Məhkəmə qərarları › İş №2(005)-151/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-151/2022

21.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-151/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin giriş qapısının açılması” tələbinə dair ilk; iddiaçı Cavabdeh İddiaçı qarşı “pilləkən qəsəfəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilin giriş qapısının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 56, bina 26, mənzil 23-ün giriş qapısının sökülərək təmirdən əvvəlki vəziyyətə qaytarılması, yəni giriş qapısının mənzilin daxilinə açılan formada quraşdırılması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə k. Məh.1969, ev 26, mənzil 22-də yaşayır. Mənzil özünə məxsusdur və 4 nəfərlik ailə üzvləri ilə birgə yaşayır. Qonşu mənzildə, yəni. Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 56, bina 26, mənzil 23-də yaşayan Cavabdeh, təxminən 1 il bundan əvvəl həmin mənzili əvvəlki sahibindən almışdır. Aldıqdan sonra mənzili təmir etməyə başlamışdır. Eyni zamanda mənzilin giriş qapısını dəyişmiş, lakin giriş qapısını dəyişib yenisini quraşdırarkən mənzilin daxilinə açılan qapını elə quraşdırmışdır ki, qapı ümumi istifadələrində olan dəhlizə açıldı. Dəhlizə açılan qapı isə açıq olarkən mənzilinin giriş qapısının önünə açılır və tamamilə qapısını bağlayır. Bu isə mənzilindən rahat istifadəsinin qarşısını alır. Cavabdehə etiraz etmiş və giriş qapısnın açılma vəzziyyətini əvvəlki formasına qaytarılmasını xahiş etmişdir. Xahişi heç bir nəticə verməmiş, əksinə qonşunun kobud ifadələrini eşitmək məcburiyyətində qalmışdır. Bu hal indi də davam etməkdədir və mənzilinizə rahat girib çıxa bilmirlər. Artıq mənzilində yaşayış dözülməz həddə çatmışdır. Hər dəfə qapı açılanda əsəbləriləri korlanır. Cavabdeh öz qapısını əvvəlki vəziyyətdə quraşdırsa heç bir problem də olmazdı. Bir neçə dəfə sahə müvəkkili gəlmiş və yerində baxış keçirmişdir. Haqlı olduğunu söyləsə də, cavabdehə heç bir təsir edə bilməmiş və dözülməz vəziyyət olduğu kimi davam edir. Hazırki durumda qonşusu Cavabdeh ona hörmət bəsləməsindən söhbət belə gedə bilməz. Cavabdehə olunan müraciətlərə baxmayaraq bu halın davam etməsi məhkəməyə müraciət etməkdən başqa yol qoymamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pilləkən qəsəfəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, Məh 1969, bina 26, mənzil 22-nin giriş qapısının bayır hissəsində pilləkən qəfəsində İddiaçı tərəfindən quraşdırılmış dolabların və kənar əşyaların sökülməsi və pilləkən qəfəsinin qeyd olunan yerinin boşaldılması vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı yaşadıqları mənzillərin yerləşdiyi mərtəbədə pilləkən qəfəsindən bir neçə dolab (şkaf) və kənar əşyalar yerləşdirmiş və bununla da ümumi istifadədə olan pilləkən qəfəsində daralmanın, sıxlığın yaranmasına səbəb olmuşdur. İddiaçı qeyd olunan kənar əşyaları heç bir rəsmi icazə almadan qanunsuz olaraq orada yerləşdirilmişdir. Həmin dolablar və kənar əşyalar pilləkən qəfəsindən demontaj olunmalı və polləkən qəfəsi kənar əşyalardan təmizlənməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və hər iki iddia üzrə iddiaçıların məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçılara izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin giriş qapısının açılması” tələbinə dair ilk; iddiaçı Cavabdeh İddiaçı qarşı “pilləkən qəsəfəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar