Məhkəmə qərarları › İş №2(005)-1461/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1461/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1461/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X5 Mehdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “arxiv sənədində düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “arxiv sənədində düzəlişin edilməsi öhdəliyi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 10 oktyabr 1986-cı il tarixdə 578 saylı akt qeydi ilə X2 ilə rəsmi nikaha daxil olmuşdur. 22 iyul 2020-ci il tarixdə həyat yoldaşı X2 xroniki böyrək xəstəliyindən dünyasını dəyişmişdir. Həyat yoldaşı X2 dünyasını dəyişdikdən sonra, o onun adına olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 22 A 51 saylı mənzili öz adına rəsmiləşdirmək istəyərkən, xx.xx.1989-cu il tarixdə həyat yoldaşının X1 adına verilmiş mənzilin orderində, onun adının baş hərfi "G" hərfi əvəzinə, səhvən “B” hərfi kimi yazıldığının şahidi olmuşdur. Bununla bağlı o, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatından, Bakı şəhər İcra Hakimiyyətinin Mənzildəyişmə İdarəsinin arxiv sənədlərində müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin onun adının baş hərfi “orderdə olduğu kimi" qeydi ilə geri qaytarıldı. Təqdim edilmiş arayışda rus hərfləri ilə “Quseynova B” yazısı qeyd edilmişdir. O, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə, maraqlı şəxs Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “arxiv sənədində düzəlişin edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2756/2022 saylı 09 iyun 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2756/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərardadını nəzərə alaraq, o, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə 07 fevral 2023-cü il tarixdə pretenziya qaydasında ərizə ilə müraciət etmişdir. Bu günə qədər, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti onun ərizəsinə heç bir cavab verməmişdir. O, məcburiyyət qarşısında qalaraq, təkrarən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, xitam verir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə “ərizəyə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən aidiyyəti üzrə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Ərizədən də görünür ki, ərizəçinin mübahisəsi mərhum əri X1 adına xx.xx.1989-cu il tarixdə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 22A, 51 saylı mənzilin 102345 saylı orderində düzəlişin edilməsi öhdəliyinin həvalə edilməsi ilə bağlıdır. Ərizədən görünür ki, Ərizəçi mübahisəli orderdə, yəni arxiv sənədlərində yol verilmiş səhvin (mənzilin orderində, ərizəçinin adının baş hərfinin "G" hərfi əvəzinə, səhvən “B” hərfi kimi yazılmasının) düzəldilməsini xahiş edir. Belə olan halda isə hazırki mübahisəyə xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Göründüyü kimi, bu halda hər hansı hüquqi əhəmiyyətli faktın təsdiqlənməsindən söhbət gedə bilməz. Baxmayaraq ki, Ərizəçi ərizədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş edir. Lakin iddia ərizəsinin dəlillərindən göründüyü kimi, hazırda ərizəçi maraqlı şəxs olan inzibati orqanın hərəkətlərini mübahisələndirir, həmin dövlət orqanının hərəkətlərinin qanunsuz olduğunu hesab edərək, müvafiq hüquqi sənədə düzəliş edilməsini xahiş edir. Bu baxımdan hesab edirəm ki, ərizəçi müvafiq ərizə ilə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, Ərizəçi Maraqlı şəxsnə qarşı “arxiv sənədində düzəlişin edilməsi öhdəliyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “arxiv sənədində düzəlişin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar