Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1350/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin iddaçı X5 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “KONSTRA" MTK arasında 08 yanvar 2019-cu il tarixli) B-140/06 savlı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh1 MTK ünvan 3 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris B blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin Payçıya verilməsini. Payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. 08 yanvar 2019-cu il tarixdə “Payçı" İddiaçı tərəfindən mənzilin tam dəyəri olan 182916 (yüz səksən iki min doqquz yiız on altı) manat pul vəsaiti "xxxx" MTK-nın kassasına ödənilmişdir. "Payçı” İddiaçı “Konstra" MTK tərəfindən borcunun olmamasına dair 08 yanvar 2019-cu il tarixli 111 saylı Maliyyə Arayışı və 0069 saylı kassa məxaric orderi verilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci maddəsinin tələbinə əsasən isə “Konstra" MTK mənzilin təmirsiz şəkildə payçıya təhvil verməyi öhdəliyinə götürmüşdür. Müqavilənin 3.7-ci bəndinə əsasən “Konslra" MTK-a “Payçı" İddiaçı mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edərək təhvil verməyi öhdəliyinə götürmüşdür. Hazırda isə məlum olmuşdur ki, “Orxan-TİT" MMC ilə “Konstra" MTK birlikdə fəaliyyət göstərərək ünvan 4 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış evi inşa etmişlər və həmin inşa edilmiş mənzillərin satışını "xxxx" MTK-ya həvalə edilmişdir. Bu səbəbdən də hər iki şirkət cavabdeh olaraq cəlb edilməlidir. Dəfələrlə "xxxx" MTK-ya müraciət edərək mənzilin iddiaçıya təhvil verilməsi xahiş edilmişdir. Lakin “Konstra" MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək mənzili təhvil vermir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zəruriyyəti vardır. “Orxan-TİT" MMC-yə də müraciət edərək mənzilin iddiaçıya təhvil verilməsini xahiş etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Məhkəmə iclasında X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək, hazırki mülki iş üzrə cavabdeh olmadıqlarını, iddiaçının əslində digər cavabdehə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ilə müraciətetməli olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MTK-a məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək ünvan 5 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınmasını və cavabdchlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən ünvan 6 ünvanında inşa edilən 3 gir.şli 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 06-cı mərtəbəsində yerləşən B02 saylı mənzilin iddaçı X4 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ilə “KONSTRA" MTK arasında 8 yanvar 2019-cu il tarixli B-140-06 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1 -ci maddəsinin tələbinə əsasən Cavabdeh1 MTK ünvan 7 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris B blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin payçıya verilməsini, Payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra iddia ərizəsində göstərilir ki, "Orxan-TİT” MMC ilə "xxxx" MTK birlikdə fəaliyyət göstərərək ünvan 8 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış evi inşa etmişlər və həmin inşa edilmiş mənzillərin satışının "xxxx" M İ K-ya həvalə edilmişdir. Bu səbəbdən də hər iki şirkət cavabdeh olaraq işə cəlb edilməlidir. İddiaçının bu fikri həqiqəti əks etdirmir. Cavabdeh2 MMC ("xxxx") ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı” "xxxx"nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 9 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 5 iyul 2018ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5.000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. Qeyd edilir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 10 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmışdır. Tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X7 tərəfindən MTK-nın digər payçıları olan X13, X20, X14. X21 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrıayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A” və “B” blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12758.23 (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktf’na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktı”nın və “Mənzillərin Bölgü Aktı”nın müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin, onlara məlum olmuşdur ki. "xxxx"nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “Podratçı” tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Cavabdeh1 MTKnın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh1 MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh1 MTK-nın direktoru Rəsulov D. tərəfindən Cavabdeh2 MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh1 şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin Cavabdeh1 MTK-nın verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam etdiyinə dair şübhələri vardı. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh1 MTK-nın sədri X8 bildirişxəbərdarlıqlar ünvanlayıblar. Xəbərdarlıqlarda bildirmişlər ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafikdən geri qalır, Cavabdeh1 MTK-dan ətraflı rəsmi hesabatlar tələb elmişdirlər. Lakin onların qanuni tələbləri diqqətə alınmamış, xəbərdarlıqlarınıın üçünə də cavab gəlməmiş, tələbləri yerinə yetirilməmişdir. Göründüyü kimi, İddiaçının “Podradçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən Cavabdeh2 MMCnin "xxxx" kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 30 oktyabr 2019-cu il tarixli Cavabdeh1 MTK-nın direktoru Abbaslı B. tərəfindən imzalanmış məktubdan görünür ki, Cavabdeh1 MNK-nın qərarı ilə 5 oktyabr 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsi, 5 iyun 2018-ci il tarixli podrat müqaviləsi və ondan irəli gələn 1, 2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq yalnız “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Cavabdeh1 MTK-nın C bleku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. 24 fevral 2020-ci il tarixdə bizim Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətimiz əsasında X1 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Nəzərə çatdırılır ki, cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” MTK-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 11 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalanndakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur.Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 10 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Konstra" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X9 tərəfindən MTK-nın digər payçıları olan X13, X22, X14. X21 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X10 həvalə edildilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində birgə fəaliyyət ilə əlaqədar istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMCnin heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış 08.01.2019-cu il tarixli B- 140/06 saylı müqavilənin surətinə əsasən satıcı Cavabdeh1 MTK dəyəri 182916,00 AZN həcmində müəyyən edilmiş ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3.17-ci bəndinə əsasən kooperativ “Payçı»nın əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüş, “kooperativ” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi və təmirsiz şəkildə “Payçı’ya təhvil verilməsini təmin etməyi üzərinə götürmüşdür; Cavabdeh1 MTK-nın 08.01.2019-cu il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-140/06 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İddiaçı nun Cavabdeh1 MTK-ya ünvanlanmış 09.12.2020-ci il tarixli və 08.01.2021-ci il tarixli pretenziyaların surətinin məzmununda “İddiaçı qı/.ı ilə aramı/da imzalanmış 08 dekabr 2020-ci il tarixli, 1852 saylı "hüquqi xidmət göstərilməsinə dair” müqavilə əsasında hüquqlarının müdafiəsi mənə həvalə edilmişdir. Bildirirəm ki, hüquqların müdafiə eldiyim İddiaçı ilə "xxxx" MTK arasında 08 yanvar 2019-cu il tarixli B-140/C6 saylı müqavilə imzalanmışdır, dərəllər arasında imzalanmış müqavilənin 1.1 -ci maddəsinin tələbinə əsasən "xxxx" MTK ünvan 6 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris B blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin Payçıya verilməsini. Payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. 08 yanvar 2019-cu il tarixdə "Payçı" İddiaçı tərəfindən mənzilin tam dəyəri olan 182916 (yüz səksən iki min doqquz yüz on altı) manat pul vəsaiti "xxxx" MTK-ya ödənilmişdir. "Payçı" İddiaçı qızma "xxxx" MTK tərəfindən borcunun olmamasına dair 08 yanvar 2019-cu il tarixli 111 saylı Maliyyə Arayışı da verilmişdir. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən "xxxx" MTK-a "Payçı" İddiaçı mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edərək təhvil verməyi öhdəliyinə götürmüşdür. Sizdən tərəflər arasında imzalanmış 08 yanvar 2019-cu il tarixli B-140/06 saylı müqavilə şərtlərinə əməl edərək ünvan 12 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giris B b okunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzili İddiaçı qızma təhvil verməyinizi xahiş edirik.” göstərilmişdir; İddiaçı Cavabdeh1 MTK-ya ünvanlanmış 09.01.2021-ci il tarixli pretenziyanın surətinin məzmununda “İddiaçı Avdın qı/ı ilə aralarında imzalanmış 08 dekabr 2020-ci il tarixli. 1852 saylı "hüquqi xidmət göstərilməsinə dair" müqavilə əsasında hüquqlarının müdafiəsi mənə həvalə edilmişdir. Bildirir ki, hüquqların müdafiə etdiyi İddiaçı Asdın qızı ilə "xxxx" MTK arasında 08 yanvar 2019-cu il tarixli B-140/06 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1 -ci maddəsinin tələbinə əsasən Cavabdeh1 MTK ünvan 13 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris B blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin Payçıya verilməsini. Payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. 08 yanvar 2019-cu il tarixdə "Payçı” İddiaçı tərəfindən mənzilin tam dəyəri olan 182916 (yüz səksən iki min doqquz yüz on altı) manat pul vəsaiti "Konstra” MTK-ya ödənilmişdir. “Payçı" İddiaçı qızma "Konstra” MTK tərəfindən borcunun olmamasına dair 08 yanvar 2019-cu il tarixli 111 saylı Maliv və Arayışı da verilmişdir. Tərəflər arasında imzalanmış müqavilə şərtlə-inə əsasən "Konstra“ MTK-a "Payçı” İddiaçı qızma mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edərək təhvil verməy i öhdəliyinə götürmüşdür. Məlum olmuşdur ki, i4Orxan-TİT” MMC ilə Cavabdeh1 MTK birlikdə fəaliyyət göstərərək ünvan 14 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış evi inşa etmişlər və həmin inşa edilmiş mənzillərin satışının Cavabdeh1 MTK tərəfindən həyata keçirilməsinə dair aralarında müqavilə imzalanmışdır. Sizdən Cavabdeh1 MTK ilə İddiaçı arasında imzalanmış 08 yanvar 2019- cu il tarixli B-140/06 saylı müqavilə şərtlərinə əməl edərək ünvan 6 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giris B blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi. 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 say lı mənzili İddiaçı Ay dın qızına təhv il verilməsini xahiş edirik” göstərilmişdir; İş materiallarında olan 0507/01-18 saylı 05 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, 05 iyul 2018-ci il tarixli № 0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı: Azərbaycan Respublikası, ünvan 15lət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X11 şəxsində bundan sonra "xxxx" adlandırılacaq və digər tərəfdən Konstra MTK (VÖEN **********), X12 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 9 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlinərək ehtimal olunan qiymət 5,000,000.00 (beş milyon) manat məbləğində ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 08 yanvar 2019-cu il tarixli B-140/06 saylı müqavilənin surətindən görünür ki, 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət B02 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh1 MTK-nın 08.01.2019-cu il tarixli 111 nömrəli maliyyə arayışının surətindən görünür ki, arayış İddiaçı verilmişdir ona görə ki, o həqiqətən Cavabdeh1 MTK-nın ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-125/19 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış 08.01.2019-cu il tarixli B-140/06 saylı müqavilənin surətinə əsasən satıcı Cavabdeh1 MTK dəyəri 182916,00 AZN həcmində müəyyən edilmiş ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Müqavillərin şərtlərinə əsasən İddiaçı tam olaraq ödəniş etmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzilin təhvil verilməsini və həmçinin həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmasını tələb edir. Məhkəmə iddia tələbini mənzilin təhvil verilməsi hissəsində əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Göründüyü kimi, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan 2 ilə yaxın müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İddiaçının iddia tələbində qeyd etdiyi hər iki cavabdehə yönələn tələbə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüququnu şərtləndirir. Öhdəliklə bağlı Cavabdeh1 MTK-nın müqavilə bağlaması isə, "xxxx" MMC-nin deyil məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə cavabdehlərə münasibətdə iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzilləri iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh MTK göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almasına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh mənzili iddiaçıya təhvil vermədiyindən iddiaçı mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2021-ci il tarixdə təhvil verməli olduğu əmlakı ona verməmiş, iddiaçı ilə müqavilə münasibətlərinin mövcudluğunu ümumiyyətlə inkar etmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə iddia tələbini, mübahisəli mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində də əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrıayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Xüsusi konstitusiya icraatının predmetini təşkil edən məsələnin həlli baxımından 2009cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş, digər vacib məsələlərlə yanaşı özəl mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi, mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra — Mənzil Məcəlləsi) bəzi müddəaları da diqqətəlayiqdir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Yuxarıda sadalananlara əsaslanmaqla məhkəmə bir daha iddiaçının iddia tələbində qeyd etdiyi “sahiblik və istifadə hüququnun tanınması” tələbinə münasibətdə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüquqnu şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bağlanmış müqavilə üzrə istifadə və sahiblik hüququ olduğu halda, bu hüquqların tanınmasını məhkəmə qaydasında təkrar tələb etməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsi, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsi, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1350/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1350/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver