Məhkəmə qərarları › İş №2(005)-1542/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1542/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1542/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borc” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********41951 Samsung Galaxy A40 markalı telefon üçün 556 (beş yüz əlli altı) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, cəmi 611 manat; ümumilikdə 611 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 641 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41951 Samsung Galaxy A40 markalı telefon almış vo nəticədə 611 (altı yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 577.7 (beş yüz yetmiş yeddi, yetmiş qəp.) manat (10 ay x 57.7 manat + 0.7 manat ilkin ödəniş) İMEİ kodu **********41951 Samsung Galaxy A40 markalı telefon üçün 611 (altı yüz on bir) manat olmaqla ondan, 556 (beş yüz əlli altı) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 21.7 manat təşkil edir. Ödəniş cədvəlini 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı Cavabdeh poçt vasitəsilə məhkəməyə etiraz təqdim edərək, “xxxx'' MMC-nın iddia tələbinin rədd edilməsini və ödədiyi 21 manat pul vəsaitinin ona qaytarılması, “xxxx'’ MMC-dən mənəvi təzminat kimi İphone 12 (ayfon 12) markalı mobil telefonun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadı ilə 2(005)-1542/2021 saylı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bundan sonra məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, “xxxx” MMC-nin barəsində borc tələbinə dair iddianın rədd edilməsini və ödədiyi 21 manat pul vəsaitinin ona qaytarılması, “xxxx'’ MMC-dən mənəvi təzminat kimi İphone 12 (ayfon 12) markalı mobil telefonun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nın direktorunun 20 yanvar 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsində barəsində qaldırdığı borc tələbinə dair iddiası əsassız və qanunsuz hesab etdiyindən rədd edir. Belə ki, “xxxx” MMCnin neçə illərdir ki daimi müştərisi olmuş, tərəfindən götürülmüş kreditlərin ödənilməsində heç bir gecikmə hallarına yol verilməmişdir. Lakin qeyd olunan “Samsung” markalı mobil telefon tərəfindən qəbul edilsədə, yaranmış texniki nöqsanla əlaqədar (14 gün müddətindən gec olmayaraq) 23.02.2020-ci il tarixdə AKT № 5638 əsasında həmin mağazaya qaytarılmışdır. “xxxx” MMC-nin həmin mağazası texniki nasazlıqla əlaqədar (mobil telefonda texniki nöqsan istehsal prosesində yaranmışdır) qəbul edilmiş və iddia olunan mobi telefon digər telefonla əvəz (barter) edilərək götürülmüşdür. İddia edilən həmin telefonla əvəz və ya barter edilmiş mobil telefonun krediti heç bir gecikmə olmadan vaxtında ödənilmişdir. Adət-ənənə qanun deyil, lakin qanun qədər dəyərli və qanun qədər keçərlidir. Qanun insan vətəndaş rifahına xidmət etməlidir. İnsan və vətəndaş rifahına xidmət etməyən qanunu isə bütün klassiklərimiz, dövlət və siyasət xadimləri əsassız hesab etmişlər. Beləki, bəşəriyyətin yaranışından bu günədək həyat xeyirlə şərin mübarizəsi üzərində bərqərar olmuşdur. Lakin şər nə qədər vicdansız olsa belə mübahisələrdə hər zaman xeyir şərə həqiqət yalana qalib gəlmişdir. İnsan ən ali varlıqdır. Buna görə də İnsan və vətəndaş hüquqları dövlətimiz üçün prioritet istiqamətlərdəndir. “xxxx” MMC-nın barəsində Bakı şəhər Nərimanov rayon Məhkəməsində qaldırdıqları borc tələbinə dair iddiası əsassızdır. Hesab edir ki, “xxxx” MMC məqsədyönlü formada böhtan və yalanlar xarakterli məlumatları yaymaqla şəxsinə mənəvi ziyan yetirmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, ona mahiyyəti üzrə baxıb, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 20122792 nömrəli 23.02.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: “Samsung Galaxy A 40 DS” model telefon. İş materiallarında olan 23.02.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20122792 nömrəli Müqaviləyə əsasən “Samsung Galaxy A 40 DS” model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, 20.01.2021-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.02.2020-ci il tarixli müqavilə üzrə borc məbləğini 10 ay müddətinə aylıq 57.7 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 23.02.2020-ci il tarixli müqavilə əsasında “Samsung Galaxy A 40 DS” model telefon almışdır. İş materiallarında olan 23.02.2020-ci il tarixli əlavədən görünür ki, bu əlavə 23.02.2020-ci il tarixli, 20122792 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 577.7 manat təşkil edir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 23.02.2020-ci il tarixli, 20122792 nömrəli müqavilə üzrə 611 manat ödənilməmiş əsas və 55 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 03.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 23.02.2020-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 20122792 saylı, 23.02.2020-ci il tarixli müqavilənin 3.8-ci bəndinə əsasən Əşyaya verilən təminat şərtləri mal ilə birlikdə 'Müştori'-ə verilən zəmanət talonunda göstərilir. İş materiallarında olan 20122792 saylı, 23.02.2020-ci il tarixli müqavilənin 3.9-cu bəndinə əsasən Əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu Müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. İş materiallarında olan 20122792 saylı, 23.02.2020-ci il tarixli müqavilənin 3.11-ci bəndinə əsasən Əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu Müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. “Müştəri” 2.1-ci bənddə göstərilən “Mal”lardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa, hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə, bu zaman güzəştli şərt bilə (ödənişsiz) əldə elmiş olduğu “Mal”lardan «ABC”-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olıııadıqda isə həmin 'Mal'ın bu müqavilənin ayrılmaz, tərkib hissəsi olan müvafiq Əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. İş materiallarında olan 5638 saylı təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh telefonda baş vermiş nasasızlıqla əlaqədar “xxxx” MMC-yə təhvcil vermişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 20122792 nömrəli 23.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə müqavilədə göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı müqavilədə göstərilən şərtlərlə qəbul edir və həmin müqavilənin predmeti olan “Samsung Galaxy A40” markalı mobil telefonun dəyəri olan 577.7 manat məbləğində vəsaiti 10 ay müddətinə aylıq 57.7 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya “xxxx” MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Bundan sonra ilk iddia üzrə Cavabdeh 20122792 nömrəli 23.02.2020-ci il tarixli müqavilənin predmeti olan telefonda qüsurların olmasını bildirərək telefonu cəmiyyətə geri qaytarmışdır. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə 3 gün ərzində yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qeyd edilən cihazın qüsurlu olduğundan geri qaytarıldığını, “xxxx” MMC-yə hər hansı məbləğdə borcunun olmadığını və qeyd olunanların nəticəsi olaraq ona maddi və mənəvi ziyan dəydiyini bildirir və mənəvi ziyanın əvəzi olaraq “İphone 12” markalı telefonun şəxsinə ödənilməsini “xxxx” MMC-dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 571.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə “xxxx” MMC Cavabdeh satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh qeyd edilən əşyanı qüsursuz halda təhvil almışdır. Bundan sonra Cavabdeh qeyd edilən cihazda yaranmış texniki qüsurla əlaqədar mobil telefonu akt əsasında ilk iddiaçıya geri qaytarmışdır. Lakin geri qaytarılan əşya 14 gün müddətində qaytarılsa da, Cavabdeh tərəfindən malın tamlığı ilə bağlı şərtlər pozulmuşdur. Belə ki, mobil telefon geri qaytarılarkən müvafiq qaydada qutusu ilə birlikdə qaytarılmalı olduğu halda (məhkəmə iclasında mobil telefonun qutusunun geri qaytarılmadığı barədə hüquqi fakt tərəflərin izahatları ilə mübahisəsiz qaydada öz təsdiqini tapmışdır) sonuncu tərəfindən həmin öhdəlik yerinə yetirilməmişdir. Bundan əlavə cavabdeh cəmiyyət tərəfindən mübahisəli mobil telefonun təmir edilməsi, istənilən vaxt yenidən ona təqdim edilməsinin mümkünlüyü barədə məlumat verilsə də o bununla razılaşmamışdır. Bu səbəbdən də ilk iddia üzrə Cavabdeh hazırda malın qüsurlu olmasına əsaslanaraq, onun qəbul edilməsindən və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməkdən imtina etmişdir. Bu hal ilk iddia üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən azad edə bilməz. (“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 20122792 nömrəli 23.02.2020-ci il tarixli müqavilənin 3.9-cu, 3.10-cu və 3.11-ci bəndləri) Qeyd olunanlara baxmayaraq, ilk iddia üzrə Cavabdeh əsassız olaraq müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməkdən imtina etmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən ilk iddia üzrə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi “xxxx” MMC-yə ödəməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə Cavabdeh fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırda ilk iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbinin “21 manat pul vəsaitinin ona qaytarılması” hissəsinə münasibətdə məhkəmə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, ilk iddia üzrə Cavabdeh 20122792 nömrəli 23.02.2020-ci il tarixli müqavilə üzrə 556 manat məbləğində əsas, 55 manat məbləğində cərimə, cəmi 611 manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddiaçı Cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 23.02.2020-ci il tarixli, 20122792 nömrəli üzrə 556 (beş yüz əlli) manat məbləğində əsas, 55 (əlli beş) manat məbləğində cərimə, cəmi 611 (altı yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar