Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1509/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X6 ilə iddiaçı arasında 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə Cavabdeh məhkəmənin dəftərxanası vasitəsi ilə bir-neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə iddiaçı Cavabdeh azyaşlı övladları ilə birlikdə mübahisəli evin 108 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X2 övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçıya və 21 saylı notariat kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh övladları ilə birlikdə mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, qalan hissədə iddianın təmin edilməməsi İddiaçı iddiasının isə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olundu. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verdi və kassasiya şikayəti qismən təmin olundu, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edildi və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı. Yenidən İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olundu, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və İddiaçı apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edildi. J.İsmayılov həmin qətnamədən yenidən kassasiya şikayəti verdi, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edildi və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı. Bakı Apellyasiya Məhkəməsinin hazırki qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmadı, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. Mübahisəli mənzil İddiaçı tərəfindən 2009-cu ildə oğlu mərhum X3 adına alınnmış 15 fevral 2018-ci il tarixdə isə oğlu həmin evi İddiaçı bağışlamışdır. Cavabdeh ilə oğlu E,İsmayılov arasında 25 dekabr 2015-ci ildə nikah bağlanmışdır. Yəni mübahisəli mənzil alındıqdan bir il sonra onların arasında nikah bağlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh iddiası qalan hissədə təmin edilməməsi, iddiaçı X1 Cavabdeh qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ Cavabdeh qızma verilmiş, qalan 7/10 hissəsinə İddiaçı mülkiyyət hüququm tanınmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənzilin naturada bölünərək ayrılması əgər bölünmə mümkün olmazsa hərracda satılaraq paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişi 02 iyun 2023-cü il tarixdə imzalanmış və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan tarixdən həmin evin satılması və paylara uyğun bölünməsi ilə əlaqədar dəfələrlə cəhd etsə də bunun qarşısı Cavabdeh tərəfindən qətiyətlə alınmışdır. Məhkəmə qərardadı qəbul edildikdən sonra müəyyən insanlarla əlaqə saxlanılmış və bir neçə müştəri evin 120.000 manata alacağına söz versə də Cavabdeh mənzili 130.000 manata salacağım bildirdi. 130.000 manata müştəri tapıldıqda o, 140.000 manata satacağına söz verdi. 140.000 manata müştəri tapıldıqda isə o mənzili 170.000 manata satacağını bildirdi. İddiaçı bildirir ki, cavabdeh bütün alıcıları geri qaytarır, mənzilə baxmağa imkan vermir, beləliklə də barışıq sazişinin şərtlərinin heç birinə əməl etmir. Barışıq sazişinin bağlandığından və məhkəmə tərəfindən təsdiq edildiyindən 8 ay ötməsinə baxmayaraq sazişin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmişdir. İddiaçı bildirir ki, barışıq sazişinin şərtlərinə əməl olunacağını əsas tutaraq məhkəmənin qərardadından şikayət verməmişdir. Hal-hazırda cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmayacağına inandıqdan sonra İddiaçı məhkəməyə müraciət etmək zərurətim yaranmışdır. İddiaçı bildirir ki, hal-hazırda Səbail rayonu ərazisində yuxarıda qeyd etdiyi ünvanda yerləşən iki otaqlı evdə oğlu ilə yaşayır və həmin ev yaşanılması üçün çox bərbad vəziyyətdədir. İddiaçı mübahisəli evi sataraq başqa yerdə ev almaq fikrindədir, lakin cavabdeh buna mane olduğundan əvvəllər özü tərəfindən alqı-satqı yolu ilə əldə etdiyi mənzilə köçərək yaşamaq istəyir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 108 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)- 4058/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2570/2019 saylı 11 mart 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)-4058/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh iddiasının təmin edilməməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh övladları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilindən çıxarılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4285/2019 saylı qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2570/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 5878/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 105/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlər daxilində təsdiq edilməsi, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü, bu mümkün olmazsa hərracda satılaraq, vəsaitin paylara müvafiq ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Barışıq sazişi: Hazırkı barışıq sazişi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-105/2023 saylı mülki iş üzrə İddiaçı digər tərəfdən Cavabdeh aşağıdakılar barədə razılığa gəldilər:
1. Razılığa gəlirik ki, ünvan 3 ünvanında yerləşən mənzil hərraca çıxarılmadan satılsın və əldə olunan satış pulu paylara müvafiq olaraq bölünsün.
2. Mənzilin satışından əldə olunan vəsait bank depozitindən İddiaçı əldə olunan mənzilin pul vəsaiti payından, Cavabdeh övladları ilə birgə mənzildən tam istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiya olaraq 20000 (iyirmi min) manat Cavabdeh, mənzildən əldə olunan payından başqa əlavə ödənilsin.
3. Mənzilin qiyməti tərəflər arasında bazar qiymətinə uyğun razılaşdıraraq, müştərək qaydada satışa çıxarılır. Müştərilərin evə baxışına Cavabdeh tərəfindən maneəsiz şərait yaradılır.
4. Evin satışı ilə əlaqədar xərcləri İsmayılova Zülqiyyə öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Mülki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 108 saylı mənzilə İddiaçı 7/10 hissədə payı mövcuddur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)-4058/2018 saylı qətnaməsinə əsasən Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqları tanınmış, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı mübahisəli mənzildə pay hüququnun olmasına baxmayaraq, Cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradıldığını, onun mülkiyyətində ola mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmadığını bildirir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.2-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə qeyd olunan hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, həmin mənzildən məhrum edilməsi qanuni olmamışdır. Ona görə də həmin halların mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) məruz qalan şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanuni sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzilin 7/10 hissəsi İddiaçı mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanda yerləşən 108 saylı mənzilə köçürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin olunsun. İddiaçı ünvan 2 ünvanda yerləşən 108 saylı mənzilə köçürülsün. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Solmaz Ədilova