Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1408/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Amasiya rayonu, Çaxmaq kəndində xx.xx.1977-ci il tarixində doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında “X4”, atanın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 06 10.1977-ci il tarixində Ermənistan, Amasiya rayonu, Çaxmaq kəndində anadan olmuşdur. Anası xx.xx.1948-ci il tarixdə Ermənistan Amasiya rayonunda doğulmuş X6, atası 15 04.1938-ci il tarixdə Ermənistan Amasiya rayonunda doğulmuş X1r. 1988-ci ilin məlum hadisələri zamanı qaçqın düşərkən doğum haqqında şəhadətnamə itdiyindən Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək, doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmiş, lakin şöbə Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, doğum haqqında şəhadətnasini itirdiyini, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona əmlakla əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulmuş və həmin kənddə qapı qonşu olmuşdular. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun kiçik basıdır. Ərizəçi xx.xx.1978-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulmuşdur. Baçısına uşaqlıqdan o baxmış, hər il 06 oktyabrda onun doğum gününü qeyd etmişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur; AZE seriyalı, 05417707 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1948-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1948-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda doğulmuş, ata qrafasında “X10”, ana qrafasında “X3” qeyd edilmişdir; AZ-İ seriyalı, 534727 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə ölmüşdür; 520471 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqənin sahibi X1r; C seriyalı, 662178 nömrəli dipolomun surətindən görünür ki, diplomun sahibi X2r. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi Yusub qızı xx.xx.1977-ci il tarixdə Ermənistan, Amasiya rayonu, Çaxmaq kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı fərqli sənədlərdə “Yusub” və ya “Yusif” kimi qeyd edilmişdir. Həmin sənədlər Ermənistan SSR tərəfindən verilmişdir. Lakin ərizəçinin atası ilə bağlı son sənəd Azərbaycan Respublikası tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə olmuş və həmin sənəddə atasının adı “Yusub” kimi qeyd edilmişdir. Bundan başqa ərizəçi öz ərizəsində də veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında “X4” yazılmasını xahiş etmişdir. Odur ki, məhkəmə ərizəçinin ata adının “Yusub” kimi qeyd edilməsi qənaitinə gəlir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Yusub qızının xx.xx.1977-ci il tarixdə, Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Novruzova”, adı “Sevil”, ata adı “Yusub”, doğum tarixi “xx.xx.1977-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndi”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Yusub qızının xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Novruzova”, adı “Sevil”, ata adı “Yusub”, doğum tarixi “xx.xx.1977-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Amasiya rayonu, Çaxmaq kəndi”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1408/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1408/2023
28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver