Məhkəmə qərarları › İş №2(005)-1510/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1510/2020

21.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1510/2020 21.04.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə '‘Azərsu” ASC arasında bağlanmış müqaviləyə (müqavilə № **********390) əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh - Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su təchizatı və kanalizasiya xidmətlərinə görə ayda 10.00 manat məbləğ ödəməli olduğu halda bunu etməmiş və nəticədə 09 dekabr 2019-cu il tarixinə abonentin 686,79 (altı yüz səksən altı manat, yetmiş doqquz qəpik) manat borcu qalmışdır. Ötən illər ərzində "Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2019-cu il tarixində yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də ötən illər ərzində göstərilən xidmətlərə görə çox az ödəniş etmişdir. "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və X1 2.1.9.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutlmuş müvafiq tədbirləri görməlidir. Abonent Cavabdeh adına verilmiş Bakı şəhəri İcra Hakimiyyəti Aparatı, Mənzil Kommunal Təsərrüfat Birliyinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Həsənoğlu küç.,ev 83A, m. 39 ünvanında 1 nəfər pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı suların axıdılması xidmətləri üzrə istehlakşı qrupların və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli Qərarın 4 bəndinə əsasən görə sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 nəzərdə tutulmuşdur. 1 kub.m x 0,50 qəp. X 5 kub.m. = 2.50 manat. 2.50 man. X 4 nəfər = 10.00 manat ayda cəmi: 10.00 manat Qeyd edilənləri nəzərə alaraq, cavabdeh - Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 686,79 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 716,79 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cavabdeh abonent kartından görünür ki, 2015-2019-cu il tarixlər üzrə 686,79 manat məbləğində borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli İddiaçı ASC-nin xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 7 iş günü ərzində borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdehin İddiaçı ASC-nə sudan istifadəyə görə 686,79 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2.-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə və X1 2.1.0.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 686,79 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 686,79 (altı yüz səksən altı manat yetmiş doqquz qəpik) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar