Məhkəmə qərarları › İş №2(005)-1384/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1384/2023

15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1384/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə elan edilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə elan edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların ataları, Ukrayna Respublikasının vətəndaşı X10 23 avqust 2022-ci il tarixdə, 58 yaşında Ukrayna Respublikasının Kiyev şəhərində vəfat etmişdir. Onun qanun üzrə birinci növbə vərəsələri İddiaçı1, İddiaçı2, Mamedli Nurana və Mamaedov İlhamdır. Hələ sağlığında ikən DƏDRX PHŞ-nin 1 saylı ünvan 1 ünvanında yerləşən 201 nömrəli mənzil üzərində mərhum X5 mülkiyyət hüququ 15 noyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********70-05101-093028 reyestr nömrəli çıxarış verilmişdir. Bundan başqa birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin ½ hissəsi üzərində mərhum X5 və ½ hissəsi üzərində isə X6 payları məhkəmənin qərarına əsasən müəyyən edilmişdir. Cavabdehlər hazırda mərhum M.Məmmədovun qanun üzrə vərəsələri sayılsalar da, onların atalarına sağlığında ikən münasibətləri qeyri-səmimi olmuşdur. Belə ki, onlar 2017-ci il tarixdən böyrək çatışmazlığı xəstəliyinə tutulmuş atası ilə heç vaxt maraqlanmamış, ona heç bir köməklik göstərməmiş, heç bir maddi yardım etməmişdirlər. Cavabdehlər Mamedli Nurana və Mamedov lham atalarından imtina etdiklərini bildirərək, öz şəxsiyyət vəsiqələrindən belə atasının adının çıxarılmasına nail olmuşlar. Cavabdehlər atasının nəşinin Kiyev şəhərindən gətirilməsinə, onun anadan olduğu Gədəbəy rayonu, Nəriman kəndinə aparılmasına və yas mərasiminin təşkilinə heç bir maddi dəstək verməmişlər. Hazırda cavabdehlərin niyyəti mərhum atasının mülkiyyətində olmuş ondan miras qalan əmlakları ələ keçirməkdən ibarətdir. Belə ki, onlar Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət edərək, cavabdehlərdən başqa digər vərəsələrin mövcud olmadığını və Bakı şəhərində miras kütləsinə daxil olan əmlakın yalnız Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanında yerləşən 201 nömrəli mənzildən ibarət olduğunu göstərmişlər. Beləliklə, onlar Kiyev şəhərində yaşayan digər vərəsələrin vərəsəliyə çağırılmamasına qəsdən maneçilik törətməklə, öz paylarının artırılmasına, yəni birinci mənzilə tam, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin isə ½ hissəsinə təkbaşına yiyələnmək istəmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, hələ sağlığında ikən mərhum X5 ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin 1/2 hissəsi üzərində payı Məhkəmənin qərarına əsasən müəyyən edilmişdir və həmin mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrndə qeydiyyata alınmışdır. Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanında yerləşən 201 nömrəli mənzil üzərində həmçinin mərhum X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrndə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Hal-hazırda həmin əmlaklar Bakı şəhərində yerləşməklə miras kütləsinə daxildirlər və vərəsələr arasında bölünməlidirlər. Buna baxmayaraq cavabdehlərin əsl niyyəti mərhum atasının mülkiyyətində olmuş ondan miras qalan əmlakları təkbaşına, yəni digər vərəsələrə bölünmədən ələ keçirməkdən ibrətdir. Cavabdehlər hazırda mərhum M.Məmmədovun övladları sayılsalar da, onların atalarına qarşı sağlığında ikən ona münasibətləri qeyri-səmimi, sayğısız olmaqla yanaşı övladlara xas olmayan hərəkətlərlə müşaiyət olunmuşdur. Belə ki, onlar 2017-ci il tarixdən böyrək çatışmamazlığı xəstəliyinə tutulmuş atası ilə heç vaxt maraqlanmamış, ağır vəziyyətində onun yanında olmaışlar, ona heç bir köməklik göstərməmiş, heç bir maddi yardım etməmiş və adi telefonla belə danışmağı özlərinə rəva bilməmişlər. Hətta onlar 2015-ci ildən atalarından imtina edərək, şəxsiyyət vəsiqələrində belə atasının adının çıxarılmasına nail olmuşlar. Belə ki, iş materiallarında olan Miqrasiya Xidmətindən cavabdeh Mamedli Nuranaya verilmiş Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, həmin vəsiqədə onun ata adı göstərilməmişdir. Digər Cavabdeh2 isə 2013-cü ildə verilmiş X1 görünür ki, ata adı qrafasında X10 göstərilsə də, ona 02 aprel 2015-ci ildə verilmiş və notariat ofisinə təqdim edilmiş ukrayna vətəndaşının pasportunda (atasından imtina etdiyinə görə) artıq ata adı qrafasında atasının adı göstərilməmişdir. Lakin ləyaqətsiz vərəsəliklə bağlı mülki işin Məhkəmə icraatı zamanı o, məhkəməni aldadaraq qüvvədən düşmüş, yəni ləğv edilmiş 24 dekabr 2013-cü il tarixli Ukrayna vətəndaşının pasportunu təqdim etmişdir. Həmçinin cavabdehlər vərəsəlik şəhadətnaməsi üçün Bakı şəhəri 53 saylı Notariat ofisinə ərizələr ilə müraciət edərkən də həmin ərizələrində ata adlarını göstərməmişlər. Bundan başqa cavabdehlər atasının nəşinin Kiyev şəhərindən gətirilməsinə, onun anadan olduğu Gədəbəy rayonu, Nərmankənd (keçmiş Orconokidze) kəndinə aparılmasına, torpağa tapşırılmasına, yas mərasiminin təşkilinə heç bir maddi dəstək verməmişlər. Onlar yas mərasimində yalnız qəbristanlıqda X16 nümayəndələri ilə iştirak etmişlər və dəfn mərasimindən sonra qəbrin üstündə ancaq şəkillər çəkdirdikdən sonra işlərini bitmiş hesab edərək Bakı şəhərinə qayıtmışlar. Halhazırada cavabdehlərin niyyəti mərhum atasının mülkiyyətində olmuş ondan miras qalan əmlakları ələ keçirməkdən ibrətdir. Belə ki, onlar Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edərək, cavabdehlərdən başqa digər vərəsələrin mövcud olmadığını və Bakı şəhərində miras kütləsinə daxil olan əmlakın yalnız Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanında yerləşən 201 nömrəli mənzildən ibarət olduğunu göstərmişlər. Beləliklə, onlar Kiyev şəhərində yaşayan digər vərəsələrin vərəsəliyə çağrılmamasına qəsdən maneəçilik törətməklə, öz paylarının artırılmasına, yəni birinci mənzilə tam, ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin isə 1/2 hissəsinə təkbaşına yiyələnmək istəmişlər. Hesab edirəm ki, cavabdehlərin yuxarıda göstərilən hərəkətləri nəticəsində onlar ləyaqətsiz vərəsə hesab edilməli və mirasdan pay almaq hüququndan məhrum edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə uyğun olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə uyğun olaraq mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşin faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən göründüyü kimi mərhum X5 vərəsələri cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qanunazidd hərəkətləri ilə əlaqədar onlar ləyaqətsiz vərəsələr hesab edilməli və vərəsəlik hüququndan məhrum edilməlidirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, mərhum X5 vərəsələri cavabdehlər Mamedli Nurana və Cavabdeh2 ləyaqətsiz vərəsələr hesab edilmələri və vərəsəlik hüququndan məhrum edilmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X7 bildirmişdir ki, iddiaçı tərəf tələblərinin hüquqi əsası kimi cavabdehlərin atalarının sağlığında ona münasibətdə qeyri səmimi, sayğısız, övladlara xas olmayan bir sıra hərəkətlər edildiyinə əsaslanmışlar. İddia tələbinin heç bir hüquqi əsası yoxdur, iddiaçıların qeyd etdiyi hallar cavabdehlərin ləyaqətsiz hesab edilməsi üçün əsas deyildir. Şəxsin vərəsəlik hüququndan məhrum edilməsi əsasları Mülki Məcəllənin 1137-ci maddəsində aşkar şəkildə qeyd edilmişdir. Belə ki, MM-nin 1137-ci maddəsinə əsasən Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi iddia ərizəsində yuxarıda sadalanan normaların əksinə olaraq iddia tələbi tərəflər arasındakı münasibətlərə əsaslanmışdır. Belə ki, iddiaçı tərəf tələblərinin birinci əsası kimi böyrək çatışmazlığı xəstəliyinə tutulmuş ataları ilə maraqlanmadıqları, ona heç bir maddi kömək göstərilmədiyini, ikinci olaraq cavabdehlərin atalarından imtina etdiklərini və öz şəxsiyyət vəsiqələrində atalarının adını çıxartmalarına nail olduqlarını, üçüncü olaraq atalarının vəfatından sonra onun nəşinin Kiyevdən gətirilməsində, dəfnində və yas mərasimlərində heç bir maddi dəstək göstərilmədiyini, sonuncu olaraq da cavabdehlərin Notariat kontoruna müraciət etdiyi zaman digər vərəsələrin mövcudluğunu gizlətdiklərini və miras əmlakına yalnız ünvan 4 ünvanında yerləşən 201 saylı mənzildən ibarət olduğunun göstərilməsi qeyd edilmişdir. göründüyü kimi iddianın əsası olaraq qeyd edilmiş bu halların heç biri cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas deyildir. - Cavabdehlərin ataları ilə maraqlanmamaları, ona heç bir maddi dəstək göstərilməməsi ilə bağlı iddiaya münasibətdə qeyd etmək istəyirəm ki, cavabdehlərin ataları ilə sonuncunun sağlığında münasibətləri normal olmuş, aralarında hər hansı bir soyuqluq, inciklik olmamış, mərhum ataları Mürşüd Mamedov övladları ilə yaxından maraqlanmş, onların təhsilində, tərbiyyəsində şəxsən iştirak etmiş, övladlarının xarici Universitetlərdə təhsil almasını təmin etmiş, onların maddi ehtiyaclarını sonunadək qarşılamışdır. - Cavabdehlərin atalarından imtina etmələri və bu əsasla şəxsiyyət vəsiqələrindən ata adlarının çıxarılmasına nail olmaları ilə bağlı iddiası tamami ilə absurddur. Belə ki, elektron məhkəmə sisteminə əlavə edilmiş X1 göründüyü kimi cavabdehlərin ata adı qrafasında Mürşüd qızı/oğlu qeyd edilmişdir. Cavabdehlərin atalarının vəfatından sonra onun nəşinin Kiyevdən gətirilməsində, dəfnində və yas mərasimlərində heç bir maddi dəstək göstərilməməsi ilə bağlı iddiaya cavab olaraq qeyd etmək istəyirəm ki, iddiaçıların əksinə olaraq cavabdehlər atalarının dəfnində, onlara maneə olmağa çalışan əmilərinə rəğmən iştirak etmişlər. Cavabdehlərin Notariat kontoruna müraciət etdiyi zaman digər vərəsələrin mövcudluğunu gizlətdiklərini və miras əmlakına yalnız ünvan 4 ünvanında yerləşən 201 saylı mənzildən ibarət olduğunun göstərilməsi ilə bağlı qeyd edirəm ki, təmsil etdiyim cavabdehlər mərhum ataları Mürşüd Mamedov ilə X6 rəsmi nikahından doğulmuşlar. (Bu barədə doğum haqqında şəhadətnamələr elektron məhkəmə sisteminə əlavə edilmişdir.) Lakin, iddiaçılar faktiki nikah münasibətindən doğulmuşlar və miras əmlakı açılanadək cavabdehlərdə bu barədə məlumat olmamış, onların rəsmi sənədləri, şəxsiyyətlərini eyniləşdirən məlumatlar təmsil etdiyim şəxslərdə olmamışdır. Bununla belə Kiev şəhəri Notariat Dairəsinin Xüsusi Notariusu tərəfindən 09 sentyabr 2022-ci il tarixdə vərəsəlik işi açılmış və hazırkı tərəflər vərəsə olaraq qeyd edilmişlər. Daha sonra təxminən bir həftə sonra Azərbaycan Respublikasındakı miras əmlakı ilə bağlı 53 saylı Notariat Kontorunda vərəsəlik işi açılmışdır. Ölkəmizdə vərəsəlik işi açılan zaman “Elektron Notariat İnformasiya sistemində” faktiki nikah münasibətlərindən olan xarici vətəndaşlar barədə məlumat aşkar edilmədiyi üçün notarius rəsmi təqdim edilmiş sənədlər əsasında notariat fəaliyyətini həyata keçirmiş və daha sonra hazırkı iddiaçılar tərəfindən rəsmi sənədlər təqdim edildiyi zaman onlar da vərəsə olaraq qeydə alınmışlar.” miras əmlakına yalnız ünvan 4 ünvanında yerləşən 201 saylı mənzildən ibarət olduğunun göstərilməsi ilə bağlı” bildirmək istəyirəm ki, ilkin olaraq vərəsəyə məlum olan əmlakın qeyd edilməsi, onun ziyanına şərh edilə bilməz, vərəsəlikdən imtina üçün əsas deyildir. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi iddia tələbinin heç bir hüquqi əsası yoxdur, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir, əgər həqiqətən iddiaçıların dediyi kimi cavabdehlər ilə mərhum ataları arasında sağlığnda hər hansı bir mübahisə olmuş olsa idi mərhum X12 özü cavabdehləri məcburi paydan məhrum etmə ilə bağlı məhkəməyə müraciət edə bilərdi və mülkiyyətindəki əmlak ilə bağlı vəsiyyətnamə tərtib edərdi. Ləyaqətsiz vərəsə birmənalı olaraq MMnin 1137-ci maddəsində aşkar şəkildə qeyd edilmişdir. Cavabdehlər miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməmiş və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməmiş, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməmişdir Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 23 avqust 2022-ci il tarixdə vəfat etmişdir. AR Dövlət Miqrasiya Xidmətinin X3 və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Ukrayna vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü Nurana Mamedli sonuncu dəfə ünvan 5 ünvanına qeydiyyata alınmışdır. Ukrayna vətəndaşı, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı AR DMX-nə müraciət etmiş və ünvan 6 ünvanına qeydiyyata alınmışdır. İş materiallarındakı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən əmlak tam mülkiyyət hüququ üzrə Mamedov Mürşüdün adına daşınmaz əmlakın dövlət reyestrində 2007 nömrəli reyestr kitabının 185470 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Cavabdeh2 tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası, X4 qalan ünvan 8 ünvanında yerləşən mənzildən ona çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Mamedova Nurana tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası, X4 qalan ünvan 8 ünvanında yerləşən mənzildən ona çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. X11 tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası, X4 qalan ünvan 8 ünvanında yerləşən mənzildən ona çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. X13 tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası, X4 qalan ünvan 8 ünvanında yerləşən mənzildən ona çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, Kiyev şəhəri Notariat Dairəsi tərəfindən verilmiş vərəsələr barədə arayışdan görünür ki, Ukrayna vətəndaşı 06 avqust 1964-cü il təvəllüdlü X8 ölümündən sonra qalan əmlaka dair 03/2022 tarixində miras işi açılmışdır. Miras işinə əsasən xx.xx.2022-ci il üçün 23 avqust 2022-ci ildə vəfat edən Ukrayna Respublikası 06 avqust 1964-cü il təvəllüdlü X5 ölümündən sonra mirası qəbul edən qanun üzrə vərəsələr aşağıdakılardır: Mərhumun oğlu, Ukrayna vətəndaşı, 27 aprel 1990-cı il təvəllüdlü İddiaçı1; Mərhumun oğlu, Ukrayna vətəndaşı, 01 fevral 1994-cü il təvəllüdlü İddiaçı2; Mərhumun oğlu, Ukrayna vətəndaşı, 13 avqust 1994-cü il təvəllüdlü X14; Mərhumun oğlu, Ukrayna vətəndaşı, 19 iyul 1997-ci il təvəllüdlü Cavabdeh2 Mürşüd oğlu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin xx.xx.2022ci il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat edən mərhum-X5 adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Toplanmış sənədlərə əsasən hal-hazıradək mərhum X5 vərəsəlik işi ilə əlaqədar mirası qəbul etmiş vərəsə Cavabdeh2, Mamedli Nurana, X11 və X13 müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 1978-ci məhəllə, ev 25E, mənzil 8 (Yeni qaydalarla: AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25, M3, m4) ½ hissədə X9, ½ hissədə X5 mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisənin predmeti cavabdehlərin ləyaqətsiz vərəsə kimi tanınmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Məhkəmə qeyd edir ki, ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilən Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Eyni Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Göstərilən Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə onu da qeyd edir ki, mərhum X10 öz sağlığında övladlarının məcburi pay almaq hüququndan məhrumetmə üçün məhkəməyə müraciət etmək hüququ olduğu halda, bu hüququndan istifadə etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmiş halların (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) cavabdeh tərəfindən həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrum etmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar olduqda mümkündür. Həmin maddəyə müvafiq olaraq məhkəmə qeyd edir ki, vərəsə məcburi pay almaq hüququndan qanunda nəzərdə tutulan ciddi əsaslar olduqda yalnız məhkəmə tərəfindən məhrum edilə bilər. Qanunda nəzərdə tutulmuş ciddi əsaslar dedikdə, şərh olunan maddənin məzmunundan göründüyü kimi, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar anlaşılır. Ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə əsas olan hallar dedikdə, MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə, 1138-ci maddəsində nəzərdə tutulmuş valideynlər və miras qoyanı saxlamaqdan qəti imtina etmiş şəxs kimi tanınmasına əsas olmuş hallar anlaşılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, araşdırma zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehlər Mamedli Nurana və Cavabdeh2 ləyaqətsiz vərəsə olmalarını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər isə cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə elan edilməsi tələbi"nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə elan edilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar