Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1398/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları İddiaçı ilə üçüncü şəxs X27 xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5707/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2017 saylı, xx.xx.2017-ci il tarixlə qətnaməsi ilə İddiaçı ilə X27 arasında ünvan 1 ünvanında 0,43236 kv.m. torpaq sahəsinin bərabər paylarda bölünərək həmin əmlakın ½ hissəsiə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında 0,43236 kv.m. torpaq sahəsinin açıq hərracda satılması, hərracda ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi; satışdan əldə edilən məbləğin İddiaçı və cavabdeh X28 arasında ½ hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-551/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovin “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İddia tələbinin dəlilləri İddiaçı Cavabdehnə qarşı (X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 0.43236 ha torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsində "xxxx" MTK tərəfindən özbaşına olaraq inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının cavabdehin hesabına sökülərək cavabdeh tərəfindən zəbt edilmiş 0.43236 ha torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması, məhkəməyə müraciət üçün ödənilmiş 2190 (iki min yüz doxsan) manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" MTK-dan tutularaq X21 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 0.432360 ha torpaq sahəsi ½ hissə pay üzrə İddiaçı, ½ hissə pay üzrə X12 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2017 saylı 15 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə X27 arasında Nərimanov rayonu, A.Neymətulla küçəsi 72 ünvanda 4323,6 kv.m torpaq sahəsi bərabər payda bölünərək həmin əmlakların ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 767/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X27, üçüncü şəxs X22 və üçüncü şəxs "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2017 saylı 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3777/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki,kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-767/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 1C/3491 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 4323,6 kv.m torpaq sahəsinin ½ hissədə naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Məhkəmə araşdırması zamanı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 0.432360 ha torpaq sahəsinin bazar dəyəri 5.600.000 (beş milyon altı yüz min) manat, likvid dəyəri 4.200.000 (dörd milyon iki yüz min) manat təşkil edir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iiə ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin açıq hərracda satılması, ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m tcrpaq sahəsinin hərracda ilkin satış qiyməti ******* (beş milyon altı yüz min) manat müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və "Mercedes 270 Dİ" markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilən məbləğ İddiaçı və cavabdeh X27 arasında 2/1 (ikidə bir) hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin açıq hərraca çıxarılsa da, həmin ünvanda torpaq sahəsi üzərində yaşayış binası yerləşdiyindən torpaq satışı mümkünsüz olmuşdur. Uzun müddətdir ki, Cavabdeh MTK iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, mülkiyyətçinin razılığı və icazəsi olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarıı ciddi surətdə pozmaqla xəbt etdiyi torpaqsahəsində özbaşına olaraq çoxmənzilli yaşayış binaları inşa etdirmişdir. İddiaçı dəfələrlə cavabdehin qanunsuz sahibliyindən əmlakını geri tələb etsə də, ondan özbaşına olaraq inşa etdiyi tikililəri söküb yığışdırmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh MTK tərəfindən iddia tələbinə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, X30 Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldırıb, xeyrinə cavabdehdən ******* manat məbləğin tutulmasını, daha sonra da iddia ərizəsini dəyişdirib, ünvan 3 ünvanda mülkiyyətində olan torpaq sahəsində, Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası kimi ona istinad etmişdir ki, iddiaçı adı çəkilən torpaq sahəsinin onun mülkiyyətində olduğuna baxmayaraq, cavabdeh tərəfindən onun iradəsinə zidd həmin sahədə bina inşa edilmişdir. . Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tələbində haqsız olmaqla, MTK-ya qarşı tələbi, qabaqcadan məqsədli şəkildə düşünülmüş, əsassız varlanma niyətini məhkəmə yolu ilə həyata keçirmək üçün növbəti cəhdidir. Əslində tələbinin heç bir qanuni əsası yoxdur. İş üzrə 3-cü şəxs tərəfindən şəxsi kabinet vasitəsi ilə məhkəmə elektron sistemində yerləşdirilmiş iddiaya etirazında, qismən də olsa məqsədli qəsdlərini aydın qeyd göstərməklə etiraf etmişdir. Adı çəkilən torpaq sahəsi və onun tikinti altına alındığı, tikintini aparan Cavabdeh MTK ilə bağlı mövcud halları nəzərə çatdırır.ünvan 4 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi və onun üzərində olan 763,9 kv.m. qeyri-yaşayış binası X29 mülkiyyətində olmuşdur. Həmin ərazi də ilk olaraq onun tərəfindən yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün təklif edilmişdir və bu məsələ ilə bağlı razılaşma rəsmi olaraq, sonradan Cavabdeh MTK-nı yaradan 4 nəfər X36, X5, X27 və X13 arasında olmuşdur. Cavabdeh MTK-nın təsisi barədə aralarında müqavilə xx.xx.2003-cü il tarixdə bağlanmışdır və torpaqla bağlı şərtləri belə olmuşdur ki, X36 tikinti altına verdiyi özünə məxsus ünvan 5 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi 400 000 000 manat məbləğində qəbul edilsin. Təsis müqaviləsi imzalandıqdan sonra iki gün ərzində Torpaq sahəsinin və onun üzərində olan 763,9 kv.m. tikililərə sərbəst sərəncam verilməsi üçün həyat yoldaşının notariat razılıq ərizəsini, əmlakın şəhadətnamələrini və arayışlarını Kooperativin sədrinə təqdim edir. Əmlakı onun adına alqı-satqısını notariatda rəsmiləşdirir. Razılaşmaya uyğun olaraq, təsisçi İlqar Əliyev adı çəkilən torpaq sahəsinin Cavabdeh MTK-nın sədri təyin edilmiş digər təsisçi X12 adına alqı-satqı müqaviləsini xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 42 saylı dövlət notariat kontorunda təsdiqlətmiş və torpaq sahəsinə dair mülkiyyət hüququnu ona ötürmüşdür. Məlum məsələdir ki, müqavilənin rəsmiləşdirilməsi üçün müqavilədə əmlakın qiyməti qeyd olunmuşdur. Qiymət də təsisçilərin öz aralarında razılaşdırılmış və İlqar Əliyevin tikintiyə qoymalı olduğu məbləğ həcmində 400.000.000 (250.000.000 + 150.000.000) manat göstərilmişdir. Lakin ortada hər hansı bir məbləğin ödənilməsi olmamış və bundan söz gedə bilməzdi. Çünki təsisçilərin öz aralarında razılaşması bu şəkildə olmuşdur. Bakı şəhəri İcra hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli, 302 saylı sərəncamı ilə Cavabdeh MTK-ya adı çəkilən A.Nemətulla küçəsi, 72 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Sərəncamın 1-ci bəndində torpaq sahəsinin İbadət Abasovun məxsus olduğu, həmçinin torpaq sahəsinin tikinti altına verilməsinə dair müraciətlərin nəzərə alındığı qeyd edilmişdir. Tikinti 2006-cı ilin yanvar ayında başa çatdırılmış, fevral ayında təsisçilərin pay bölgüsü aparılmış və hər kəs, o cümlədən İbadət Abasov paylarını almışlar. Bundan sonra İbadət Abasov sədrlikdən çıxması barədə ərizəsi nəzərə alınaraq, 18 aprel 2006-cı il tarixdə MTK üzvlərinin qərarı (iclas protokolu № 197) əsasında o, sədrlikdən azad edilmiş və yeni sədr X2. Bir müddətdən sonra da İbadət Abasov ailəsi ilə birlikdə Rusiyaya köçmüş, sənədləri təqdim etmədiyindən reyestrdə adı sədr kimi qalmışdır. Təsisçilər hesab edirlər ki, torpaqla bağlı sonradan yaranmış mübahisələri İbadət Abasovun özü bilərkdən yaratmışdır və qəsdən arvadını qabağa vermişdir. İddiaçı Lamiyə Abbasovaya gəlincə o, həm İbadətin arvadı və həm də doğmaca dayısı qızıdır. Lamiyə Abbasova həmin torpaq sahəsinə İbadətin bir qəpik vermədiyin, başqasının torpağı hesabına MTK-dan yetərincə qazac əldə etdiyini bilirdi. Bu da bir həqiqətdir ki, 2003-cü ildə 400.000.000 manat pulu İbadət yalnız xəyal edə bilərdi. İddiaçı torpaq sahəsinin birgə əmlak qismində bölgüsü üçün məhkəməyə müraciət edəndə, həmin torpaq sahəsinin üzərində yüksəkmərtəbəli yaşayış binasının tikildiyini və ona bölünüb verilməsi mümükün olan torpaq sahəsinin mövcud olmadığını bilirdi. İndi də müxtəlif dolayı tələblərlə məhkəmə yolu ilə qəsdli niyətinə nail olmaq fikrinə düşmüşdür. İbadət Abasov da təsisçilərin çağırışına gəlmir. Təsisçilər onun arvadı iddiaçı ilə birgə hərəkət etdiklərin düşünür.Göründüyü kimi iddia ərizəsində adı çəkilən torpaq sahəsi, məhz MTK yaratmaq və üzərində bina tikilməsi üçün birgə fəaliyyət məqsədi ilə 4 təsisçi arasında razılaşdırılmaqla əldə edilmiş, üçüncü şəxs İbadət Abasovun adına rəsmiləşdirilmiş, üzərində bina inşa edilməsi üçün müraciət edilmiş və müvafiq icazələr alınmaqla, üzərində bina tikilmişdir. Bu baxımdan iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və təmin oluna bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 iddia tələbinə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, Cavabdeh MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət edib, cavabdehdən 2.800.000 manat tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi ona istinad etmişdir ki, ona məxsus torpaq sahəsi tikinti altına alındığından, üzərindəki tikili sökülüb torpaq sahəsi ona qaytarılması mümkün olmadığı halda, ona ******* manat pul verilməlidir. Hesab edir ki, ona məxsus hissədə torpaq sahəsinin dəyəri həmin məbləğdədir. İlkin olaraq qeyd edir ki, adı çəkilən torpaq sahəsininin indiki, tikili altında olması vəziyyəti, iddiaçı tərəfindən mülkiyyət hüququ əldə etməsi tələbi zamanı eyniliklə mövcud olmuş və gələcəkdə dəyişdirilməsinin mümkün olmadığını bildiyinə görə, hazırkı iddia tələbinin hüquqi əsası yoxdur və bu baxımdan təmin oluna bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin ½ pay hissəsində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edəndə, həmin torpaq sahəsinin üzərində yüksəkmərtəbəli bina kompleksinin tikildiyini bilirdi və bu hal ona 10 ildən çox bir müddətdə ona bəlli idi. Çünki, əmlak bölgüsü ilə məhkəməyə müraciət etməmişdən 10 il əvvəl orada bina tikilmişdir. Deməli o, həmin torpaq sahəsinin ½ hissəsinin mülkiyyətinə mövcud şəkildə, üzərində bina olmaqla almaq istəyində olmuş, məhkəmə də tələbinə uyğun iddiasını təmin etmişdir. Torpaq sahəsinin tikinti altında olduğunu bildiyindən, gələcəkdə ondan istifadəsində məhdudiyyətlər olduğunu da qabaqcadan bilirdi və bu vəziyyətdə əmlakı əldə etmişdir. Hazırda 22 ildən sonra tikilinin sökülməsi və ya pul tələbində iddiaçı haqlı sayılmaz və tələbi məntiqə uyğun deyildir. Adı çəkilən torpaq sahəsinin əvvəlki durumu, tikinti altına alınması ilə bağlı münasibətlər və birgə əmik dairəsinə daxil olması ardıcıllığına görə iddiaçı vicdansız mövqeyindən çıxış edir və ona utanc gətirən tələblərlə çıxış edir. Belə ki, Cavabdeh MTK-nın sədri olaraq X27, həmdə MTK-nın həmtəsisçilərindən biridir. İddiaçı isə onun keçmiş arvadıdır və onun doğma dayısı qızıdır. Cavabdeh MTK-m təsis edilən zaman ünvan 6 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi X31 məxsus olmuşdur. O, da MTK-nın 4 bərabər hüququlu təsisçisindən biridir və MTK-nın 25% payına sahib olması üçün, pay haqqı olaraq həmin torpaq sahəsini qoymuşdur. Bununla bağlı təsisçilər arasında xx.xx.2003-cü il tarixdə bağlanmış təsis müqaviləsi vardır. Torpaqla bağlı müqavilənin şərti belədir: X36 - 400 020 000 manat, tikinti altına verdiyi özünə məxsus ünvan 7 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi 400 000 000 manat məbləğində qəbul edilsin. Təsis müqaviləsi imzalandıqdan sonra iki gün ərzində Torpaq sahəsinin və onun üzərində olan 763,9 kv.m. tikililərə sərbəst sərəncam verilməsi üçün həyat yoldaşının notariat razılıq ərizəsini, əmlakın şəhadətnamələrini və arayışları Kooperativin sədrinə təqdim edir. Bununla bağlı müqaviləni imzalayır. İlkin üzüvlük haqqı olaraq 20 000 manat Kooperativin kassasina ödəyir. MTK-nın təsisçilərinin 3-ü yaxın qohum, İlqar Əliyev isə qıraq adam olduğundan, torpaqla bağlı sonradan problemlər yaşanmasın deyə torpaq sahəsinin onun adına rasmiləşdirilməsi, təsisçilər arasında razılaşdırılmış və adına rəsmiləşdirilmişdir. 2006-cı ildə bina tikintisi başa çatandan sonra da hər bir təsisçi qazancdan özünə düşən hissəni götürmüşdür. O da özünə düşən paya uyğun vəsaiti götürüb evə gətirmiş və bundan sonra da 7 il iddiaçı ilə birgə yaşayışı olmuşdur. MTK-dan götürdüyü payı, tikintiyə qoyduğumuz pul, əmlak o cümlədən həmin torpaq sahəsi hesabına əldə edilib. İndi də 2-ci dəfə təkrarən MTK-dan pul istəyirlər. Bu ən azından vicdansızcasma davranış və digər üzvlər arasında ona utanc gətirən hərəkətdir. İddiaçı adı çəkilən torpaq sahəsi ilə bağlı yaratdığı mübahisələr baxımından, ədalətsiz, əxlaq davranışına görə isə yol verilməyən, bilərəkdən əsassız varlama mövqeyi nümayiş etdirməkdədir. Belə ki, 2011-ci ildə Rusiyada iş qurmaq niyəti ilə hər şeyi satıb, ailəlikcə köçüb Rusiya Federasiyasına köç ediblər. Gedəndə normal bir işə başlamaq və ailənin yaşaması üçün yetərincə vəsaitə malik idilər. Lakin bir müddətdən sonra üzləşdikləri çətinliklər üzündən, Bakıdan gedəndə satdıqları əmlaklardan əldə edilən və toparladıqları pulları itirdiyindən, maliyyə sıxıntısına giriblər. Qohum və yaxınlarım hərəsi bir bəhanə ilə borc vermədiyindən, vəziyyətdən çıxmaq üçün yoldaşı, iddiaçı Lamiyə Abbasova ilə yollar axtarıblar. Həmin vaxtı qohumu Ramin Əliyevlə danışanda öyrənib ki, onun şərikinə satdığı və pulunu tam şəkildə aldığı Pirəküşkürdəki 5 ha. torpaq sahəsi hələ də adında qalmışdır. Bina tikintisi üçün Cavabdeh MTK-ya X36 tərəfindən pay kimi qoyulmuş, lakin adıma alqı-satqı olunmuş, üzərində bina tikilmiş, hazırkı iddiada adı çəkilən ünvan 6 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsinin isə adında qaldığını bilirdi. Son olaraq yoldaşı Lamiyə ilə belə qərara gəliblər ki, satdıqları lakin hələdə adında olan əmlakları tələb etməklə, əvəzində qohumlardan bir az pul, mal-mülk alıb vəziyyəti düzəldə bilərlər. Düşündükləri plana görə yola getmədikləri və boşanmaq görüntüsü yaratmaqla Lamiyyə Bakıya döndü. Faktiki satılan, lakin adında qalmış əmlakları geri tələb etmək hədəsi ilə bağlı tələbləri rədd edildiyindən, istədiklərini əldə etmək üçün məhkəmə yolunu seçiblər. Bildirilir ki,onlara adı çəkilən torpaqlar lazım deyildi. Çünki birində bina, digərində də zavod tikilmişdi. Bəribaşdan məqsəd sadəcə qohumları məhkəmə yolu ilə sıxıntıya salıb, əvəzində pul və ya mənzil verməsinə məcbur etmək idi. Lakin alınmayıb. Arada buna hardasa razılıq verilsə də, sonradan niyətlərini anlayıb, tələblərini rədd etdilər. Sonradan məlum oldu ki, Lamiyyə daha böyük həcmdə vəsait istədiyindən rədd edilmişdir. Məsələnin alınmadığını görəndə mübahisələrdən çəkinməyini, qayıdıb yeni iş tapacağını bildirəndə, Lamiyə razılaşmadı. Bütün bu problemlər də oradan başladı. Yoldaşı ilə münasibəti də bundan sonra pozuldu. Pirəküşkürdəki 5 ha. torpaq sahəsinin yarısı alanın əlindən geri götürüldüyündən, pulunu ondan məhkəmə qaydasında aldı və bunun üçün hazırda böyük məbləğdə borc qarşısında qalmışdır. Əslində Lamiyə ilə birgə çıxılan bu yol, qabaqcadan planlarının, özgəsinin əmlakını ələ keçirmək əməli olduğunu bilirdilər. Lakin həmin vaxtları buna ehityacları üzündən getməyə məcbur idik və rahatlıqla alınacağını düşünüblər. İndi isə bu tələb bilərəkdən bu qəsdli əməlin davam etdirilməsidir. Göründüyü kimi 2003-cü ildə MTK-ya tikinti altına verilməklə, əvəzində 2006cı ildə küllü miqdarda vəsait aldığı torpaq sahəsini iddiaçı geri tələb edir. Daha sonra da əvəzində pul tələb edir. Yuxanda qeyd etdiyi kimi, birincisi həmin torpaq sahəsi adıma rəsmiləşdirilsə də, heç vaxtı ona aid olmamışdır. İkincisi torpaq sahəsi tikinti altına alındığı 2003-cü ildə onlar birgə nikahda olduğu kimi, əvəzində MTK-dan payıma görə vəsait aldığı 2006-cı ildə də birgə nikahda olmaqla, bir yerdə yaşamış və birgə yaşayış olmuşdur. İddiaçının bu davranış MTK-ya qarşı, eyni zamanda hazırda mövcud olan 215 nəfər üzvü olan bina sakinlərinə qarşı, məqsədli şəkildə törədilən əsassız varlanma, özgə əmlakını ələ keçirmə niyəti ilə qabaqcadan planlaşdırılmış, qəsdli əməlin davam etdirilməsidir. Ona görə də iddia ərizəsinə baxılarkən, qeyd olunanları da nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ayrıayrılıqda iddia tələbinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən,cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Eyni zamanda X27 və iddiaçı X16 əməllərinə hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materialları: - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan pretenziya məktubundan görünür ki, Bakı Şəhəri,Nərimanov rayonu,Ağa Neymətulla küçəsindəki 0.432360 ha torpaq sahəsi ½ pay üzrə İddiaçı payına münasib ******* (beş milyon altı yüz min) manatın ½ hissəsinə uyğun 2 800 000(iki milyon səkkiz yüz min) manat kompensasiyasının 10 gün müddətində ödənilməsinin təmin edilməsini,əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 299/2021 nömrəli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı ½ və X17 ½ pay hüququ ilə məxsus olan Abşeron rayonu, Pürəkeşkül kənd ərazisində 5.0 ha torpaq sahəsinin paylara münasib naturada real bölgüsü həyata keçirilməsi, bunun üçün torpaq sahəsinin yol ilə sərhəd boyu 127,15 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 195,4 metr uzunluqda sərhəd hasarı çəkilməsi, bu qətnamə İddiaçı ½ pay hüququ ilə və X17 ½ pay hüququ ilə məxsus olan, real bölgüsü həyata keçirilmiş Abşeron rayonu, Pürəkeşkül kənd ərazisində 5.0 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyatının aparılması, paylara uyğun çıxarışların verilməsi üçün əsas olması, ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və “Mercedes 270 Dİ" markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılması,ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin hərracda ilkin satış qiyməti ******* (beş milyon altı yüz vmin) manat müəyyən edilməsi,ünvan 2 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və “Mercedes 270 Dİ” markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilən məbləğ İddiaçı və cavabdeh X27 arasında ½ (ikidə bir hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. - 08 iyun 2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarın surətindən görünür ki,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 nömrəli,xx.xx.2021-ci il tarixli icra sənədi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmışdır. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)- 851/2017 nömrəli qətnaməsinə əsasən,İddiaçı ilə X27 arasında Abşeron rayon,Pürəkeşkül kənd ərazisində 5,0 ha torpaq sahəsi, MERCEDES 270 Dİ markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobil və Nərimanov rayonu,A.Neymətulla küçəsi,72 ünvanda 4323,6 kv.m torpaq sahəsi bərabər payda bölünərək həmin əmlakların ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli 2(103)-767/2019-cu il tarixli qətnaməsinə əsasən,cavabdeh X27,üçüncü şəxs Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2016 saylı mülki iş üzrə qəbul etdiyi 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli,2(102)-3777/2019 nömrəli qərarına əsasən,üçüncü şəxslər Cavabdeh MTK-nın, X10 və cavabdeh X12 Bakı Apellyasiyab Məhkəməsi Mülki Kollegiyasının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli,**********6/21-15-12 saylı məktubdan görünür ki,”Əmlak Hərrac Mərkəzi” MMC-dən hərracın keçirilməsini təşkil edərək nəticəsi barədə Nərimanov Rayon İcra Şöbəsinə məlumat verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli “Təkrar Hərracın keçirilməsinə dair” bildirişə əsasən,”Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 29 oktyabr 2021-ci il tarixdə,saat 11:00-da(növbəlik qaydasında) Bakı şəhəri,Yasamal rayonu, Məmməd Rahim 4a (keçmiş Mətbuat pr.18/7,539-cu məhəllə ünvanında təkrar hərrac keçirilmiş, ünvan 11da yerləşən, xüsusi mülkiyyətdə olan,sonra nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan,0,43236 kv metr torpaq sahəsinin təkrar hərracda satış qiyməti- 3.920.000 (üç milyon doqquz yüz iyirmi min) manat,təkrar hərracda iştirak üçün ödənilməli olan 5% miqdarında behin məbləği- 196.000 (bir yüz doxsan altı min) manat olmuşdur. - "xxxx" MMC-nin 29 oktyabr 2021-ci il tarixli ”Hərracın baş tutmasına dair yekun” protokoluna əsasən, 29 oktyabr 2021-ci il tarixinə saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. - AR Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı göndərilən təklifdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 nömrəli,xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 12 ünvanında yerləşən 0,43236 kv.m torpaq sahəsinin ilkin satış qiyməti 5.600000 manat olmaqla açıq hərrac vasitəsilə satışını təşkil etmək məqsədi ilə "xxxx"MMC-nə sifariş məktubu göndərilmiş,lakin alıcı olmadığından hərrac baş tutmamışdır. İcra sənədi üzrə ünvan 13 ünvanda yerləşən 0,43236 kv.m torpaq sahəsi dəyərinin ½ hissəsinin ödənilməsinin təmin ediləcəyi təqdirdə təklif edilmişdir. - 01 dekabr 2022-ci il tarixli "xxxx"MMC tərəfindən Nərimano rayon İcra Şöbəsinə göndərilmiş məktubdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 299/2021 nömrəli,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 12 ünvanında yerləşən torpaq sahəsi üzrə açıq hərracda iştiraka dair ərizə daxil olmamış,eyni zamanda sözügedən torpaq sahəsinin üzərində yaşayış binası aşkarlanmışdır.Bu səbəbdən həmin torpaq sahəsinin satışının həyata keçirilməsi mümkünsüz olmuşdur. - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ünvan 14 göndərilən 09 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, ”Kəlam”Mənzil- Tikinti Kooperativi xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir.Eyni zamanda MTK-nın nizamnamə kapitalının məbləği 64 manat təşkil edir və X27-25% pay hüququ ilə “Kəlam “MTK-nın üzüvüdür. Uçot baza məlumatlarına əsasən, Cavabdeh MTK-nın fəaliyyətinin xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dayandırılması,xx.xx.2005-ci il tarixdə bərpa olunması,xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir.Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. - xx.xx.2023-cü il tarixli Dövlət Vergi Xidməti tərəfindən ünvan 14 ünvanlanan məktubdan görünür ki,dövlət reyestrində fəaliyyəti aktiv olan Cavabdeh xx.xx.2003-cü il tarixdə 0103-P14-37727 nömrə ilə dövlət qeydiyyatından keçməsi,təsisçilərinin X27,X7,X14 və X36 olması barədə məlumat mövcuddur. - Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi” informasiya sistemi vasitəsindən kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçmiş və 64 manat nimzanamə kapitalı vardır. - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 15 ünvanlanmış məktubdan görünür ki.İddiaçı mülkiyyətində olan Bakı şəhəri,Nərimanov rayonu,Ağa Neymətulla küçəsində yerləşən 0.43236 ha torpaq sahəsinin (1/2 hissə) üzərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixli 1 saylı ünvan 16 ünvanlanan məktubdan görünür ki, ”Kəlam” MTK-nın adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki,ünvan 17 ünvanında yerləşən 0.432360 kv.m torpaq sahəsinin ½ hissəsi İddiaçı xüsusi mülkiyyətinə, ½ hissəsi isə X15 xüsusi mülkiyyətinə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. - 01 may 2003-cü il tarixdə Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilən texniki pasportdan görünür ki,ünvan 13 ünvanda yerləşən 763,9 kvadrat metr qeyriyaşayış sahəsi X18 mülkiyyətində olmuşdur. - 22 aprel 2003-cü il tarixli İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən X31 verilən arayışdan görünür ki,xx.xx.2001ci il tarixli 306 saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 18 ünvanda yerləşən 763,9 kvadrat metr qeyri-yaşayış sahəsini satın almaq üçün nəzərdə tutulan məbləği, yəni 102 736 000 manatı tam ödəmişdir. - 30 aprel 2003-cü il tarixli müqavilədən görünür ki,X36 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu,Ağa Neymətulla küçəsi,72 ünvanda yerləşən 763,9 kv.m qeyri-yaşayış sahəsini və 2 mərtəbəli ayrıca tikililər və qeyri-yaşayış sahəsinin yerləşdiyi 4323,6 kv.m torpaq sahəsini X17 250.000.000 milyon və 150.000.000 milyon manata satmışdır. - İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti 22 aprel 2003-cü il tarixli arayışdan görünür ki,X36 xx.xx.2001-ci il tarixli 64 saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 20 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 4323,6 kv.m torpaq sahəsini satın almaq üçün nəzərdə tutulan məbləği.yəni- 53 725 400 manatı tam ödəmişdir. - xx.xx.2001-ci il tarixli İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X31 verilən şəhadətnamədən görünür ki,X36 ünvan 18 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 4323,6 kv.m olan torpaq sahəsini satın almaq üçün Azərbaycan Beynəlxaq Bank №315846 AZM 3206-0 ünvanlı dövlət büdcəsinə 53 725 400 manat məbləğində pul köçürmüşdür. - xx.xx.2001-ci il tarixli İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X31 verilən şəhadətnamədən görünür ki,X36 ünvan 13 ünvanda yerləşən 763,9 kv.m olan(1 və 2 mərtəbəli ayrıca tikililər) qeyri-yaşayış sahəsini satın almaq üçün dövlət büdcəsinə 102 736 000(yüz iki milyon yeddi yüz otuz altı min) manat məbləğində pul köçürmüşdür. - 28 aprel 2003-cü il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin 2 nömrəli Təsis Müqaviləsindən görünür ki, X36,X5,X27,X13 Cavabdeh Mənzil Tikinti Kooperativini təsis üzvləridir və Kooperativin ümumi pay fondu ********** manat,mütləq pay fondu 320.000 manat,əlavə pay fondu 1600 000 000 manat, ilkin üzvlük haqqı isə 80 000 manat həcmindədir.X27 400 020 000 manat,tikintiyə nəzarət etməsi,Kooperativin idarə olunmasının həyata keçiriləcəyinin əvəzi 150 000 000 manat,tikintiyə qaldırıcı kran,qazma avadanlıqlar,örtücü nasuslar və motorların təşkili ilə bağlı görəcəyi işlər və xərclər 250 000 000 manat məbləğində qəbul edilməsi və ilkin üzvlük haqqı olaraq 20 000 manat Kooperativin kassasına ödənilməsi qeyd edilmişdir. - İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X17 verilən şəhadətnamədən görünür ki, ünvan 13 ünvanda yerləşən 763,9 kv.m olan(1 və 2 mərtəbəli ayrıca tikililər) qeyri-yaşayış sahəsi X12 xüsusi mülkiyyətindədir. - İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X17 verilən şəhadətnamədən görünür ki, ünvan 13 ünvanda yerləşən 4323,6 kv.m olan torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. - Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli “Özəlləşdirilmiş torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” sərəncamdan görünür ki, ünvan 21 ünvanda vətəndaş Abasov İbadət Soltan oğluna məxsus 4323,6 m torpaq sahəsində Cavabdehnə çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. - 18 aprel 2006-cı il tarixli Cavabdeh MTK 197 nömrəli İclas Protokolundan görünür ki, iclasın gündəliyində duran məsələ X11 ərizəsini nəzərə alaraq kooperativin sədri vəzifəsinə və üzvlüyündən azad olması və X1 sədri seçilməsi haqqında olmuş, X3 üzvülüyündən və sədri vəzifəsindən azad olmunması və X1 sərdi vəzifəsinə təyin edilməsi qərara alınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən reyestrdə 8i-15049 nömrəsi ilə qeyd edilmiş, İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan 08 oktyabr 2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı ünvan 12 ünvanındakı əmlak söküldüyü üçün tək torpaq sahəsinin sənədləşməsinə və çıxarış verilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaq. - Yerli baxışa dair CD disk materiallarından görünür ki, baxış ünvan 22 ünvanında aparılmış, iddiaçı X30, onun nümayəndəsi və vəkili Vəkil1 içtirak etmişdir. Ərazidə çoxmənzilli yaşayış binasının tikilditi və binada yaşayışın olduğu müəyyən ediılmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.4.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə, tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2 bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının: 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Məhkəmənin mövqeyi
Hazırda İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ünvanında yerləşən binaların yerində inşa etdiyi binanın özbaşına tikinti hesab edilərək sökülməsi, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 0.43236 ha torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının cavabdehin hesabına sökülməsini, həmin hissənin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasını tələb edir. Cavabdeh MTK iddia tələbinin əsassız olduğunu, mübahisəli ərazidə tikintisi aparılmış binanın özbaşına tikinti hesab edilməsi üçün əsasların olmadığını bildirib, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından aşkar görünür ki, ünvan 22 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının ½ pay hüququ mövcuddur. Eyni zamanda məhkəmə qətnaməsi ilə əmlakın hərracdan satılması və satışdan əldə edilən məbləğin İddiaçı və X32 arasında ½ hissədə paylara uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. Torpaq sahəsinin üzərində bina inşa edildiyi üçün əmlakın hərracdan satılması mümkün olmamışdır. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara alınmışdır, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 551/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərarın ləğv edilməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Hazırda icra sənədi Nərimanov Rayon İcra şöbəsinin icraatındadır. Eyni zamanda mülki işin materialları ilə o da təsdiqini tapır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 302 nömrəli Sərəncamı ilə Cavabdeh MTK-ya həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçı 08 oktyabr 2019-cu il tarixdə notariat ofisində yazılı ərizə təqdim edərək torpaq sahəsinin üzərindəki əmlak söküldüyü üçün torpaq sahəsinin sənədləşməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Əvvəlki mübahisələr üzrə çıxarılan məhkəmə qətnamələrindən də görünür ki, mülki işə baxılan zaman mübahisəli torpaq ərazisində çoxmərtəbəli binanın tikilməkdə idi. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(103)-767/2019 saylı Qətnaməsində qeyd edilir: “ ...Həmçinin torpaq sahəsində faktiki olaraq Cavabdeh MTK tərəfindən çoxmərtəbəli bina inşa edilməsinin mübahisənin həllinə təsiri yoxdur və həmin fakt heç bir halda həmin əmlak üzərində İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlak kimi mülkiyyət hüququnu istisna edən hal kimi qəbul edilə bilməz...” Mülki işin materialları, o cümlədən tərəflərin izahatları, yerli müayinə iclasının protokolu və audio-video yazısı ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli binada sakinlər yaşamaqdadırlar, mənzillərin üzərində xüsusi mülkiyyət barədə bir neçə çıxarış da məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin hallarından da göründüyü kimi ünvan 2 ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli bina hüquqi rejiminə görə özbaşına tikili hesab edilmir. Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin məzmunundan isə görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İstinad edilən maddələrin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Belə ki, cavabdeh MTK mübahisəli daşınmaz əmlakı tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa etməmiş, o cümlədən müvafiq dövlət orqanlarından lazımi qaydada alınmış icazələri əsasında ona ayrılmış torpaq sahəsində mübahisəli binanı inşa etmiş, həmin torpaq sahəsinin həmin hündürmərtəbəli, çoxmənzilli binaya hüquqları səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar əsasında təsdiqlənmişdir. Həmin hüquq müəyyənedici sənədlər isə qüvvədə olmaqla, inzibati qaydada mübahisələndirilməmişdir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki qanunvericiliyin sadalanan normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh MTK-nın inşa etdiyi mübahisəli hündürmərtəbəli çoxmənzilli yaşayış binasının sökülməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi faktı müəyyən edilmir, həmin mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarları qüvvədədir, ləğv edilməmişdir, həmin qərarlar mübahisələndirilmədiyindən tikilinin qanunvericiliyin tələblərinə uyğun olmadığı barədə iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Ona görə də, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən hallar sübuta yetirilmədiyindən ilə iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı aşağıdakılara əsasən qeyd olunan tikilinin sökülməsini tələb etməkdə haqlı deyildir. Qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli binada çoxsaylı sakinlər yaşamaqla, bir qismi mənzillər üzərində hüquqlarını rəsmi qeydə aldırmışdırlar, xüsusi mülkiyyət barədə çıxarışlar olmadığı təqdirdə belə, həmin sakinlərin daşınmaz əmlaka qanuni əmlak hüquqları mövcuddur. Tikili, qanuni sahiblikdə və istifadədə olduğundan, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdirlər. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: «…Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Avropa İnsan Hüquqları Məhkəməsinin “X20 və X4rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən hündürmərtəbəli çoxmənzilli yaşayış binası 1/2 hissədə iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyinə baxmayaraq, həmin torpaq sahəsi və orada inşa olunmuş bina Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin «ədalətli balans» prinsipi o cümlədən ədalətli tarazlığa riayət edilməsi baxımından da özbaşına tikili adı ilə sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinin qanuni və faktiki əsası mövcud deyildir. Belə olan halda iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülkirosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Məhkəmə tərəfindən müəyyən olunmuş hallarla və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən iddiaçı, Cavabdeh MTK-nın inşa etdiyi binanın sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinin əsaslı olmasını sübut etməli olduğu halda buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin qanuni əsasları öz təsdiqini tapmadığından, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X27 cəlb edilməklə) Cavabdeh MTK-ya qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh MTK-nın nümayəndəsi və vəkilinin X27 və iddiaçı X16 əməllərinə hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatəti də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ
İddiaçı Cavabdehnə qarşı (X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə