Məhkəmə qərarları › İş №2(005)-1429/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1429/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1429/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində olmuş Ərizəçi doğumunun Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kənd sovetliyində qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa olunaraq, doğum haqqında şəhadətnamədə ata qrafasında X9, ana qrafasında isə X10 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 xx.xx.1960-cü ildə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində anadan olmuşam. X4, anam isə X10 olmuşdur. Mənim doğumum Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kənd sovetində 29 qeyd edilmiş və bu barədə Ərizəçi doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi məxsus doğum haqqında şəhadətnamədə soyadı, adı, ata adı, doğum tarixi göstərilsə də, doğulduğu ay, gün qeyd edilməmiş, XX.XX qeyd edilmişdir. Ərizəçi doğulduğu vaxtdan ona məxsus bütün hüquqmüəyyənedici sənədlərdə doğum tarixi xx.xx.1960 göstərilmişdir. Lakin şəxsiyyət vəsiqəsi alan zaman doğum haqqında şəhadətnamə olmadığından, şəxsiyyət vəsiqəsində və ümum vətəndaş pasportunda təvəllüdü XX.XX.1960 kimi göstərilmişdir. Ərizəçi məxsus doğum haqqında şəhadətnamə məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikasına gələrkən naməlum şəraitdə itmişdir. X3 11 iyul 1977-ci ildə X12 ilə Ermənistan SSR Basarkeçər (Vardenis) rayon Şişqaya kənd sovetində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və bu barədə 11 iyul 1977-ci ildə 11 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamənin əsli mövcuddur. Halhazırda vərəsəlik işinin açılması ilə əlaqədar Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin alınması zəruridir. Lakin Ərizəçi təqdim etdiyi sənədlər notariat ofisi tərəfindən qəbul edilmədiyindən, doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmənin iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Nərimanov rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məktubla müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, o, Ərizəçi qardaşıdır. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində doğulmuşdur. Ailədə iki övlad olmuşlar. X2, anaları X7r. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Ərizəçi doğum gününü hər il Yeni İl bayramında qeyd emişlər. X9 onun atası, X10 onun anasıdır. Məhkəmə iclasında şahid X23 ifadə verərək bildirdi ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. X9 onun atası, X10 onun anasıdır. Məhkəmə iclasında şahid Heydərov Nizami ifadə verərək bildirdi ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. X9 onun atası, X10 onun anasıdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, habelə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan; - AR Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunur. - 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 057734 nömrəli ölüm haqqında şəhdaətnamədən müəyyən olunur ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - İ-CЛ 354429 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 və X12 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 11 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Mustafayev, arvada Mustafayeva soyadları verilmişdir. - İ-CЛ 431420 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1974-cü il tarixdə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində doğulmuşdur. X3, anası X7r. - AC 358372 nömrəli sürücülük vəsiqəsində Ərizəçi xx.xx.1960-cı il təvəllüdlü olduğu və ünvan 1 ünvanında qeydiyyatda olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi təvəllüdü olaraq “XX.XX.1960” qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş tibbi-sosial ekspert komisiyyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışda Ərizəçi doğum tarixi olaraq “xx.xx.1960” qeyd edilmişdir. Mülki işin materiallarından müəyyən olunur ki, X9 və X12 ailə qurmuşlar. Övladları Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində doğulmuşdur. Sonradan Ermənistan Respublikası ərazisindən köçən zaman Ərizəçi doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. X1 ölümü ilə bağlı vərəsəlik işi açılan zaman Ərizəçi doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Ərizəçi şəhadətnaməni yenidən almaq üçün Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona zəruri sənədlərin olmadığı səbəbindən doğum haqqında şəhadətnamənin verilə bilmədiyi izah olunmuş və doğum akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1 -ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd doğumun qeydə alınması üçün təqdim edilən sənədlərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində bildirilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonu Şişqaya kəndində doğulması barədə doğum akt qeydi bərpa edilsin və bu barədə Ərizəçi doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X9 və ana qrafasında X10 qeyd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar