Məhkəmə qərarları › İş №2(005)-1538/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1538/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1538/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydlərinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydlərinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx xxxxxx 1985-ci il tarixdə və Ərizəçi2 isə xx xxxx 1986-cı il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğumun qeyd edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, ərizəçilər bacı-qardaşlar olmaqla, Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə, Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə və Ərizəçi3 isə xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuşlar. Atası X8 xx xxxx 1963-cü il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuşdur. Anası X9 xx xxxx 1962-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. 1988-ci ilin sonlarında məlum hadisələrlə əlaqədar (Ermənistandan Azərbaycan əsilli şəxslərin deportasiyası) Azərbaycan Respublikasına-Bakı şəhərinə gəlmişlər. Həmin hadisələr vaxtı bütün əmlakları Qərbi Azərbaycan, indiki Ermənistanın ərazisində qaldığından, ailələrinə aid bütün sənədlər və digər şəxsi əşyaları evlərində qalmışdır. O cümlədən doğum haqqında şəhadətnamələri də özləri ilə götürə bilməmişlər. Doğum haqqında şəhadətnamə olmadığından heç bir hüquqi məsələləri həll edə bilmirlər. Bu səbəbdən də doğumun qeyd edilməsi faktının tanınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tələbin dəqiqləşdirilməsi barədə xx xxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə onların iştirakları olmadan baxılması, doğum akt qeydlərinin bərpa edilməsi, ata qrafasında X8, ana qrafasında isə X2 qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ərizələrini müdafiə edərək, onların iştirakları olmadan ərizənin təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-5252/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, ərizəçi X3 maraqlı şəxslər X5 və Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “nikah akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi təmin edilərək, X8 ilə X9 arasında 1987-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda nikahın qeydə alınması haqqında akt qeydinin bərpa edilməsi, nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs üzərinə vəzifə kimi qoyulması müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1985-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş Ərizəçi1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan ASAN 2 tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş Ərizəçi3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi2 müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, xx xxxx 1962-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Ərizəçilər Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə, Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə və Ərizəçi3 isə xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuşlar. Ərizəçi şəxslər bacı-qardaşlardır və hamısı onun övladlarıdır. Ərizəçilərin ataları X6r. 1988-ci ilin sonlarında məlum hadisələrlə əlaqədar, yəni Ermənistandan azərbaycanlıların deportasiyası zamanı Azərbaycan Respublikasına gəlmişlər. Həmin hadisələr vaxtı bütün əmlakları və ailələrinə aid bütün sənədlər, o cümlədən doğum haqqında şəhadətnamələri evlərində qalmışdır. Ərizəçi1 və Ərizəçi2 anadan olarkən onun X8 ilə nikahı rəsmiləşdirilməmiş, ona görə də onların soyadları Sadıxov yazılmış, lakin qızı Ərizəçi3 dogulmazdan əvvəl yoldaşı ilə nikahlarını rəsmiləşdirdiklərindən onun soyadı Nəsibova qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, xx xxxx 1963-cü il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuşdur. Ərizəçilər Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə, Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə və Ərizəçi3 isə xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuşlar. Ərizəçi şəxslər bacı-qardaşlardır və hamısı onun uşaqlarıdır. Ərizəçilərin anası X7r. 1988-ci ilin sonlarında məlum hadisələrlə əlaqədar onlar Azərbaycan Respublikasına qaçmışlar. Həmin hadisələr vaxtı bütün əmlakları və ailələrinə aid bütün sənədlər evlərində qalmışdır. Oglanları dogularkən nikahları rəsmi olmadığı üçün analarının soyadları yazılmış, nikahları rəsmiləşdikdən sonra isə qızları Ərizəçi3 dogulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçilər Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə, Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə və Ərizəçi3 xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçilər bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiklərindən, onların doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə arşadırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-5252/2019 nömrəli qətnaməsi ilə X8 ilə X9 arasında 1987-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda nikahın qeydə alınması haqqında akt qeydinin bərpa edilməsi və nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Ərizəçilərdən xx xxxxxx 1985-ci il təvəllüdlü X10 və xx xxxx 1986-cı il təvəllüdlü Ərizəçi2 tərəflərin faktiki nikahlarından anadan olduğundan həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin ata qrafalarında qeyd ananın göstərişi ilə yazılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə və Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri qrafasında anası-“X9” kimi, ata qrafasında isə ananın ərizəsi ilə yazılmalı, Ərizəçi3 xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası-“X8”, anası-“X9” kimi göstərilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə və Ərizəçi2 xx xxxx 1986-cı il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmaları haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçilər Ərizəçi1 və Ərizəçi2 valideynləri qrafasında anası-“X9” kimi, ata qrafası isə ananın ərizəsi əsasında yazılsın. Ərizəçi3 xx xxxxxx 1988-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində Ərizəçi3 valideynləri qrafasında atası-“X8”, anası-“X9” kimi kimi göstərilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar