Məhkəmə qərarları › İş №2(005)-148/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-148/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-148/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs Cavabdeh4 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh5nə qarşı, üçüncü şəxs Cavabdeh4 cəlb edilməklə qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 ASC, Cavabdeh4 və Cavabdeh5nə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli 16-270 saylı qeydiyyat nömrəli “Əmlakların Qiymətləndirilməsinin Nəticələri haqqında” Hesabatının etibarsız hesab edilməsi, “xxxx" MMC-nin Hərracın yekunları barədə 2346 nöməri 27.11.2017-ci il tarixli Protokolunun ləğv edilməsi və mülkiyyət hüququmun bərpa olunması barədə cətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ASC-nin iddiaçıya və X4 qarşı “kredit məbləğinin tutulması və tutmamın girov əmlaka yönəldilməsi barədə“ iddiası təmin edilərək, iddiaçıdan və X2 ümumilikdə 12204.94 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun “Cavabdeh3“ ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı Hadi oğluna məxsus 2006-cı il tarixdə istehsal edilmiş “Mersedes Benz E200” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına borcların ödənilməsi qət edilmişdir. Qeyd edir ki, qətnamənin icrası ilə bağlı onun mülkiyyətində olan avtomobilə qiymət müəyyən edilərkən iştirakı təmin edilməmişdir, bundan başqa hərracın keçirilməsi barədə ona bildirişlər verilməmişdir. Bildirir ki, ipoteka ilə yüklü edilmiş avtomobili 2015-ci ilin sentyabroktyabr aylarında borcunun tam ödənilməsi üçün Cavabdeh3 əməkdaşlarına təhvil vermişdir. Bir neçə ay əvvəl Bank tərəfindən ona bildirilmişdir ki, ipoteka ilə yüklü edilmiş avtomobil hərrac yolu ilə satılmışdır və hazırda onun bankdan götürdüyü kredit qədər də borcu vardır. O, hərrac yolu ilə satışından və müəyyən edilmiş qiymətdən məlumatım olmadığından cavabdeh “xxxx" MMC-yə gedərək, orada sənədlərlə tanış olmuşdur. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, mülkiyyətində olan 2006-cı il istehsallı Mersedes Benz avtomobilinə Cavabdeh1 MMC tərəfindən olduqca aşağı dəyərdə 7000 manat qiymət müəyyən olunmuşdur. Həmin məbləğə 1997-ci ilin Mersedes Benz avtomobilini heç almaq mümkün deyildir. Lakin Cavabdeh1 MMC onun avtomobilə iştirakı təmin edilmədən 7000 manat qiymət müəyyən elmiş, Cavabdeh2 tərəfindən isə 7100 manata hərrac qaydasında Cavabdeh4 satılmşdır. Bu hal həmin iddiaçını olduqca çarəsiz vəziyyətə salmışdır. 7000 manat rəy vermək üçün isə əsas olaraq avtomobilin akkumlyatorunun olmamasını, avtomobilin mühərrikinin işləməməsi qeyd edilmişdir. Eyni zamanda avtomobilin fotoşəkilləri rəyə əlavə edilməmişdir. Qiymətləndirmə rəyinin yanlış və uydurma bir rəy olması elə bu ziddiyyətlərdən aydın görünür. Hamıya məlum olan haldır ki, avtomobilin akkumlyatoru işləmirsə, avtomobili işə salmaq mümkün olmayacaqdır, maraqlıdir ki qivmətləndirici ekspert akkumulyatoru işləməyən avtomobilin mühərrikini işə sala bilməmişdirsə, mühərrikin işləməməsini necə müəyyən etmişdir. Əgər avtomobilin 70 manat dəyərində olan akkumlyatoru işləmirsə, və bu səbəbdən mühərrikin yoxlanması mümkün olmamışdırsa, bu hal mühərrikin işləməməsi kimi qiymətləndirilə bilməzdi və bunun üçün 22000-25000 manat dəyərində olan avtomobilin dəyərini 7000 manat müəyyən elmək olduqca haqsız bir hərəkətdir ki, qivmətləndirici şirkət həmin hərəkətdən istifadə edərək, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa, işin daha kobud pozuntu olan hissəsi ondan ibarətdir ki, hərrac avtomobili satmaq üçün bildirişi ona deyil, avtomobilə aidiyyəti olmayan X3 mülkiyyəti kimi qeyd edərək, onun ünvanına bildirişlər göndərmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim edərək 06.07.2020-ci il tarixli hesabdan çıxarışa əsasən, hərracdan əldə edilmiş 7099.99 azn məbləğinlə pulun 05.12.2007-ci il tarixdə Bankın hesabına ödənilməsindən sonra 4 176.22 AZN məbləğində qalıq borcu qalmışdır ki, həmin məbləği ona vurulan maddi ziyan kimi hesab edərək - 1176.22 AZN məbləğində pul hərracda iştirakını təmin etməmiş - cavabdehlər “xxxx Şirkətlə* Qrupu" MMC "Cavabdeh3" ASC və Abşeron ravon İcra və Probasiya şöbəsindən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh3 ASC 07.07.2020-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi göndərərək etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı mülkiyyətində olan “Mersedes Benz E200 ” markalı ** FZ *** qeydiyyat nişanlı avtomobilə guya real dəyərindən aşağı qiymət qoyulması və hərracın keçirilməsi barədə ona bildişin verilməməsini əsas gəlirərək, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı səbəblərə görə İddiaçı Hadi oğlunun iddiası təmin edilməməli və bu barədə müvafiq qətnamə qəbul edilməlidir. İlk növbədə məlumat verir ki, iddiaçı iddiada qeyd edir ki, guya mülkiyyətində olan avtomobili 2015-ci ilin sentyabr-oktyabr aylarında borcun tam ödənilməsi müqabilində bankın əməkdaşlarına verib. Lakin İddiaçı iddia ərizəsinə avtomobili bankın hansı əməkdaşına və hansı vəziyyətdə təqdim etməsinə dair lıeç bir maddi sübüt təqdim etməmişdir. Həmçinin bildirir ki, avtomobil götürülərkən o, İddiaçı Hadi oğlunun sahibliyində belə olmayıb və İddiaçı bank tərəfindən təqdim olunan avtomobil müqabilində borcun tam bağlanacağı vədi də verilməyib. Deyilənlərin sübutu kimi AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Nizami Rayon İcra Şöbəsinə ünvanladığı 05.12.2015-ci il tarixli məktubə əsasən “Mersedes Benz E200 ” markalı 99 F7 605 qeydiyyat nişanlı avtomobilin həmin dövrdə başqa şəxslərin istifadəsində olmasını görmək mümkündür. Həmçinin AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Nizami Rayon İcra Şöbəsinə ünvanladığı 12.11.2015-ci il tarixli digər məktubda Nizami rayon məhkəməsinin 2(007)-1502/2015-ci il saylı 19.05.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı Hadi oğluna məxsus olan “Mersedes Benz E200 ” markalı 99 F7. 605 qeydiyyat nişanlı avtomobilin məcburi qaydada saxlanılıb, cərimə meydançasına qoyulması barədə şəxsi heyətin aidiyyatı üzrə təlimatlandırıldığı, müsbət nəticə barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Bu səbəbdən təsadüfi deyil ki, iddiaçı avtomobil götürülərkən onun mühərrikinin yararsız vəziyyətdə olmasını əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı oxuduqdan sonra bilmişdir. İddiaçıya onu da bildirmək istəyir ki, avtomobilin akkumlyatoru işləmirsə motorun nasaz olub-olmadığını yoxlamağın mümkünsüzlüyü barədə dedikləri absurddur. Belə ki, digər hər hansı bir avtomobilin akkumlyatoru vasitəsilə motorun işləyib-isləmətnəsini asanlıqla yoxlamaq mümkündür. Bundan əlavə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda “Mersedes Benz E200” markalı ** FZ *** qeydiyyat nişanlı avtomobilin surətlər qutusunun və kondisionerinin mühərrik işləmədiyinə görə yoxlamağın mümkün olmaması, təkərlərinin yararsız vəziyyətdə olması, sağ ətəyinin, buferin, qapıların təmirə ehtiyacı olması, salonun kimyəvi təmizləməyə ehtiyacı olması kimi qüsurları da göstərilmişdir ki, bütün bunlar avtomobilin real qiymətinin 7100.00 manat olması faktını sübüt edir. Həmçinin bildirir ki, bu iddia verilməmişdən öncə İddiaçı Hadi oğlunun cavabdehlər “Cavabdeh1 ”MMC, “xxxx” MMC, Cavabdeh3 ASC, Cavabdeh4 və Abşeron rayon icra şöbəsinə qarşı “30.12.2016-cı il tarixli 16- 270 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və 27.11.2017-ci il tarixli 2346 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə, mülkiyyət hüququnun bərpa olunmasına dair iddia ərizəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1595/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, iddia ərizəsinin “30.12.2016-cı il tarixli 16-270 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi” hissəsində rədd olunması, ’’Cavabdeh2” MMC-nin Hərracın Yekunları barədə 2364 nömrəli 27.11.2017-ci il tarixli Protokolunun etibarsız hesab edilməsi və Cavabdeh4 adına verilmiş AD seriyalı 262218 №- li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh4 sözügedən qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1595/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı İladı oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd etmək istəyir ki, həmin iş üzrə Nərimanov rayon məhkəməsinin 2(005)- 1595/2019 saylı 05.07.2019-cu il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: ”Mersedes Benz E200”markalı ** FZ *** qeydiyyat nişanlı avtomobilin 30.12.2016-cı il tarixə Cavabdeh1MMC tərəfindən hazırlanan hesabatda qeyd olunmuş nasazlıqlar nəzərə alınmaqla (təkərlərin yararsız vəziyyətdə olması, ön sağ ətəyin boyanmaya ehtiyac olması, buferdə və qapıda batıq və cızıqların olmaması, mühərrikin işləməməsi, akkumulyatorun işləməməsi, kimyəvi təmizliyə ehtiyacın olması) qeyd olunan tarixə, yəni 30.12.2016-ci il tarixinə real bazar dəyəri nə qədər təşkil edib? ”Mersedes Benz E200”markalı ** FZ *** qeydiyyat nişanlı avtomobilin hazırki real bazar qiyməti nə qədərdir. Qərardadın icra edilməsi “xxxx”MMC-yə göndərilmişdir. Bildirir ki, “xxxx” MMC tərəfindən keçirilmiş ekspertiza ilə qeyd olunan avtomobilin 30.12.2016-cı il tarixə qiyməti 6800 manat, hazırkı real bazar qiyməti isə 16000 manat müəyyən edilmişdir. Göründüyü kimi müstəqil ekspertiza şirkəti tərəfindən avtomobilin 30.12.2016-cı il tarixə olan vəziyyətinə qoyulan qiymət, Cavabdeh1MMC-nin 30.12.2016-cı il tarixli 16-270 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatında goyulan qiymətdən də aşağı olmuşdur. Əlavə olaraq, bildirir ki, “xxxx” MMC tərəfindən “Kaspi” qəzetinin 28.10.2017-ci il tarixli sayında “Mersedes Benz E200 ” markalı ** FZ *** qeydiyyat nişanlı avtomobilin hərracının keçiriləcəyinə dair elan dərc edilmiş, tərəflərə bu barədə bildiriş göndərilmişdir. Bütün bunlar göstərir ki, “Cavabdeh1 ”MMC tərəfindən “Mersedes Benz E200 ” markalı ** FZ *** qeydiyyat nişanlı avtomobilə dair“Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat hazırlanarkən və həmin avtomobilin “xxxx” MMC tərəfindən hərrac vasitəsilə satışı təşkil olunarkən qanunvericilikdə tələb olunan bütün prosedurlara riayət olunmuş, nə yuxarıda qeyd olunan təşkilatlar, nə də bank tərəfindən qanundankənar hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Yuxarıda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 154-cü maddəsini nəzərə alaraq, İddiaçı Hadi oğlunun cavabdehlər “Cavabdeh1 ”MMC, “xxxx” MMC, Cavabdeh3 ASC, Cavabdeh4 və Abşeron rayon icra şöbəsinə qarşı “”Cavabdeh1”MMCnin 30.12.2016-cı il tarixli 16-270 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatının etibarsız hesab edilməsi, Cavabdeh2M.MCnin Hərracın yekunları barədə 2346 nömrəli 27 11.2017-ci il tarixli Protokolunun ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC-ə və Abşeron ravon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh4 nümayəndəsi X6 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Abşeron Rayon İcra şöbəsinin 15 sentyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarında görünür ki, Bakı şahari Nizami rayon məhkəməsinin 19 may 2014-cü ıl tarixli. 2(007)-1502/2015 saylı icra vərəqəsinə əsasən İddiaçı Hadi oğlundan və X1 "Cavabdeh3” ASC-nin xeyrinə əsas borc qismində 10897,45 ABŞ dolları, faiz borcu qismində 10897.45 ABŞ dolları, penya qismində 129 60 ABŞ dolları, cəmi 12204,9-1 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiıi tutulmalıdır.Borclu İddiaçı Hadi oğluna və X4 təklif olubnsun ki, 10 (on) giün müddətində icram könüllü təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 30 dekabr 2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, İddiaçı məxsus olan “Mercedes Benz e200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bugünkü qiyməti 7000 manat təşkil edir. İş materiallarında olan 30 oktyabr 2017-ci il tarixli Cavabdeh2MMC-nin açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Cavabdeh2MMC Abşeron Rayon İcra Şöbəsi, Cavabdeh3SC və X4 27 noyabr 2027-ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanında açıq auksion formasında “Mercedes Benz e200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair hərracın baş tutacağı məlumatı verilmişdir. İş materiallarında olan Hərracın yekunları bardə 246 saylı protokoldan görünür ki, İddiaçı məxsus “Mercedes Benz e200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 7000 manat məbləğində pula Cavabdeh4 satılmışdır. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçıların isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 ASC, Cavabdeh4 və Cavabdeh5nə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh5nə qarşı, üçüncü şəxs Cavabdeh4 cəlb edilməklə pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, dəymiş ziyan barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh5nə qarşı, üçüncü şəxs Cavabdeh4 cəlb edilməklə pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar