Məhkəmə qərarları › İş №2(005)-1360/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1360/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1360/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs «Aqrar Kredit" QSC-nin nümayəndəsi X3 İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs «Aqrar Kredit" QSC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs «Aqrar Kredit" QSC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1 659 241,67 manat borcun İddiaçı MMC-nin xeyrinə tutularaq ödənməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh arasında 2018-ci ilin sentyabr ayında onun "xxxx" QSC-yə olan 1659241,67 manat kredit borcunun MMC-nin üzərinə ötürülməsi və gələcəkdə tərəfindən ödənilməsinə və ödənilən kredit borcunun ödəndikdən sonra, bir il ərzində onlara geri ödənməsinə dair razılığa gəlmişlər. Belə ki, həmin vaxt artıq "xxxx" QSC Cavabdeh Nərimanov Rayon Məhkəməsinə verərək borcun tutulmasını və həmin borcun girov qoyulmuş əmlaka yönəldilməsinə dair qətnaməsi mövcud idi və hər iki tərəfin verdiyi apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsində baxılırdı. Bundan sonra İddiaçı MMC və cavabdeh borcun MMC-nin üzərinə ötürülməsinə dair ərizə ilə "xxxx" QSC-nin rəhbərliyinə müraciət etmiş və müsbət cavab alandan sonra 01 oktyabr 2018-ci ildə borcun ötürülməsi və qəbul edilməsinə dair müqavila imzalamışlar. Bundan əlavə həmin gün biz aralarında borcun ötürülməsinə, ödənməsinə, ödənmiş borcun gələcəkdə geri ödənməsinə və təminat kimi girov qoyulacaq daşınmaz əmlak barədə ilkin razılaşma imzalanmış və 12 oktyabr 2018-ci ildə həmin razılaşma Öhdəlik Müqaviləsi kimi notarial qaydada təsdiq edilmişdir. Qeyd edilən sənədləşmə işlərinə, borcun ötürülməsinə, İddiaçı MMC tərəfindən ödənməsinə və əmlakın gələcəkdə girov qoyulmasına dair cavabdehin həyat yoldaşı X4 yazılı ərizə ilə öz razılığını bildirmişdir. Bundan sonra borc İddiaçı MMC-nin üzərinə ötürüldüyündən "xxxx" QSC və Hüseynova X5 Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətindən imtina etmişlər. İddiaçı MMC öhdəlik müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etmiş və cavabdeh X2 "xxxx" QSCyə olan 1659241,67 manat kredit borunu öz üzərinə götürərək tam olaraq ödəmişdir. Lakin cavabdeh həmin müqavilənin 2.3.1-ci ("xxxx" QSC-yə ödənilmiş 1 657 491.67 manat borcu, QSCyə ödənildiyi tarixdən bir il ərzində bizə ödəmək) və 2.3.2-ci ("xxxx" QSC- yə ödənilmiş 1 657 491.67 manat borcu ödədikdən sonra, borcun etirafı müqaviləsi imzalamaq və AR ƏMDK-nin yanında DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA 001925 saylı 09.12.2009-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksini borc ödənilənədək, bizim xeyrinə yüklü etmək) öhdəliyinizi icra etmir və ona 06 dekabr 2020-ci ildə pretenziya məktubu ünvanlamağımıza baxmayaraq bu günədək icrasından boyun qaçırır. Beləliklə aydın olur ki, cavabdeh iki ildən çoxdur ki borcun ödənməsindən boyun qaçırır və bununla müqavilənin, qanunvericiliyin müddəalarını və İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkili Vəkil iddia tələbi qəbul etmədiyini, rədd olunmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs «Aqrar Kredit" QSC-nin nümayəndəsi X6 iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Birinci tərəf İddiaçı MMC ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış 01.10.2018-ci il tarixli borcun ötürülməsinə dair ilkin müqavilədən görünür ki, "Birinci tərəf" "xxxx"in "xxxx" QSC-yə olan 1659241,67 manat kreditini üzərinə götürərək ödəyir. "İkinci tərəFin "Birinci tərəfin "Aqrar Kredit” QSC-yə olan 1659241,67 manat kreditinin üzərinə götürdükdən sonra, tərəflər arasında borcun ödənilməsinə dair bir illik borc müqaviləsi bağlanır (2.2-ci bənd). "Birinci tərəf” müqavilənin 1.1. bəndində qeyd edilən, "İkinci tərəFin borcunu QSC-yə və "İkinci tərəF'in əvəzinə ödənilmiş borc "İkinci tərəF tərəfindən "Birinci tərəfə” ödənilənədək, "İkinci tərəf”'in ARƏMDK-nin yanında DƏDRXi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA 001925 saylı 09.12.2009-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksini ("Məxməri"Restoranı) "Aqrar Kredit” QSC-nin, QSC-nin borcu ödənildikdən sonra isə "Birinci tərəFin borcu ödənilənədək sonuncunun xeyrinə yüklü edilir. Birinci tərəf İddiaçı MMC ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış 12.10.2018-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, "Birinci tərəf” "İkinci tərəfin” "xxxx" QSC-yə elan 1657491.67 manat kreditinin üzərinə götürərək ödəyir."İkinci tərəf”in "Birinci tərəfin "xxxx" QSC-yə olan 1 657 491.67 manat kreditinin üzərinə götürdükdən sonra, tərəflər arasında borcun ödənilməsinə dair bir illik borc müqaviləsi bağlanır. "Birinci tərəf” müqavilənin 1.1. bəndində qeyd edilan, "İkinci tərəf”in borcunu QSC-yə və "İkinci tərəf”in əvəzinə ödənilmiş borc "İkinci tərəf tərəfindən "Birinci tərəfə ödənilənədək, "ikinci tərəfin AR ƏMDK-nin yanında DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA 001925 saylı 09.12.2009-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksini ("Məxməri"Restoranı) "xxxx" QSC-nin, QSC-nin borcu ödənildikdən sonra isə "Birinci tərəfin borcu ödənilənədək sonuncunun xeyrinə yüklü edir. 08.12.2021-ci il taixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh öhdəliklərini 15 gün ərzində icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə aralarında kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə mübahisəsi olmuşdur. Bundan sonra İddiaçı MMC və Cavabdeh borcun MMC-nin üzərinə ötürülməsinə dair ərizə ilə "xxxx" QSC-nin rəhbərliyinə müraciət etmişdir. 01.10.2018-ci il tarixli borcun ötürülməsinə dair ilkin müqavilə əsasında İddiaçı MMC, Cavabdeh "xxxx" QSC-yə olan 1659241,67 manat kreditini öz üzərinə götürmüş, Cavabdeh isə 1 il ərzində qeyd edilən məbləği İddiaçı MMC-yə geri ödəməyə dair öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir’. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlğa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən aldığı borcu aralarında bağlanmış müqaviləyə əsasən 1 il ərzində iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə məhkəmə hesab edir, iddia təmin olunmalı, Cavabdeh 1659241,67 (bir milyon altı yüz əlli doqquz min iki qırx bir manat 67 qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 1659241,67 (bir milyon altı yüz əlli doqquz min iki qırx bir manat 67 qəpik) manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar