Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-81/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, Cavabdeh4nə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, Cavabdeh4nə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-273/2009 saylı. 23.08.2009-cu ıl tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən tərtib edilmiş №31/02 saylı. 05.07.2010-eu il tarixli "hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Biləsuvar şəhəri, M.F.Axundov küçəsi 252 saylı fərdi yaşayış evinə dair "xxxx" Cəlilabad rayon filialının adına verilmiş 19.10.2010-cu il tarixli MA seriyalı 010865S nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında duşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilərək əvvəlki qeydin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 30 noyabr 2011-ci il tarixli 2(043)-1664/11 saylı qətnaməsi ilə "xxxx" ASCnin cavabdehlər X1, ona və qeyrilərinə qarşı ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilərək əmlakın açıq hərracda satılması, girov qoyulmuş qızıl-zinət əşyalarının satılması və zamin şəxslərdən borcun müştərək qaydada tutulması tələbinə dair iddiası təmin edilmişdir. Girov qoyulmuş ona məxsus qızıl-zinət əşyalarının qiymətləndirilməsindən və hərraca çıxarılmasından narazıdır. Belə ki, 98 qramlıq qızılzinət əşyaları ondan bank tərəfindən təhvil götürülərkən üzərində onun imzası olan konvertə qoyulmuşdur. Lakin, açılanda onun iştirakı olmadan açılmış, guya 57 qram olması qeyd edilməklə dəyərindən də dəfələrlə aşağı qiymətə satılmışdır. 98 qramlıq qızılzinət əşyaları içərisində 750 əyarlı və brlyant qaşlı zinət əşyaları cəmi 1708 (bir min yeddi yüz səksən) manata qiymətləndirilmiş, auksion mərkəzi tərəfindən hərrac keçirilmiş, 2757 manata cavabdeh "xxxx" ASC-nə satılmışdır. O, bu barədə hazırda məlumatı olmuş, ərizəsi üzrə İcra İdarəsi tərəfindən ona "xxxx" MMC-nin 30.09.2015-ci il nəticəsi barədə Hərrac Mərkəzinin məktubu verilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, hərrac barədə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi olaraq məlumat verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Lakin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi 29 mart 2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxsin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hərrac Təşkilatının № 31/02 nömrəli, 05.07.2010-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Biləsuvar şəhəri, M.F.Axundov küçəsi 252 saylı fərdi yaşayış evi Biləsuvar Rayon Məhkəməsinin 2(022)-273/09 nömrəli, 25.08.2009-cu tarixli icra vərəqəsinin, Biləsuvar rayon MİB-nin 271/09 nömrəli, 04.02.2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı məxsus Biləsuvar şəhəri, M.F.Axundov küçəsi 252 saylı fərdi yaşayış evi tələbkar alıcı Cavabdeh3 ASC-nin Cəlilabad filialına satılmışıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(103)-467/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(102)- 412/2021 saylı, 16.11.2021-ci il qərarı ilə Kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)- 467/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2010-cu il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı məxsus olan Biləsuvar şəhəri, M.F.Axundov küçəsi 252 saylı fərdi yaşayış evi Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 273/09 nömrəli, 25.08.2009-cu tarixli icra vərəqəsinin, Biləsuvar rayon MİB-nin 271/09 nömrəli, 04.02.2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı məxsus Biləsuvar şəhəri, M.F.Axundov küçəsi 252 saylı fərdi yaşayış evi tələbkar alıcı Cavabdeh3 ASC-nin Cəlilabad filialına satılmışdır. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda tələbkar tərəfindən əldə edilmişdir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yuxarıda sadalanan məhkəmə aktlarından da göründüyü kimi, eyni predmet üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən hərracla bağlı hallar araşdırılmış və həmin hərraca dair məsələyə məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Bununla yanaşı məhkəmə bir daha bildirir ki, iddia ərizəsinin dəlillərindən də göründüyü kimi hazırda iddiaçının hərracın qanuniliyini mübahisələndirməsi əsasları Cavabdeh3 ASC-nin digər məhkəmə mübahisəsində gətirdiyi dəlillərlə eyni olmuş və bu barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi mövcuddur. Belə ki, İddiaçı mübahisələndirdiyi hərracla bağlı məsələyə yuxarıda sözügedən qətnamə ilə hüquqi qiymət verilmişdir. Belə olan təqdirdə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, Cavabdeh4nə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, Cavabdeh4nə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-81/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-81/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver