Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1438/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, iddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı “ərizəçiyə məxsus itmiş şəhadətnamənin və diplomun bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı “ərizəçiyə məxsus itmiş şəhadətnamənin və diplomun bərpa edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən aidiyyəti üzrə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 305.1.5-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı) işlərə baxır. 327.1. Adsız sənədli qiymətli kağızı (bundan sonra—sənəd) itirmiş şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin onun lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən sənədin ödəmə qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə əsasən, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İddia ərizəsindən görünür ki, iddiaçının mübahisəsi itirilmiş təhsil haqqında sənədlərin bərpa edilməsi ilə bağlıdır. Belə olanda qeyd olunmalıdır ki, hazırda iddiaçı cavabdeh olan inzibati orqanın hərəkətlərini mübahisələndirir, həmin dövlət orqanının hərəkət və ya hərəkətsizliyinin qanunsuz olduğunu hesab edir. Nəticə etibarilə hesab edirəm ki, itirilmiş təhsil haqqında sənədlərin bərpa edilməsi məsələsi rayon (şəhər) məhkəməsinin səlahiyyətinə aid deyil. Əlavə olaraq qeyd olunur ki, ərizəçinin qeyd etdiyi sənədlərin xüsusi icraat çərçivəsində bərpa edilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu baxımdan qeyd edirəm ki, xüsusi icraat çərçivəsində baxılmalı olan “itirilmiş qiymətli kağızlar üzrə hüquqların bərpası” ilə hazırki tələb fərqli mübahisələrdir. Bu baxımdan hesab edirəm ki, Ərizəçi, Maraqlı şəxsnə müvafiq ərizə ilə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Beləliklə, hesab edirəm ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, iddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı “ərizəçiyə məxsus itmiş şəhadətnamənin və diplomun bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı “ərizəçiyə məxsus itmiş şəhadətnamənin və diplomun bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1438/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1438/2024
09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver