Məhkəmə qərarları › İş №2(005)-155/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-155/2023

15.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-155/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı Cavabdeh MMC) qarşı “işə bərpa, son haqq hesabın və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı Cavabdeh MMC) qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin 01 fevral 2022-ci il tarixli TR-007/22 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma üçün əmək haqqının hesablanması və Cavabdeh MMC-nə mühasib vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 01 fevral 2022-ci il tarixli TR-007/22 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma üçün əmək haqqının və son haqq-hesabın düzgün hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-nin onun məcburi iş buraxma müddəti üçün əmək haqqının qanunla 36 saatlıq iş saatının olduğu halda 40 saat işlədildiyi saatların 6228,46 manat pul vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim edərək, 2(005)-155/2023 saylı iş üzrə barışıq razılaşmasının təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı iddia tələbi üzrə qarşı tərəflə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavbadehin nümayəndəsi X3 iddia tələbi üzrə qarşı tərəflə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:

1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 01 fevral 2022-ci il tarixli TR-007/22 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsi və “Gilan beton" MMC-yə (hal-hazırda "xxxx" MMC) mühasib vəzifəsinə bərpa edilməsi hissəsini cavabdehə güzəşt edir.

2. Cavabdeh İddiaçının son-haqq hesabını yenidən hesablayaraq ona ödənilməli olan məbləğin 4000 (dörd min) manat olduğunu qəbul edir.

3. Tərəflər iş üzrə keçirilmiş ekspertiza xərcinin 50%-nin iddiaçıya, digər 50%-nin cavabdehə aid edilməsi barədə razılığa gəldilər.

4. Cavabdeh bu sazişin, 2-ci bəndində qeyd edilən məbləği məhkəmə qərardadı rəsmi qaydada təqdim olunduğu tarixdən hesablanmaqla 10 (on) iş günü müddətində ödəməyi öhdəsinə götürür.

5. İddiaçı Cavabdehin ona ödəməli olduğu pulun məbləğin 4000 (dörd min) manat məbləğində olmasını təsdiq edir və Cavabdehə qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.

6. Cavabdeh tərəfindən ödənişin sazişin 4-cü bəndində göstərilən ən son ödəmə tarixində Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

7. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunur.

9. Tərəflər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş materiallarından görünür ki, mülki iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 noyabr 2023-cü il tarixli 9/8231 №-li rəy verilmişdir. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə bu barədə tərəflər arasında bağlanmış barışıq sazişinin 3-cü bəndini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri kimi 50 manat məbləğin İddiaçı, 50 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı Cavabdeh MMC) qarşı “işə bərpa, son haqq hesabın və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəfər arasında 08 dekabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 01 fevral 2022-ci il tarixli TR-007/22 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsi və “Gilan beton" MMC-yə (hal-hazırda "xxxx" MMC) mühasib vəzifəsinə bərpa edilməsi hissəsini cavabdehə güzəşt edir.

2. Cavabdeh İddiaçının son-haqq hesabını yenidən hesablayaraq ona ödənilməli olan məbləğin 4000 (dörd min) manat olduğunu qəbul edir.

3. Tərəflər iş üzrə keçirilmiş ekspertiza xərcinin 50%-nin iddiaçıya, digər 50%-nin cavabdehə aid edilməsi barədə razılığa gəldilər.

4. Cavabdeh bu sazişin, 2-ci bəndində qeyd edilən məbləği məhkəmə qərardadı rəsmi qaydada təqdim olunduğu tarixdən hesablanmaqla 10 (on) iş günü müddətində ödəməyi öhdəsinə götürür.

5. İddiaçı Cavabdehin ona ödəməli olduğu pulun məbləğin 4000 (dörd min) manat məbləğində olmasını təsdiq edir və Cavabdehə qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.

6. Cavabdeh tərəfindən ödənişin sazişin 4-cü bəndində göstərilən ən son ödəmə tarixində Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

7. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunur.

9. Tərəflər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İddiaçı cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı Cavabdeh MMC) qarşı “işə bərpa, son haqq hesabın və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı 50 (əlli) manat, cavabdeh "xxxx" MMC-dən (əvvəlki adı Cavabdeh MMC) 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar