Məhkəmə qərarları › İş №2(005)-14/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-14/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-14/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Ağəmməd oğlunun, Cavabdeh X19 Tağıyevnanın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərrac yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərrac yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin vətəndaş (tələbkar) Cavabdeh2 satılması bağlı hərracın yekunları barədə 90 nömrəli protokolun və xx.xx.2019-cu ildə Cavabdeh2 adına həmin yaşayış sahəsi üçün verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Məmməd Tağıyevanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əsasən müəyyən edilmişdı ki, mübahisəli yaşayış sahəsi ilə bağlı "X15" MMC-də keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil 55000 manata hərracda satılmış və xx.xx.2019-cu ildə həmin yaşayış sahəsinə Cavabdeh2nm adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa həmin mülki iş materalları ilə tanışlıq zamanı müəyyən edildi ki, Cavabdeh1 təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) Cavabdeh2 hərracın yekunları barədə 90 nömrəli protokol tərtib edilməklə satılmışdir. İddiaçı ailəsi ilə birlikdə ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu, Nizamı küçəsi ev 137, mənzil 68 ünvanda yerləşən yaşayış sahəsində 1991-ci ildən yaşayır. Ona aid yaşayış (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan edən 13,6 kv metr sahə) sahəsinin bir hissəsini Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmayan X11 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilərək mülkiyyət hüququ əldə edilmişdir. Belə ki, əldə edilən sənədlərdən müəyyən olunur ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 359/59 saylı sərəncamı və 03 iyun 1994-cü il tarixli Nəsimi rayon İcra Hakimiyyəti Nümayəndəsi ilə X11 adlı şəxs arasında bağlanmış 3M-248 əsasən iddiaçının yaşadığı və pasport qeydiyyatında olan mənzilinin bir otağı X8 verilmiş və bu otaq 1994-cü ildə Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsində xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Bu otaq X11 adından verilmiş etibarnamə əsasında 1997-ci ildə Cavabdeh2 satılmış və sonuncuda həm yaşayış sahəsinə çıxarış sənədi almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)- 202/2011 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı və başqalarına qarşı mübahisə yaşayış yeri olan sahənin "özgənin qanunsuz istifadəsindən yaşayış mənzilinin geri tələb olunması haqqında" ilkin iddiası rədd edilmiş, İddiaçı və başqalarının Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi" tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə dair X5 Cavabdeh2 arasında bağlanmış xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və həmin ünvanda yerləşən yaşayış sahəsinə dair verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə bu qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bu işə məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan X9 nəinki tapmaq, habelə onun şəxsiyyətin müəyyən etmək, hətta onu tanıyan belə bir şahid olmamışdır. Bundan sonra iddiaçı X6 axtarışına başlamış və bu nəticə vermədiyi üçün məhkəməyə müraciət edilmişdir. X6 itkin düşməsi faktının araşdırılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasında qeydiyyatda olmamış və onun ölkəmizdə yaşaması da müəyyən edilməmişdir. Bundan başqa Cavabdeh1 təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) Cavabdeh2 hərracın yekunları barədə 90 nömrəli protokol tərtib edilməklə satılması zamanı tədric olunması mümkün olmayan mənzilin bir mülkiyyətçi kimi iddiaçıya xəbər verilmədən, onun iştirakı təmin olunmadan satılmışdır. Halbuki, iddiaçının ümumi paylı mülkiyyət hüququndakı şərtlər əsasında bu mənzili almaqda üstünlük hüququna malik idi. İddiaçıdan xəbərsiz olaraq bu mənzil hərracda satılmışdır. Cavabdeh X19 Tağıyevna məhkəməyə xx.xx.2020-ci il tarixdə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci tarixli qətnaməsindən göründüyü kimi, məhkəmə tətəfindən məyyən edilmişdir ki, DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsinin 23 aprel 2011-ci il tarixli, 09/16762 saylı məktubu ilə təsdiqlənir ki, Bakı şəhəri, Nizami kiiçəsi, ev 137,13,6 kv.m. olan 1 otaqlı 68a mənzil xx.xx.1994-cü il tarixdən X3 adına ilk qeydiyyatdan keçirilmiş və onun mülkiyyətində olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 32,7 kv.m. olan 2 otaqlı mənzil isə xx.xx.1992-ci il tarixdən X7 mülkiyyətindədir. X13 xx.xx.1992-ci ildən yalnız Bakı şəhəri Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 42,5 kv.m. yaşayış sahəsi 32,7 kv.m olan 2 otaqlı 68 saylı mənzilinin mülkiyyətçisidir, onun X6 mülkiyyətində olmuş Bakı şəhəri Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 23,0 kv.m, yaşayış sahəsi 13,6 kv.m olan bir otaqlı 68a saylı mənzili üzərinə heç bir hüququ mövcud olmamışdır. Cavabdeh X19 Tağıyevna məhkəməyə xx.xx.2020-ci il tarixdə yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Resublikasının qanunvericilik aktları ilə və işin faktiki halları ilə təsdiqlənməyərək təkzib olunan və öz mülahizəsi əsasında yuxarıda göstərilən əsaslarla iddia tələbi ilə məhkəməyə müraciət etməyə İddiaçı subyektiv hüquqa malik olmamışdır. Belə ki, Nəsimi rayon məhkəməsinin 2(006)-371/2016 saylı 01 aprel 2016-ci il tarixli qətnaməsinə əsasən X4 55000(əlli beş min) manat məbləğində pul tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclu A.Rabinoviçin əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu qaydada: yəni hərracda satılması üçün Cavabdeh1 MMC-nə göndərilmişdir. "X15" MMCdə , Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68 "a" saylı mənzili dəfələrlə açıq hərraca çıxarılsa da, iştirakçısı olmadığından və hərrac baş tutmadığından,tələbkar kimi 14 iyun 2019 tarixdə keçirilmiş açıq hərracda iştirak edərək mənzili təyin edilmiş 55000 (əlli beş) min manata almağa razılığını bildirdikdən sonra hərracın yekun protokolu ilə cavabdehə verilmişdir. Məhkəmələrdə dəfələrlə mənzili satın almaqda olan üstünlük hüquqları olduğunu göstərən İddiaçı qanunsuz zəbt etdiyi həmin mənzili satın almaqda üstünlük hüquqlarından nədənsə istifadə etməmiş və dəfələrlə açıq hərraca çıxarılmış həmin mənzili isə almamışdır. Mülkiyyətində olan mənzilin 23 ildən artıq bir müddətdə qanunsuz istifadəsindən isə yalnız bəhrələnməklə cavabdehə maddi zərər vurmaqda davam edir. Belə ki, İddiaçı hazırkı iddia ərizəsi ilə təsdiqlənir ki, 2010-cu ildə Nəsimi rayon məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 659-cu maddəsinə istinad etməklə yalnız “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbi ilə müraciət edərkən özəlləşdirilmiş mənzili satın almaqda üstünlük hüququnun pozulduğunu əsas kimi göstərsə də mənzilin almaq hüquq və vəzifələrin ona keçirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı demək olar ki, eyni formada hüquqi nəticələr yaratmaq niyyəti olmadan yenidən heç bir qanunvericilik aktlarına əsaslanmadan iddia ərizəsində "X15" MMC-nin təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 3 ünvanda tədric olunması mümkün olmayan mənzilin bir mülkiyyətçi kimi iddiaçıya xəbər verilmədən, onun iştirakı təmin olunmadan, ümumi paylı mülkiyyət hüququndakı şərtlər əsasında bu mənzil almaqda üstünlük hüququna malik bir şəxs kimi ondan xəbərsiz olaraq bu mənzil hərracda satıldığından (hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərir. Mənzili almaq hüquq və vəzifələrin ona keçirilməsi barədə iddia tələbi ilə müraciət etməkdən isə yenə də (eyni ssenari üzrə) vaz keçmişdir. Beləliklə göstərilənlərdən açıq aydın görünür ki, İddiaçı tamah və şəxsi maraqı məqsədi üçün mülkiyyətində olan mənzili iradəsi ilə 23 ildən artıq bir müddətdə özünəməxsus qaydada zəbt edərək həmin mənzildən qanunsuz istifadə etməklə, yalnız bəhrələnməklə cavabdehə maddi ziyan vurmaqda davam edərək, müxtəlif bəhanələrlə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün uydurma iddia ərizələrini tərtib edərək, məhkəmələri çaşbaş salaraq qanunvericilik aktlarla tənzimlənən qaydalarla və şərtlərlə mənzili satın almaqda üstünlük hüququndan istifadə edərək onu almaq fikrində olması barədə niyyətinin qanunla müəyyən olunmuş formada iradəsini ifadə etməyərək hüquqdan sui-istifadə etməklə məşğuldur. Nəsimi rayon məhkəməsinin xx.xx.2011-ci tarixli qətnaməsindən göründüyü kimi, məhkəmə tətəfındən məyyən edilmişdir ki, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin 23 aprel 2011-ci il tarixli, 09\16762 saylı məktubu ilə təsdiqlənir ki, Bakı şəhəri, Nizami küçəsi, ev 137,13,6 kv.m.olanl otaqlı 68a mənzil xx.xx.1994-cü il tarixdən X2 adına ilk qeydiyyatdan keçirilmiş və onun mülkiyyətində olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 32,7 kv.m.olan 2 otaqlı mənzil isə xx.xx.1992-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Bundan əlavə olaraq bildirir ki, Bakı şəhəri, Nizami küç, bina 137-də, biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli 68 və 68a mənzillərin sahəsi 13,6 kv.m. olan bir otağlı 68a saylı mənzilin 1962-ci ildən kirayəçisi X11, 68 saylı sahəsi 32,7kv.metr olan iki otağlı mənzilin 1980-ci ildən kirayəçisi isə A.Q.Sokolovskaya olmuşlar. xx.xx.1993-cü il tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunun əsasında Bakı şəhəri, Nəsimi rayon Nizami küç,bina 137,68a saylı məzilin 1962-ci ildən kirayəçisi olmuş X6 adına özəlləşdirilməsi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 359/59 saylı Sərəncamı ilə həyata keçirməmişdən əvvəl, qonşuluğunda sahəsi 32,7 kv.metr olan iki otağlı mənzilin 1980-ci ildən kirayəçisi olmuş A.Q.Sokolovskaya öz mənzilini özəlləşdirərək mənzilin mülkiyyyətçisi kimi 1992-ci ildə (özəlləşdirmənin iştirakçısı olmayan) iddiaçı Muradova (Babayeva) Natavan Muxtar qızına alqı-satqı müqaviləsi əsasında satmışdır. Bakı şəhəri Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 32,7 kv.m olan iki otaqlı 68 saylı mənzilin isə xx.xx.1992ci ildən İddiaçı mülkiyyətində olduğu Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi ilə öz təsdiqini tapmışdır. İcra icraatı prosesində və məcburi auksionda satın almaqda üstünlük hüququnun qüvvəsi olmadığından və qanunvericilik aktlarında nəzərdə tutulmadığından İddiaçı göstərilən iddia tələbi irəli sürməyə subyektiv hüquqa malik olmamışdr. Subyektiv hüquq-subyektin dövlət tərəfindən verilən və qorunan hüquqları nəzərdə tutur. Cavabdeh1 MMC məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı cavabdehlər "X15” MMC və Cavabdeh2 qarşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsim Rayon İcra və Probasiya Şöbəsinin 10635-127381/2016-5-1 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunda və Nəsimi Rayon Məhkəməsinin icra vərəqəsində borclu olaraq X6 adı qeyd olunmuşdur. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 10635-127381/2016-5-1 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında X8 məxsus bakı şəhəri, Nizami küçəsi, 137 saylı evin, 68a saylı mənzilinin Cavabdeh1 MMC tərəfindən hərracı həyala keçirilmişdir. “X15" MMC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq qeyd olunan əmlakın hərracı həyata keçirilmişdir. İlkin hərracın keçirilmə vaxtı və yeri barədə 31 may 2019-cu il tarixli bildiriş poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Həmçinin 1-3 iyun 2019-cu il tarixli “Kaspi" qəzetində keçirilən hərracla bağlı elan yerləşdirilmişdir. “X15" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Ağəmməd oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X19 Tağıyevnanın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 137, 68a mənzilinin hüquqi sahibi Cavabdeh2dır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)- 4339/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 7430/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-637/2017 saylı qətnaməsi ilə ərizəçi X7 X6 itkin düşmüş hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X12 Yekunları barədə 90 nömrəli protokolundan görünür ki, X8 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 137,13,6 kv.m. olan 1 otaqlı 68a mənzili Nəsimi rayon Məhkəməsinin 2(006)-371/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 10635-127381/2016-5-1 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın satış qiyməti 55000 manat. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli X16 dair 03/39 nömrəli bildirişindən görünür ki, Nəsimi rayonu üzrə İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli, 10635-127381/2016-5-1 saylı sifariş məktubu üzrə dəymiş ziyanın ödənilməsi tələbinə dair Nəsimi Rayon Məhkəməsi xx.xx.2016-ci il tarixli, 2(006)-371/2016 saylı icra sənədi üzrə (borclu) - X11 mülkiyyətində olan ünvan 3 ünvanlı ümumi sahəsi 23 kv.m olan 1 otaqlı mənzilinin acıq hərracda satılması qət edilmişdir. İş materiallarında olan “Kaspi” qəzetinin 1-3 iyun 2019-cu il tarixli nəşrindən görünür ki, Bakı şəhəri, Nizami küçəsi, ev 137, 68a saylı mənzilinin hərracının xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami küçəsi, ev 137, 68a saylı mənzil 55000 manata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2257/2020 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər X10, X14 və X18 qarşı “mənzildən çıxartma və mənzillərin açıq hərracda satılması” tələbinə tələbinə dair 2(006)-2257/2020 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1748/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.1994-cü il tarixli 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 1478/2020 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(103)-666/2021 saylı qərardadı ilə iddiaçı X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3895/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3895/2020 saylı qərardadı ilə iddiaçı X7 iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1572/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-666/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-150/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərrac yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı təzələnmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-39/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1093/2022 saylı mülki işi üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərrac yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair 2(005)-39/2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı "X15" MMC-də keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil 55000 manata hərracda satılmış və xx.xx.2019-cu ildə həmin yaşayış sahəsinə Cavabdeh2nm adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, təcrid olunması mümkün olmayan mənzilin satılmasında iddiaçının xəbəri olmayıb hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi, iddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan mənzilin ona məxsus mənzildən təcrid olunması mümkün olmaması səbəbindən həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Bununla bağlı nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Hazırki işdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-4339/2011 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi X11 iləhazırki iş üzrə iddiaçı X19 Tağıyevna arasında mübahisəli mənzilin bir otağının alqı-satqısı həyata keçirilərkən, mübahisəli mənzilin digər iki otağının mülkiyyətçisi İddiaçı həmin otağı satın almaq üçün müəyyən edilmiş üstünlük hüququ pozulduğundan, başqa sözlə qanunun tələblərinə müvafiq olmayan əqd bağlandığından Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş Bakı şəhəri, Nizami küçəsi, 137 saylı evin 68A saylı 1 otaqlı mənzilinə dair xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmaqla, X19 Tağıyevnanın həmin mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd məhkəmə tərəfindən düzgün olaraq ləğv edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-66/2022 qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki Cavabdeh2 iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin maddələrinin məzmununa görə, hər hansı əşyanın açıq hərracdan satılmasını tələb edən şəxs həmin əşyanın paylı mülkiyyətçilərindən biri olmalıdır. İş materiallarından göründüyü kimi açıq hərraca çıxarılması və daha sonra satışından əldə ediləcək pulun bölüşdürülməsi tələb edilən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur və iddiaçının bu mənzilə hər hansı hüquqi bağlılığı müəyyən edillməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus olan mənzilin açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin onların arasında paylara uyğun bölüşdürülməsinə dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. İddiaçının mənzillərin kommunal xidmət sahələrinin (mətbəx, ön giriş, hamam, tualet) ümumi olmaqla hər iki mənzilə xidmət etdiyinə istinadı ilə əlaqədar qeyd edilməlidir ki, hər iki mənzilə xidmət edən mübahisəli yaşayış sahəsinin tərəflərin ümumi paylı mülkiyyətində olması və paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilməsinin mümkünsüzlüyü öz təsdiqini tapdığı təqdirdə iddiaçı bu əmlakın açıq hərracdan satılaraq bölünməsini məhkəmədən tələb etməzdən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarda hərracın keçirilmə qaydasının pozulması halına istinad etməmişdir. Bu səbəbdən də hərracın keçirilməsinin etibarsız olması barədə iddiaçının tələbi əsassız olmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68 saylı mənzilinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması səbəbindən Cavabdeh2 mənzilin açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin onların arasında paylara uyğun bölüşdürülməsinə dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığı qənaətinə gəlinmişdir. Göründüyü kimi, hazırda iddiaçı cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş edir. Belə olan halda yuxarıda qeyd olunanların kontekstində mübahisəyə yanaşdıqda müəyyən olunur ki, iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsinə dair subyektiv hüquqa malik deyildir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırda iddiaçı həmin mənzilə dair hərracı mübahisələndirməklə, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilini əldə etməkdə üstünlük hüququnun olmasına istinad etsə də, əvvəlki məhkəmə çəkişmələri zamanı mübahisəli mənzili hansı səbəbdən əldə etməməsinə dair məsələyə münasibət bildirmir. Belə ki, hazırda hərracın etibarsız hesab edilməsindəki hüquqi marağının konkret nə olduğu məlum deyil. Əgər iddiaçı üstünlük hüququnun pozulmasına istinad edərək, hərracı mübahisələndirirsə, hansı səbəbdən “Cavabdeh2 mənzilin açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin onların arasında paylara uyğun bölüşdürülməsinə dair” iddia tələbinə baxılarkən bu hüququndan istifadə etmədiyi qeyrimüəyyəndir. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı, habelə İddiaçı iddia tələbi irəli sürmək üzrə subyektiv hüququnun olduğu müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən də hər hansı əsaslandırma aparılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərrac yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərrac yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar