Məhkəmə qərarları › İş №2(005)-153/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-153/2022

21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-153/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Ərizəçi X3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, X6 xx.xx.1948-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Bunu təsdiq edən sənədlərim vardır. X5 milliyəti azərbaycanlıdır. X2 milliyəti azərbaycanlıdır. X1 doğum haqqında şəhadətnaməsi vardır. Onun doğumu da Ağcabədi rayonunda qeydə alınmış, ala qrafasında X9, ana qrafasında isə X7 qeyd olunmuşdur. O, 1968-ci il tarixdə ailə qurduqdan sonra ailəsi ilə birlikdə Özbəkistan Respublikasına getmiş və 2007-ci il tarixədək orada yaşamışdır. Özbəkistan Respublikasında olarkən müxtəlif şəhərlərdə yaşamışdır. Həmin müddətdə doğum haqqında şəhadətnaməmin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, onun, yəni xx.xx.1948-ci ildə Ağcabədi rayonunda anadan olmuş X3 xx xxxxxx 1948-ci ildə Ağcabədi rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X10, ana qrafasında isə X7 qeyd edilməlidir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Maraqlı şəxs 10.09.2021-ci il tarixli, AZ-İİ seriyalı, 194351 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 03.09.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 2021-ci ilin 09 ayının 09 günündə 1018 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin 05.01.2022-ci il tarixli 05/9468-11 №-li məktubundan görünür ki, “elektron notariat” informasiya sistemində 30.12.2021-ci il tarixədək aparılmış araşdırma nəticəsində Ərizəçi adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi X6 öldüyündən və hüquqi varisi müəyyə edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə Hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən- barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ərizəçi X3 ölümü ilə bağlı işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar