Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1455/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (“Əmlak Məsələləri Dövlət Komitəsi” müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək vəzifəsini yerinə yetirərkən əmək zədəsi aldığına görə ödənilməli olan ödənişin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (“Əmlak Məsələləri Dövlət Komitəsi” müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək vəzifəsini yerinə yetirərkən əmək zədəsi aldığına görə ödənilməli olan ödənişin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməli olan 42 manatın toplu şəkildə alınıb verilməsinə və sonrakı illərdə hansı qaydada verilməli olmasının cavabdeh "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCdən 2011-ci ilin iyun ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı iddia tələbi üzrə qarşı tərəflə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 28 fevral 2024-cü il tarixli Barışıq sazişindən görünür ki, məhkəmənin təşəbbüsü ilə cavabdeh ASC-nin mühasibatlığı araşdırma apararaq müəyyən etmişdir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalara dəyişiklik edilən günədək iddiaçıya cəmi 2395 manat müavinat ödənilməsinə dair aşağıda qeyd edilən qaydada razılığa gəldilər.
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsinə dair iddia ərizəsini geri götürür və Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarına edilən dəyişiklikdən sonra müavinatın ödənilməsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilməsinin nəzərdə tutulması ilə razılaşır.
2. Cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarda qeyd olunduğu kimi ASC özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinə aid olsa da, iddiaçının vəziyyətini nəzərə alaraq ona 2395 manat müavinatın hissə-hissə hər ay 500 manat ödəməyi üzərinə götürür.
3. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edərsə, həmin qərardad qanuni qüvvəsini alandan sonra tərəflər barışıq sazişində göstərilənləri icra edirlər. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (“Əmlak Məsələləri Dövlət Komitəsi” müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək vəzifəsini yerinə yetirərkən əmək zədəsi aldığına görə ödənilməli olan ödənişin verilməsi” tələbinə dair 2(005)-1455/2024 saylı mülki iş üzrə tərəfər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsinə dair iddia ərizəsini geri götürür və Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarına edilən dəyişiklikdən sonra müavinatın ödənilməsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilməsinin nəzərdə tutulması ilə razılaşır.
2. Cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarda qeyd olunduğu kimi ASC özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinə aid olsa da, iddiaçının vəziyyətini nəzərə alaraq ona 2395 (iki min üç yüz doxsan beş) manat müavinatın hissə-hissə hər ay 500 (beş yüz) manat ödəməyi üzərinə götürür.
3. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edərsə, həmin qərardad qanuni qüvvəsini alandan sonra tərəflər barışıq sazişində göstərilənləri icra edirlər. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (“Əmlak Məsələləri Dövlət Komitəsi” müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək vəzifəsini yerinə yetirərkən əmək zədəsi aldığına görə ödənilməli olan ödənişin verilməsi” tələbinə dair 2(005)-1455/2024 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) şikayət verilə bilər.
Sədrlik edən: Səbinə Nuriyeva