Məhkəmə qərarları › İş №2(005)-1499/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1499/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1499/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb edilməklə) “işə bərpa, əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, əmək kitabçasındakı tutduğu vəzifə barədə yanlış məlumatların çıxarılması, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa, əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, əmək kitabçasındakı tutduğu vəzifə barədə yanlış məlumatların çıxarılması, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb edilməklə) “işə bərpa, əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, əmək kitabçasındakı tutduğu vəzifə barədə yanlış məlumatların çıxarılması, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, əmək kitabçasındakı tutduğu vəzifə barədə yanlış məlumatların çıxarılması, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsvir hissədə nəql etdiyi maddələrinin müvafiq bəndlərinə, bu məcəllə ilə bağlı qanunvericiliyin və normativ hüququ aktların tələblərinə əməl etməyən, gerçəkliyi mümkün olmayan, yalan məlumatları əmək kitabçasına və sosial sistemə daxil etdiklərinə və hüquqi qüvvəyə mindirmiş əməllərinə görə "Armada” MMC-nin icraçı direktoru X2, baş mühasibi X9 və İT üzrə menecer X5 qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilməsi haqda xüsusi qərar, xx.xx.2023-cü il tarixindən NORİTAKE brend menecer vəzifəsi üzrə işinə bərpa edilməsi, xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrə aid minimum məbləğlə hesablanmış əmək haqqı məbləğləri ilə bağlı məlumatların sosial sistemdən çıxarılması, həmin dövrdə faktiki olaraq aldığı əmək haqqı ödənişinə görə hesablanmış əmək haqqı məbləğləri ilə bağlı məlumatların sosial sistemə daxil edilməsi, Əmək kitabçasına daxil edilmiş 08 qeyd nömrəsi üzrə 01.02.12, "xxxx" MMC-nə satış agenti vəzifəsinə təyin edilməsi, əmr 18, xx.xx.2012 məlumatlarının hüquqi qüvvədən düşməsi, həmin 08 qeyd nömrəsi üzrə xx.xx.2012-ci ildən "NSK brend menecer" vəzifəsinə təyin edilmə haqda məlumatın daxil edilməsi, əmək kitabçasına daxil edilmiş 09 qeyd nömrəsində olan bütün məlumatların çıxarılması, həmin dövrdə 12 il üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə şirkət tərəfindən hesablanıb ödənilməmiş 9219.54 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına baxılıb dəqiqləşdirilmiş məbləğin Kapital bankda olan hesabına köçürülməsi, sosial müdafiəsi ilə bağlı şirkətin hesabında uzun müddət saxlanılmış, xarici kapitalın artımına yönəlmiş 24353 manat məcburi sosial sığorta haqqı məbləğini DSMF-ə köçürülməsi, 109 aylar üzrə sosial sistemə daxil edilməmiş, şirkətin hesabında uzun müddət saxlanılmış, xarici kapitalın artımına yönəldilmiş 15678 manat gəlir vergisi məbləğinin dövlət büdcəsinə köçürülməsi, ərizənin təsvir hissəsində nəql etdiyi şərəf və ləyaqətinin aşağılanması ilə bağlı vurulmuş maddi və mənəvi ziyana görə şirkətdən 200 min manat təzminat məbləğinin Kapital Bankda olan hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək 2(005)- 1499/2024 iş nömrəsi üzrə iddia ərizəsinin son vərəqində ilk abzasında “24350” AZN rəqəmi çıxarılması, əvəzində “29263,5” AZN rəqəmi daxil edilməsi və həmin iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 2-ci bəndində eynən “24350” AZN rəqəmi çıxarılaraq “29263,5” AZN məbləği ora daxil olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı mühəndis ixtisası üzrə ali təhsilli universtitet məzunudur, atası 2004-cü ildə dünyasını dəyişmiş, evdar qadın olan anası və 11 yaşlı kiçik qardaşının (44 günlük Qarabağ döyüşlərində qəhramanlıq göstərmiş, yaralanmış və 3-cü qrup əlil olmuşdur) dolanışığı üçün 2006-cı il aprelin 1-dək gündəlik qazanca işləmiş və həmin tarixdən rəsmi qaydada əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə ailə həyatı qurmuş, həyat yoldaşı Azərbaycan dilini tədris edən müəllimədir, ali təhsil almış universtitet məzunudur. Ata evi 33 kv.m yaşayış sahəsindən ibarət olduğuna görə kirayədə qalmış, həyat yoldaşı X1 adına xx.xx.2011-ci il tarixində bankdan 10%-lə, 60 ay ərzində hər ay 1020.92 manat ödəniş şərtləri ilə 48050 manat məbləğində kredit götürmüşlər və hal-hazırda yaşadığı mənzilə sahiblik hüququnu əldə etmişlər. Həmin dövrdə "xxxx" QSC-dən aldığı aylıq 926 manat və həyat yoldaşının aldığı aylıq 800 manat kreditin aylıq ödəniş məbləğini, həmin vaxt mənzildə aparılan təmir xərclərini, 3 nəfər ailə üzvünün dolanışıq xərclərini çətinliklə qarşılayırdı. 2011-ci il dekabr ayının 2-də on günlüyündə xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək satış agenti vəzifəsində çalışdığı "xxxx" MMC-nin İcraçı direktoru Yaqub Zülfüqarov iddiaçıya "NSK brend menecer" vəzifəsində çalışmağına dair təklif etmişdi. Bu baxımdan ona aylıq ödənilən 1020.92 manat kredit öhdəliyini, həmin vaxt mənzildə aparılan təmir işlərinə sərf olunan məbləği, 3 nəfər ailə üzvünün dolanışıq məsrəflərini qarşılayacaq aylıq əmək haqqının ödəniş məbləğinin 1000 manat civarında olmasını istədiyini bildirmişdir. İcraçı direktor Yaqub Zülfiqarov aylıq məsrəfləri ilə bağlı "xxxx" MMC-nin təsisçisi Ankara şəhərində yaşayan Mustafa Demirhan bəyə bildirəcəyini, onun təyin edəcəyi aylıq əmək haqqı ödənişinin məbləğinə dair məlumat verəcəyini bildirmişdi. Dekabrın 2-ci ongünlüyündə icraçı direktor Yaqub Zülfiqarov əmək haqqının aylıq ödəniş məbləğinin 800 manat olacağı və sonrakı illərdə bu məbləğin artırılacağı, iş günləri pulsuz nahar yeməyi və gündəlik nəqliyyat xərclərinin ödənişinin təmin ediləcəyi ilə bağlı şərtləri, "xxxx" QSC-də 13-cü əmək haqqı alacağı ilə bağlı yeni ilin ilk iş günü olan 2012-ci il yanvarın 5-dən işə başlamaq barədə Mustafa Demirhan bəydən razılıq atdığını bildirmişdi. 2011-ci ilin son ayının 2-ci on günlüyündə yeni iş yeri ilə bağlı məlumat aldıqdan sonra bankda icra etdiyi işləri vaxtından əvvəl yerinə yetirib, boş vaxt tapdıqda, iş vaxtından sonra, yeni ilin bayram günlərində "xxxx" MMC-ə gəlirdi, "NSK brend menecer" vəzifəsinə dair tapşırıqların icrasını da yerinə yetirirdi. Gördüyü işlərin müqabilində nağd hesablaşma qaydasında həmin ay ödəniş də almışdır. 2012-ci ilin ilk iş günü olan xx.xx.2012-ci il tarixində aylıq əmək haqqı ödənişi 800 manat olmaqla "NSK brend menecer" vəzifəsinə təyin edilmə haqqında "xxxx" MMC-nin icraçı direktoru Yaqub Zülfiqarovla əmək müqaviləsini bağlamış və bütün vərəqələrini imzalamışdır. Çalışdığı az bir müddətdə biliyi ilə, bacarığı ilə və qabiliyyəti ilə fərqləndiyi üçün brend menecer vəzifələri üzrə peşə ixtisasına aid biliyini artırmaq məqsədi ilə şirkət tərəfindən xarici ölkələrə təcrübə mübadiləsinə də göndərilmişdir. 2012-ci ildə "NSK brend menecer"i vəzifəsinin əmək funksiyasının icrasını təkmilləşdirmək və yeni ixtisasa dair biliyə yiyələnmək ücün 5 günlük Ankara şəhərinə ezamiyyətə göndərilmiş və ezamiyyətdən qayıtdıqdan sonra həmin vəzifənin əmək funksiyasının icrasını həyata keçirmişdir. 2016-cı ilin sentyabr ayında FKG brend meneceri vəzifə funksiyası üzrə ixtisas biliyini artırmaq və təkmilləşdirmək məqsədi ilə İsveçrənin La-Şo-de-Fon şəhərinə 4 günlük ezamiyyətə göndərilmiş və ezamiyyədən qayıtdıqdan sonra həm NSK, həm də FKC brend menecer vəzifə funksiyalarının icrasını həyata keçirmişdir. Ezamiyyətə göndərildiyi zaman rəsmiyyətə salınmış ezamiyyə vərəqəsi verilmirdi, ezamiyyətdə olacağı müddətə görə xərclənəcək xarici valyutanın məbləğinin həddini maliyyə müdiri Əsgər Əsgərzadə şifahi olaraq müəyyən edirdi və həmin məbləği əvvəlcədən nağd hesablaşma qaydasında xarici valyuta ilə ödəyirdi. 2019-cu ilin əvvəllərində əmək funksiyanı icrası ilə yanaşı, rəhbərliyin tapşırığı ilə NSK və FKG brend menecer vəzifələrinə aid əmək funksiyalarının icrasının davam etdirilməsi ilə bağlı şirkətdə çalışan Əbil Manafiıya NSK və FKG brend menecer vəzifələrinə dair dəyəri ödənilməyən öyrətmə xidmətini, serviz xidməti əməkdaşlarının bacara bilmədikləri çox saylı təmir işlərinin icrasını mütamadi olaraq yerinə yetirmiş, serviz xidməti ilə bağlı rayonlara qeyri-rəsmi qaydada göndərilmiş, yeməyə, yola dair aldığı çeklərə Əsgər Əsgərzadə baxırdı və çekdə göstərilən məbləği nağd hesablaşma qaydasında ödəyirdi, etdiyi xidmətin isə dəyəri ödənilmirdi. "xxxx" QSC-də əmək müqaviləsi bağlandığı gün əmək funksiyasının yerinə yetirilməsi ilə bağlı daxili intizam qaydaları adlanan vəzifə təlimatı ilə təmin edilmişdir, lakin "xxxx" MMC-də isə əmək müqaviləsi bağlandığı gündən işdən çıxdığı günədək vəzifə təlimatı ilə təmin edilməmişdir. Mediasiya təşkilatına edəcəyi müraciətlə bağlı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətinin müraciətə əlavə edilməsi düşüncəsi ilə xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə əmək müqaviləsinin surətini ünvanına çatdırılmasına dair şirkətə ərizə göndərmişdir. Şirkətin baş mühasibi Vüqar Abbasov tərəfindən cavab məktubu ilə birlikdə əmək müqaviləsinin surəti kimi adlandırılan 6 vərəq poçt vasitəsi ilə ünvanına çatdırılmışdı. Əmək Məcəlləsinə əlavə edilmiş əmək müqaviləsinin nümunəvi formasına məlumatlar daxil edilmiş, 6 vərəqin birinci vərəqində işə qəbul olunduğu xx.xx.2012-ci il tarixin yerində xx.xx.2012-ci il tarixi yazılmış, "NSK brend menecer" vəzifəsi əvəzində "NSK satışı" vəzifəsi yazılmışdı. Birinci vərəqdə işəgötürən "xxxx" MMC-nin direktoru X6 göstərilmişdi, lakin həmin tarixdə o, Ankara şəhərində yaşayırdı və "Liderdiş" AŞ şirkətində yüksək vəzifədə çalışırdı. Birinci vərəq xx.xx.2024-cü il tarixində yazıldığı üçün NSK satışı vəzifəsi iddiaçının əmək kitabçasına daxil edilə bilməmişdi, əmək kitabçasına satış agenti vəzifəsi xx.xx.2023-cü il tarixli ərizənin alındığı gün daxil edilmişdi, ona görə ki, e-sosial portalında satış agenti vəzifəsini göstərmişdilər. Yenə birinci vərəqə əmək funksiyaları hissəsinə NSK mallarının təqdim edilməsi və satışı məlumatını daxil etmişlər, ona görə ki, ərizələrində "NSK brend menecer" vəzifəsini göstərmişdir. 2-ci vərəqdə isə e-sosial sistemə daxil edilməmiş 95 manat əmək haqqı məbləği göstərilmişdi, lakin e-sosial sistemə isə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normanı - 93.50 manat məbləği daxil etmişlər. Ali təhsilini, mühəndis ixtisasını, əvvəlki işində biliyinə, bacarığına və qabiliyyətinə görə qazandığı və yüksəltdiyi orta aylıq əmək haqqını, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-ni təsis etmiş Türkiyə vətəndaşı X6 bəy aşağılamışdır. Belə ki, 93.5 manat maaş "minimal sosial norma" ixtisassız, təhsilsiz, anlayışı ən aşağı səviyyədə olan işçilərə verilən bir maaş normasıdır. Bu xx.xx.2012-ci il tarixli əmək müqaviləsi (kontraktı) adlanan sənədə görə xarici vətəndaş əxlaq normalarına sığmayan bir həddi aşaraq Azərbaycan vəndaşına "alət" kimi baxmışdır. 3-cü vərəqə iş saatının başlanmasını saat 9:00, qurtarmasını saat 17:00, istirahət günləri hər həftənin şənbə, bazar günləridir məlumatı daxil edilmişdir. Əmək Məcəlləsinin 90-cı maadəsinin 3-ci bəndində 5 günlük iş həftəsində gündəlik iş vaxtı müddətinin 7 saat olması göstərilməmişdir. 6-cı vərəqdə direktor X3 imzasının fotosu və iddiaçının imzasının fotosu həkk edilmişdir. İcraçı direktor Yaqub Zülfiqarovun tələbi əsasında 6 vərəq İT üzrə menecer vəzifəsində işləyən X14 Məcəlləsinə əlavə edilmiş əmək müqaviləsinin nümunə formasına yuxanda nəql etdiyim məlumatları daxil etmişdir, hüquqi qüvvəsi olan saxta sənəd hazırlamışlar. Sosial sistemdə xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsi göstərilir. Amma həmin ayın əmək haqqı məbləği sistemdə görünmür. xx.xx.2012-ci il tarixində ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial norma olan 93.50 manat məbləğ sosial sistemə daxil edilmişdir. Baş mühasib Vüqar Abbasov vəzifə funksiyasına aid olmayan kadr işlərinə aid sənədləri, əmək kitabçalarını, şəxsi işləri, əmək müqavilələrini şkafında saxlayır və istədiyi şəkildə həmin sənədlərə müdaxilə edə bilir, şirkətin ünvanına gələn məktub və sənədləri ilkin olaraq o qəbul edir, şirkətin adından cavab məktublarının müəllifi olur və həmin sənədləri icraçı direktora imzalatdırıb poçtla göndərişini şəxsən yerinə yetirir, icraçı direktorun tələbi ilə xx.xx.2023-cü il tarixli əmək müqaviləsini o, yox etmiş, əmək kitabçasına və sosial sistemə gerçəkliyi mümkün olmayan məlumatları o daxil etmişdir. İT üzrə menecer Ruslan Bağırov isə icraçı direktorun və onun təyin etdiyi inzibatçıların tələbi ilə maliyyə-təsərrüfat əməliyyatlarına sənəd nümunələrinə məlumatlar daxil edir, saxtalaşdırır, baş mühasib Vüqar Abbasov isə həmin sənədləri hüquqi qüvvəyə mindirir. Baş mühasib Vüqar Abbasov əmək kitabçasına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 72-ci maddənin nəzərə alaraq işdən azad edilsin" məlumatlarını daxil etmişdi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi Haqqında qanununa sayğısızlıq nümayiş etdirmiş, 72-ci maddənin hansı qanuna aid edildiyini əmək kitabçasında göstərməmişdi. İcraçı direktor isə Vüqar Abbasovun məsuliyyətsiz, Azərbaycan qanunvericiliyinə edilmiş sayqısız hərəkətlərini öz imzası və möhrü ilə təsdiqləmişdir. xx.xx.2023-cü il tarixindən icraçı direktor "Armada” MMC-nin ofisinə daxil olmağına qadağalar qoyması barədə mühafizəçi xəbər göndərmişdi. İki aydan çoxdur ki, "6 vərəq" toplusunun əsasında sosial sistemə və əmək kitabçasına gerçəkliyi mümkün olmayan yalan məlumatlar daxil edilmiş, hüquqi qüvvəyə mindirilmiş, işindən kənarlaşdırılmışdır. ƏM-nin 116-ci maddəsinin müvafiq bəndinə əsasən 5 ilə qədər əmək stajına görə əsas məzuniyyət günlərinin müddəti 21 təqvim günü, 5-10 il arasında olan əmək stajına görə 2 gün, 21 təqvim gününə əlavə edilməklə məzuniyyət günlərinin sayı 23 təqvim günü olmuş, 10-15 il arasında olan əmək stajına görə 4 gün, 21 təqvim gününə əlavə edilməklə məzuniyyət günlərinin sayı 25 təqvim günü olmuşdur. 12 il əmək fəaliyyəti dövründə əmək məzuniyyətindən istifadə etməmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə şirkət tərəfindən kompensasiya ödənilməmişdir, illər üzrə verilməmiş kompensasiya məbləği ödənişdən yayındırılmış, xarici kapitalın artımına yönəldilmişdir. İcraçı direktorun qoyduğu qaydalara əsasən 12 illər üzrə məzuniyyət günləri adlandırılan şənbə və bazar günləri də daxil olmaqla maksimum 7-10 gün işdən ayrılmaq olurdu, ancaq ayın axırında nağd hesablaşma qaydasında aldığı əmək haqqı ödənişindən işdən ayrılan günlərə düşən aylıq əmək haqqı məbləği çıxılırdı. Ona görə də icraçı direktorun qaydaları üzrə verilən məzuniyyət günləri aylıq maaşı azaltdığı üçün zəruri hallarda istifadə edilmişdi, əmək haqqından tutulma oduğuna görə işdə olmayan günlərə "resepşin" Aysel Əhmədova ciddi nəzarət edirdi. xx.xx.2008-ci il tarixində "xxxx" MMC-nin direktoru M.M.Demirhan bəyin əmək kitabçasına daxil edilmiş imzası ilə 6-cı vərəqə daxil edilmiş fotodakı imza eynilik təşkil etmir. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək olan "xxxx" MMC-də satış agenti vəzifəsində çalışmışdır, həmin dövrdə direktor Mustafa Demirhan olmuşdu. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək çalışdığı dövrə aid əmək haqqı məbləği və məcburi sosial sığorta haqqı məbləği Vüqar Abbasov tərəfindən sosial sistemə daxil edilməmişdir. xx.xx.2012- ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi dövrdə NSK, FKG, NORİTAKE brend menecer vəzifələrinə aid əmək funksiyalarının icrası ilə bağlı nağd və nağdsız hesablaşma qaydasında əmək haqqı ödənişi 143 aylar üzrə 131410 manat məbləğdə olmuşdu, o cümlədən maliyyə müdiri Əsgər Əsgərzadədən nağd hesablaşma qaydasında aldığı əmək haqqı məbləği 106138 manat, baş mühasib Vüqar Abbasov tərəfindən ödəniş kart hesabıma köçürülmüş nağdsız hesablaşma qaydasında aldığı məbləğ 25272 manat olmuşdu. 143 aylar üzrə nağd və nağdsız hesablaşma qaydasında aldığı 131410 manat əmək haqqının ödəniş məbləğinə görə 154538 manat əmək haqqı məbləği hesablanılmışdı, lakin bu məbləğ sosial sistemə daxil ediməmişdi. 143 aylar üzrə minimum məbləğlə hesablanmış 37659 manat əmək haqqı məbləği sosial sistemə daxil edilmişdi. Minimum məbləğlə hesablanmış əmək haqqı məbləğindən gəlir vergisi tutulmadığı, minimum əmək haqqı məbləğindən tutulan məcburi sosial sığorta məbləği və minimum əmək haqqı məbləğinə görə hesablanan əlavə məcburi sosial sığorta məbləği minimum səviyyədə olduğu üçün minimum məbləğlə hesablanmış əmək haqqı sosial sistemə daxil edilmişdi. Xarici vətəndaşın sahib olduğu "xxxx" MMC-nin icraçı direktoru və onun təyin etdiyi inzibatçılar maddi maraqları üçün işçilərə minimum məbləğlə əmək haqqı hesablanmasını davam etdirmişlər, 109 aylar üzrə faktiki olaraq aldığı 92910 manat əmək haqqı ödənişinə görə hesablanmalı olan 111951 manat əmək haqqı məbləğindən 14 faiz dərəcəsi üzrə tutulma 15678 manat gəlir vergisi məbləği, 3 faiz dərəcəsi üzrə tutulma 3363 manat məcburi sosial sığorta haqqı məbləği, 22 faiz dərəcəsi üzrə hesablanma 24629 manat əlavə məcburi sosial sığorta haqqı məbləği olmuşdu. 15678 manat gəlir vergisi məbləği dövlət büdcəsindən yayındırılmış, sosial müdafiəsi ilə bağlı 27992 (3363 + 24629) manat məcburi sosial sığorta məbləğindən 109 aylar üzrə minimum məbləğlə hesablanmış 15827 manat əmək haqqından tutulmuş 474 manat, hesablanmış 3481 manat məcburi sosial sığorta haqqı məbləği DSMF-ə ödənilmiş, sosial müdafiəsi ilə bağlı 24037 (27992*474-3481) manat məcburi sosial sığorta haqqı məbləği DSMF-ə ödənilməmişdi. 2021-ci ilin 11 ayları üzrə 11550 manat əmək haqqı ödənişinə görə hesablanmalı olan 12623 manat əmək haqqı məbləğindən 8.5 faiz dərəcəsi üzrə tutulma və hesablama 3155 manat məcburi sosial sığorta haqqı məbləği olmuşdu, bu məbləğdən sosial müdafiəsi ilə bağlı minimum məbləğlə hesablanmış 6622 manat əmək haqqı məbləğindən tutulmuş və hesablanmış 1655 manatı DSMF-ə ödənilmiş, 1500 manatı xarici vətəndaşın sahib olduğu şirkətin hesabında saxlanılmış və xarici kapitalın artımına yönəldilmişdi. 2022-ci ilin 12 ayları üzrə 13200 manat əmək haqqı ödənişinə görə hesablanmalı olan 14592 manat əmək haqqı məbləğindən 9.5 faiz dərəcəsi üzrə tutulma və hesablama 3648 manat məcburi sosial sığorta haqqı məbləği olmuşdu, bu məbləğdən sosial müdafımlə bağlı minimum məbləğin bir misli qədər artırılmış məbləğlə hesablanmış 7224 manat əmək haqqı məbləğindən tutulmuş və hesablanmış 1806 manatı DSMF-ə Ödənilmiş, 1842 manatı xarici vətəndaşın sahib olduğu şirkətin hesabında saxlanılmış və xarici kapitalın artımına yönəldilmişdi. 2023cü ilin 11 ayları üzrə 13750 manat əmək haqqı ödənişinə görə hesablanmalı 15367 manat manat əmək haqqı məbləğindən tutulma və hesablama 3842 manat məcburi sosial sığorta haqqı məbləği olmuşdu, bu məbləğdən sosial müdafiəmlə bağlı minimum məbləğin bir misli qədər artırılmış məbləğlə hesablanmış 7986 manat əmək haqqı məbləğindən tutulmuş və hesablanmış 1996 manatı DSMF-ə ödənilmiş, 1846 manatı xarici vətəndaşın sahib olduğu şirkətin hesabında saxlanılmış və xarici kapitalın artımına yönəldilmişdi. İddiaçı bildirir ki, o, xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövrdə 12 il ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya məbləği almamışdır. 12 il ərzində Azərbaycan vətəndaşı olaraq sağlamlığı üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə ala bilmədiyi 9219.54 manat kompensasiya məbləği xarici vətəndaşın sahib olduğu şirkətin kapitalının artımına yönəldilmişdir. "xxxx" MMC-ə daxil olan pul gəlirləri iddiaçı kimi sıravi işçilərin əməyinin nəticəsidir, şirkətin pul gəlirləri və xərcləri, o cümlədən əmək haqqı haqda smetanı maliyyə müdiri tərtib etməlidir. Əmək haqqı məbləği şirkətin pul gəlirlərinə görə deyil, minimum əmək haqqı məbləğinə görə təyin edilir. İddiaçı bildirir ki, o, Əmək Müfəttişliyi Xidmətinə etdiyi şikayətdən sonra əməyin ödənişi nağdsız hesablaşma qaydasında aparmaq üçün nağd şəklində ödəniş leqallaşmış və hər bir işçinin nağd və nağdsız qaydada aldığı əmək haqqının üzərinə minimum əmək haqqının bir misli qədər artım edilmişdir. Şirkətdə çalışanlar bilir ki, maliyyə müdiri Əskər Əskərzadə nağd pulların hərəkətinə nəzarət edən Mustafa Demirhan bəyin qeyri-leqal xəzinədarıdır. Mağazada mal satışından toplanılan nağd pullar, malların kreditlə satışını həyata keçirən işçilər toplanılan nağd pulları hər gün maliyyə müdirinə təhvil verirlər. Şirkətdə icraci direktorun nağd pul vəsaitinə qoyduğu qaydalar Azərbaycan Respublikasının "Nağdsız heablaşmalar haqqında” qanunun icrasına sayğısızlıqdır. xx.xx.2023-cü il tarixində iddiaçı ilə icraçı direktor Yaqub Züffiqarov arasında yaranmış mübahisə 1250 manat əmək haqqı ödənişinin səviyyəsini 2000 manata qaldırmaq haqda dəfələrlə etdiyi müraciətə baxışın son hədd günü olmuşdu. İddiaçı bildirir ki, əmək haqqının qaldırılması ilə bağlı işçilər arasında aparmadığı təbliğat haqda onu şantaj etməyə başladı, onunla işləməyəcəyini, iş günün sonunadək "öz xahişi ilə işdən azad olunmağa dair” ərizə yazmağı bildirmişdi, "imza etməsə, statya ilə işdən çıxaracam" hədəqorxusu gəlmişdi, işin sonlarına yaxın saat 16:56 radələrində kargüzar Aysel Əhmədova "xxxx" MMC-ə məxsus ********** №-li telefonla ərizəyə imza atmaq üçün ona yaxınlaşmağını bildirmişdi, iddiaçı Aysel Əhmədovaya “ayın axırında imzalayaram” cavabını vermişdir. xx.xx.2023-cü il tarixində və bu tarixdən sonra şirkətə məxsus +994 55 *** ** ** №-İi telefonla bütün müştərilərə: -“Hörmətli müştərilər! NORİTAKE brend meneceri İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən "xxxx" şirkətində çalışmır. Yeni brend menecer haqqında məlumat yaxın zamanda sizə göndəriləcəkdir. Xahiş edirik nəzərə alasınız.” "ARMADA DENTAL" vatsap mətni göndərilmişdi. xx.xx.2023- cü il tarixində noyabr ayının əmək haqqı ödənişi olan 1250 manatın 600 manatına dair Əsgər Əsgərzadənin sənədini xx.xx.2023-cü il tarixində imzalamışdır və həmin məbləği nağd hesablaşma qaydasında almışdır, baş mühasib Vüqar Abbasov tərəfindən ayın sonuna bir gün qalmış 1250 manat ödənişin qalan hissəsi 650 manat məbləği maaş kartı hesabına köçürmüşdü və 650 manat məbləğin tərkibinə işdə olduğun noyabr ayının 20, 22-24, 27-29 tarixlərinə düşən əmək sərfinin dəyərləri də daxil edilmişdi. xx.xx.2023-cü il tarixində baş mühasib Vüqar Abbasovun sədrliyi ilə İT üzrə mütəxəssis Ruslan Bağırov və kargüzar Aysel Əhmədovanın iştirakı ilə iddiaçı haqqında "İşə davamiyyətə yol verilmiş pozuntular barədə" akt tərtib etmişlər. Noyabr ayının 20, 22-24, 27-29 iş günlərində işdə olduğunu bir gün qabaq, xx.xx.2023-cü il tarixli ödəniş sənədi ilə təsdiqlədiyi halda, həmin günlərə aid məlumatları inkar edən akt tərtib etmişlər. Baş mühasib Vüqar Abbasov tərəfindən aktın tərtibatı onun zehniyyətində psixoloji problemlərin olmasına şübhələr yaradır. Ruslan Bağırov və Aysel Əhmədova onun tələbi ilə akta imza etmişlər. İddiaçı bildirir ki, bu insanlarla əmək funksiyasının icrası ilə bağlı heç bir əlaqəsi yoxdur, mühasibat şöbəsi, informasiya texnologiya şöbəsi, kargüzarın oturduğu yer ayrı-ayrı bölmələrdədir, onun işdə olmadığı hal olsa belə onların iş əhəngi pozula bilməz. İşdə olmadığı gün çalışdığı bölmənin iş ahəngini poza bilər və bu baxımdan bölmənin işçiləri əlaqə vasitələrindən istifadə edib işə gəlməmə səbəbini öyrənə bilərlər. Aktda göstərilən günlərdə heç kim mənimlə əlaqə vasitələrindən istifadə edib işə gəlməməyimlə ilə bağlı əlaqə yaratmamışdı. Bu akt icraçı direktorun tələbi ilə tərtib edilmişdi. xx.xx.2023-cü il tarixində günün sonunadək işdə olmuşdur və icraçı direktor ilə sonlanmamış danışığını tamamlamaq istəmiş, ancaq o, günün sonunadək işə gəlmədi. İşə gəldiyi səhər saatlarında mühafizəçi icraçı direktorun Türkiyədə olduğunu iddiaçıya deməsini, isti münasibətdə olduğu iş yoldaşlarının onunla ünsiyyətdən yayınmalarını ilk olaraq anlamamışdır. Həmin gündən sonrakı günlərdə anlamışdır ki, işçilərin, o cümlədən mühafizəçinin təəccüb doğuran davranışları onun həmin gündən işdən azad olunmağı ilə bağlı məlumatlı olmaları imiş. Baş mühasib Vüqar Abbasov və Ruslan Bağırov icraçı direktorun səhər saatlarında əlaqə vasitələrindən istifadə edib verdiyi göstərişi gizlin olaraq yerinə yetirmişlər, imzalanmamış əmrə nömrə və tarix qoymuşlar. Çap tarixi xx.xx.2023 11:21:17 olan "əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə çap edilən an imzalanmayıb, sistemə daxil edilmə tarixi, imzalanma tarixi olmayan şübhəli məlumatlar olduğu üçün bu bildiriş xx.xx.2023-cü il tarixində sosial sistemə daxil edilməmişdir, dekabr ayının 2-si şənbəyə, 3-ü isə bazar gününə düşdüyünə görə xx.xx.2023-cü il tarixində yeni bildiriş sosial sistemə daxil edilmişdir. Yeni bildirişi deyil, icraçı direktor xx.xx.2023-cü il tarixində iddiaçıya çatdırdıqları 022 №-li xx.xx.2023-cü il tarixli əmrin vərəqinə tikdiyi çap tarixi: xx.xx.2023 11:21:17 olan bildirişi göndərmişdir. Bu bildirişdə əmək müqaviləsinə xitam veriməsinə dair əmrin xx.xx.2023-cü il tarixindən hüquqi qüvvəyə mindiyi görüntüsünü yaratmışlar. Bu hərəkətin ancaq bir adı var: Dələduzluq. İddiaçı xx.xx.2023-cü il tarixində işdən çıxarılma haqqında məlumatı sosial sistemdən almışdır. xx.xx.2023-cü il tarixində aldığı məlumatla bağlı şirkətin ünvanına poçt vasitəsilə ərizə ilə müraciət etmiş, həmin gün ərizə saat 13:11 radələrində şirkətə çatdırılmışdı. İcraçı direktor 3 yaxud 4 saat müddətində ərizəsinə baxmış və müraciətə baxılma qaydaları haqqında qanunun tələblərinə uyğun cavab verməmişdir. xx.xx.2023-cü il tarixində saat 11:25 radələrində baş mühasib Vüqar Abbasov poçt vasitəsi ilə ünvanına çatdırılmanı təmin etmişdi. Cavab məktubunda biliyini, bacarığını və qabiliyyətini aşağılayan, iddiaçını hüquq mühafizə orqanlarına verməklə hədə-qorxu gələn və sair səviyyəsiz ifadələr yazmışlar, əməllərinin doğru və düzgün olduğunu bildirmişlər, əmrin surəti, əmək kitabçası, son haqqhesab sənədi cavab məktubuna əlavə edilmişdir. xx.xx.2023-cü il tarixində ünvanına göndərilmiş son haqq-hesab üzrə hesablaşma sənədi icraçı direktor və baş mühasib adına utanc gətirmiş formada tərtib edilmişdir, son haqq hesab cədvəlinə işdən çıxdığı gündən sonrakı dekabr ayı üçün əmək haqqı aldığı göstərilmiş, Əmək Məcəlləsi haqqında qanunun 140-cı maddəsinin 1-ci bəndində "Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir". Lakin şirkətin iddiaçıya göndərdiyi son haqq-hesab cədvəlində ayların sayı 7 göstərilmiş, o cümlədən işdən çıxarıldıqdan sonra almadığı dekabr ayının əmək haqqısı da cədvələ daxil edilmişdir. Əmək məcəlləsinin 173-cü maddəsinin 3-cü bəndində "Haqq-hesab sənədləri onları tərtib edən mühasib tərəfindən imzalanır və son dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir." Lakin xx.xx.2023-cü il tarixində iddiaçıya çatdırılmış haqq-hesab sənədlərindən görünür ki, haqq-hesab sənədlərini tərtib edən və imzalayan baş mühasib deyil, icraçı direktordur. Haqq-hesab məbləği isə iddiaçının kart hesabına xx.xx.2023-cü ildə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində işdən çıxarılma üçün zəruri əsaslar barədə məlumat almaq üçün şirkətin ünvanına ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində baş mühasib Vüqar Abbasov zəruri əsas hesab etdiyi xx.xx.2023-cü il tarixli Aktın surətini poçt vasitəsi ilə ünvanına çatdırmışdı. xx.xx.2023cü il tarixində "xxxx" MMC-yə ünvanladığı ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmadığı üçün pozulmuş hüququnun qarşısının alınması və bərpa olunması üçün iddiaçı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin ünvanına ərizə ilə müraciət etmiş və məhkəməyə iddia ərizəsi göndərdiyi günədək müraciətinə cavab almamışdır. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin ünvanına "X11" şirkətinin prezidenti Mustafa Dəmirhan beyin işlədiyi ünvan haqqında məlumat verilməsinə dair ərizə göndərmiş, lakin şirkət tərəfindən ərizə cavabsız qalmaqdadır. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin sahibi Türkiyə Respublikasının vətəndaşı Mustafa Dəmirhan bəyin Azərbaycan Respublikasında yerləşdiyi ünvana pozulmuş hüququnun qarşısının alınması və bərpa olunması üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin icraçı direktoru Yaqub Zülfiqarov etik davranış qaydalarına, əxlaqa sığmayan və ləyaqətsizlik həddini aşan hərəkətləri ilə Mustafa Demirhanın adına poçt vasitəsi ilə göndərdiyi ərizəsini açmışdı. Cavablandırmada "xxxx" Dental Corporation" loqotipi həkk olunmuş, şirkətin yerləşdiyi ünvan göstərilmiş blankda Bakı şəhəri, Əhməd Rəcəbli 2/4 ünvanda "X11" adlı şirkət fəaliyyət göstərmir və belə bir adda fəaliyyət göstərən şirkətin Mustafa Dəmirhan adlı Prezidenti də yoxdur" yazılmışdır. Bu cavablandırmanın müəlifinin zehniyyatında psixoloji problem olduğuna şübhələr var. Mustafa Dəmirhan bəyin adına göndərilmiş ərizənin açıb oxuma cəsarəti çox böyük təəccüb doğurur. İddiaçı bildirir ki, işə qəbul edilməyi üçün əmək haqqı ödəniş məbləğinin 1000 manat olması istəyini icraçı direktor Mustafa Demirhan bəyə izahatını verməyə cəsarəti olmamışdı və onun təyin etdiyi 800 manat ödənişlə razılaşmasını məsləhət bilmişdi. Bu cavab məktubunun isə ünvanına çatdırılmasını baş mühasib Vüqar Abbasov yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixində Mustafa Demirhan bəyin Ankara şəhərində yerləşən ofisinə məktub ünvanlamışdır və bu ərizəni məhkəməyə ünvanladığı tarixədək cavab ala bilməmişdir. xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin surətinin iddiaçıya çatdırılmasına dair şirkətin ünvanına ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində ərizəsinə əsasən 6 vərəqdən ibarət əmək müqaviləsinin surətinin göndərilməsinə dair cavab məktubunu almış və cavab məktubunu ünvanına çatdırılmasını Vüqar Abbasov yerinə yetirmişdi. xx.xx.2024-cü il tarixində iş stolunda qalmış əşyaları və iş kompyuterinin yaddaşında qalmış foto və brend menecer fəaliyyəti ilə bağlı informasiyaları götürmək məqsədi ilə şirkətin ünvanına ərizə ilə müraciət etmişdir. 8-ci gün İT üzrə menecer Ruslan Bağırov şirkətin işçisi vasitəsi ilə şirkətə gəlməyini və yaddaş daşıyıcısı gətirməyi barədə xəbər göndərmişdi. İddiaçı bildirir ki, həmin gün şirkətə getmiş, lakin şirkətə buraxılmamışdır. Girişdə əşyaların ona təhvil verildiyi və təhvil verdiyinə dair xx.xx.2024 tarixli Akt tərtib etdi. Ruslan Bağırov tərtib etdiyi aktda "xxxx" MMC-də Brend menecer vəzifəsində çalışmış olduğunu öz imzası ilə təsdiqləmişdir, lakin xx.xx.2023 tarixli aktda satış agenti vəzifəsində çalışdığını da öz İmzası ilə təsdiqləmişdir. Xarici vətəndaşın sahib olduğu "xxxx" MMC-nin icraçı direktoru X7, baş mühasib X12, maliyyə müdiri Əsgər Əsgərzadə, İT üzrə menecer Ruslan ismayıl oğlu Bağırov yuxarıda göstərilənlərə əsasən Azərbaycan Rüspublikası Əmək Məcəlləsinin 12,17, 46, 49, 70, 71, 72, 76, 83, 84, 85, 86, 87,116,140, 155, 172, 173, 174, 288, 291 müvafiq bəndlərinin tələblərinə əməl etməmişlər, qanunla qorunan mənafeyinə maddi və mənəvi ziyan vurmuşlar, ailə başçısı olaraq işsiz qalmağı üçün hər cür pisliklərini etmişlər, işgüzarlıq nüfuzunu ləkələmişlər, şərəf və ləyaqətimi aşağılamışlar, yazılı qaydada böhtan atmışlar, xidmət etdiyi müştərilər arasında şəxsiyyətini təhqir edən hərəkətlər törətmişlər, Əmək müfəttişliyi xidmətinə işinə bərpa olunmağına dair etdiyi müraciətlə bağlı kollektiv arasında gözdən salmaq məqsədi ilə həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymışlar, səhhəti, sağlamlığı, istirahəti üçün məzuniyyət günlərindən əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə istifadə edə bilməmiş, istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya məbləği almamış, xx.xx.2012-ci il tarixindən xx.xx.2023 tarixinədək olan dövrdə nağd və nağdsiz hesablaşma qaydasında aldığı 143 aylar üzrə 131410 manat əmək haqqı ödənişinə görə hesablanmalı 154538 manat əmək haqqı məbləğini deyil, şirkətin iqtisadi və sosial şəraiti yaxşı olduğu halda ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsi ilə 143 aylar üzrə hesablanmış 37659 manatı sosial sistemə daxil etmişlər, 109 aylar üzrə əmək haqqından tutulmuş 15678 manat gəlir vergisi dövlət büdcəsinə ödənişindən yayındırılmış, sosial müdafiəmlə bağlı əmək haqqımdan tutulma və hesablanma məbləği 24353 manat dövlət məcburi sosial sığorta haqqı məbləği DSMF-dən yayındırılmış, məzuniyyət günlərindən istifadə etmədiyi 12 illər üzrə ala bilmədiyi 9219.54 manat kompensasiya məbləği xarici kapitalın artımına yönəltmişlər. xx.xx.2023-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak etmiş və xx.xx.2024-cü il tarixində prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmununda qeyd edilən halların əksəriyyəti iddiaçının özünün uydurmalarıdır. Belə ki, iddiaçının məhz 01 dekabr 2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasının əsl səbəbkarı və təqsirkarı iddiaçının özüdür. Belə ki, iddiaçı Cavabdeh MMC-də Satış agenti vəzifəsində çalışan zaman, 2023-cü ilin 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr tarixlərində (cəmi 7 gün) Cəmiyyət üzrə işçilərin işə davamiyyətinə riayət etməyərək (onlayn qaydada barmaq izi ilə işə gəlməyini qeydiyyatdan keçirməyərək) üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmiş, bununla da özünün əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bundan başqa hətta 2023-cü ilin 30 noyabr və 01 dekabr tarixlərində iddiaçı guya işə gəlməyini formal olaraq rəsmiləşdirmək məqsədilə, Cəmiyyətin yerləşdiyi ofisin giriş qapısına səhər tezdən iş vaxtının başlamasına xeyli vaxtdan öncə yaxınlaşaraq, onlayn qaydada barmaq izi ilə işə gəlməyini qeydiyyatdan keçirərək, daha sonra həmin ərazini rəhbərliyə məlumat vermədən özbaşına olaraq tərk etmişdir. Bütün bu faktlar Cəmiyyətin yerləşdiyi binada quraşdırılmış video çəkilişlə aparılmış görüntülərdə əks olunmuşdur. Həmin bu hallar cavabdeh tərəfindən rəsmi olaraq qeydə alınmışdır. Odur ki, iddiaçının yuxarıda göstərilən hərəkətləri Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» və «b» bəndlərinin, tərəflər arasında bağlanmış Əmək kontraktının tələblərinin, habelə Cavabdeh MMC-nin “X4”nın müvafiq tələblərinin pozulması olaraq, AR ƏM-nin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Məhz yuxarıda göstərilən hallar iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə və iddiaçının xx.xx.2023cü il tarixindən işdən çıxarılmasına əsas vermişdır. Göründüyü kimi, işəgötürən iddiaçı ilə bağlı qəbul etdiyi əmr Əmək Məcəlləsinin tələblərinə tam uyğun olaraq verilmişdir. Göstərilənlərə əsasən hazırda iddiaçının öz iddia ərizəsində gətirdiyi əsaslar və göstərdiyi faktlar həqiqəti əks etdirmir. Bunların hamısı iddiaçının öz ərizəsində qeyd etdiyi özünün əsassız uydurmalarıdı. Yuxarıda qeyd edildiyi kimi iddiaçı həmçinin 30 noyabr və 01 dekabr 2023-cü il tarixlərində də heç bir üzürlü səbəblər göstərmədən iş yerində olmamışdır. Əgər həqiqətən də iddiaçı 01 dekabr 2023-cü il tarixində bütün iş günü iş yerində olmuş olsaydı, ona elə həmin günü işəgötürənin işdən çıxarılma əmrinin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri təqdim edilərdi. Təəssüf ki, iddiaçı məhz bu səbəbdən sadalanan həmin sənədləri Cəmiyyətdən yalnız poçt vasitəsilə 06 dekabr 2023-cü il tarixində qəbul etmişdir. Bu faktı iddiaçının özü də ərizəsində etiraf etmişdir. Hətta iddiaçının ərizəsinin 5-ci sahifəsində iddiaçının özünündə etiraf edici izahatından görünür ki, o həqiqətən də 2023-cü ilin 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr tarixlərində (cəmi 7 gün) heç bir üzürlü səbəb olmadan işdə olmamışdır. Belə ki, iddiaçı öz iddia ərizəsinin həmin səhifəsində onunla bağlı tərtib edilmiş aktla razılaşmayaraq bildirir ki, onun həmin günlərdə işə çıxmamasına görə, onunla heç kim işlədiyi yerdən hər hansısa bir əlaqə vasitəsilə işə gəlməməsi səbəbi öyrənilməmiş və onunla heç kim əlaqə yaratmamışdır. Bu etiraf edici faktın özü onu təsdiq edir ki, cavabdeh təşkilat haqlı olaraq iddiaçı barəsində müvafiq aktı tərtib etmiş və iddiaçının tamamilə qanuni olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Ona görə də iddiaçının öz iddia ərizəsində 01 dekabr 2023-cü il tarixindən işinə bərpa edilməsi tələbi tamamilə əsassızdır və belə qanunsuz tələb məhkəmə tərəfindən təmin edilə bilməz. İddia ərizəsindən həmçinin görünür ki, iddiaçı Cavabdeh MMC-yə qarşı hazırki iddia tələblərini irəli sürdüyü halda, ərizəsinin xahiş etdi hissəsində həmin cəmiyyətin Direktoru, Baş mühasibi və İT üzrə menecerinin əməllərində ciddi qanun pozuntularının olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla onlarında məsuliyyətə cəlb edilməsini xahiş etdir. Ərizənin bu xahiş etdi hissəsinə münasibətdə qeyd edilir ki, iddiaçı hüquqi nəticə etibarı ilə Cavabdeh MMC-nin direktoru ilə yanaşı, iddia tələbi irəli sürülməyən həmin Cəmiyyətin Baş mühasibi və İT üzrə menecerinin barələrində xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin hesab edilir ki, bu məsələ ərizədə, tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan hesab olunur ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə gələcəkdə çıxarılacaq qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas kimi gətirilən halları biz cavabdeh tərəf olaraq əsassız hesab edir və iddiaçının ərizəsində qeyd olunan halların hamısı mülki xarakterli mübahisələr olması səbəbindən belə bir xahiş məhkəmədə təmin edilməməlidir. Ümumiyyətlə cavabdeh tərəf olaraq hesab edir ki, iddiaçının vaxtilə işdən azad olunmasında nə Cəmiyyətin Direktorunun, nə Baş mühasibinin və İT üzrə menecerinin əməllərində heç bir qanun pozuntuları yoxdur. Bildirilir ki, iddiaçının işdən azad olunmasının əsl səbəbkarı və təqsirkarı iddiaçının özüdür. Bundan başqa iddiaçının Cavabdeh MMC-də geridə qalmış 11 il ərzində rəsmi çalışdığı müddətdə ona ödənilən bütün əmək haqqı məbləğləri hər zaman ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğlərinin tələblərinə uyğun və hətta artıq olmuş, Cəmiyyət tərəfindən də heç bir vaxt Azərbaycan Respublikasında tətbiq edilən minimum əmək haqqı məbləği üzrə dəyişikiliklər aparılan zaman qanun pozuntulara yol verilməmişdir. Bildirilir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi kimi, o Cavabdeh MMC-də uzun illərdir ki, rəsmi olaraq çalışmış və rəsmi əmək müqaviləsinə əsasən, iddiaçıya əmək haqqı ödənilmişdir. İddiaçının yerinə yetirdiyi işlərdə məhz onunla bağlanmış əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uğun olmuşdur. Burada məntiqlə sual yaranır əgər həqiqətən də Cəmiyyət iddiaçının geridə qalmış 11 il ərzində əmək hüquqlarını pozmuşdursa, ona verilən əmək haqqlarını düzgün hesablamamışdırsa, onun əmək haqqısından geridə qalmış 11 il ərzində vergiləri və məcburi dövlət yığımlarını düzgün olaraq tutulması həyata keçirilməmişdirsə, onda nədən bu vaxta kimi iddiaçı bir işçi olaraq öz arzusu ilə işdən ayrılmamış, bu halları qanunla müəyyən edilmiş qaydada və müddətdə səlahiyyətli dövlət orqanları qarşısında və ya məhkəmədə mübahisələndirməmişdir? Maraqlısı odur ki, bu gündə iddiaçı özünün iddia etdiyi kimi 11 ildir ki, əmək hüquqları pozulduğu iş yerinə yenidən bərpa olunmaq arzusundadır. Göründüyü kimi iddiaçının öz ərizəsində sadaladığı bütün bu halların hamısı ziddiyyətlidir. Cavabdeh tərəf, hesab edir ki, ümumiyyətlə iddiaçı hazırki iddia ərizəsində 2012-ci ildən başlayaraq 2023-cü ilədək olan dövr üzrə irəli sürdüyü pul və maddi tələbləri əsassızdır və bu hissədə iddiaçı ümumiyyətlə iddia müddətlərini ötürmüşdür. Ona görə də, həmin hissələr üzrə iddiaçının iddia tələblərinə iddia müddəti tətbiq edilməklə məhkəmə həmin tələbləri rədd etməlidir. İddiaçının hazırda ötürmədiyi iddia müddəti yalnız sonuncu 2023-cü ili əhatə edir və həmin il üzrə də iddiaçı işdən azad olunan zaman son haqq-hesab sənədləri üzrə bütün pul təminatlarını rəsmi olaraq cavabdeh təşkilatdan almışdır və cavabdehin hazırda iddiaçıya heç bir pul və ya digər əmlak tələbləri üzrə borcu yoxdur. Həmçinin qeyd edilir ki, iddiaçıyla cavabdeh arasında vaxtilə bağlanmış əmək müqaviləsində iddiaçıya hər hansısa məbləğdə əmək haqqından başqa Cəmiyyətin dövriyyəsindən əlavə olaraq pul vəsaitinin verilməsi ilə bağlı rəsmi razılaşma olmamış, Cəmiyyətin daxilində iddiaçının ərizəsidə qeyd etdiyi kimi “qara” mühasibatlıq mövcud deyil. Bunların hamısı iddiaçı tərəfindən işdən çıxarıldıqdan sonra qəsdən cavabdeh Cəmiyyətə atılmış böhtandır. Əksinə məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının bir işçi olaraq Armada Cəmiyyətində çalışdığı müddətdə o, daimi olaraq Cəmiyyətin bir çox müştərilərinə problemlər yaradaraq, heç bir qanuni əsas olmadan və işlədiyi Cəmiyyətin rəhbərliyinində xəbəri olmadan, müştərilərdən güya onlara xidmət göstərmək, mal və materiallarla təmin etmək adı altında dəfələrlə nağd şəkildə pullar alaraq həmin şəxsləri aldatmışdır. Hazırda həmin müştərilər iddiaçı barəsində telefonla (votsap səs yazısı vasitəsilə) onlara vurulmuş maddi ziyanlara görə Cəmiyyətə şikayət ünvanlamışlar. Əslində iddiaçının etdiyi bu özbaşınalıqlara görə məhz Cavabdeh MMC hüquq mühafizə orqanlarına şikayət verməklə bu məsələlərə hüquqi qiymət verilməsini tələb etmək hüququnu özündə saxlayır. Hazırda Cavabdeh MMC tərəfindən iddiaçı barəsində şikayətçi olan müştərilərin dairəsi tam müəyyən edilmiş və bu məhkəmə işi bitdikdən sonra iddiaçı barəsində edilmiş qanunsuz əməllərlə bağlı müvafiq hüquq mühafizə orqanına rəsmi müraciətin ünvanlandırılması planlaşdırılır. Göstərilənlərə əsasən, hazırda cavabdeh tərəf hesab edir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi ərizəsində Cəmiyyət barəsində yazdığı əsassız qeydlər, sadəcə iddiaçının öz qanunsuz əməllərinə öncədən qanuni don geyindirmək məqsədi daşıyır və heç bir məntiqə sığmır. Nəhayət iddiaçının öz ərizəsində, onun 01 dekabr 2023-cü il tarixindən əvvəlkini işinə bərpa olunmasını xahiş etməklə yanaşı, cavabdeh Cəmiyyətdən maddi və mənəvi ziyana görə 200.000 manat məbləğində təzminatında tutulmasının tələb edilməsinə münasibətdə, cavabdeh tərəf hesab edir ki, iddianın bu hissəsi də əsassızdır. Belə ki, iddiaçının işdən çıxarılması tam qanuni əsaslarla baş verdiyindən, cavabdehdən hər hansısa məbləğdə maddi və mənəvi ziyana görə pul vəsaiti tutula bilməz. Bundan başqa iddiaça ona cavabdeh tərəfindən 200.000 manat məbləğində maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə ərizə ilə müraciət edərək iddiaçının cavabdehə qarşı hazırki iddia ərizəsində 2012-ci ildən başlayaraq 2023-cü ilədək olan dövr üzrə irəli sürdüyü pul və maddi tələbləri əsassız olduğundan və bu hissədə iddiaçı ümumiyyətlə iddia müddətlərini ötürdüyündən, cavabdehin hazırki ərizəsinin əsas tutularaq məhkəmə tərəfindən həmin tələblərə münasibətdə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında X8 üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin də məhkəməyə xx.xx.2024-cü il tarixdə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qarşı etiraz ərizəsi təqdim etdiklərini bildirib, qeyd etdilər ki, cavabdehin nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən tələbləri tam başqa məcraya yönəltmək haqqında ərizə verib. Əmək Məcəlləsinin 296 maddəsinin 4-cü bəndinə əsaslandığını bildirərək iddiaçı olaraq cavabdehdən pul və digər əmlak tələbləri etdiyini ərizəsində göstərmişdir. Bununla bağlı bildirir ki, iddiaçının tələbi saxtakarlıq, dələduzluq, Azərbaycan Respublikasının qanunlarına sayğısızhq, hörmətsizlik göstərmiş "xxxx" MMC-nin icraçı direktoru və onun təyin etdiyi inzibatçıların məsuliyyətə cəlb edilməsi, xx.xx.2023-cü ildən Brend menecer vəzifəmə bərpa olunmağı, sosial sistemə gerçək olmayan məlumatların çıxarılması gerçək olan məlumatların sistemə daxil edilməsi, "xxxx" MMC-nin hesabında saxlanılmış 15673 manat gəlir vergisinin dövlət büdcəsinə ödənilməsi, 29263 manat məcburi dövlət sosial sığorta haqqının DSMF-na ödənilməsi, 12 il müddətində məzuniyyət günlərindən istifadə etmədiyinə görə İşçi olaraq normal istirahət etməmiş, əmək qabiliyyətinin bərpası və sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi təmin olunmamışdır. Bu baxımdan 12 il müddətində istifadə etmədiyi məzuniyyət günlərinə görə 9219 manat kompensasiya məbləği tələb edilmişdir. Əmək Məcəlləsinin elə həmin 296-cı maddəsinin 4-cü bəndində İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsinə etiraz edərək, iddiaçının 2012-ci ildən 2023-cü ilə qədər olan əmək haqqı pozuntuları ilə bağlı tələbinə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, 1 illik iddia müddəti tətbiq olunduğunu, lakin hazırki məsələdə artıq 10 ildir ki, iddia müddəti ötdüyünü və bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq iddiaçının 03 aprel 2024-cü il tarixli etirazına dair mülahizələrinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində işə bərpa və sair tələblərə dair iddia irəli sürmüşdür. Həmin iddia tələblərini cavabdeh tərəf qəbul etmədiyinə görə, 16 fevral 2024-cü il tarixində elektron kabinet vasitəsilə iddiaya qarşı rəsmi etirazını təqdim etmişdir. Qeyd edilən etirazda cavabdeh tərəf iddianın əsassız olmasına dair gətirdiyi digər əsaslarla yanaşı həmçinin qeyd etmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. Ona görə də, qanunvericiliyin bu tələbindən çıxış edərək, cavabdeh tərəf həmin etirazda qeyd etmişdir ki, “ümumiyyətlə iddiaçı hazırki iddia ərizəsində 2012-ci ildən başlayaraq 2023-cü ilədək olan dövr üzrə irəli sürdüyü pul və maddi tələbləri əsassızdır və bu hissədə iddiaçı ümumiyyətlə iddia müddətlərini ötürmüşdür. Ona görə də, həmin hissələr üzrə iddiaçının iddia tələblərinə iddia müddəti tətbiq edilməklə məhkəmə həmin tələbləri rədd etməlidir”. Hətta cavabdeh tərəf həmin etirazda gətirilən əsasları rəhbər tutaraq, iddiaçının öz iddia ərizəsində 2012-ci ildən hesablanmaqla 2023-cü ilədək (son 2023-cü il istisna olmaqla) olan bütün iddia tələblərinə iddia müddətinin tətbiq edilməsi barədə 02 aprel 2024-cü il tarixində məhkəməyə rəsmi ərizədə təqdim etmişdir. Bundan sonra cavabdehin yuxarıda qeyd edilən Etirazında və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində gətirilən bu əsaslara, İddiaçı 03 aprel 2024-cü il tarixində öz etiraz ərizəsini məhkəməyə göndərmiş və həmin etirazında qeyd etmişdir ki, cavabdehin vəkili Vəkil hazırki iş üzrə yuxarıda qeyd edilən məsələlər üzrə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verməklə məhkəmədə çaşqınlıq yaradır. Belə ki, iddiaçı etirazında qeyd etmişdir ki, onun məhkəməyə təqdim etdiyi əsas iddia tələbləri - cavabdeh təşkilatın rəhbərliyinin və bir sıra işçilərinin məsuliyyətə cəlb edilməsi, əvvəlki vəzifəsinə (işinə) bərpa edilməsi, sosial sistemdə onun barəsində düzgün məlumatların daxil edilməsi, cavabdehdə saxlanılmış gəlir vergisinin dövlətə ödənilməsi, məcburi sosial ödənişlərin yenə də dövlət büdcəsinə ödənilməsi və 12 il ərzində məzuniyyətindən düzgün istifadə edilməməsi nəticəsində, ona kompensasiya şəklində 9219 manat pulun ödənilməsidir. Ona görə də iddiaçı həmin etirazında qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin tələbləri - işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında iddia tələbləri olduğundan onun iddia tələbinə şamil edilə bilməz. İddiaçının həmin etirazında gətirdiyi yuxarıda sadalanan əsaslara cavab olaraq bildirilir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya geridə qalmış müddət ərzində (iddiaçının cavabdeh təşkilatda çalışdığı dövrlərdə) heç bir vaxt nə həyatına nə də ki, sağlamlığına heç bir ziyan və ya zərər vurulmamışdır. Bu növ ziyanların vurulması əslində rəsmi sənədlərlə təsdiq olunmalıdır. Yəni iddiaçı cavabdeh təşkilatda çalışdığı müddətdə hər hansısa peşə xəstəliyinə tutulmalı və onun həyatına və sağlamlığına işəgötürən tərəfindən real zərər vurulmalıdır. Hazırda iddiaçı tərəfindən cavabdeh təşkilatda çalışdığı müddətdə işəgötürənin onun həyatına və sağlamlığına hər hansısa qaydada real zərər vurmasına dair heç bir rəsmi sübut məhkəməyə təqdim edilməmiş və bu hala uyğunda məhkəmənin icraatında heç bir iddia ərizəsi üzrə mülki iş yoxdur. İddiaçının özünündə etirazında etiraf etdiyi kimi onun cavabdehə qarşı irəli sürdüyü tələbləri bir daha təkrarlayaraq bildiririk ki, cavabdeh təşkilatın rəhbərliyinin və bir sıra işçilərinin məsuliyyətə cəlb edilməsi, əvvəlki vəzifəsinə (işinə) bərpa edilməsi, sosial sistemdə onun barəsində düzgün məlumatların daxil edilməsi, cavabdehdə saxlanılmış gəlir vergisinin dövlətə ödənilməsi, məcburi sosial ödənişlərin yenə də dövlət büdcəsinə ödənilməsi və 12 il ərzində məzuniyyətindən düzgün istifadə edilməməsi nəticəsində, ona kompensasiya şəklində 9219 manat pulun ödənilməsidir. Ümumiyyətlə, iddiaçının öz ərizəsində irəli sürdüyü - sosial sistemdə onun barəsində düzgün məlumatların daxil edilməsi, cavabdehdə saxlanılmış gəlir vergisinin dövlətə ödənilməsi və məcburi sosial ödənişlərin yenə də dövlət büdcəsinə ödənilməsi kimi tələblərinin təmin edilməsi yolverilməzdir. Əvvəla bildirilir ki, cavabdeh təşkilat iddiaçı barəsində sosial sistemdə hər zaman düzgün məlumatları daxil etmişdir və bütün məcburi dövlət ödənişləridə vaxtında və rəsmi olaraq icra etmişdir. İkincisi əgər cavabdeh təşkilat geridə qalmış 11 ildən artıq müddətdə gəlir vergisini və ya məcburi dövlət ödənişlərini düzgün icra etməmişdirsə, bu zaman məhz rəsmi dövlət orqanlarının səlahiyyətindədir ki, həmin tələbləri irəli sürsün. Hazırda iddiaçının belə bir tələb irəli sürməsi subyektiv hüquq baxımından yolverilməzdir. Odur ki, iddiaçı tərəf olaraq yuxarıda göstərilən əsaslara görə və qanunvericiliyin göstərilən tələbindən çıxış edərək, hesab edir ki, ümumiyyətlə, iddiaçı hazırki iddia ərizəsində 2012-ci ildən başlayaraq 2023-cü ilədək olan dövr üzrə irəli sürdüyü bütün tələbləri əsassızdır və bu hissədə iddiaçı ümumiyyətlə iddia müddətlərini ötürmüşdür. Ona görə də, həmin hissələr üzrə cavabdeh tərəfin məhkəməyə verdiyi ərizə əsasında iddiaçının həmin iddia tələblərinə iddia müddəti tətbiq edilməklə məhkəmə həmin tələbləri rədd etməlidir. İddiaçının hazırda ötürmədiyi iddia müddəti yalnız sonuncu 2023-cü ili əhatə edir və həmin il üzrədə iddiaçı işdən azad olunan zaman son haqq-hesab sənədləri üzrə bütün pul təminatlarını rəsmi olaraq cavabdeh təşkilatdan almışdır və cavabdehin hazırda iddiaçıya heç bir tələb üzrə borcu yoxdur. İddiaçının işdən azad olanmasıda tamamilə əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilmişdir və bu hissədə də cavabdeh təşkilatın və onun rəhbərliyinin heç bir təqsiri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00019 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, və Cavabdeh MMC-nin nümayəndəsi İMSdə iştirak etmiş və İddiaçı 50 manat mediasiya xərcini ödəmiş, isə iştirak etməmişdir. - Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış “işçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” 30 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Satış agenti vəzifəsində çalışan İddiaçı 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində (cəmi 7 gün) Cəmiyyət üzrə işçilərin işə davamiyyətinə riayət etməyərək (onlayn qaydada barmaq izi ilə işə gəlməsini qeydiyyatdan keçirməyərək) üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir, bununla da özünün əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, «a» və «b» bəndlərinin, bağladığı Əmək kontraktının tələblərinin, habelə Cavabdeh MMC-nin “X4”nın müvafiq tələblərinin pozulması olaraq, AR ƏM-ııin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş, yuxarıda göstərilən halların işçi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə və onun işdən çıxarılmasına əsas verdiyi qeyd olunmuşdur. - “İşçi” İddiaçı ilə “İşəgötürən” Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin Cavabdeh MMC-nin NSK satışı vəzifəsinə işə qəbul edilmişdir. İşçi xx.xx.2012-ci il tarixdə işə başlayır. Müqavilənin 4.17-ci bəndinə əsasən iş saat 09:00-da başlanır, saat 17:00-da qurtarır. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı satış agenti vəzifəsindən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 01 dekabr 2023-cü il tarixindən xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “İşəgötürən” Cavabdeh MMC ilə “İşçi” İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli xxxxxxx000105 №-li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 022 nömrəli Əmrə əsasən xitam verilmiş, müvafiq əmək müqaviləsinin bildirişi ləğv edilmişdir. - ******* №-li əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 022 №-li Əmr əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - Sosial arayışın surətindən görünür ki, Cavabdeh MMC-də 726 AZN əmək haqqı almaqla satış agenti vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000105 №-li əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. - Cavabdeh MMC-nin əmək müqaviləsinin bağlanmasına dair 01 fevral 2012-ci il tarixli, 1/15 №-li Əmrin surətindən görünür ki, İddiaçı NSK üzrə menecer vəzifəsinə təyin edilməsi və onunla AR-nın Əmək Məcəlləsinin qanunlarına müvafiq olaraq Əmək Müqaviləsi bağlanması əmr edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Mustafa Dəmirhana ünvanlanan 01 fevral 2012-ci il tarixli ərizədən görünür ki, İddiaçı NSK satış meneceri vəzifəsinə təyin edilməyi xahiş etmişdir. - xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 126 manat aylıq əmək haqqı ilə satış agenti vəzifəsində çalışmışdır. - xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “İşəgötürən” Cavabdeh MMC ilə “İşçi” İddiaçı arasında bağlanan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı barədə tərtib edilmiş məzuniyyət üzrə hesablaşmadan görünür ki, 01 iyun 2020-ci ildən 01 iyul 2021-ci il tarixədək 4512 manat əmək haqqı hesablanmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı barədə tərtib edilmiş məzuniyyət üzrə hesablaşmadan görünür ki, iyun 2021-ci ildən iyul 2022-ci il tarixədək 7224 manat əmək haqqı hesablanmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı barədə tərtib edilmiş məzuniyyət üzrə hesablaşmadan görünür ki, iyun 2022-ci ildən iyul 2023-cü il tarixədək 7844 manat əmək haqqı hesablanmışdır. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı barədə son haqq hesab məzuniyyət üzrə hesablaşmadan görünür ki, 01 iyun 2023-cü ildən 01 dekabr 2023-cü il tarixədək 5082 manat əmək haqqı hesablanmışdır. - Cavabdeh MMC-nin məzuniyyət verilməsinə dair 1/07 №-li əmrindən görünür ki, İddiaçı AR ƏM-nin 131-ci maddəsinin 3-cü bəndinə əsasən məzuniyyət verilməsi əmr edilmişdir. - Cavabdeh MMC-nin məzuniyyət verilməsinə dair 1/01 №-li əmrindən görünür ki, İddiaçı AR ƏM-nin 131-ci maddəsinin 3-cü bəndinə əsasən məzuniyyət verilməsi əmr edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-nin icraçı direktoru Yaqub Zülfiqarova ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, şirkətdə saxlanılan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin surətinin ona təqdim olunmasına göstəriş verilməsini xahiş etmişdir. - “Kapital Bank”-ın hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 650 AZN əmək haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixli xxxxxxx000105 №-li əmək müqaviləsi bağlanmış, direktor Mustafa Demirhanın xx.xx.2012-ci il tarixli 1/15 №-li Əmr ilə əsasən iddiaçı Cavabdeh MMC-nin NSK satışı vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra isə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 dekabr 2023-cü il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, məhkəməyə təqdim edilən əmək müqaviləsi saxtadır, tərəflər arasında bağlanan əmək müqaviləsinin bütün səhifələrində iddiaçının imzası olduğu halda təqdim olunan əmək müqaviləsinin isə yalnız son səhifəsində iddiaçının imzasının olduğu, bundan başqa, iddiaçı 964 manat maaşla işə qəbul olunduğu halda cavabdeh tərəfindən əmək müqaviləsində əmək haqqının 93,5 manat göstərildiyi, əmək haqqının bir qismini nağd bir qisimini isə nağdsız hesablaşma qaydasında aldığını, bundan başqa iddiaçının 12 il müddətində əmək məzuniyyətində istifadə etmədiyini, haqqında əsassız olaraq 7 gün işə gəlmədiyi barədə aktın tərtib edildiyini mübahisələndirir. Cavabdeh cəmiyyət iddia tələbini qəbul etmir, iddianın əsassız olduğunu, həmçinin də iddiaçının əmək haqqı ilə bağlı dəyişikliklərin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildiyini, işlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etdiyini, əmək haqqını qanunamüvafiq şəkildə aldığını, şirkət tərəfindən hər hansı qanunsuzluğa yol verilmədiyini, eyni zamanda iddiaçının iddia müddətini ötürdüyünü bildirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Maddə 71. İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin: 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Maddə 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Maddə 288. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Maddə 290. Qeyd hissəsi. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Eyni zamanda məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMC-xx.xx.2023-cü il tarixli 022 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Yuxarıda qeyd olunanların kontekstində məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununa dair tələblər qanunvericiliklə konkret müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmiş, o cümlədən əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, əmrin məzmununda işəgötürən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetiməməsini, həmçinin əmək vəzifələrini kobud şəkildə pozulmasını qeyd etsə də, bunların ifadə olunduğu halları göstərməməklə və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamaqla, əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Cavabdeh qeyd olunan əmrin verilməsinə əsas kimi iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə izah etməyə çalışsa da, mübahisələndirilən əmrin məzmunundan görünür ki, həmin əmrdə qeyd edilənlər öz əksini tapmamaqla, qanunvericiliyin imperativ göstərişləri olmasına baxmayaraq əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin də qeyd olunmalıdır ki, işçinin işə davamiyyətində baş vermiş pozuntular barədə Aktda “20 noyabr tarixində işə gəlməməsi”, “22-24 noyabr və 27-29 noyabr 2023cü il tarixlərində işə gəlməməsi” səbəblərindən məhz hansının işdən çıxarılma əsası olduğunu əsaslandırılmamışdır. Belə ki, cavabdeh cəmiyyətin nümayəndəsinin etirazının dəlillərində iddiaçının 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixləri olmaqla, 7 gün işə gəlmədiyinə istinad edilmiş, həmin məsələ ilə bağlı Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış “işçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” 30 noyabr 2023-cü il tarixli akt tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların surətindən müəyyən olunmuşdur ki, cavabdeh şirkət tərəfindən müştərilərə ünvanlanan mesajlarda İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən Cavabdeh MMC-də çalışmadığı bildirilmişdir. Cavabdehin (işəgötürənin) bu hərəkəti ilə müəyyən olunur ki, cavabdeh cəmiyyət artıq qeyd olunan tarixdən iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir (birtərəfli qaydada). Düzdür birbaşa olmasa da işin müəyyən edilmiş halları, tərəflərin məhkəmə iclaslarındakı izahatları, habelə işəgötürənlə işçinin arasındakı etimadın aradan qalxması onu deməyə əsas verir ki, cavabdeh cəmiyyət iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsini əsas gətirməklə, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq qanuni zəminin yaradılmasına çalışmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin İddiaçı 22-24 noyabr, 27-29 noyabr 2023-cü il tarixlərində işə gəlməməsinə istinad edərək işçini işdən azad etməsinin məntiqi aydın deyildir. Göründüyü kimi, cavabdeh tərəfindən işçinin qeyd olunan tarixlərdə işdə olmamasını təsdiq etmək üçün iş yerinin video görüntülərini əks etdirən disklər təqdim edilmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, həmin disklərdə 26,27,28,29 noyabr və xx.xx.2023-cü il tarixlərini, o cümlədən video görüntülərdən birində sonuncu tarixdə 08:00 – 09:00 saat aralığını (iddiaçının iş saatı 09:00-dan sonra başlayır, buna qədər işçi işdə olmaya bilər) əks etdirən görüntülər əks olunmuşdur. İlk növbədə məhkəmə yuxarıda qeyd etdiyi mövqeyini əsas tutaraq bildirir ki, Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri xx.xx.2023-cü il tarixindən işçi ilə əmək münasibətlərinin xitam verilməsi barədə sosial şəbəkə üzərindən məlumat verirsə, həmin tarixdən sonra işçinin işdə olmamasına istinad etmələri məntiqsizdir. Digər tərəfdən cavabdeh cəmiyyət həmçinin də qeyd edir ki, iddiaçı 20 noyabr 2023-cü il tarixində də işə heç bir üzrlü səbəb olmadan gəlməmişdir. Lakin cavabdeh cəmiyyət həmin günə aid olan video görüntünü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş video görüntülərdən müəyyən edilmişdir ki, həmin görüntülər 26,27,28,29 noyabr və xx.xx.2023-cü il tarixlərinə aiddirlər. Digər tərəfdən, müəyyən olunur ki, işəgötürən tərəfindən işçiyə qərəzli münasibət göstərilmişdir. Belə ki, iş materiallarından və işin müəyyən olunmuş hallarından görünür ki, işəgötürən işdən çıxma barədə işçiyə tələb irəli sürmüş (yəni işdən öz xahişi ilə çıxma barədə ərizə istəmiş), işçi bu tələbi qəbul etməmiş, bundan sonra onun “20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində işə gəlməməsinə görə”, eyni zamanda “whatsapp” sosial şəbəkəsi üzərindən şirkətin müştərilərinə müraciət ünvanlanmış, məhkəmə iclasında izahat verən işəgötürənin nümayəndəsi mediasiya sessiyasında işçinin işdən öz ərizəsi ilə çıxması üçün təklif etməsini təsdiq etmişdir. Mediasiya zamanı olan belə təklif heç şübhəsiz ki, işçiyə daha əvvəl də edilmişdir. Buna dair birbaşa sübutlar olmasa da işin gedişatı, tərəflərin izahatları (cavabdehin nümayəndəsi iddiaçının müştərilərə qarşı dələduzluq etdiyini, buna görə də şirkətin nüfuzuna xələl gətirdiyini bildirmişdir), işin faktiki halı onu deməyə əsas verir ki, işçiyə qarşı qərəzli münasibət olmaqla, onun öz vəzifə funksiyalarının normal yerinə yetirilməsi imkanı məhdudlaşdırılmışdır. Bu baxımdan iddiaçının 2023-cü ilin 20,22-24, 27-29 noyabr ayında üzrsüz səbəbdən işə gəlməməsi barədə dəlillərinə münasibətdə cavabdeh tərəf mötəbər sübut təqdim etməmiş, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının müştəriləri aldatması, onlardan pul alaraq sifarişi təqdim etməməsi, bununla da şirkətin nüfuzuna xələl gətirməsi kimi əməllər törətməsini bildirsə də, bu halın işçinin əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas olduğu halda, bunu etməməsi, belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı bu hərəkəti etməmiş, bu, sadəcə olaraq işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olmasını göstərir. Bu baxımdan məhkəmə əlavə olaraq, cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli Akta da tənqidi yanaşaraq, həmin aktı mötəbər sübut kimi qəbul etməyərək, özünün bu mövqeyini yuxarıda sadalanan xüsusatlarla (işəgötürənin qərəzi, “whatsapp” sosial şəbəkəsi üzərindən şirkətin müştərilərinə müraciət mətnindəki tarixlə bağlı məsələ, işçi ilə əmək münasibətlərinə birtərəfli qaydada xitam verdikdən sonrakı günlərin video görüntülərini təqdim etməsi və s. kimi hallarla) əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə və ona əlavə edilmiş sənədlərə əsasən işçinin heç bir üzrsüz səbəb göstərmədən bütün iş günü ərzində işdə olmaması halları müəyyən olunmamışdır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, işçinin qeyd edilən tarixlərdə işə gəlməməsi faktı hətta təsdiqlənsə də belə üzrsüz səbəb kimi qiymətləndirilə bilməz. Belə olan halda Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli saylı əmri qanuni hesab edilə bilməz. Məhkəmə eyni zamanda cavabdehin “iddiaçı tərəfindən işdən çıxarılma barədə əmrin ləğvi tələbi olmadan birbaşa işə bərpa tələbinin irəli sürülməsinin yanlış olduğunu, işə bərpa olunması barədə tələbinin təmin edilməsi üçün ilk olaraq onun kökündə dayanan sənədin mübahisələndirilməli olması” barədə etirazının dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində cavabdeh şirkətin işdən azad edilmə barədə əmrinin ləğv olunması tələbi qeyd olunmasa da, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarında o cümlədən işə bərpa tələbinin özünün məğzində məhz həmin əmrin mübahisələndirilməsi dayanır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin nəticə hissəsində belə bir tələbin irəli sürülməməsi iddiaçının hüquqlarının məhkəmə qaydasında bərpa olunmasından imtina edilməsinə əsas verə bilməz. Qeyd olunanlara əsaslanaraq məhkəmə, cavabdehin etirazının bu dəlillini də formal, əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən işəgötürənin əmri qanunsuz hesab olunmalı və iddiaçı əvvəllər tutduğu vəzifəyə bərpa edilməli, eləcə də ƏM 300.1-ci maddəsinin tələblərinə əsasən, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 022 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, cavabdeh tərəfindən məcburi işburaxmaya görə iddiaçıya əmək haqqı ödənilməlidir. Bununla belə məhkəmə iddiaçının “NORİTAKE brend menecer vəzifəsi üzrə” işə bərpa olunması barədə tələbini əsaslı hesab etmir. Həmin hissədə tələbinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, bundan əlavə işin müəyyən edilmiş hallarına (sosial arayış, ərizə və s.) əsasən, iddiaçının satış agenti üzrə işə qəbul edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin “əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizəni həmin hissələrdə tətbiq edilməsini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin "Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin "d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, göründüyü kimi qanunvericilik tərəfindən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququna riayət etmədən, həmin müddəti ötürmüş, həmçinin iddia müddətinin bərpasına dair ərizə təqdim etməmiş və iddia müddətinin ötürülməsinin üzrlü səbəb olmasının heç cür əsaslandırmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərilmişdir. Deməli, iddiaçı həmin tarixdən iddia müddəti tətbiq olunmayan son bir illik müddət, yəni iddiaçının mediasiyaya müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki bir illik müddət istisna olmaqla, xx.xx.2023-cü il tarixdən əvvəlki dövrə görə yuxarıda qeyd olunan pul tələbləri ilə bağlı iddia irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Həmin xx.xx.2023-cü il tarixdən isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-xx.xx.2023 tarixlərini əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, iddiaçı işdən azad edilən zaman onunla qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmış, qeyd olunan pul vəsaitləri MMC tərəfindən iddiaçıya son haqq-hesab zamanı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı real olaraq əmək haqqını almaqla, o cümlədən əmək haqqının bir qismini nağd bir qismini nağdsız almaqla hüququnun pozulduğunu bildiyi halda, mediasiyaya müraciət etdiyi xx.xx.2024-cü il tarixə qədər hazırki tələblərlə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi cavabdeh MMC tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) "Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia müddəti yuxarıda qeyd olunan müddət üçün ötürüldüyündən iddia tələbi “əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi” hissəsində təmin edilməməlidir. xx.xx.2023-cü il tarixdən isə qeyd olunan iddia tələbi öz təsdiqini tapmadığından, habelə sübuta yetmədiyindən təmin edilməməlidir. Məhkəmə, “şərəf və ləyaqətinin aşağılanması ilə bağlı vurulmuş maddi və mənəvi ziyana görə şirkətdən 200000 manat təzminat məbləği tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qeyri-müəyyəndir. Birincisi ona görə ki, iddiaçı həm maddi həm də mənəvi zərərin əvəzi olaraq 200000 manat pul vəsaitini tələb edir. Lakin hansı məbləğdə maddi hansı məbləğdə mənəvi zərərə məruz qaldığını, ikincisi isə şərəf və ləyaqətinin alçaldılmasının konkret nədə ifadə olunmasını əsaslandırmır. Qanunvericiliyin tələblərinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Belə ki, hazırda iddiaçı cavabdehin hər hansı üsulla onun şərəf və ləyaqətini ləkələməsini, alçaltmasını, şəxsiyyətini təhqir etməsini, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymasını, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməlləri və hərəkətləri etməsini, həmin əməllərin konkret nədə ifadə olunmasını əsaslandırmaqla, belə bir iddia irəli sürməli olduğu halda bunu etməmiş, o cümlədən qeyd olunan hallara dair təkzib edilməz dəlillər təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə, cavabdehin səlahiyyətli şəxslərinin əməllərində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi üçün xüsusi qərardadın çıxarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh şəxsdən 100 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar