Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1362/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X5 göstərilməklə Cavabdeh ASC-yə qarşı arayışın verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X5 göstərilməklə Cavabdeh ASC-yə qarşı arayışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışı vermək öhdəliyinin cavabdeh “Azərelektroterm ASC”nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Bakı Elektro Termik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. Əvvəl tornaçı, sonra çilingər vəzifəsində çalışmışdır. Əmək kitabçasında göstərilir ki, o, xx.xx.1985-ci ildə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə öz arzusu ilə işdən azad edilmiş, həmin gün əvvəlki işinə bərpa edilmişdir. xx.xx.2002-ci ildə Bakı Elektro Termik Avadanlığı zavodu Cavabdeh ASC-yə çevrilmişdir. xx.xx.2004-cü ildə müqavilə əsasında ştamplayıcı təyin edilmişdir. Cavabdeh tərəfindən ona iş stajının təsdiq olunması üçün verilən xx.xx.2023-cü il tarixli arayışda həmin zavodda xx.xx.1984-xx.xx.1986-cı illərdə tornaçı və xx.xx.2004-cü ildən xx.xx.2008-ci il tarixədək ştamplayıcı işlədiyi faktı öz əksini tapmışdır. Həmçinin ona zavodda işlədiyi dövrdə tarixli arayışlar verilmiş və işin əməyin təhlükəli şərtləri ilə bağlı olduğu qeyd edilmişdir. Lakin arayış və əmək kitabçasında həqiqi həyata keçirdiyi vəzifənin cavabdeh tərəfindən düzgün qeyd olunmaması nəticəsində o, güzəştli pensiya hüququndan yararlana bilmir. O, əmək pensiyasının təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialına müraciət etmiş, lakin bundan imtina edilmişdir. Məktubda göstərilmişdir ki, qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir, eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilən güzəştli iş stajı yoxdur. O, Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşa çatdığı gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin Mərkəzi Filiala həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(112)-3202/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etdikdə, rayon məhkəməsinə müraciət etməyi tövsiyə edilmiş və şikayəti geri götürmüşdür. O, cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayış verilməsini xahiş etmiş, lakin cavabdeh arayışı verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, tokar vəzifəsində işləmişdir. İddiaçı təxminən bir ay, ay yarım tokar vəzifəsində çalışmış, daha sonra çilingər vəzifəsinə keçmişdir. O, 1999-cu ilədək işləmiş, əmək şəraiti zərərli olmamışdır. 1994-cü ildən sonra zavodun işləri zəifləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, İddiaçı 1985-ci ildən tanıyır, birlikdə Cavabdeh ASC-də işləmişlər. İddiaçı ondan əvvəl işləməyə başlamış, əmək şəraiti zərərli olmuşdur. O, 1988-ci ildə vəzifəsini dəyişmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh İB-nin xx.xx.1985-ci il tarixli, 861 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü ildən hazıradək SSSR Elektrik Sənayesi Nazirliyinin Bakı təcrübieksperimental zavodunda 2-ci dərəcəli çilingər vəzifəsində işləyir. Həmin arayış Poliklinikaya təqdim edilmək üçün verilmişdir. İş əməyin təhlükəli şərtləri ilə bağlıdır; Cavabdeh İB-nin xx.xx.1987-ci il tarixli, 739 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü ildən hazıradək SSSR Elektrik Sənayesi Nazirliyinin Bakı təcrübieksperimental zavodunda 5 saylı Sexin 3-cü dərəcəli tokarçı vəzifəsində işləyir. Həmin arayış Poliklinikaya təqdim edilmək üçün verilmişdir. İş əməyin təhlükəli şərtləri ilə bağlıdır; Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 15 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh ASC-də xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (güzəştli şərtlərlə) tornaçı, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək (güzəştli şərtlərlə) ştamplayıcı peşəsində işləmişdir. İddiaçı məktubunda qeyd edilən peşələrdə işlədiyi əmək stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajına uyğun olmadığı üçün istənilən arayışın verilməsi mümkün deyildir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ASC-nin nəzdində TECH-MACH şirkəti mediasiya sessiyasında iştirak etməmişdir; Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli, 06 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh ASC-də xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək tornaçı, xx.xx.1986cı il tarixdən xx.xx.2000-ci il tarixədək çilingər-quraşdırıcı peşələrində çalışmış, xx.xx.2000ci il tarixdən öz təşəbbüsü ilə işdən azad olunmuşdur. xx.xx.2004-cü il tarixdən xx.xx.2008ci il tarixədək ştamplayıcı, xx.xx.2008-ci il tarixədək elektromexaniki təmir bölməsində çilingər-mexanik peşələrində işləmiş, xx.xx.2011-ci il tarixdən öz təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçı işlədiyi sahələrin zərərli olması haqqında heç bir sənəd yoxdur. Qeyd edilən peşələr Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud deyildir; Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta stajı xx.xx.2006-ci il tarixədək 21 il, 8 ay, 6 gün təşkil edir. Arayışda güzəştli iş stajı barədə məlumat göstərilməmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 1984- 2000-ci il tarixlərdə Bakı Elektro Termik Avadanlığı zavodunda, daha sonra isə müəssisənin adı və təşkilatı forması dəyişərək Cavabdeh ASC olmuş və iddiaçı 2004- 2011-ci il tarixlərdə Cavabdeh ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (güzəştli şərtlərlə) tornaçı, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək (güzəştli şərtlərlə) ştamplayıcı peşəsində işlədiyi əks etdirilmişdir. İddiaçı Cavabdeh ASC-də işlədiyi dövrün bütövlükdə zərərli əmək şəraitində keçdiyini əsas götürərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, Cavabdeh ASC tərəfindən verilmiş müvafiq arayışlarda və əmək kitabçasında həyata keçirilmiş vəzifələr düzgün qeyd olunmadığından, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi və eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilən güzəştli iş stajının olmaması əsası ilə Mərkəzi Filial onun müraciətindən imtina etmişdir. Hazırda İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsi barədə arayışın verilməsi öhdəliyinin “Azərelektroterm ASC”-nin üzərinə qoyulması üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən işçinin iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq hüququ vardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 10.4.1-ci maddəsinə əsasən informasiya sahibi: 10.4.1 - informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.5 - sorğuçuya kömək göstərməlidir; 13.1-ci maddəsinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1 - informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2 - sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı 1984-cü ildən etibarən Bakı Elektro Termik Avadanlığı zavodunda işləməyə başlamışdır. Onun Cavabdeh ASC-də (Bakı Elektro Termik Avadanlığı zavodunda) işlədiyi dövr 1984-2011-ci il tarixləri əhatə etmişdir. Cavabdeh ASC xx.xx.2023-cü il tarixli, 15 saylı arayışında iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (güzəştli şərtlərlə) tornaçı, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək (güzəştli şərtlərlə) ştamplayıcı peşəsində işləməsi əks etdirilmişdir. Lakin iddiaçının qalan tarixlərdə işlədiyi əmək şəraitinin zərərli olması barədə məlumat nə müvafiq arayışlarda göstərilmiş, nə də əmək kitabçasında yerinə yetirdiyi vəzifələrin xarakteristikası düzgün qeyd edilməmişdir. İddiaçı faktiki olaraq bütün dövrlərdə işin əməyin təhlükəli şərtləri ilə bağlı olması isə mülki iş materiallarına əlavə edilmiş şahid ifadələri və xx.xx.1985-ci il tarixli, 861 saylı və xx.xx.1987-ci il tarixli, 739 saylı arayışlarla öz təsdiqini tapır. Həmçinin diaqnostika nəticə hesabatlarından, lumbosakral MRT müayinəsi aktından, Ege Hospital və Güven Klinik tərəfindən verilmiş tibbi arayışlardan İddiaçı səhhətində müxtəlif problemlərin olması aydın şəkildə görünür. Nəticə etibarı ilə İddiaçı Cavabdeh ASC-dən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışı tələb etməkdə haqlıdır və iddia tələbi təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışın verilməsi öhdəliyi cavabdeh “Azərelektroterm ASC”-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsinə dair arayışın verilməsi öhdəliyi cavabdeh “Azərelektroterm ASC”-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1362/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1362/2025
16.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver