Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1525/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03/K saylı 05 yanvar 2023-cü il tarixli əmrini etibarsız hesab edib işə bərpa edilməsi, işləmədiyi müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixli 23/k saylı əmrlə Azərbaycan Respublikası Nəqliyyat nazirliyinin "Avtonəqlıyyatservıs Departamentinin Daşımaların tənzimlənməsi idarəsinin beynəlxalq daşımaların tənzimlənməsi şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-cı tarixli 3/k saylı əmrlə tutduğu vəzifədən azad edilərək həmin tarixdən lizensiyalaşdırma və fərqləndirmə nişan arının rəsmiləşdirilməsi xidmətinin lisenziyaya və fərqlənmə nişanlarının alınmasına cəlbetmə və nəzarət şöbəsinin avtobusla sərnişin daşımalar üzrə lisenziya və fərqlənmə nişanlarının alınmasına cəlb etmə və nəzarət bölməsində müfəttiş vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-c tarixli 56/k saylı əmrlə tutduğu vəzifədən azad edilərək həmin tarixdən lisenziyalaşdırma və fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinin lisenziyaya və fərqlənmə nişanlarının alınmasına cəlbetmə və nəzarət şöbəsinin yükdaşımalar üzrə lisenziya və fərqlənmə nişanlarının alınmasına cəlb etmə və nəzarət bölməsində müfəttiş vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 105/k saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək həmin tarixdən LFNRX-nin Yükdaşımalar üzrə lisenziya və fərqlənmə nişanlarının rəsmiləşdirilməsi və alınmasına cəlbetmə və nəzarət şöbəsində müfəttiş vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixli 42 nömrəli qərara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildiyi üçün tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2012-ci il tarixli 133/k saylı əmrlə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Avtomobil Yükdaşımalarının təşkili “Məhdud Məsuliyyətli Cəmiyyətinin" Yükdaşımaları üzrə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixli 02/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən (öz istəyim ilə) tutduğu vəzifədən azad edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-ci il tarixli 175/k-ş/h saylı əmrlə Avtomobil Nəqliyyatı ilə Daşımaların “Təşkili" MMC Regional qurumlarla iş şöbəsinin fərqlənmə nişanlarına cəlbetmə bölməsinin 0.5 ştat vahidi ilə mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-ci il tarixli 3801/h saylı əmrlə Fərqlənmə nişanlarına cəlbetmə və rəsmiləşdirilməsi şöbəsinin Qeyri-müntəzəm və yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin 0,5 ştat vahidi ilə böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli №16-ş/n saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən emək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli N17-ş/h saylı əmrlə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Avtomobil Xidmətinin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC Yükdaşımaların tənzimlənməsi şöbəsinə Yük daşımaları üzrə fərqlənmə nişanlarının cəlbetmə bölməsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin "işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə cavabdehin xx.xx.2022-ci il tarixli Ə-58(X)Ə saylı xəbərdarlıq məktubu ünvanına daxil olmuşdu. Həmin məktuba cavab olaraq bildirmişdir ki, iddiaçı 2005-ci ildən “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fəqrlənmə nişanlarına cəlb etmə bölməsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Himayəsində xx.xx.2006-cı il təvəllüdlü Ləman və xx.xx.2008-ci il təvəllüdlü Ziya adında uşaqları vardır. Həyat yoldaşı X1 evdar qadındır. Uşaqları Xətai rayonu 171 saylı orta məktəbdə təhsil alırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər göstərilmişdir, öhdəsində iki və daha çox uşağı olanlar işdə saxlanmağa hüququ olan şəxs sayılır. Göstərilənləri nəzərə alaraq iddiaçını işdə saxlamağı xahiş etmişdi. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin "Avtomobil Nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradıldığı və 8 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanla nizamnaməsinin təsdiq edildiyi, sözügedən Fərmanların icrası olaraq,"xxxx" MMC üzrə işçilərin sayının və ştatların ixtisarının zərurətinin yarandığını, iddiaçının tutduğu YÜK daşımalarının tənzimlənməsi şöbəsinin yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin aparıcı mütəxəssisi" vəzifəsi ixtisara düşdüyündən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müvafiq əsasla ləğv ediləcəyi barədə xx.xx.2022-ci il tarixində 9 təqvim həftəsi öncədən iddiaçıya rəsmi xəbərdarlıq göndərildiyi, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutumuş üstünlük hüququna ixtisarı nəzərdə tutulmuş ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olan əməkdaşlardan “öhdəsində 2 və da çox 16 yaşınadək uşağı olanlar"ın malik olduğunun müəyyən edildiyi, sözügedən maddənin birinci hissəsinə uyğun olaraq işçilərin peşəkarlıq səviyyəsi işəgötürən tərəfindən müəyyən edildiyindən və ixtisar zamanı müvafiq vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasına üstünlük verildiyindən öhdəsində 2 və daha çox 16 yaşınadək uşağının olmasını qeyd etdiyi hala aid olmadığını göstərmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b bəndini, 83-cü maddəsinin 2-ci hissəsini, 84-cü maddəsini, AR Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini rəhbər tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsini özünün 03/k saylı 05 yanvar 2023-cü il tarixli əmri ilə 05 yanvar 2023-cü il tarixdən “işçilərin sayı və ya ştatların ixtisarı" ilə əlaqədar ləğv etmişdir. Hesab edir ki, əmr etibarsız hesab edilməli və iddiaçı qeyd edir ki, işdə aşağıdakılara görə saxlanılmalıdır: Nəzərə almaq lazımdır ki, işçilərin sayının ixtisarı və ştatların ixtisarı fərqli anlayışdır. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda “Avtomobil Nəqliyyatı ilə Daşımaların təşkili" MMC üzrə işçilərin sayının və ştatların ixtisarının zərurəti yarandığını, iddiaçının tutduğu YÜK daşımalarının tənzimlənməsi şöbəsinin yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin" aparıcı mütəxəssisi" vəzifəsinin ixtisara düşdüyünü göstərmişdir. Bu da "aparıcı mütəxəssis" vəzifəsinin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması deməkdir. Bu halda əmrdə "işçilərin sayının ixtisarı” yazılması düzgün deyil. Bundan başqa ixtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, İşdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd. İşəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilir. Bundan sonra işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi aparılaraq rəsmiləşdirilir. Əmrdə İşəgötürənin hüquqi ünvanı, əmri imzalayanın ata adı, əmrin hansı rəsmi sənədlərə əsasən verildiyi göstərilməmişdir. Həmin maddənin 3-cü hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmrin təsviri hissəsində “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci bəndinə istinad edilmişdir. Həmin Fərmanda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servıs"xxxx"1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi", “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi", ‘3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi", “1 saylı Gəncə Regional Nəqliyyat"xxxx"2 saylı Quba Regional Nəqliyyat", “3 saylı Şirvan Regional Nəqliyyat"xxxx"4 saylı Lənkəran Regional Nəqliyyat', “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat", “7 saylı Göyçay Regional Nəqliyyat", “8 saylı Sumqayıt Regional Nəqliyyat"xxxx"9 saylı Ucar Regional Nəqliyyat", “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat", “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat"xxxx"14 saylı Şamaxı Regional Nəqliyyat"xxxx"15 saylı Mingəçevir Regional Nəqliyyat" məhdud məsuliyyətli cəmiyyətlərinin, Azerbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi" məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradıldığı, Fərmanın 8-ci bəndində Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların öz fəaliyyətini davam etdirmələri göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrinin əmrin məzmununa daxil edilməsi əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan digər rəsmi sənədlər barədə isə əmrdə məlumat yoxdur. Əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun deyil. Cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsi yoxlanılmamış, müvafiq işə keçirilməyi imkanı araşdırılmamışdır. Cavabdehin iddiaçını işdən çıxarması nəticəsində işsiz qalmışdır, bu da özünün, ailəsinin rifahına və inkişafına, mənfi təsir göstərir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiklərini aşağıdakılara görə əsassız və qanunsuz hesab edir. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi Azərbaycan Respublikası “Əmək Məcəlləsinin” 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilmələri də qeyd edilmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına əsasən Əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir. İddiaçının şəxsi işindən göründüyü kimi, iddiaçı xx.xx.2018-ci ildə son vəzifəsinə, yəni "xxxx" MMC-nin Yük daşımaları tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlanna cəlbetmə bölməsinin aparıcı mütəxəssisi ştatında müddətli müqavilə ilə yarım ştat olaraq isə başlamış, xx.xx.2018-ci il tarixdə isə müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edərək qeyd edilən vəzifəyə onu müddətli müqavilə əsasında tam ştata qəbul edilməsini xahiş edərək qeyd edilən ştata tam ştatlı işçi olaraq işə qəbul edilmişdir. Onun əmək müqaviləsinə müvafiq qeyd edilmişdir. İddiaçının şəxsi işinə baxdıqda müəyyən edilir ki, 08 oktyabr 2021-ci il və 24 dekabr 2021ci il tarixində işlədiyi müəssisədə intizam qaydalarını pozduğuna görə ona müəssisənin rəhbərliyi tərəfindən yazılı surətdə xəbərdarlıq edilmişdir. Bildirmək istəyirlər ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanın 1-ci bəndinə əsasən (bundan sonra-Fərman) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksəx Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Ləqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi", "xxxx", “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat", “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Səki Regiora! Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat’, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovjz Regior al Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat” 14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir müavinin 1 -3-104/11329- 22 nömrəli 05 noyabr 2022-ci il tarixli məktubu ilə ixtisar ediləcək işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar işdən azad ediləcək əməkdaşların siyahısını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə təqdim edilmişdir. "xxxx" MMC-nin (bundan sonra-Cəmiyyət) baş direktoru tərəfindən həmin MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanan 12 oktyabr 2022-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanına əsasən Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar əməkdaşların əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisarı nəzərdə tutulmuş əməkdaşların siyahısı təqdim edilməklə həmin Məcəllənin 80-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə münasibət bildirilməsi xahiş edilmişdir. Cəmiyyətin Həmkarlar İttifaqından Cəmiyyətin baş direktoruna ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş protokoldan göründüyü kimi, Cəmiyyətin Həmkarlar İttifaqı əməkdaşların Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən 18 oktyabr 2022-ci il tarixdə təsdiq edilmiş Agentliyin strukturundan göründüyü kimi, orada ləğv edilmiş "xxxx" MMC-nin Yük daşımaları tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin böyük mütəxəssisi ştatı yoxdur. Göründüyü kimi, məhz Agentliyin ştat cədvəli təsdiq edilməklə ölkə Prezidentinin fərmanına əsasən fəaliyyətlərini dayandırmış müəssisələrin ştatları, o cümlədən də iddiaçının ştatı ixtisara düşmüşdür və məhz bu səbəbdən İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ləğv edilmişdir. Bu zaman Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin tələblərinə tam riayət edilmiş, o cümlədən iddiaçıya xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə məktub ünvanlanmış, həmçinin işçinin əmək müqaviləsi ləğv edilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının bu barədə qabaqcadan razılığı alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tanxli 1463 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Fərmanda qeyd edilən müəssisələrin yerində Agentlik yarandığından məhz həmin qurum iddiaçı ilə əmək müqaviləsinin ləğv etmişdir. Onu da qeyd edirlər ki, iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hər-hansı bir hal yoxdur. İddiaçı iddia ərizəsində himayəsində xx.xx.2006-cı il təvəllüdlü Ləman və xx.xx.2008-ci il təvəllüdlü Ziya adlı uşaqlarının olmasını qeyd edərək, Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad edərək özünün işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs olmasını bildirmişdir. Bununla əlaqədar onu qeyd edirlər ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Göründüyü kimi, qanunverici işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları struktur bölmələri ləğv etmək” işəgötürənin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Hazırkı mübahisənin hallarından da görünür ki, iddiaçının işlədiyi Cəmiyyət fəaliyyətini dayandırmış, onun işlədiyi vəzifə ştatı isə yeni yaradılmış qurumda nəzərdə tutulmayaraq ümumiyyətlə ləğv edilmişdir. Məhz bu səbəbdən həmin ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da yoxdur. Onu da qeyd edirlər ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş və iş stajına uyğun olaraq işdənçıxma müavinəti ödənilmişdir. Göründüyü kimi, cavabdeh əmək qanunvericiliyinə riayət etməklə iddiaçının əmək müqaviləsini ləğv etmişdir. İddiaçının ƏM 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onun bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlilləri formal mülahizələrdən ibarətdir, həmin dəlilləri təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi "işçilərin sayı və ya ştatların ixtisarı" ilə əlaqədar ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, Cəmiyyətlə Sizin aranızda bağlanmış əmək müqaviləsi üzrə əmək stajınıza uyğun olaraq əmək müqavilənizə müvafiq əsasla xitam verilməzdən əvvəl rəsmi xəbərdarlıq edilmə müddəti 9 (doqquz) təqvim həftəsi müəyyən edilmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə, bir iş günü əmək funksiyanızın icrasından azadsınız. Xəbərdarlıq müddəti ərzində əmək qabiliyyətinizi müvəqqəti itirdiyiniz halda, bu barədə işəgötürəni yazılı məlumatlandırmağınız tələb olunur. Bildirilir ki, işdənçıxma müavinəti ilə yanaşı, Sizin razılığınız ilə qanunvericiliklə müəyyən edilmiş 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli bir dəfəyə ödənilməklə müvafiq əsasla əmək müqavilənizə xitam verilə bilər. Xəbərdarlıq müddəti ərzində əmək müqavilənizə xitam verilərsə, nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sizin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığınız işdə saxlanılmağınıza köməklik göstərilməsi barədə 11 noyabr 2022-cı il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi i!ə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra qurumların, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun tabelıyındəki digər qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmış və 8 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanla nizamnaməsi təsdiq edilmişdir. Sözügedən Fərmanların icrası olaraq, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili’ Məhdud Məsuliyyətli Cəmiyyəti uzrə işçilərin sayı və ştatların ixtisarı zərurəti yaranmışdır. Belə ki, sizin tutduğunuz Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin "aparıcı mütəxəssisi' vəzifəsi ixtisara düşdüyündən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b bəndinə əsasən sizinlə bağlanmış əmək müqaviləsinin müvafiq əsasla ləğv ediləcəyi barədə 03 noyabr 2022-ci il tarixində 9 (doqquz) təqvim həftəsi öncədən rəsmi xəbərdarlıq göndərilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş üstünlük hüququna ixtisarı nəzərdə tutulmuş ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olan əməkdaşlardan "öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların malik olduğu müəyyən edilmişdir. Sözügedən maddənin 1-ci hissəsinə uyğun olaraq işçilərin peşəkarlıq səviyyəsi işəgötürən tərəfindən müəyyən edildiyindən və ixtisar zamanı müvafiq vəzifələr üzrə əmək funksiyasının icrası uçun tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasına üstünlük verildiyindən, öhdənizdə iki və daha çox 16 yaşınadək uşağınızın olması qeyd etdiyiniz hala aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC-nin baş direktoru Natiq Dadaşovun "xxxx" MMC-nin həmkarlar İttifaqı komitəsinin sədri Mübariz Namazəliyevə ünvanladığı təqdimatıda AR Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliiyi publik hüquqi şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin əməkdaşlarının əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi zərurəti yarandığı bildirilib və bunları nəzərə alaraq ixtisarı nəzərdə tutulan işçilərin siyahısının təqdim edilməsi və müəyyən olunmuş müddətdə münasibət bildirilməsi xahiş olunub. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli protokolundan müəyyən olunur ki, AR Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada işçilərin hüquqlarının təminatı prinsiplərinə əməl edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sədrinin 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il oktyabr tarixli 1463 nömrəli Fərmanının 1 -ci və 8-ci hissələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsi “05” yanvar 2023-cü il tarixindən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturunun, işçilərin say həddinin və əməkhaqlarının (vəzifə maaşının, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi barədə Nazirin əmrinin çıxarışından görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturu təsdiq edilməsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işçilərinin əməkhaqlarının (vəzifə maaşının, mükafatların və digər ödənişlərin) məbləği təsdiq edilməsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işçilərinin say həddi 421 ştat vahidi, aylıq əməyin ödənişi fondu 482,360.00 (dörd yüz səksən iki min üç yüz altmış) manat müəyyən edilməsi, Maliyyə, İnsan resurslarının idarə edilməsi şöbələri və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu Əmrdən irəli gələn məsələlərin həllini təmin edilməsi, sənədlərlə və müraciətlərlə iş şöbəsi bu Əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan 10 saylı Mediasiya Təşkilatının İMS-də İştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinin nümayəndəsi İMS-də iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hisslələrinə əsasən bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq işdən xaric edildiyini, cavabdehlə olan əmək müqaviləsinə onun razılığı olmadan qanuna zidd olaraq xitam verildiyini, onun işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs olduğunu, cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılmadığını, müvafiq işə keçirilməyi imkanının araşdırılmadığını, işçilərin sayının ixtisarı və ştatların ixtisarının fərqli anlayış olduğunu bildirmişdir, lakin işin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların, xx.xx.2023-cü il tarixli 03/K nömrəli əmrin etibarsız hesab edilməsinə əsas vermədiyi işin tədqiq olunan hallarına əsasən, öz təsdiqini tapmışdır. Belə olanda məhkəmə hesab edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxmasına əsas olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmrinin qanuniliyi yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, cavabdehlə olan əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmadığı müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, əmrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Məlum olduğu kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır. Bundan başqa, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsində göstərilmiş qaydada xəbərdarlıq edilmiş, iddiaçı xəbərdarlıqla tanış edilmiş, həmin maddənin 3-cü hissəsində göstərilmiş qaydada iddiaçıya işdənçıxma müavinəti verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İddiaçının cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılmaması, müvafiq işə keçirilməyi imkanının araşdırılmadığı ilə bağlı dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Belə olanda cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçinin müəyyən edilməsi sərbəstliyi olmuş, yəni bundan ötrü hər hansı araşdırmaların aparılmalı olması əmək qanunvericiliyində mütləq, imperativ norma kimi təsbit edilməmiş, o cümlədən qanunvericilikdə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsi qeyd edilmişdir. Bununla yanaşı iddiaçının “işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs” olması dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ƏM-nin 78.2-ci maddəsinin tələbləri iddiaçı tərəfindən düzgün təfsir olunmamışdır. Belə ki, sözügedən normadakı “öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan” müddəası işçinin hər bir halda işdə saxlanılmasında üstünlük hüququnun olması demək deyildir. Həmin normaya əsasən, qanunverici işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, işəgötürənə ƏM-nin 78.2-ci maddəsində sadalanan halları seçmək imkanını nəzərdə tutmuşdur. Belə olduğu halda isə iddiaçı özü ilə eyni ixtisas (peşə) və ya peşəkarlıq səviyyəsinə malik olan işçiyə münasibətdə onun öhdəsində iki azyaşlı övladının olmasına baxmayaraq, işəgötürən tərəfindən məhz özünün deyil, digər işçinin işdə saxlanılmasına istinad etmir, buna dair müvafiq sübutlar təqdim etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Eyni zamanda iddiaçı o hala istinad edir ki, 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmri verilərkən, işçilərin sayının ixtisarı və ştatların ixtisarının fərqli anlayış olmasının nəzərə alınmamış, əmrdə işəgötürənin hüquqi ünvanı, əmri imzalayanın ata adı, əmrin hansı rəsmi sənədlərə əsasən verildiyini göstərilməmişdir. Bununla bağlı olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinə qarşı sözügedən hallara istinad edərək, qanunvericiliklə müəyyən edilmiş prosedurlara əməl edilməklə, verilmiş əmrin etibarsız hesab edilməsi üçün hazırki halda əsaslı dəlil hesab oluna bilməz. Nə qədər ki işəgötürən mübahisələndirilən əmrin verilməsində qanun pozuntusuna yol verməmişdir, yuxarıda sadalanan nöqsanlar həmin əmrin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Belə ki, həmin sadalanan nöqsanlar o halda əmrin etibarsızlığına səbəb ola bilərdi ki, işəgötürən ümumiyyətlə işçi ilə əmək münasibətlərinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin normalarını kobud şəkildə pozmuşdur, yəni iddiaçının tələblərinə baxılarkən, bütün sadalanan hallar bütünlüklə qarşılıqlı təhlil edildikdən və hüquqi qiymət verildikdən sonra məhkəmə tərəfindən kobud pozuntu kimi qəbul edilə və müvafiq əmr etibarsız hesab edilə bilərdi. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1525/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1525/2023
11.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver