Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1383/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Ailə Park" QSC ilə xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 90,4 kv.m. olan 3 otaqlı 48 saylı mənzilə dair 30 dekabr 2021-ci il tarixli müqavilənin və ödənişlərə dair bütün qəbzlərin ləğv edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində İddiaçı QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 90,4 kv.m. olan 3 otaqlı 48 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş - 48000 (qırx səkkiz min) manat məbləğində vəsaiti Cavabdeh geri qaytarılması; iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi; ödənilməsi nəzərdə tutulan 25392,50 (iyirmi beş min üç yüz doxsan iki, əlli) manat məbləğində pulun (borcun) 2023-cü ilin bank uçot dərəcəsini (8.0 %) əsas götürməklə xx.xx.2021-ci il tarixdən qətnamə çıxarılan tarixə kimi müvafiq faizlərin cavabdeh X1 (borcludan) iddiaçı "xxxx" QSC-nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə yazılı ərizə ilə müraciət edərək, mülki iş üzrə iddiadan imtina etdiklərinə görə iş üzrə icraata xitam verilmə haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, cavabdehlə aralarında razılıq əldə olunaraq xx.xx.2024-cü il tarixdə notarial qaydada barışıq sazişi imzalanmışdır. İşin faktiki hallarını və cavabdehlə aralarında əldə olunmuş razılığı nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilrməlidir və bu barədə qərardad qəbul edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı QSC cavabdehə qarşı hazırki iddia tələbindən imtina etdiyindən, onun iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, hazırkı mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən “Rabitəbank” vasitəsilə xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən halları və iddiaçının sərbəst iradə ifadəsini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 191.2-ci, 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı QSC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1383/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1383/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver