Məhkəmə qərarları › İş №2(102)-1087/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1087/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1087/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X4” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs BOKT ASC-yə və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız h esab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)5742/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 11 avqust 2015-ci il tarixli istehlak krediti müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı 26164, ABŞ dolları məbləğində əsas borc, 8293,10 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34557,63 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ün ilkin satış qiymətinin 57790 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdeh İddiaçı Maraqlı şəxs BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44 satıldıqdan sonra cavabdeh həmin yaşayış sahəsindən ən geci bir ay ərzində əşyaları ilə birlikdə çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsi barədə 28 iyun 2019-cu il tarixli, 01 saylı və 12 iyul 2019-cu il tarixli, 01/2 saylı bildirişlərlə iddiaçıya 29 iyul 2019-cu il tarixə təyin olunmuş hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə 02 avqust 2019-cu tarixli, 02 sayl ı bildirişlə iddiaçıya 14 avqust 2019-cu il tarixə təyin olunmuş hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin 02-08 avqust 2019, 16-22 avqust 2019, 12-18 iyul 2019 və 28 iyun-04 iyul 2019-cu il tarixli buraxılışlarında ünvan 1 saylı mənzilinin “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən hərraca çıxarılacağına dair elanlar yerləşdirilmişdir. Hərracın yekunları barədə 30 avqust 2019-cu il tarixli protokola əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzili ilkin satış qiyməti 57790 manat məbləğində, təkrar satış qiyməti isə 49121,50 manat, 25% aşağı olan satış qiyməti 36841,12 məbləğində müəyyən edilərək “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən hərraca ç ıxarılmışdır. Hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 30 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 saylı mənzilin satın alınması barədə “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC ilə "xxxx" ASC arasında müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X4” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ”Finoko” BOKT ASC-yə və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi ra yonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilini açıq hərracdan satışına dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-nin hərracın yekunları barədə 30 avqust 2019-cu il tarixli, 56/03 saylı protokolun və alqı-satqı müqaviləsinin, eləcə də onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilin Maraqlı şəxs BOKT ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Hüquqların dövlət qeydiyyatı üzrə müvafiq çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi üzrə icra sənədi icraya yönəldilmiş və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarı ilə icraata başlanılmış, daha sonra həmin icra şöbəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-yə 21 iyun 2019-cu il tarixli sifariş məktubu ilə hərrac sifarişi verilmişdir. Lakin, “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərraclar təşkil olunmuşdur. Hərracın keçirilməsi barədə məlumat iddiaçının qeydiyyatda olan ünvanına göndərilməmiş, ona görə də həmin hərracın keçirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(005)266/2021 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Bu səbəbdən hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(005)-266/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)-5742/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(005)-266/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, həmin məhkəmənin sorğusuna əsasən, “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-nin ünvan 1 saylı mənzili üzrə keçirilmiş hərraclarla bağlı sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, 28 iyun 2019-cu il tarixli, 01 saylı bildiriş, 12 iyul 2019-cu il tarixli, 01/2 saylı, 02 avqust 2019-cu il tarixli, 02 saylı bildirişlərə əsasən tərəflərə, o cümlədən iddiaçıya hərracın vaxtı və yeri barədə məlumat verilmiş, həmçinin əlavə edilmiş xəbərnamələrdən görünür ki, iddiaçı 28 iyun 2019-cu il tarixli, 01 saylı bildirişi 01 iyul 2019-cu ildə, 12 iyul 2019-cu il tarixli, 01/2 saylı bildirişi 12 iyul 2019cu ildə, 02 avqust 2019-cu il tarixli, 02 saylı bildirişi isə 03 avqust 2019-cu ildə imza etməklə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlak barəsində hərracın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, həmçinin, ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana qanunvericiliyin tələbi gözlənilməklə təkl if göndərilmiş, hərracın keçirilməsi ilə bağlı elan verilmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, 44 saylı mənzilin alqı-satqısına dair 12 mart 2020-ci il tarixli müqavilədən görünür ki, həmin mənzil satıcı "xxxx" ASC tərəfindən alıcı X1. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməsi barədə dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızıdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)-5742/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə gön dərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hərrac barədə məlumatlar iddiaçının ünvanına göndərilməmiş, hərracın keçirilməsindən xəbəri olmamış, bildirişlərdə olan imza ona məxsus olmamış və məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən sonrakı dövrdə 10000 ABŞ dolları ödəniş etmiş, buna baxmayaraq əmlakı hərraca çıxarılmışdır. Məhkəmə tərəfindən bildirişlərdə olan imzanın ona məxsus olmasına dair vəsatəti təmin olunmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq y azılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müə yyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunveri ciliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu nunun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərrac da iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər o lsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borcun məbləği hazırki mübahisənin predmetini təşkil etmir və iddiaçı tərəfindən məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən sonra ödəniş edildiyi halda, müvafiq pul tələbi ilə ayrıca icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Keçirilmiş hərrac barədə məlumatlandırılmasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin göstərdiyi kimi, hərracın vaxtı və yeri barədə hərrac təşkilatı tərəfindən iddiaçının həm qeydiyyatda olduğu, həm də ipoteka predmetini n yerləşdiyi ünvanlara bildirişlər göndərilmiş və həmin bildirişlər qeyd olunan ünvanlarda qəbul olunmuşdur. Bildirişlərin iddiaçının ailə üzvləri və ya ünvanlarında yaşayan digər şəxs tərəfindən ona təqdim olunmaması keçirilmiş hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz. Bu səbəbdən poçt xəbərnamələrində olan imzaların iddiaçıya məxsus olmasının yoxlanılmamasına dair kassasiya şikayətinin dəlili də əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti tə min edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)-5742/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar