Məhkəmə qərarları › İş №2(005)-1520/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1520/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1520/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Eyvazova Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Eyvazova Cavabdeh qarşı mənzildən istifadəyə görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Eyvazova Cavabdeh qarşı mənzildən istifadəyə görə pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən keçmiş gəlini Eyvazova (Musayeva) Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, cavabdehə məxsus cehiz, əşyalarının mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi 53 kv.m. olan, köməkçi sahəsi 94.7 kv.m olan 3 otaqlı mənzildən siyahıya alınaraq cavabdeh şəxsin hesabına məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul olunması xahiş olunmuşdur. Musayeva Cavabdeh isə ona və oğlu X2 qarşı cehiz və qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-266/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi 53 kv.m olan, köməkçi sahəsi 94.7 kv.m olan 3 otaqlı mənzildən cavabdehin hesabına çıxarılması və qarşılıqlı iddia qismən təmin edilərək, cavabdehə məxsus - yataq otağı mebeli, şifoner, taxt, termo, 2 tumboçka; pakrıvallar 6 ədəd; çay dəsmalı 10 ədəd; əl - üz dəsmalı 10 ədəd; can dəsmalı 6 ədəd; pastel dəstləri; yorğan döşək dəsti; 1 taxt döşəyi, 1 yorğan 2 yastığı, 2 döşok (tək), 2 yorğan (tək) 2 ədəd yastıq; çilçiraq, pərdə yataq otağı, 1 tül, 2 yan pərdə; noçnik, xalça (yataq otağı tiçün); kondisioner; tv LG (rəqəmsal), soyuducu hitaçi; paltaryuyan; qabyuyan; qaz sobası; mikrovolnovka ( evrolux); çaydan fermos çaynik (tcren); ət çəkən; şirəçəkən; blender; nicer - dicer salat üçün; kələm doğrayan; tozsoran; beqovoy; massajkin; divan l ədəd; kreslo 2 ədəd; xalça 3x5 ölçülü; pərdə, 2 tül, 2 parçası; bagemo naboru; 6 bokal, 6 qaşlı bokal, 6 xrustal bokal, 6 zərli; meyvə qabı 2 ədəd; 3 mərtəbə çərəz qabı; 1 qrafin qaşlı, 6 bokal, fincan naboru, qırmızı çaşka, ağ nəlbəki, meyvə qabı, sadə meyvə qabı 6 ədəd, xrustal stəkan 3 bağlama, 2 bağlama qaşlı armudu stəkan; qaşıq naboru, çemodan 12 ədədlik, mürəbbə qabı 3 bağlama; fincan naboru 2 ədəd güllü fincan, 6 ədəd qızılgüllü fincan, çərəz qabı, qaşlı fincan naboru, mürəbbə qabı, mücrü, güral qabları nahar servizi 56 bağlama; madonna 1 bulud, 6 boşqab, madonna boz rəngli 6 nəfərlik 18 parça; 2 ədəd qəhvəyi fincan, nəlbəki; güllü şirə stəkanı 6 ədəd, bir bakal, 6 ədəd güllü stəkan; süfrələr; bıçaq naboru, podnos dəmiri, blinçik tavası, kapron 2 qab, duz qabı qırmızı qara; qazan dəsti; süd bişirən, mantı qazanı, qazan boz dəst, metallik - tava 2 ədəd, qazan sous, dolma qazanı, dördkünc peç üçün tavası, qaşıqları; televizor altlığı, suvenir at; divan və kreslonun üstü; uşaq çarpayisi, uşaq vannası, uşaq vedrəsi, kruşkası, balaca vannası, ayaqqabı ( köhnə 1 ədəd) sapaçki ; sumka 3 ədəd; kosmetika qabi 2 ədəd; jilet 2 ədəd; gecə paltarı 1 ədəd; saş ütüsü 1 ədəd; duxi - 2 ədəd (şanel, million ); eynək 2 ədəd; kosmetikalar İddiaçı və X1 alınaraq Musayeva Cavabdeh qızma verilməsi, cavabdeh Musayeva Cavabdeh məxsus qızıl zinət əşyaları- 1 cüt sırğa, 1 qolbag, 1 boyunbagi, 1 üzük 750 əyyarlı ( dəyəri 4.500 manat); 1 ədəd nişan üzüyü 750 əyyarlı, (dəyəri 1500 manat) İddiaçı və X1 alınaraq Musayeva Cavabdeh verilməsi, yuxarıda göstərilən qızıl zinət əşyalarından hər hansı biri mövcud olmadıqda, onların dəyərinin cavabdehlər İddiaçı və X1 alınaraq iddiaçı Musayeva Cavabdeh verilməsi qərara alınmış, qalan hissədə qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-5516/2019 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək qarşılıqlı iddia üzrə cavabdehlərdən əlavə qızıl zinət əşyalarının da tutulması qət olunmuşdur. Hal-hazırda hesab edir ki, yuxarıda qeyd olunan əşyaların ona məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən evində saxladığı üçün cavabdeh Musayeva Cavabdeh 6750 (altı min yeddi yüz əlli) manat saxlama haqqının tutulması barədə qətnamə qəbul olunmalıdır. Belə ki, həmin əşyalar onun şəxsi əmlakı olmasına baxmayaraq, oğlu X3 ilə arasında bağlanmış nikah pozulduqdan sonra da əşyalar iddiaçının evində qalmışdır. Həmin əşyaların evində olmasını həmçinin Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunan xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli aktlar da təsdiq edir. İcra orqanının siyahısından da göründüyü kimi, həmin əşyaların istifadəsinə xx.xx.2018-ci il tarixdən məhkəmə qərarı ilə qadağa qoyulmuş və hazırki vaxtdadək ona məxsus evində saxlanmaqdadır. Sonuncu dəfə əşyaların qaytarılması ilə bağlı icraçı məmuru əşyaların cavabdehə verilməsi ilə bağlı gəldikdə, sonuncu heç bir əsaslı səbəb olmadan onları götürməkdən imtina etdi. Artıq 2 ildən çoxdur ki, cavabdehin əşyaları onun evindədir və cavabdeh onları oradan çıxarmaq istəmir, iddiası isə evindən istifadə edə bilmir. Buna görə də hesab edirəm ki, evimi məşğul etdiyinə görə və faktiki saxlanc kimi istifadə etdiyinə görə cavabdehədən bununla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsəi ərazsində evlərin orta aylıq kirayə haqqı məbləğində pul tutulmalıdır. Evlərin alğı-satqısı və icarəyə verilməsi ilə məğul olan X4 tərəfindən verilmiş arayışa əsasən həmin ərazidə iki otaqlı mənzilin aylıq ortalama kirayəsi 200-250 manat təşkil edir. İddiaçının mənzili isə, tam təmirli mənzildir və hesab edir ki, hər saxlanc kimi istifadə etdiyi aya münasibətdə 250 manat pul tutulmalıdır. Bu isə yuxarıda qeyd etdiyi 6750 (altı min yeddi yüz əlli) manat edir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi 53 kv.m olan, köməkçi sahəsi 94.7 kv.m olan ona məxsus 3 otaqlı mənzildə cavabdeh Eyvazova (Musayeva) Cavabdeh əşyalarının saxlanmasının əvəzi olaraq, cavabdehdən 6750 (altı min yeddi yüz əlli) manat saxlama haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh Eyvazova Cavabdeh məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yaşayış sahəsi 52,0 kvm, köməkçi sahəsi 94,7 kvm, 3 otaqdan ibarəy yaşayış evinin bir hissəsi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)-5516/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-266/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilməsi, İddiaçı və X1 1) Dəst: 1 cüt sırğa, 1 qolbağ, 1 boyunbağı, 1 üzük- 750 əyarlı, 23-25 qram, 1,5-2 karat brilyant, qiyməti- 3500 manat; 2) 1 nişan üzüyü- 750 əyarlı, 0,30-0,40 karat brilyant qaşlı, qiyməti- 750 manat olmaqla qızılzinət əşyaları, əgər naturada həmin əşyalar olmasa onların hər birinin dəyəri, ümumilikdə, 4250 (dörd min iki yüz əlli) manat alınaraq iddiaçı Musayeva Cavabdeh verilməsi, cavabdeh Musayeva Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin onların apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan evlərin alqı-satqısı və kirayə verilməsi mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Abşeron rayonu, Masazır kəndində 2 otaqlı mənzilin kirayə haqqı hazırki bazar qiymətləri ilə 200-250 manat təşkil edir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsasını təşkil edən halları məhkəmədə sübuta yetirə bilmədiyindən, cavabdehdən iddiaçınını xeyrinə pul məbləği tutula bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Eyvazova Cavabdeh qarşı mənzildən istifadəyə görə pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Eyvazova Cavabdeh qarşı mənzildən istifadəyə görə pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar