Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1359/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Dövlət Miqrasiya Xidməti Baş İdarəsi və qeyrilərinə qarşı AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin və Baş Səhiyyə İdarəsi Sabunşu rayonu 3 №-li Şəhər Kliniki Xəstəxanasının qəsdən hərəkətsizliyi barədə iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixində İsrail Dövlətinin vətəndaşlığının qəbul edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar Cavabdeh1 şəxsiyyət vəsiqəsinin və ünıumvətəndaşlıq pasportunun ləğv edilməsi vəzifəsi AR Dövlət Miqrasiya XidmətiBaş İdarəsinin üzərinə qoyulması, Cavabdeh1 Cunıa qızının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması statusunu müəyyən edərək Cavabdeh1 Azərbaycan Respublikası vətənaşlığına mənsub olmaması faktını müəyyənləşdirmək vəzifəsi AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə qoyulması, vətəndaşlığın azaldılması haqqında Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəməyə müvafiq rəy vermək və Cavabdeh1 AR vətəndaşlığının itirilməsi haqqında icraatı təmin etmək vəzifəsi AR Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması, Xarici dövlətin vətəndaşlığını qəbul etdiyi vaxtdan xarici dövlətin vətəndaşı M.C. Dadaşova tərəfindən qanunsuz olaraq alman Azərbaycan Respublikası pensiyası Cavabdeh1 tutulması, saxtalaşdırma İddiaçı xeyli miqdarda əmlakının oğurlanması, qrup halında dələduzluq haqqında ifadəni verməsi üçün Cavabdeh1 mütləq qaydada məhkəməyə çağırılması, xx.xx.2006-cı il tarixində saat 00:10-da vəfat etmiş 1958-ciil təvəllüdlü T.A.Dadaşovun fiziki ölümünə dair sənədlərihəmçinin mərhumun şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermək vəzifəsi Baş Səhiyyə İdarəsinin 3 №-li Şəhər Kliniki Xəstəxanasının üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, hazırkı iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə cavabdeh tərəf Dövlət Miqrasiya Xidməti inzibati orqan olmaqla iddiaçının tələbləri inzibati orqan üzərinə müəyyən öhdəliklər qoymaq xarakteri daşıyır. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati mübahisələrin dəqiq dairəsi göstərilmişdir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin mənasına görə inzibati məhkəmələr inzibati hüquq münasibətləri ilə əlaqədar mübahisələrə baxırlar və inzibati hüquq münasibətlərinin subyektiv tərkibi inzibati orqan və maraqlı şəxsdən ibarət olmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı vətəndaşlıqla bağlı məsələlərin həlli üçün inzibati xarakterli qərarlar qəbul etmək barədə tələblər irəli sürmüşdür. Çünki cavabdeh tərəf inzibati orqan olmaqla yanaşı, həmin mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir, mülki hüquq münasibətlərinə aid olmaqla xüsusi hüquq sahəsinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hallar cavabdeh tərəfindən inzibati hüquq münasibətinin nəticəsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında inzibati orqanların dəqiq siyahısı göstərilməklə yanaşı həmçinin müəyyən olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar da inzibati orqanlar hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Dövlət Miqrasiya Xidməti Baş İdarəsi və qeyrilərinə qarşı AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin və Baş Səhiyyə İdarəsi Sabunşu rayonu 3 №-li Şəhər Kliniki Xəstəxanasının qəsdən hərəkətsizliyi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1359/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1359/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver