Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1630/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2na qarşı (LPO "xxxx" ASC, "xxxx" İstehsalat Müəssisəsi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək,"xxxx" MMC-nin 24.01.2024-cü il tarixli Qiymətləndirmə Hesabatının ləğv edilməsi, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, həmin protokolun nəticəsinə tələbkar banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqısatqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 fevral 2015-ci il tarixində Cavabdeh2 sifarişi ilə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara məxsus olan 5 adda daşınar əmlakın və ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin (Xanlar rayon İstehsalat kombinatı) Cavabdeh3 açıq hərracda satılması təşkil edilmişdir. Aşağıda göstərilənlərə əsasən Hərrac təşkilatının açıq hərracın yekunları barədə 26 fevral 2015-ci il tarixli 11/01 və 11/02 nömrəli protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, "xxxx" SKB ilə bağlanmış 08 dekabr 2006-cı il tarixli 26 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" İstehsalat Müəssisəsi 300.000 (üç yüz min) manat kredit götürülmüşdür. Kreditin təminatı kimi iddiaçı Orucov X54 bağladığı 10 yanvar 2007-ci il tarixli 26A nömrəli ipoteka müqaviləsinə əsasən Xanlar şəhəri H.Əliyev küçəsi 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksi girov qoyulmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4((84)-750/2012 saylı 19 iyun 2012-ci il tarixli qətnaməsinə və 06 may 2013-cü il tarixli icra vərəqəsinə əsasən hərrac təşkil olunmuşdur. Hərrac təşkil olunarkən iddiaçıya məxsus daşınmaz əmlakda yerləşən daşınar əmlaklar icra məmuru tərəfindən siyahıya alınmış və daşınar əmlakların üzərinə həbs qoyulması üçün Göygöl Rayon Məhkəməsinə təqdimat verilmişdir. Göygöl Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli 8(066)-214/2013 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Buna baxmayaraq iddiaçıya məxsus olmayan daşınar əmlak hərraca çıxarılaraq dəyərindən çox aşağı qiymətə satılmışdır. İddiaçı daşınar əmlakaları icarə əsasında istifadə etdiyini və bu barədə icarə müqavilələri Cavabdeh2na təqdim etməsinə baxmayaraq icra məmuru Anar Zeynalov hərracı davam etdirmişdir. Həmçinin hərracın keçirilməsi barədə bildirişlər bizə göndərilməmişdir. Buradanda bu nəticəyə gəlmək olar ki hərrac Mərkəzi və Bank bizim məlumatsız qalmağımızda marağı olmuşdur. Birinci instansiya məhkəməsi "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununun 28, 45.1, 51.1-ci maddələrinin tələblərini pozaraq iddiaçıların qanuni qüvvəyə minmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə borclu olmasına, mübahisəli əmlaklrın "xxxx" MMC tərəfindən qiymətləndirilməsi zamanı onların iştirakının təmin edilməməsinə, onlara bu barədə hər hansı yazılı bildiriş göndərilməməsinə, qoyulmuş qiymətin real bazar qiymətini əks etdirməməsinə əhəmiyyət verməmiş, bu barədə ekspertiza keçirib rəy alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayət iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin, Cavabdeh2 və üçüncü şəxslər LPO "xxxx" ASC, "xxxx" İstehsalat Müəssisəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclası gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)- 750/2012 saylı, 19 iyun 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" SKB-nin cavabdeh "xxxx" istehsalat müəssisəsinə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, "xxxx" istehsalat müəssisəsindən 08 dekabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən 299.999,36 manat əsas borcun, 109.463,09 manat faiz borcunun, cəmi 409.462,45 manat məbləğində kredit pulunun, ödənilmiş dövlət rüsumu olaraq 20 manat pulun iddiaçı "xxxx" X37 xeyrinə tutulması və tutmanın cavabdehin hesablarında vəsait mövcud olmadıqda cavabdehin gəlirlərinə və əmlakına yönəldilməsi qət edilmişdir. İş materiallarından aydın olur ki, həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Cavabdeh2na göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 qiymətləndiricinin dəvət edilməsi haqqında 03 dekabr 2013-cü il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2- 4(84)- 750/2012 saylı, 06.05.2013-cü il tarixli icra sənədi üzrə icraatda borclunun siyahıya alınmış əmlakının qiymətləndirilməsi məsələsinə baxılmış, Göygöl şəhəri, H.Əliyev prospekti 01-də yerləşən "xxxx" istehsalat müəssisəsinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi üçün mütəxəssis dəvət olunması, qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclərin borclunun üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 03.03.2014-cü tarixli, 01/680 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən 5 adda daşınar əmlakın ilkin satış qiyməti 17.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 850 manat olmaqla hərraca çıxarılması və hərracın 14 mart 2014-cü il tarixdə saat 10:00- 13:00 və 14:00-17:00-da ünvan 3 ünvanında keçiriləcəyi barədə Cavabdeh2na, "xxxx" SKB-na və "xxxx" İstehsalat Müəssisəsinə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətində “Xanlar şəhəri, H.Əliyev küçəsi, 1 ünvanında istifadədə olan 0.73864 ha toppaq sahəsində yerləşən 5865.5 kv.m ümumi, 4363.8 kv.m əsas, 1501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar rayonu istehsalat kombinatı) ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, X40, X41, X42, X13, X1, X34, X47, X4, X43, X18, X19, X20, İddiaçı3 Sadiq oğlunun, X21. X27, X22, X23, X28, X2, X14, X29, X30, X31, X5, X48, X44, X35, X24, X36, X8, X45, X15, X16, X53, X32. X6, X7, X3, X25, X17, X9, X10, X26, X11, X33, X49 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır” qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 24.01.2014-cü il tarixli, 05 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Cavabdeh2 444/13 saylı, 03.12.2013-cü il tarixli sifariş məktubu, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)- 750/2012 saylı, 06.05.2013-cü il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən İddiaçı1 məxsus ünvan 5 ünvanda yerləşən əmlak kompleksinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 408.000 (dörd yüz səkkiz min) manat təşkil edir İş materiallarında olan Açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli, 11/01 nömrəli protokolunun surətinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)- 750/2012 saylı 19 iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, «06» may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-10/15 saylı, 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 408.000 (dörd yüz səkkiz min) manat olan İddiaçı1 mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən istifadəsində olan 0.73864 ha torpaq sahəsində, yerləşən 5 865.5 kv.m ümumi, 4 363.8 kv.m əsas, 1 501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar rayon istehsalat kombinatı) qeyriyaşayış sahəsini 408.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir. İş materiallarında olan Açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli, 11/02 nömrəli protokolunun surətinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)- 750/2012 saylı 19 iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, «06» may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-10/15 saylı, 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 17.000 (on yeddi min) manat olan İddiaçı1 məxsus 5 adda daşınar əmlakı 17.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir. İş materiallarından müəyyən olunur iddiaçı "xxxx" İM cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair qiymətləndirmə hesabatını mübahisələndirərək, iddiaçının əmlakının yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(82)-1374/2014 saylı 30 may 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 2(103)-424/2014 saylı, 16 sentyabr 2014-cü il qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(102)-10/2015 nömrəli, 16 sentyabr 2014-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)- 424/2014 saylı iş 16 sentyabr 2014-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli protokoluna əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 06 may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 408.000 manat olan İddiaçı1 mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən istifadəsində olan 0.73864 ha torpaq sahəsində, yerləşən 5 865.5 kv.m ümumi, 4 363.8 kv.m əsas, 1 501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar rayon istehsalat kombinatı) qeyri-yaşayış sahəsini 408.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir; Açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli, 11/02 nömrəli protokolunun surətinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2012ci il tarixli, qətnaməsinə, Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 06 may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 17.000 manat olan İddiaçı1 məxsus 5 adda daşınar əmlakı 17.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir; İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki olduğu yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İş materiallarından göründüyü kimi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 03.03.2014-cü tarixli, 01/680 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən 5 adda daşınar əmlakın ilkin satış qiyməti 17.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 850 manat olmaqla hərraca çıxarılması və hərracın 14 mart 2014-cü il tarixdə saat 10:00- 13:00 və 14:00- 17:00-da ünvan 3 ünvanında keçiriləcəyi barədə Cavabdeh2na, "xxxx" SKB-na və "xxxx" İM-yə məlumat verilmişdir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Bundan başqa kollegiya birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürüldüyü qənaətinə gəlməsini də qanuni və əsasılı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. İşin hallarından mübahisəsiz şəkildə aydın olur ki, iddiaçı mübahisələndirdiyi əqdlərin bağlamasından və onun mahiyyətindən məhz 2015-ci il tarixdə xəbərdar olmuşdur (i.v. 27); belə olan halda iddiaçının müvafiq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etdiyi kimi qəbul edilməlidir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1770/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1630/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1630/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver