Məhkəmə qərarları › İş №2(005)-1485/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1485/2021

15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1485/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. X1, atası X9 olmuşdur. Qaçqın düşərkən doğum haqqında şəhadətnaməsini itirmişdir. Akt qeydinin bərpası və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cavabından da göründüyü kimi, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyatı məhkəmə qaydasında müəyyən edilir, doğum haqqında akt qeydinin bərpası üçün yaşadığı rayonun məhkəməsinə müraciət edə biləcəyi bildirilmişdir. Şəkər xəstəsidir, yüksək təzyiqdən əziyyət çəkir, insult və yuxarı ətraflarda iflic keçirmişdir. Müalicə üçün İrana getməlidir. Şəxsiyyət vəsiqəsində doğum tarixinin dəqiq göstərilməməsi onun üçün bir sıra problemlərə səbəb olur, heç bir xarici ölkədə həkim qəbuluna düşə bilmir. Qeyd edilən akt qeydinin əvvəllər mövcüd olmasını isə Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi təsdiq edir, onun doğum haqqında şəhadətnaməsi olmuş, əks halda şəxsiyyət vəsiqəsini belə ala bilməzdi, sadəcə olaraq qaçqın düşdükləri zaman yaranmış çətinliklərə görə doğum haqqında şəhadətnaməni itirmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun xx.xx.1950-ci ildə Ermənistanın Masis rayonunda anadan olmağı, atasının X9, anasının isə X4 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, xx.xx.2021-ci il tarixli məktubla məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Ermənistan SSR Masis rayon Arbat kənd sovetinin xx.xx.1978-ci il tarixdə verilmiş İİ-SL seriyalı 351001 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1978-ci il tarixdə Masis rayonun Zəhmət kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Ermənistan SSR Masis rayon Arbat kənd sovetinin xx.xx.1980-ci il tarixdə verilmiş İİİ-SL seriyalı 261578 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1980-ci il tarixdə Masis rayonun Zəhmət kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Ermənistan SSR Masis rayon ZAQS bürosunun xx.xx.1973-cü il tarixdə verilmiş İ-SL seriyalı 394516 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1958-ci il tarixdə Üçmüədzin rayonun Dəmirçi kəndində anadan olmuşdur. X3, anası X8r. İş materiallarında olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1950-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. İş materialında olan Maraqlı şəxs tərəfindən Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizəsinə cavab olaraq xx.xx.2020-ci il tarixli 34 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı Qərarının 16cı bəndinə istinad edilib ərizənin təmin olunmasından imtina edilir, akt qeydimin bərpa edilməsi üçün zəruri sənədlərin olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1950-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X9, milliyyəti azərbaycanlı, “ana” qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar