Məhkəmə qərarları › İş №2(005)-1343/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1343/2021

16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1343/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi həqiqətən xx xxxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulması faktının, habelə atasının adının əslində “Əvdil” olması faktlarını müəyyən edərək, doğum qeydinin bərpa edilməsi və vətənaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Əvdil qızı xx xxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuşdur. 1974-eü ildə təhsili ilə bağlı Bakı şəhərinə köçmüşdür və elə həmin vaxtdan burada qalmışdır. 1993-cü ildə məlum səbəblərdən doğma kəndi işğal olunmuşdur. Ərizəçi bildirir ki, rayon işğal olunan zaman özünə məxsus bütün sənədləri Soltanlı kəndində ata evində qalmışdır. Köhnə sovet pasportuna əsasən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Sovet pasportunda qeydlər rus dilində olduğu üçün atasının adı Əvdil olduğu halda "Əbdül” kimi yazılıb, səhv tərcümə nəticəsində də şəxsiyyət vəsiqəsinə ata adı “Əbdül” kimi qeyd edilmişdir. Hazırda mülkiyyətçisi olduğu evi bacısı qızına bağışlamaq niyyətindədir. Lakin, həm özünə aid doğum haqqında şəhadətnaməsi itirildiyi üçün, həmçinin də bacısı ilə ata adlarında fərqli yazılış olduğu üçün bunu edə bilmir. Doğum haqqında şəhadətnamənin təkrar verilməsi məqsədi ilə dəfələrlə həm Ədliyyə Nazirliyinin Qeydiyyat Baş İdarəsinə, həm də yaşadığı yer üzrə Maraqlı şəxsnə müraciətlər etmişdir. Aldığı imtina məktublarında qeyd olunur ki, doğum haqqında məlumatlar sistemdə aşkar olunmamışdır. Lakin, ərizəçi yaxın qohumlarının şahidliyi ilə doğum faktının və ata adının həqiqiliyini məhkəmədə sübut edə biləcəyinə güman edir. Ona görə də ərizəçi məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. X3 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuşdur. Sovet pasportunda qeydlər rus dilində olduğu üçün atasının adı Əvdil olduğu halda “Əbdül” kimi yazılıb, səhv tərcümə nəticəsində də şəxsiyyət vəsiqəsinə ata adı “Əbdül” kimi qeyd edilmişdir. Digər şahid X11 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi bacısıdır. Ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuşdur. Sovet pasportunda qeydlər rus dilində olduğu üçün atasının adı Əvdil olduğu halda “Əbdül” kimi yazılıb, səhv tərcümə nəticəsində də şəxsiyyət vəsiqəsinə ata adı “Əbdül” kimi qeyd edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953cü il tarixdə doğulmuşdur. ASAN 1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 17526664 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X20 qızı xx.xx.1963-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 16612142 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X19 qızı xx.xx.1968-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş və Bakı şəhəri, Atatürk pr, ev.10/7 ünvanında qeydiyyatdadır. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Mənzil-Kommunal İstismarı sahəsinin 35/043 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri, S.Vurğun küç, ev. 15 nömrəli mənzilində pasport qeydiyyatındadır. AZ-T № 150790 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1963-cü il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində doğulmuşdur. X7 anası X5r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində doğulmuşdur. X7 anası X5r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi Notariat idarəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 05/Q-1238/69 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi doğum haqqında akt qeydi 1950-1956-cı illər Cəbrayıl rayon qeydiyyat şöbəsi, Soltanlı icra nümayəndəliyi üzrə ilkin 1959-1970-ci illər bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyesteri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı qeyd edilmişdir. Bakı şəhəri, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 183 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edildiyi və hazırki halda, doğum akt qeydinin həqiqətən odluğunu təsdiq edən müvfiq sənədlər təqdim olunmadığı üçün müraciətin icrası imkan xaricində olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyesteri xidmətinin xx xxxxxx 2020-ci il tarixli 05/2-195/69 nömrəli məktubundan görünür ki, 1950- 1956-cı illər Cəbrayıl rayon qeydiyyat şöbəsi, Soltanlı icra nümayəndəliyi üzrə ilkin, 1959- 1971-ci illər bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyesteri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə “X9” X1 Sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeydə alınması halı müəyyən edilmədiyi qeyd edilmişdir. Nərimanov rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli 078-5490-1221 nömrəli məktubundan görünür ki, Ərizəçi Nərimanov rayonu M.K.Atatürk pr, ev 37, m 95 ünvanında xx.xx.1998-ci il tarixdən qeydiyyatda olduğu və qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-2413-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Nərimanov Polis İdarəsi tərəfindən verilmiş AZ-422813 nömrəli 9 saylı formada arayışın (forma-9) 1 nömrəli ərizə formasının və həmin idarə tərəfindən xx.xx.2003-cü il tarixdə ilk dəfə verilmiş AZE-00793595 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasına əsasən Ərizəçi məxsus AZE-00793595 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən AA******* şəxsiyyət vəsiqəsinin dəyişdirldiyi qeyd edilmişdir. Fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Cəbrayıl şəhərində doğulduğu, valideyinlərinin X16 və X6 olduğu, Bakı şəhəri, M.K.Atatürk prospekti 37 mənzil 95 də yaşadığı qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonu Soltanlı kəndində doğulmuşdur. X8, anası X4r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VM-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti oian faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaiar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Göründüyü kimi ərizəçinin xx.xx.1953-cü ildə doğulması ilə bağlı hissədə mübahiə yoxdur. ərizəçinin şəxsiyyət vəsiqəsində də doğulduöu tarix qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia doğum tarixi ilə bağlı faktın müəyyən edilməsi hissəsində iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən ərizə qismən təmin ediiməli, Ərizəçi qızının xx xxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulması, ad, soyadı və atı adı qrafasında Ərizəçi Əvdil qızı, ata adı qrafasında X15, ana adı qrafasında X6 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızının xx xxxxxx 1953-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulması, ad, soyadı və atı adı qrafasında Ərizəçi Əvdil qızı, ata adı qrafasında X15, ana adı qrafasında X6 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Yeni doğum şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar