 kv.metr anbar, 13 kv.metr iki ədəd əl damı, 2 kv.metr tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 80.000 manat məbləğində pulun Cavabdeh1ndə tutularaq, 40.000 manat pulun İddiaçı1, 40.000 manat pulun isə İddiaçı2 ödənilməsinə, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 959,08 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi və Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilən binanın 8 blokunda, 1-ci mərtəbəsində ümumi sahəsi 142 kv.metr olan qeyriyaşayış sahəsinin Cavabdeh2 satılması barədə xx.xx.2023-cü il tarixli, №4/8 saylı “Çoxmərtəbəli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisinə dair Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh2 cavabdeh qismində işə baxılmasına cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil4 tərəfindən xx.xx.2025ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlanaraq, iddiaçıların mülkiyyətlərində olan, lakin razılıq və məlumatları olmadan Cavabdeh1 tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 kv.metr (qeyri-yaşayış faktiki sahəsi 151,5 kv.metr, 15 kv.metr dam üstü, 40 kv.metr anbar, 13 kv.metr iki ədəd əl damı, 2 kv.metr tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-сü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 kv.metr qeyriyaşayış sahəsinin Təbriz küçəsinə baxan obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iddiaçılara tam təmirli qeyriyaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsi, onlara məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 141.079 manat pulun Cavabdeh1 MTK-dan tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, əldən çıxmış faydaya görə iddiaçılar İddiaçı1 127.750 manat, İddiaçı2 isə 91.250 manat pulun, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 kv.metr (qeyri-yaşayış faktiki sahəsi 151,5 kv.metr, 15 kv.metr dam üstü, 40 kv.metr anbar, 13 kv.metr iki ədəd əl damı, 2 kv.metr tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 80.000 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq, 40.000 manat pulun İddiaçı1, 40.000 manat pulun isə İddiaçı2 ödənilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 959,08 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi və Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilən binanın 8 blokunda, 1-ci mərtəbəsində ümumi sahəsi 142 kv.metr olan qeyriyaşayış sahəsinin Cavabdeh2 satılması barədə xx.xx.2023-cü il tarixli, N4/8 saylı “Çoxmərtəbəli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisinə dair Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi bildirmişdir ki, tikilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, №4/8 saylı “Çoxmərtəbəli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisinə dair Müqavilə”də qeyd edilir ki, satıcı Cavabdeh1 MTK Bakı şəhərində, Nərimanov rayonu ərazisində, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın 8 blokunda, 1-ci mərtəbəsində ümumi sahəsi 142 kv.metr olan qeyri-yaşayış sahəsini “Payçı” Cavabdeh2 satmağı, Payçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "Payçı" Cavabdeh2 tərəfindən binanın 8-ci girişində, 1-ci mərətbədə yerləşən 142 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri kimi 624.800 manat pulu tam ödəmişdir və payçının MTK-ya borc məbləği qalmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ilk baxışdan görünür ki, təqdim olunan müqavilə və maliyyə arayışı görüntü üçün yaradılmışdır. Müqavilə və arayışda MTK tərəfindən edilmiş imzalar saxtadır, xüsusi vasitələrlə hazırlanmışdır. Müqavilənin tərtib edildiyi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin sədri X7 barəsində başlanmış cinayət işi Nərimanov rayon Məhkəməsində davam edirdi. Həmin dövrdə X2 adından müqavilənin imzalanması saxtakarlıqdır və həmin müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-92/2023 nömrəli hökmü ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin sədri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 vƏ 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona CM-nin 186.2.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən X4 təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı isə əsas cəzaya birləşdirməklə ona qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X4 təyin olunmuş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və onun üzərində 03 il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, qeyri-yaşayış sahəsinin ünvanı X19 küçəsində yerləşsə də, lakin qeyri-yaşayış sahəsi binanın Təbriz küçəsinə baxan hissəsində yerləşirdi. 251,8 kv.metr qeyri-yaşayış sahəsi öz əvvəlki qeyri-yaşayış sahəsi və üzərinə 20 faiz əlavə olunmaqla müəyyən edilmişdir. İddiaçılara məxsus olan qeyriyaşayış sahəsi məhz Cavabdeh2 satılmışdır. Ona görə də onlar arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, mübahisəli sahə qeyri-yaşayış sahəsi olmuşdur. Bu barədə İcra Hakimiyyətinin qüvvədə olan sərəncamı vardır. 2018-ci ildə həmin qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. 2019-cu ildə söküntüyə qədər qeyri-yaşayış sahəsindən icarəyə görə gəlir əldə edilmişdir. Lakin söküntüdən sonra qaz, işıq və su kəsildiyi üçün həmin sahədən istifadə edilməsi mümkün olmamışdır. Nəticədə bununla əldən çıxmış fayda qismində iddiaçılara ziyan dəymişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh2 məhkəmədə iştirak etməmiş və onlar məhkəmədə iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 30 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 251,8 kv.metr olan qeyri-yaşayış sahəsinə məhkəmə və iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2, onların vəkili və nümayəndəsi Vəkil4 iştirakları ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerində yeni tikili çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. İddiaçıların nümayəndəsi söküntüdən əvvəl ona məxsus olan qeyri-yaşayış sahəsinin hazırda tikilən binanın hansı hissəsinə düşdüyünü göstərərək bildirdi ki, həmin cərgədə onun qonşularının sıra ilə qeyri-yaşayış sahələri yerləşirdi. Yerli müayinə zamanı Təbriz küçəsinə baxan hissədə sıra ilə qeyri-yaşayış sahələrinin olduğu müəyyən olundu. Həmin qeyri-yaşayış sahələrinin hamısı o cümlədən hazırda iddiaçıların əvəzləşdirilməsini tələb etdikləri sahə təmirsiz vəziyyətdədir. İddiaçıların nümayəndəsi Nümayəndə2 baxış zamanı bildirmişdir ki, Aqil adlı şəxsə məxsus olan və söküntüdən sonra ona verilməsi nəzərdə tutulan qonşu qeyri-yaşayış sahəsinin ölçüsü kiçik olduğundan, layihədə göstərilən pilləkənlərin iddiaçılara məxsus qeyri-yaşayış sahəsində yerləşdirilməsi təklif olunduğundan, cavabdeh MTK ilə razılığa gəlmək mümkün olmamışdır. Hazırda mübahisəli yeni inşa olunan binadakı qeyri-yaşayış sahəsinə daxil olduqdan sonra, sol tərəfdə sütunlarla əhatə edilən divarın arxasında boş, pəncərəsiz sahə də olduğu müəyyən edilmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil4 isə həmin sahənin hər hansı çıxışı, pəncərəsi olmadığından, onun da gələcəkdə əvəzləşdirilməsi tələb olunan mübahisəli qeyri-yaşayış sahəsinə qatılmaqdan başqa çıxış yolu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 18 ünvanında yerləşən 2a saylı mənzilə dair İddiaçı2 1/3, İddiaçı1 2/3 hissədə pay hüququ vardır. -xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzildən özlərinə aid pay hissəsini icarəçi X1 icarəyə verirlər. İcarəçi icarəyə görə hər ay İddiaçı1 1.750 manat, İddiaçı2 1.250 manat icarə haqqı ödəməlidir. -Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının birinci müavininin İddiaçı1 ünvanlandığı xx.xx.2018-ci il tarixli, 5-41-162 №-li bildirişdən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Ağaoğlu küçəsi 18 saylı evin 2a Noli mənzilində yerləşən, ümumi sahəsi 105,05 kv.m olan yaşayış sahəsinin obyekt kimi istifadə olunması məqsədi ilə təyinatın dəyişdirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxılaraq, sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 20.12 2018-ci il tarixli, 435 №-li Sərəncam qəbul edilmişdir. -Azərbaycan Respublıkası Bakı Şəhər Nərımanov Rayon İcra Hakımıyyətı Başçısının xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncamının surətindən görünür ki, Ə.Ağaoğlu küçəsi 18 saylı ünvanda yerləşən, sahəsi 105,05 kv.m olan 2a Noli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilməsi, göstərilən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunması vətəndaş İddiaçı1 tapşırılması, Ə.Ağaoğlu küçəsi 18 saylı ünvanda yerləşən 2a nömrəli mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsi kimi müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş İddiaçı1 tövsiyə olunması və sərəncamın surətlərinin RMKTB-yǝ, RP-nə və digər aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilməsi qərara alınmışdır. -Tikinti obyektinin istismarına xx.xx.2018-ci il tarixli, 142 №-li icazənin surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, xx.xx.2018-ci il tarixdən Ə.Ağaoğlu küçəsi 18 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi tikinti obyektinin istismarına icazə verilmişdir. İcazə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı və memarı tərəfindən imzalanmışdır. -xx.xx.2018-ci il tarixli texniki rəyin surətindən görünür ki, Ə.Ağaoğlu küçəsi 18 saylı evin 2a nömrəli mənzili xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı1 mülkiyyətindədir. Mənzil birinci mərtəbədə yerləşir, ümumi sahəsi 105,05 kv.metr təşkil edir və Ə.Ağaoğlu küçəsi 18 saylı evin 2a nömrəli mənzili halhazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunması müəyyən edilmişdir. Vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, komissiya mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab edir. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1067/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası CM-nin 186.2.1 ve 308.2- ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(005)-92/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-92/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona CM-nin 186.2.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən X4 təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı isə əsas cəzaya birləşdirməklə ona qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünüidareetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, zərərçəkmiş şəxslər İddiaçı2 və İddiaçı1 oglunun Cavabdeh1 MTK-ya və X15 ogluna qarşı mülki iddia ərizəsinin baxılmamış saxlanılması və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının onlara izah olunması, cinayət işi üzrə vurulmuş zərərin əvəzi olaraq 120122/00138 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən depozitə yerləşdirilmiş 400.000 manat və xx.xx.2023-cü il tarixli ********** 504788 saylı mədaxil qəbzinə əsasən depozitə yerləşdirilmiş 50.198 manat, cəmi 450.198 manatın 300.132 manatı İddiaçı1 ogluna, 150.066 manatı İddiaçı2 ödənilməsi hökm edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrí Xidmətinin **********32 №-li, xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, X3 (reyestr nömrəsi **********41-05101-093001, sahəsi 100.2 kv.m olan çıxarışa əsasən) xüsusi mülkiyyətində olan torpaq sahəsinin eləcə də reyestr nömrəsi **********41-05101-093001 çıxarışın plan-ölçüsü (koordinatları) təqdim edilmədiyi üçün Bakı şəhəri Nərimanov rayonu, Əhmədbəу Ağaoğlu küçəsi, ev 18, 2 nömrəli mənzil ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 17 nömrəli “Yaşayış, ofis binasının, istehsalat 1 yardımçı sahəsinin layihələndirilməsi haqqında" sərəncamı ilə iddiaçı "xxxx" MTK-nın icarəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 sayli məhəllədə yerləşən torpaq sahəsinin (təqdim edilmiş ayrıc aktına əsasən) ilə üst-üstə düşüb-düşməməsini müəyyə etmək mümkün olmadı, lakin naturada koordinatları müəyyən edilmiş mübahisələndirilən 151 kv.metr tikili (torpaq sahəsi) ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 17 nömrəli “Yaşayış, ofis binasının, istehsalat 1 yardımçı sahəsinin layihələndirilməsi haqqında” sərəncamı ilə iddiaçı "xxxx" MTK-nın icarəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə yerləşən torpaq sahəsi üst-üstə düşür. -Satıcı Cavabdeh1 MTK ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4/8 nömrəli çoxmənzilli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 8-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 142 kv.metr olan qeyri-yaşayış sahəsini alıcıya satmağı və alıcı həmin qeyri-yaşayış sahəsinin pay dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 8-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 142 kv.metr olan qeyri-yaşayış sahəsinin pay dəyəri (624.800 manat) payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir və bprcu yoxdur. -Uniprice MMC-nin UNİ/A 84-509/2024 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçilar İddiaçı1 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən mənzil 2A-da olan əşyaların (təqdim olunan siyahı üzrə) orta bazar dəyəri 19 avqust 2024-cü il tarixinə 141.079 manat təşkil edir. -"xxxx" MMC-nin MB 17/0970 saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində -"Su Sonası" restoranının ətrafında yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin orta bazar dəyəri 8.000-9.000 manat aralığında təşkil edir. - "xxxx" MMC-nin ƏЕМ/О 20-658/24 saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində -"Su Sonası" restoranının ətrafında yerləşən qeyri-yaşayış sahələrinin 11 oktyabr 2024-cü il tarixinə 1 kv.metr üzrə bazar dəyəri: 9.000- 10.000 manat aralığında təşkil edir. - “Yeni Dövr” qiymətləndirmə mərkəzinin YDQM 005-022/2025 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirməyə dair hesabatından görünür ki, 110 kv.metr qeyri-yaşayış obyektinin bazar dəyəri 1051738,00 manat, 180 kv.metr qeyri-yaşayış obyektinin bazar dəyəri 1640227,00 manat, 251,8 kv.metr qeyri-yaşayış obyektinin bazar dəyəri 2.284.940,00 manat, 2019-2024-cü illər üzrə ümumi icarə dəyəri müvafiq olaraq 236880,00 manat, 343800,00 manat və 466.680,00 manat təşkil edir. İş üzrə şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçıları və onların nümayəndəsi Tatyana xanımı qonşu kimi tanıyır. Mübahisəli qeyri-yaşayış sahəsi kafe-təndirxana kimi fəaliyyət göstərmişdir. Orada olan əşyalar Tatyana xanıma məxsus idi. 2-3 il əvvəl bir dəfə qeyri-yaşayış sahəsində olan zaman obyektdə çoxlu əşyaların olduğunu görmüşdür. Söküntü günü və söküntüdən sonra isə o, qeyri-yaşayış sahəsini görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçıları mübahisəli qeyri-yaşayış sahəsinin icarədarı vasitəsilə tanımışdır. O, həmin qeyriyaşayış sahəsində 2018-ci ilin may ayından 2019-cu ilin may ayınadək işləmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin zalının solunda kassa, sağ tərəfində isə təndir yerləşirdi. Həmçinin, içəriyə daxil olduqdan sonra, dəhlizdə içərisində iddiaçılara məxsus əşyalar olan şkaf da var idi. Mübahisəli qeyri-yaşayış sahəsində iddiaçılara məxsus bağlı qutular, bahalı qab-qacaq, xalça, soyuducu, güldan və digər əşyalar var idi. Əlavə sual-cavab zamanı şahid bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsində bahalı qab-qacaq əşyalarını 2020-2021-ci illərdə oradan keçən zaman söküntülər aparılarkən görmüşdür. İş üzrə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçıları və onların nümayəndələri Tatyana xanımı 20 ildir ki, tanıyır. O, mübahisəli ərazidən keçərkən iddiaçılara məxsus obyektin dağıdıldığının şahidi olmuş, lakin həmin zaman Tatyana xanımın bundan xəbəri olmamışdır. Əlavə sual-cavab zamanı şahid bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi yeməkxana kimi fəaliyyət göstərirdi, oranın adını isə xatırlamır. Oradakı əşyaları dağıntı zamanı görmüşdür. Həmin qeyri-yaşayış sahəsində olmuşdur və o, orada müxtəlif təamlar bişirildiyinin şahidi olmuşdur. Qeyri-yaşayış sahəsinin otaqları və zirzəmisi var idi. İçəridə paltaryuyan, ev üçün qaz plitəsi, 2 çarpayı və içərisi dolu şkaflar var idi. Orada olan qutularda nə olduğunu isə bilmir, o sadəcə açıqlıqda olan əşyaları görmüşdür. İş üzrə şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, 36 saylı MKİS-də işləyir, iddiaçılar da həmin MKİS üzrə sakinlərdir. Əvvəllər mübahisəli kafedə olmuşdur, lakin ötən il işə gedən zaman kafenin, eləcə də stol-stulların dağıntılar altında qaldığını müşahidə etmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 onların mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən 2a saylı Cavabdeh1 MTK tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin 20 faiz əlavə olmaqla, ümumi sahəsi 251,8 kv.metr olan MTK tərəfindən həmin ünvanda tikilmiş binadan yeni qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini xahiş edirlər. Belə ki, qanuni qüvvədə olan məhkəmə hökmü ilə artıq müəyyən edilmişdir ki, iddiaçılara məxsus daşınmaz əmlak cavabdeh MTK tərəfindən xx.xx.2021-ci il tarixdə sökülmüş və nəticədə MTK-nın həmin dövrdə olan rəhbəri X7 həbs edilmişdir. Yəni işin mübahisəsiz halıdır ki, cavabdeh MTK iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakı qanunsuz olaraq sökmüşdür. Belə bir söküntünün səbəbi isə həmin dövrdə cavabdeh MTK-nın qeyd edilən ərazidə mülkiyyətçilərlə razılıq əsasında köhnə binaların sökməsi və əvəzində çoxmərtəbəli yeni binalar tikməsi olmuşdur ki, iddiaçılarla belə bir razılıq əldə edilməmişdir. Sonradan da yeni tikilmiş binadan qeyri-yaşayış sahəsinin verilməsi və ya pul ilə əvəzləşdirilməsi barədə tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi və onlara Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 kv.metr (qeyri-yaşayış faktiki sahəsi 151,5 kv.metr, 15 kv.metr dam üstü, 40 kv.metr anbar, 13 kv.metr iki ədəd əl damı, 2 kv.metr tualet qovşağı) olan qeyriyaşayış sahəsinin əvəzində Təbriz küçəsinə baxan obyektlərin sırasında 251,8 kv.metr olan tam təmirli qeyri-yaşayış sahəsinin verilməsi barədə iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və yacərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, §93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərar: Müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar (§64). Həmin Qərarda, həmçinin, müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır (§65). Məhkəmə qeyd edir ki, istər Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında, istərsə də Avropa Məhkəməsinin bir sıra mülkiyyət hüququnun müdafiəsinə dair qərarlarında hər bir şəxsin mülkiyyət hüququ qanunla qorunur, mülkiyyət hüququna qanunsuz müdaxilə kimi hallar isə birbaşa olaraq pislənilir. Qeyd edildiyi kimi, iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakın cavabdeh MTK tərəfindən qanunsuz olaraq sökülməsi işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar cavabdeh MTK-nın qanunsuz hərəkəti nəticəsində məhrum olduqları mülkiyyətlərinin əvəzləşdirilməsini tələb etməkdə haqlıdırlar. Hazırda iddiaçılar əvəzləşdirilməsini tələb etdikləri qeyri-yaşayış sahəsinin 251,8 kv.metr qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini xahiş etsələr də, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, müvafiq mübahisəli sahə əvvəlcə mənzil olmuş, daha sonra isə iddiaçıların müraciəti əsasında qeyri-yaşayış sahəsinə çevrilmişdir. İddiaçı tərəf bildirir ki, həmin qeyri-yaşayış sahəsi tərəflərindən əlavə tikililər tikilməklə artırılmışdır. Həmin halla bağlı isə konkret mötəbər sübut isə iş materiallarına əlavə edilməmişdir ki, qeyriyaşayış sahəsinin sahəsi məhz artırılmalardan sonra nə qədər olmuşdur. İşin materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli ərazidə araşdırılma aparılmış və ölçülmüş ərazinin faktiki sahəsinin 151 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirərək, mübahisə edilən qeyri-yaşayış sahəsinin faktiki sahəsini 151 kv.metr olaraq qəbul edir. İddiaçılar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-сü bəndinə əsaslanaraq onlara təhvil verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsünün 20 faizi həddində əlavə edilməklə onlara təhvil verilməsini xahiş edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin bənddə qeyd edilən müddəa mülkiyyətçiyə əmlakın özünün deyil, onun dəyərinin ödənildiyi halda 20 faiz əlavə hesablanmaqla ödənilməsini nəzərdə tutulmuşdur. Həmçinin də, hazırda iddiaçıya əlavə sahənin verilməsinin hüquqi əsasları da müəyyən olunmur. Çünki iddiaçı məlum Fərmana istinad etsə də, həmin Fərman məhz dövlət ehtiyacları üçün satınalmaya tətbiq edilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh MTK hər hansı dövlət sifarişi yaxud dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalınmasını, yaxud pilot layihəni icra etmir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçılar tam təmirli qeyri-yaşayış sahəsinin verilməsini tələb etməkdə haqlı olmuşlar. Belə ki, işin araşdırılmış faktiki halları onu deməyə əsas verir ki, iddiaçılara məxsus mübahisəli qeyri-yaşayış sahəsi söküntüdən əvvəl təmirli olmuş və həmin sahədə kafe fəaliyyət göstərmişdir. İşin bu halı iş materiallarına əlavə olumuş çoxsaylı fotoşəkillər və video yazılarla öz təsdiqini tapır. Qeyd olunanlardan başqa cavabdeh MTK-nın mübahisəli qeyri-yaşayış sahəsini sökməsi nəticəsində cinayət işinin araşdırılması zamanı depozit hesaba qoyduğu 450000 manat pulun dəymiş zərərin əvəzində təklif etməsini məhkəmə ədalətli kompensasiya kimi qəbul etmir. İlk olaraq ona görə ki, məhkəmə araşdırması zamanı təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsində əldə olunmuş Yeni Dövr” qiymətləndirmə mərkəzinin YDQM 005-022/2025 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirməyə dair hesabatından görünür ki, 110 kv.metr qeyri-yaşayış obyektinin bazar dəyəri 1051738,00 manat, 180 kv.metr qeyri-yaşayış obyektinin bazar dəyəri 1640227,00 manat, 251,8 kv.metr qeyri-yaşayış obyektinin bazar dəyəri 2.284.940,00 manat, 2019-2024-cü illər üzrə ümumi icarə dəyəri müvafiq olaraq 236880,00 manat, 343800,00 manat və 466.680,00 manat təşkil edir. Göründüyü kimi, təklif edilən kompensasiya vurulmuş ziyandan qat-qat azdır. Keçirilmiş məhkəmə iclasları zamanı tərəflərə mülki mübahisənin barışıqla yekunlaşdırılması üçün məhkəmə tərəfindən dəfələrlə təkliflər edilmiş, lakin cavabdeh MTK verilmiş müddət ərzində ədalətli kompensasiya ilə bağlı təklif irəli sürmədiyi üçün onlar arasında barışıq əldə olunması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yeni tikilmiş binanın 1-ci mərtəbəsindən Təbriz küçəsinə baxan istiqamətdə tam təmirli 151 kv.metr qeyri-yaşayış sahəsinin verilməsi təmin edilməlidir. Məhkəmə iddianın Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilən binanın 8 blokunda, 1-ci mərtəbəsində ümumi sahəsi 142 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 satılması barədə xx.xx.2023-cü il tarixli, N4/8 saylı “Çoxmərtəbəli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisinə dair Müqavilə”nin etibarsız hesab edilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, iddiaçı tərəf bildirir ki, məhz onlara məxsus olan qeyri-yaşayış sahəsinin olduğu yerə dair MTK ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə qeyd edilən müqavilə bağlanmışdır. Həmin müqavilə MTK-nın sədri X7 tərəfindən imzalansa da, lakin həmin vaxt Dərgah Nəsirov barəsində cinayət işi gedirdi və o, belə bir müqavilə bağlamaq iqtidarında deyildir. İşin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 92/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Dərgah Nəsirov həbs edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilən binanın 8 blokunda, 1ci mərtəbəsində ümumi sahəsi 142 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 satılması barədə xx.xx.2023-cü il tarixli, N4/8 saylı “Çoxmərtəbəli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilə formal olaraq, həmin binada iddiaçılara təhvil verilə biləcək boş qeyri-yaşayış sahəsinin olmamasına dair zahiri görünüş yaratmaqdan ötrü uydurma əqd kimi tərtib edildiyindən, həmin müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə iddianın “iddiaçılara məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 141.079 manat pulun Cavabdeh1 MTK-dan tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən ağlabatan həcmdə təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçılara məxsus olan qeyri-yaşayış sahəsi (kafe) onların razılığı və məlumatı olmadan sökülmüş, bunun nəticəsində də təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar. Danılmaz faktdır ki, kafe kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin içərisi cinayət əməli nəticəsində sökülərkən boş olmamış, həmin kafenin fəaliyyət göstərməsi üçün zəruri olan daşınar əşyalarla təchiz olunmuşdur. Bundan əlavə iddiaçıların nümayəndəsi olan anaları iddia edir ki, həmin qeyri-yaşayış sahəsinin arxasındakı otaqlardan o saxlanc yeri kimi istifadə etmiş, özlərinə məxsus istifadə etmədikləri, əlavə əşyalarını həmin yerdə saxlamışdır. Qeyd olunanları məhkəmədə sübut etmək üçün iddiaçılar foto şəkillər, şahid ifadələri təqdim edirlər. Lakin cavabdeh MTK göstərilənləri təkzib etmək üçün hər hansı etirazın dəlillərinə istinad etmir, sadəcə formal mülahizələrlə iddianın əsassız olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə qeyd edilən hissədə iddianın məhkəmədə tam, müfəssəl araşdırılması mümkün olmasa da, işin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, cavabdeh MTK tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi sökülərkən iddiaçılara məxsus daşınar əşyalar dağıntılar altında qalaraq məhv edilmişdir. Ədalət mühakiməsini yerinə yetirərkən məhkəmənin bunu görməzdən gəlməsi düzgün mövqe olmazdı. Eyni zamanda iddiaçılardan da gözləmək olmaz ki, onlar dağıntılar altında qalıb məhv olmuş daşınar əşyaların tam siyahısı barədə mötəbər sübutlar təqdim etsinlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların onlara məxsus daşınar əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 141.079 manat pulun tutulması hissəsində tələbləri ağlabatan məbləğdə yəni 30000 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddianın “əldən çıxmış faydaya görə iddiaçılar İddiaçı1 127.750 manat, İddiaçı2 isə 91.250 manat pulun Cavabdeh1 MTK-dan alınaraq ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəf bildirir ki, mübahisəli qeyri-yaşayış sahəsini onlar icarəyə verirdilər. Lakin ərazidə aparılmış söküntü işləri nəticəsində qaz, işıq və su kimi kommunal xidmətlərin göstərilməsi dayandığı üçün onlar qeyri-yaşayış sahəsini istifadə edə bilməmiş, nəticədə aylıq gəlirlərindən məhrum olmuşdurlar. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçılar həqiqətən özlərinə məxsus sahəni icarəyə verərək, hər ay gəlir götürürdülər. Lakin cavabdehin əvvəlcə iddiaçılara məxsus sahənin ətrafında söküntülər aparması, daha sonra isə mübahisəli sahəni sökməsi nəticəsində iddiaçılar mövcud sahəni icarəyə verə bilməyərək, aylıq gəlirlərindən məhrum olmuşdurlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçılar əldən çıxmış fayda qismində cavabdehdən pul tələb etməkdə haqlıdırlar. Məhkəmə əldən çıxmış faydanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən sahədən 2019-cu ilin may ayından istifadə edə bilmədiyini bildirir. Bununla bağlı kommunal xidmətlərdən istifadəyə görə son dəfə ödədiyi pulun qəbzlərini məhkəməyə təqdim edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçılar mübahisəli ünvanda söküntü işləri aparıldıqdan sonra 2019-cu ilin may ayından qeyri-yaşayış sahəsindən istifadə edə bilməmişdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğunu və həmin halları təsdiqləyən faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmamasını təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, cavabdeh MTK tərəfindən məhkəmə araşdırılması zamanı iddianın həqiqi olmamasını sübut edən hər hansı mötəbər dəlil, sübut və iddia ərizəsinə etiraz təqdim edilməmişdir. Belə ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə iddiaçı tərəfindən verilmiş sübutlar əsasında işə baxaraq hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, 2019-cu ilin may ayından 2025-ci ilin iyul ayınadək, (sonuncu iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edilən vaxtadək) 5 il 2 ay ərzində, aylıq gəlirin 3.000 manat olmasını nəzərə alaraq, cavabdehdən iddiaçıların xeyrinə onların hər birinin payı nəzərə alınmaqla, əldən çıxmış fayda qismində cəmi 186.000 manat (62 ay x 3.000 manat) pul tutulmalıdır. Məhkəmə həmçinin iddianın “Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 251,8 kv.metr (qeyri-yaşayış faktiki sahəsi 151,5 kv.metr, 15 kv.metr dam üstü, 40 kv.metr anbar, 13 kv.metr iki ədəd əl damı, 2 kv.metr tualet qovşağı) olan qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş 80.000 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq, 40.000 manat pulun İddiaçı1, 40.000 manat pulun isə İddiaçı2 ödənilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iddiaçılar həm tam təmirli qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsini, həm də onun təmirinə çəkilmiş xərci istəməklə bir əmlak üçün iki dəfə kompensasiya ödənilməsini tələb edirlər ki, bu da qanuni və ədalətli hesab oluna bilməz. Bu hissədə məhkəmə həmçinin iddiaçıya təmirli sahənin verilməli olduğunu də nəzərə alır. Odur ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən ödənilmiş 959,08 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 MTK-dan tutularaq iddiaçılara ödənilsin. İş üzrə aparılmış "xxxx" MMC-nin qiymətləndirmə hesabatının dəyəri olan 600 manat Cavabdeh1 MTK-dan tutularaq olan "xxxx" MMC-yə, “X10 Mərkəzi” MMC-nin qiymətləndirmə hesabatının dəyəri olan qalıq 1.000 manat İddiaçı1 və İddiaçı2 tutularaq “X10 Mərkəzi” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 18 ünvanında yeni tikilmiş binanın 1-ci mərtəbəsində Təbriz küçəsinə baxan istiqamətdə 151 kv.metr qeyri-yaşayış sahəsi təhvil verilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilən binanın 8 blokunda, 1-ci mərtəbəsində ümumi sahəsi 142 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli, N4/8 saylı “Çoxmərtəbəli yaşayış binasında pay qeyri-yaşayış sahəsinin tikintisi”nə dair Müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MTK-dan 30.000 manat məbləğində maddi ziyan tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh1 MTK-dan 186.000 manat əldən çıxmış fayda qismində pul vəsaiti tutularaq, həmin vəsaitin 124.000 manat hissəsi İddiaçı1, 62.000 manat hissəsi İddiaçı2 ödənilsin. Cavabdeh1 MTK-dan 959,08 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" MMC-nin qiymətləndirmə hesabatının dəyəri olan 600 manat Cavabdeh1 MTK-dan tutularaq olan "xxxx" MMC-yə, “X10 Mərkəzi” MMC-nin qiymətləndirmə hesabatının dəyəri olan qalıq 1.000 manat İddiaçı1 və İddiaçı2 tutularaq “X10 Mərkəzi” MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-134/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-134/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver