Məhkəmə qərarları › İş №2(005)-1349/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1349/2021

12.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1349/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “KONSTRA" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “KONSTRA" MTK, "xxxx" MMC - yə qarşı “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “KONSTRA" MTK, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və cavahdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsinin 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B 02 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "KONSTRA” MTK arasında 10 dekabr 2018-ci il tarixli B-106 10 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1 -ci maddəsinin tələbinə əsasən "KONSTRA” MTK ünvan 3 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin Payçıya verilməsini, Payçı isə müqavilə ilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. 10 dekabr 2018-ci tarixdə “Payçı” İddiaçı tərəfindəndən mənzilin tam dəyəri olan 167.673 (yüz altmış yeddi min altı yüz yetmiş üç) manat pul vəsaiti Cavabdeh1 MTK-ya ödənilmişdir. "Payçı" İddiaçı "xxxx" MTK tərəfindən borcun olmamasına dair 10 dekabr 2018-ci il tarixli, 082 saylı Maliyyə Arayışı da verilimişdir. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən "Konstra” MTK-a "Payçı” İddiaçı Asil qızına mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edərək təhvil verməyi öhdəliyinə götürmüşdür. Lakin bu günə qədər “Konstra" MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra elməyərək mənzili iddiaçıya təhvil verməmişdir. Sonradan isə məlum olmuşdur ki, guya "xxxx" MMC ilə "xxxx" MTK birlikdə fəaliyyət göstərərək ünvan 4 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış evi inşa etmişlər və həmin inşa edilmiş mənzillərin satışının "xxxx" MTK -ya həvalə edilmişdir. Bu səbəbdən də hər iki şirkət cavabdeh olaraq işə cəlb edilməlidir. Dəfələrlə "xxxx" MTK-ya müraciət edərək mənzilin iddiaçıya təhvil verilməsi xahiş edilmişdir. Lakin "xxxx" MTK-a müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək mənzili təhvil vermir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zəruriyyəli vardır. "xxxx" MMC-yə də müraciət edərək mənzilin iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Lakin, müraciəti cavabsız və nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC-nın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, göstərmişdir ki, iddiaçı ünvan 1 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin təhvil verilməsini tələb edir. Lakin həmin mənzil Cavabdeh2 MMC-yə məxsus olmuşdur. "xxxx" MTK həmin mənzil barəsində sənəncam verə bilməzdi. "xxxx" MTK ilə Cavabdeh2 MMC arasında mənzillərin bölgüsü ilə bağlı razılaşma olmuşdur. Cavabdeh2 MMC sifarişçi, "xxxx" MTK isə podratçı olmaqla tərəflər arasında podrat müqaviləsi mövcud olub. "xxxx" MTK-nın həmin mənzili satış hüququ olmadığı halda, iddiaçıya satması və saxta müqavilə bağlaması hallları mövcuddur. Belə olan halda, iddia təmin edilə bilməz. Digər cavabdeh, "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Cavabdeh2 MMC-nin direktoru X5 iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh2 MMCyə qarşı irəli sürdüyü dəlillər heç hüquq müəyyənedici sənədlə təsdiqlənmədiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş V blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan 3 otaqdan ibarət B02 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınmasını və cavahdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən qeyd olunan mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ilə "KONSTRA” MTK arasında 10 dekabr 2018-ci il tarixli B-106/19 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən "KONSTRA” MTK Möhsün Sənani küçəsi ev 13/15 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris V blokunun 19- cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan 3 otaqdan ibarət B02 saylı mənzilin Payçıya verilməsini. Payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu günə qədər “Konstra" MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək mənzili iddiaçıya təhvil verməmişdir. Daha sonra iddia ərizəsində göstərilir ki, "xxxx" MMC ilə "xxxx" MTK birlikdə fəaliyyət göstərərək ünvan 5 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış evi inşa etmişlər və həmin inşa edilmiş mənzillərin satışının "xxxx" MTK-ya həvalə edilmişdir. Bu səbəbdən də hər iki şirkət cavabdeh olaraq işə cəlb edilməlidir. İddiaçının bu fikri həqiqəti əks etdirmir. Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı” “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 6 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000.000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş, Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdiir. Qeyd etmək istərdik ki. sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X6 tərəfindən MTK-nın digər payçıları olan X10, X16, X11. X17 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545.45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki. tərəflər “A” və “B” blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12.758.23 (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490.000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12.758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktf’nm və “Mənzillərin Bölgü Aktf’nm müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin, bizə məlum olmuşdur ki, “Sifarişçi”nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “Podratçı” tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Cavabdeh1 MTK-nın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh1 MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh1 MTK-nın direktoru Rəsulov D. tərəfindən Cavabdeh2 MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh1 şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki. bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin Cavabdeh1 MTK-nın verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam etdiyinə dair şübhələri vardı. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh1 MTK-nın sədri X7 bildirişxəbərdarlıqlar ünvanlamışlar. Xəbərdarlıqlarda bildirmişlər ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafıkdən geri qalır, Cavabdeh1 MTK-dan ətraflı rəsmi hesabatlar tələb etmişlər. Lakin onların qanuni tələbləri diqqətə alınmamış, xəbərdarlıqlarının üçünə də cavab gəlməmiş, tələbləri yerinə yetirilməmişdir. Göründüyü kimi, İddiaçının “Podradçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən Cavabdeh2 MMC-nin “Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 30 oktyabr 2019-cu il tarixli Cavabdeh1 MTK-nın direktoru Abbaslı B. tərəfindən imzalanmış məktubdan görünür ki, Cavabdeh1 MNK-nın qərarı ilə 5 oktyabr 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsi, 5 iyun 2018-ci il tarixli podrat müqaviləsi və ondan irəli gələn 1, 2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq yalnız “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. 24 fevral 2020-ci il tarixdə bizim Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətimiz əsasında X1 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Nəzərinizə çatdırırıq ki, cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” MTK-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 8 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Konstra" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X8 tərəfindən MTK-nın digər payçıları olan X10, X16, X11. X17 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545.45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X9 həvalə edildilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. "xxxx" MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçıarasında bağlanmış 10.12.2018-ci il tarixli B-106/19 saylı müqavilənin surətinə əsasən satıcı Cavabdeh1 MTK dəyəri 167673,00 AZN həcmində müəyyən edilmiş ünvan 1 ünvanında İnşa olunan 3 girişi, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili alıcıya təhvil verməyi, alıcı X18 isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3.17-ci bəndinə əsasən kooperativ “Payçı»nın əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüş, “kooperativ” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi və təmirsiz şəkildə “Payçı’ya təhvil verilməsini təmin etməyi üzərinə götürmüşdür; Cavabdeh1 MTK-nın 10.12.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı Bakı şəhərində Nərimanov rayonu, ünvan 1 ünvanında İnşa olunan 3 girişi, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin dəyərini tam ödəmiş, kooperativə B-106/19 nömrəli müqavilə üzrə borcu yoxdur. 07 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı “KONSTRA" MTK arasında 05 iyul 2018-ci il tarixdə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 MMC-ə məxsus ünvan 9 ünvanında yerləşən 0.3112 ha torpaq sahəində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. Məhkəmə iddia tələbi üzrə ünvan 2 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və cavahdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsinin 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B 02 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə iddiaçının tələbini qismən əsaslı hesab edir. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MTK qeyd edilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdehlər göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil vermədiyindən, iddiaçı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını, mənzilin açarlarının ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "KONSTRA” MTK arasında 10 dekabr 2018-ci il tarixli B-106 10 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən "KONSTRA” MTK ünvan 10 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Müqavillərin şərtlərinə əsasən İddiaçı tam olaraq ödəniş etmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzillərin tənvil verilməsini tələb edir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müqavilədə göstərdiyi müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. İddia tələbinin sahiblik və istifadə hüququnun tanınması hissəsini əsassız hesab edərək qeyd edir ki, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsinin 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B 02 saylı mənzili İddiaçı təvil verilmədiyindən, həmin şəxs sözügedən mənzildə yaşamamış və mənzildən istifadə etməmişdir. Bununla da həmin şəxsin mənzilə istifadə və sahiblik hüququ məhkəmə tərəfindən tanına bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzilləri iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh mənzili iddiaçıya təhvil vermədiyindən mənzillərin açarlarının ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 11 ünvandakı mənzillərə dair mülkiyyət hüququn dövlət tərəfindən qeydiyyata alınması barədə çıxarışın iddiaçıların adına verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün sənədlərin təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsinin 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B 02 saylı mənzil İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar