Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1417/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və cavabdehin cehizləri ilə birgə həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və cavabdehin cehizləri ilə birgə həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüquqları ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilməsi, eyni zamanda göstərilən ünvanda olan yaşayış evindən cavabdehin məcburi çıxarılması, həmçinin cehiz əşyalarının 1) yataq dəsti (paltar dolabı, yataq çarpayısı iki tumba ilə birlikdə, güzgülü komod), 2) Qorka (qab-qaçaqlar üçün istifadə olunan), 3) 1 qabaq stolu, 6 ədəd stul, 4) İndesit markalı soyuducu, 5) Akel markalı soba (un məmulatları bişirmək üçün), 6) Lg markalı paltaryuyan, 7) Geepas markalı ətçəkən, 8) Burolux markalı kofe blender, 9) özünə məxsus qabqaçaqların məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 mart 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından iki uşağı olmuşdur. Onların nikahı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, hər iki uşaq ananın himayəsinə verilmiş, qətnamə 15 aprel 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 19 sentyabr 2020-ci il tarixli X5 Şəhadətnamə ilə onun cavabdehlə olan nikahına faktiki olaraq xitam verilmişdir. Buna baxmayaraq, cavabdeh yaşayış evini tərk etməmiş, çehiz əşyalarını yaşayış sahəsindən çıxarmayaraq qanunun tələblərinə riayət etmişdir. Qeyd edir ki, halhazırda onun cavabdehlə heç bir ailə bağlılığı yoxdur. Sadəçə cavabdeh onun mülkiyyət hüququnu pozaraq mülkiyyətində ona maneələr törətməklə məşğuldur. Buna görə də məhkəmə ilə mülkiyyət hüquqlarını müdafiə edərək və qoruyaraq, cavabdehin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbi ilə müraciət edir. Qeyd edir ki, hazırda qeyd olunan mübahisəli yaşayış evi 15 fevral 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən Çıxarışla mülkiyyət hüquqları ilə tam şəkildə ona məxsusdur. Həmin yaşayış evi onların nikah dövründə əldə edilməmişdir. X1 29 sentyabr 2015-ci il tarixdə verdiyi Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə ona rəsmi olaraq bağışlanmışdır, Bakı şəhəri 9 saylı notariat kontorunda notariusla təsdiq olunmuşdur. Bununla belə cavabdeh onun mülkiyyətini boşaltmamışdır. Həmçinin qeydiyyatda olduğunu əsas gətirərək, onun mülkiyyətində hər hansı istifadə hüququ olduğunu hesab edir. Buna görə də yaşayış evindən istifadə hüququna xitam verilməsi də zəruridir. Eyni zamanda cavabdehin yaşayış sahəsindən istifadə hüququ itirilməklə yanaşı, onun özü də mülkiyyət hüququnun bərpası ilə əlaqədar həmin yaşayış evindən cehiz əşyaları ilə birlikdə çıxarılmalı, xüsusi mülkiyyəti olan yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququna qeyd şərtsiz imkan yaratmalıdır. Buna görə qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarı ilə nikahına xitam verildiyindən cavabdehə məxsus olan və onun evində hazırda yerləşən cehiz əşyaları, konkret olaraq, yataq dəsti (paltar dolabı, yataq çarpayısı iki tumba ilə birlikdə, güzgülü komod), qorka (qab-qacaqlar üçün istifadə olunan),1 qabaq stolu, 6 ədəd stul, İndesit markalı soyuducu, Akel markalı soba (un məmulatları bişirmək üçün),Lg markalı paltaryuyan, Geepas markalı ətçəkən, Eurolux markalı kofe blender, özünə məxsus qab-qacaqlar əşyaları cavabdehlə birlikdə ona qanuni əsaslarla məxsus olan xüsusi mülkiyyətindən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 mart 2011-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 199 nömrəli akt qeydi ilə bağlanmış nikahının pozulması,10 aprel 2012-ci il təvəllüdlü X4 və 04 iyul 2014-cü il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən 19.09.2020-ci il tarixdə verilmiş X5 şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması 19.09.2020-ci il tarixdə 285 № ilə qeyd edilmişdir. İş materiallarında olan ARƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 29.09.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X3 Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryolu küçəsi, 1/9 saylı evi İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən göründüyü kimi, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Göründüyü kimi, ünvan 1 İddiaçı bağışlama müqaviləsinə əsasən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh mübahisəli ünvanda pasport qeydiyyatına alınsa da, hal-hazırda mülkiyyətçinin ailə üzvü hesab edilmir və tərəflər arasında bu barədə notarial razılaşma mövcud deyil. Cavabdeh ilə iddiaçı P İddiaçı u arasındakı nikahın pozulması 19.09.2020-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə cavabdehin istifadə hüququnun saxlanılması üçün də əsaslar məhkəmə araşdırılması zamanı müəyyən edilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ünvan 1 saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin iddianın cavabdehin cehizləri ilə birgə mənzildən çıxarılmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki152.2-ci maddəsinə əsasən, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin və ona məxsus cehiz əmlakların iddiaçının mülkyyəti olan evində qalması iddiaçının həmin mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını pozduğundan, iddia bu hissədə də təmin edilməli və cavabdeh və ona məxsus cehiz əmlak Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryolu küçəsi, 1/9 saylı evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryolu küçəsi, 1/9 saylı evdən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh və ona məxsus cehiz əşyaları olan yataq dəsti (paltar dolabı, yataq çarpayısı iki tumba ilə birlikdə, güzgülü komod, servant (qab-qacaqlar üçün istifadə olunan), 1 qabaq stolu, 6 ədəd stul, İndesit markalı soyuducu, Akel markalı soba (un məmulatları bişirmək üçün), Lg markalı paltaryuyan, Geepas markalı ətçəkən, Burolux markalı kofe blender və özünə məxsus qab-qacaqlar İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryolu küçəsi, 1/9 saylı evdən çıxarılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1417/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1417/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver