Məhkəmə qərarları › İş №e-2(005)-4664/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4664/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4664/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) Cavabdeh2 satılması bağlı hərracın yekunları barədə 90 nömrəli protokolun və xx.xx.2019-cu ildə Cavabdeh2 adına həmin yaşayış sahəsi üçün verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv eilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh2 və başqasına qarşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə” iddia ərizəsi məhkəmə aidiyyatı üzrə Nəsimi məhkəməsinə verilməli olduğundan iddia ərizəsini və dövlət rüsumu daxil olmaqla ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduğundan İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən xx.xx.2024-cü il tarixli elektron çıxarışdan görünür ki, cavabdeh qismində göstərilmiş Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ev 11A, digər Cavabdeh2 isə ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə (qəbz GPP № **********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkili Vəkil geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar