Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1401/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Əliyusif qızı və Cavabdeh7 qarşı “mənzilə köçürmə və istifadə hüququna mane olan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Əliyusif qızı və Cavabdeh7 qarşı “mənzilə köçürmə və istifadə hüququna mane olan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 4-cü aşırım, 188 saylı evin 33.9 kv.m ibarət 2 otağının boşaldılması və həmin otaqlara köçürülmələri, cavabdehlərə həmin mənzildən istifadə hüquqlarına mane olan hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən X2 istifadə hüquqlarının tanındığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi, Cavabdeh1, X1, Cavabdeh4 atası və Cavabdeh2 həyat yoldaşıdır. İddiaçılarin həmin mənzilin 2 otaqdan ibarət 33.9 kv.m hissəsinə Nərimanov Rayon Məhkəməsinin 2-35/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə istifadə hüquqları tanınmışdır. Həmin mənzilin 18.2 kv.m hissəsi ailə başçısı olmuş Cavabdeh1 istifadəsinə, ikinci mərtəbədə yerləşən 24.2 kv.m dəhliz isə onların birgə istifadələrində saxlanılmışdır. Fərdi yaşayış evi 2 mərtəbəli olmaqla 5 yaşayış otağından ibarətdir, birinci mərtəbədə 13.7 kv.m, 14.8 kv.m və 16.6 kv.m olmaqla 3 yaşayış otağından, 27.1 kv.m dəhliz, 22.8 kv.m mətbəx, 10.2 kv.m sanitar qovşağı, ikinci mərətbədə 18.2 kv.m və 33.3 kv.m iki yaşayış otağı və 24.2 kv.m dəhlizdən ibarətdir. Bir neçə illər anasının (nənələrinin) evində yaşasalar da, hazırda həmin evdən istifadə mümkün deyil və istifadə hüququnun tanındığı, qeydiyyatda olduqları və yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən mənzilə köçməylərinə zərurəti yaranmışdır. Eləcə də, hazırda istifadə hüququqları olan otaqlardan cavabdehlər birgə istifadə edir, məhkəmə və qanunla tanınmış istifadə hüququqlarına mane olurlar. Cavabdeh1 istifadə hüquqlarından imtina etməyi təkid edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 qızının və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh6 Əliyusif qızı iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2-35/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 33.9 kv.m yaşayış otağı azyaşlı uşaqları ilə birlikdə İddiaçı1 istifadəsinə, sahəsi 18.2 kv.m olan yaşayış otağı Cavabdeh1 istifadəsinə verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 24.2 kv.m dəhliz azyaşlı uşaqları ilə birlikdə İddiaçı1 və Cavabdeh1 birgə istifadəsində saxlanılması qət edilmişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evində qeydiyyatdadılar. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi Nərimanov Rayon Məhkəməsinin 2-35/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçılara Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin müəyyən sahələrinə istifadə hüququları verilmişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, onların Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Bu Məcəllənin 157.8-ci maddəsinin tələblərinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Baxılan mülki işdə iddiaçıların mübahisəli evin bəzi sahələrinə istifadə hüquqları tanınmış, bu fakt hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı ilə öz təsdiqini tapmış və bu məsələnin yenidən müəyyən edilməsi hazırki icraat çərçivəsində işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 33.9 kv.m yaşayış otağından istifadəsi, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 24.2 kv.m dəhliz azyaşlı uşaqları ilə birlikdə İddiaçı1 və Cavabdeh1 birgə istifadəsində saxlandığından, cavabdehlər tərəfindən iddiaçıların həmin fərdi yaşayış evinə köçürülmələrinə maneələrin yaradılması, iddiaçıların istifadə hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində ünvan 2 saylı mənzilin 33.9 kv.m ibarət 2 otağının boşaldılması və həmin otaqlara köçürülməsi tələb edilsə də, iddiaçıların Nərimanov Rayon Məhkəməsinin 2-35/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə yalnız mübahisəli evin ikinci mərtəbəsində yerləşən 33.9 kv.m sahəsi olan bir yaşayış otağına istifadə hüquqları tanınmışdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 33.9 kv.m yaşayış otağı cavabdehlər tərəfindən boşaldılmalı və iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 həmin otağa köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 33.9 kv.m yaşayış otağı cavabdehlər tərəfindən boşaldılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 Bakı şəhəri Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, 188 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 33.9 kv.m yaşayış otağına köçürülsünlər. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1401/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1401/2023
03.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver