Məhkəmə qərarları › İş №2(005)-146/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-146/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-146/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və ya cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı mənzilin giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil tərəflərin anası X2 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı daim adı çəkilən mənzildə pasport qeydiyyatında olmaqla, əvvəllər bu mənzildə yaşamış və ona məxsus bir çox əşyalar hazırki vaxtadək həmin mənzildə yerləşməkdədir. Tərəflərin anası uzun sürən xəstəlikdən sonra xx.xx.2021-ci il tarixində vəfat etmişdir. X2 vəfat etməsi ilə əlaqədar olaraq, Bakı şəhəri, 21 saylı Xüsusi Notariat Ofisində vərəsəlik işi açılmış və iddiaçıya qanunla müəyyən edilən pay verilməklə adıçəkilən mənzilin ¼ hissəsi iddiaçının mülkiyyətinə verilmiş, miras olan payın qalan hissəsi açıq saxlanmışdır. İddiaçı adına vərəsəlik şəhadətnaməsi aldıqdan sonra, hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin BƏİ-nə müraciət etmiş və həmin idarədə onun hüquqları qeydiyyata alınmaqla adına xx.xx.2022-ci il tarixli Dövlət reyestrdən çıxarış verilmişdir. Mübahisəli mənzillə bağlı iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilsə də, iddiaçı qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilmir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan ünvan 3 saylı mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsaitin miras əmlakdakı paya uyğun olaraq, bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, paylı mülkiyyətdə olan ünvan 3 saylı mənzilin ümumi paylı mülkiyyətdə olan paylara mütənasib tərəflər arasında naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməsi, kompensasiya təklifindən imtina edildiyi halda mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsaitin miras əmlakdakı paya uyğun olaraq tərəflər arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, paylı mülkiyyətdə olan ünvan 3 saylı mənzilin ümumi paylı mülkiyyətdə olan paylara mütənasib tərəflər arasında naturada bölünməsi mümkün olmadığından və əmlakın iştirakçılar arasında hərracdan satılması məqsədəmüvafiq olmadığından mənzilin müəyyən edilmiş real bazar qiymətindən cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, paylı mülkiyyətdə olan ünvan 3 saylı mənzilin ümumi paylı mülkiyyətdə olan paylara mütənasib tərəflər arasında naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməsi, kompensasiya təklifindən imtina edildiyi halda mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsaitin miras əmlakdakı paya uyğun olaraq tərəflər arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin mənzilin naturada bölünməsinə dair 31 avqust 2022-ci il tarixli qərardadına əsasən AR ƏN Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 30 dekabr 2022-ci il tarixli, 10/6161 saylı ekspert rəyində mənzilin texniki cəhətdən bölünməsinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tərəfindən mənzilin qiymətləndirilməsinə dair qərardad qəbul edilmiş və həmin qərardadın icrası ilə əlaqədar Əmlak Ekspert Mərkəzindən məhkəməyə daxil olmuş 28 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin bazar qiyməti 130.000 (bir yüz otuz min) manat, likvid qiyməti isə 123.000 (bir yüz iyirmi üç min) manat dəyərində müəyyən edilmişdir. Ekspert rəyinə müvafiq olaraq, tərəfindən iddiaçıya təklif olunmuşdur ki, mənzilin bazar dəyərinin ¼ hissəsini ödəməklə mülkiyyət hüququna xitam verilsin. Cavabdeh təkliflə razı olmamış, mənzilin qiyməti ilə razılaşmadığını bildirərək, təkrar ekspertiza təyin edilməsini tələb etmiş, məhkəmə tərəfindən iddiaçının vəsatəti qəbul edilərək, xx.xx.2023-cü il tarixli qərardadla mübahisəli mənzilin təkrar olaraq qiymətləndirilməsinə dair əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 16/0597 nömrəli qiymətləndirmə hesabatı üzrə ünvan 3 saylı mənzilin real bazar qiyməti 141.000 (bir yüz qırx bir min) manat, likvid dəyəri isə 127.000 (bir yüz iyirmi yeddi min) manat müəyyən edilmişdir. Mübahisəli mənzilin hərracdan satılması hər iki tərəf üçün müvafiq xərclərin çəkilməsi ilə nəticələndiyindən iddiaçıya payına mütənasib olaraq, mənzilin müəyyən edilmiş real bazar qiymətinə uyğun kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi məqsədəmüvafiq olduğundan iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh kompensasiya təklifi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1980-ci il tarixində dünyaya gəlmişdir. X13 Andreyeviç, anası X3; Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 125 , mənzil 28 ünvanında yerləşən əmlak ¼ hissədə İddiaçı mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, 41 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 24 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə əmlakın vərəsəsi Kondratyeva/X8 və o miras əmlakdan ¾ hissədə pay almışdır. Şəhadətnamədə miras verilən əmlak AR BŞİH Texniki və İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999 tarixdə X4 verilmiş 30/3272 qeydiyyat nömrəsi ilə 207 nömrəli kitabın, 30518-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59,42 kv.m, yaşayış sahəsi 35.72 kv.m, 3 otaqlı olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 125 , mənzil 28 ünvanında yerləşən əmlak ¾ hissədə Kondratyeva/X9 mülkiyyətindədir. Əmlak Ekspert Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, ƏEM/N 70-805/22 saylı ekspert rəyinin məzmunundan görünür ki, ünvan 3 saylı mənzilin bazar qiyməti: 130.000 (bir yüz otuz min) manat, likvid qiyməti: 123.000 (bir yüz iyirmi üç min) manat təşkil edir. "xxxx" MMC-nin 11 may 2023-cü il tarixli, MB 16/0600 saylı ekspert rəyinin məzmunundan görünür ki, aparılmış təhlil və hesablamaların nəticəsinə görə, ünvan 3 saylı mənzilin bazar qiyməti 141.000 (bir yüz qırx bir min) manat, likvid qiyməti : 127.000 (bir yüz iyirmi yeddi) manat təşkil edir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/6161 saylı ekspert rəyinin məzmunundan görünür ki, ünvan 3 saylı mənzilin təcrid mənzillər şəklində iki hissəyə (1/4 hissədə İddiaçı, ¾ hissədə Kondratyeva/X9 payının olması nəzərə alınmaqla) bölünməsi texniki cəhətdən mümkün deyildir. 09 iyun 2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Kondratyeva/X11 məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 saylı mənzil vərəsəlik haqqında şəhadətnamə əsasında ¼ hissədə İddiaçı, ¾ hissədə Kondratyeva/X9 payının olması nəzərə alınmaqla mülkiyyət hüququ tanınmış və hazırda əmlaklar bu həcmdə onların mülkiyyətindədir. Hazırda ilkin iddia üzrə iddiaçı mənzilə köçürülmə, qarşılıqlı iddiaçı isə Cavabdeh mənzilinin ümumi paylı mülkiyyətçilər, yəni onun və cavabdeh İddiaçı arasında naturada bölünməsini, ümumi paylı mülkiyyətin naturada bölünməsi mümkün olmadığı təqdirdə, mənzilin müəyyən edilmiş real bazar qiymətindən cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsini tələb edir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh bildirmişdir ki, payının dəyərinin ödənilməklə digər paylı mülkiyyətçi İddiaçınanın mülkiyyət hüquqlarına xitam verilməsini təklif etmiş, lakin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bu təklifi qəbul etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/6161 saylı ekspert rəyinə əsasən mübahisə predmeti olan ünvan 3 saylı mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, mübahisəli əmlakın naturada ayrılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/6161 saylı ekspert rəyi ilə sübuta yetirildiyindən, bu tələb üzrə əlavə araşdırmanın aparılmasına hər hansı zərurət qalmamışdır. Məhkəmə ilkin iddia üzrə iddiaçının payının dəyərinin ilkin iddia üzrə cavabdeh tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, tərəflər paylı mülkiyyətçilər olmaqla, qeyd edilən əmlakın mülkiyyətdə olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisinə təklif edilmiş, lakin tərəflər bu məsələdə razılığa gələ bilməmişdir. Hətta məhkəmə proseslərində Svetlana Yuryevna mülki iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasında müəyyən edilmiş əmlakın bazar dəyərinin İddiaçı ödənilməsinə razı olduğunu göstərsə də, o da öz növbəsində bu təklifi qəbul etməmişdir. Beləliklə, məhkəmə göstərilənləri, o cümlədən ilkin iddia üzrə Cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya təkliflə müraciət etdikdən sonra, ilkin iddia üzrə İddiaçı bu təklifi qəbul etməyərək, mənzil köçürülməsi tələbini nəzərə alıb, belə qənaətə gəlir ki, ilkin iddia üzrə Cavabdeh iddiası rədd edilməli, İddiaçı ünvan 3 saylı mənzilin giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi təmin edilməlidir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, əmlakın naturada bölünməsinin mümkün olmadığı, habelə payın dəyərinin ödənilməsi barədə təklifdən İddiaçı imtina etdiyi müəyyən edildiyindən qarşılıqlı iddia rədd edilməlidir. Eyni zamanda, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, bu tələblər biri-biri ilə əlaqəli olduğundan və bu 3 tələb üzrə əvvəlki tələbin (məsələn naturada bölgünün mümkün olduğu və ya bu mümkün olmasa da sonradan kompensasiya ödənilməsi ilə bağlı əldə edilmiş razılıq) təmin edilməsi sonrakı tələbin təmin edilməsini istisna etməsinə baxmayaraq, onlar ayrı-ayrı icraat üzrə deyil, bir icraatda baxılmalı və nəticədə ilk iki tələb müsbət həll edilməsə də, ümumilikdə iddia təmin edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün hesab edilmişdir ki, bu da öz növbəsində bu ardıcıllığa riayət etməklə bu tələblərin vahid bir iddia üzrə irəli sürülməsini mümkün edir. Məhkəmə qarşılıqlı iddia tələbinin "cavabdehin payına düşən hissədə pulu ödəməklə evdən mülkiyyət hüququna xitam verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyil, iddiaçı paylı mülkiyyətçi olmaqla gələcəkdə tam olaraq mənzilin mülkiyyətçisi olduğu halda cavabdehin istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ ola bilər. Həmin hüquq isə gələcəkdə keçirilən hərracdan sonra olan mənzilin yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Göründüyü kimi, ilkin iddia üzrə Cavabdeh məhkəmə prosesində iddia tələbini dəyişdirmiş, əmlakın açıq hərracdan satılaraq bölünməsi tələbini iddia tələbindən çıxarmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» barədə tələbə qiymət vermir. Məhkəmə ilkin iddia tələbinin ünvan 3 saylı mənzilin giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ilə müəyyən olur ki, ünvan 3 saylı mənzil hazırda iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızı tərəfindən istifadə olunur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 125 , mənzil 28 ünvanında yerləşən əmlak ¼ hissədə İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə İddiaçı mənzildə yaşamağa maneə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ölkə Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 125 , mənzil 28 ünvanında yerləşən əmlak ¼ hissədə İddiaçı mülkiyyətində olması onun həmin mənzilə köçüb oradan yaşayış sahəsi kimi istifadə etmək hüququnu ehtiva edir. Bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsi tələbi əsaslıdır. Habelə, məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 650 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq müvafiq olaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə İddiaçı ünvan 3 saylı mənzilinə köçürülməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən tərəflərə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. ünvan 3 saylı mənzilin giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan Cavabdeh üzərinə qoyulsun. İlkin iddia üzrə İddiaçı ünvan 3 saylı mənzilə köçürülsün. İddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və ya cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Keçirilmiş məhkəmə ekspertizalarının xərci olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar