Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1514/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx" İdarə Heyəti) qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.12.1990-cı il tarixdən Azərittifaqın X2 X6 müəssisəsində direktor vəzifəsində işləməsi və 1995-ci il tarixdə də həmin vəzifədən azad edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 01.12.1987-ci ildə Maştağa sovxozu fəhlə kooperativinin 2 №-li Çörək qənnadı sexinə bişirici usta vəzifəsinə qəbul edilmişdir (01.12.1987: 248 №-li Qərar, əmək kitabçası səh.18). "xxxx"ın 9 F №-li 10.10.1989-cu il tarixli əmri əsasında köçürmə yolu ilə Təssərrüfat hesablı Maştağa çörəkxanasının Zabrat çörəkxanasının sahə ustası vəzifəsinə qəbul edilmişdir. (Əmr № 3: 10.07.1990-cı il: əmək kitabçası səh.24). 06.12.1990-ci il tarixdə Azərittifaqın X2 X6 müəssisəsinə direktor vəzifəsinə təyin edilmiş, (06.12.1990-cı il tarixli 223-k №-li Əmr: əmək kitabçası səh.26), həmin vəzifəni 1995-ci ilədək icra etmiş, lakin əmək kitabçasında işdən azad olma qeydi aparılmamışdır. Bu səbəbdən "xxxx"ın rəhbərliyinə müraciət edərək, Zabrat çörəkbişirmə müəssisəsinin direktoru vəzifəsindən azad edilməsi ilə əlaqədar qeydin əmək kitabçasına yazılaraq təsdiq edilməsi üçün səlahiyyətli şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Müraciətə əsasən, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, "xxxx" 26 may 2021-ci il tarixli AAŞ-/30 №-li məktubu ilə, Azərittifaqın Sənaye müəssisələri istehsalat birliyinin və onun tabeliyində olan Zabrat çörəkbişirmə müəssisəsinin 1990-1995-ci illərin sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyinə istinad edərək, onun həmin təşkilatda müəssisənin direktoru vəzifəsindən nə vaxt azad edilməsi barədə heç bir məlumat olmadığı üçün qeydiyyat apara bilmədiklərini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx" İdarə Heyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə bildiriş göndərilmiş, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onunla birgə eyni mmüəssisədə işləmişdir, özü isə 01.09.1993-cü il tarixdən 25.11.1994-cü il tarixədək X1 Müəssisələri Birliyində baş direktor müavini vəzifəsində işləmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onunla birgə eyni mmüəssisədə işləmişdir. Özü də 21.02.1994-cü il tarixdən 01.12.2006-cı il tarixədək X1 Müəssisələri Birliyində baş mühasib vəzifəsində işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx" İdarə Heyəti tərəfindən Ərizəçi ünvanlanmış 26.05.2021-ci il tarixli məktubda qeyd etmişdir ki, Azərittifaqın Sənaye müəssisələri İstehsalat Birliyinin və onun tabeliyində olmuş Zabrat çörəkbişirmə müəssisəsinin 1990-1995-ci illərin sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi uçün Axund-zadə Nadir Nərimən oğlunun Zabrat çörəkbişirmə müəssisəsinin direktoru vəzifəsindən nə vaxt azad edildiyi barədə qeydiyyat apara bilmədiklərini bildirmişlər; Ərizəçi aid əmək kitabçasının surətindən görünür ki, o, 09.07.1990-cı ildən müxtəlif vəzifələrdə olmaqla "xxxx" İdarə Heyətində işləmişdir. X5 aid əmək kitabçasının surətindən görünür ki, o, 25.11.1994-cü ildən hal-hazıra kimi "xxxx" İdarə Heyətində işləmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx" İdarə Heyəti tərəfindən verilmiş arayışa əsasən X7 21.02.1994-cü il tarixdən (sərəncam K-20) 01.12.2006-cı il tarixədək (sərəncam K-106) X1 Müəssisələri Birliyində baş mühasib vəzifəsində işləmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx" İdarə Heyəti tərəfindən verilmiş arayışa əsasən X8 01.09.1993-cü il tarixdən (sərəncam K-494) 25.11.1994-cü il tarixədək (sərəncam K- 435) X1 Müəssisələri Birliyində baş direktor müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mülki işin materiallarından görünür ki, Ərizəçi qeydin əmək kitabçasına yazılaraq təsdiq edilməsi üçün səlahiyyətli şəxslərə müraciət etmiş, lakin ərizəçiyə 1990-1995-ci illərin sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyinə görə imtina cavabı gəlmişdir. Buna görə də ərizəçi haqlı olaraq 06.12.1990-cı il tarixdən Azərittifaqın X2 X6 müəssisəsində direktor vəzifəsində işləməsi və 1995-ci il tarixdə də həmin vəzifədən azad edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Onun 06.12.1990-cı il tarixdən 1995-ci ilədək olan dövrdə Azərittifaqın X2 X6 müəssisəsində işləməsi şahid ifadələri və həmin idarədə qeyd olunan dövrdə çalışan şəxslərin - X7, X3 əmək kitabçaları ilə öz təsdiqini tapmışdır. Ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada əldə etməsi mümkün olmamış, çünki ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Ərizəçi 06.12.1990-cı il tarixdən 1995-ci ilədək olan dövrdə Azərittifaqın X2 X6 Müəssisəsində direktor işləməsi faktını şahid ifadələri ilə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, Ərizəçi 06.12.1990-cı il tarixdən 1995-ci ilədək olan Azərittifaqın X2 X6 müəssisəsində direktor vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 06.12.1990-cı il tarixdən 1995-ci ilədək olan dövrdə "xxxx"ın X2 X6 Müəssisəsində direktor vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1514/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1514/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver