Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1572/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il dən xx.xx.1995-ci ilə kini Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində baş mexanik vəzifəsində çalışdığım faktı 14 il faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, xx.xx.1981-ci il dən xx.xx.1995-ci ilə kimi Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində baş mexanik vəzifəsində çalışmışdır. Bu faktı təsdiq etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ərizə ilə müraciət etmiş və qurumdan ona verilən cavab da bildirilmişdir ki, "ləğv olunmuş Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.” İşlədiyi faktı iş yoldaşları olmuş X9 və X8 notariusda ərizə verərək xx.xx.1981-ci ildən xx.xx.1995-ci ilə kimi Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində baş mexanik vəzifəsində çalışdığını təsdiq etmişlər. xx.xx.1981ci ildən xx.xx.1995-ci ilə kimi Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində çalışdığı iş stajı müəyyən edilmədiyindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 25 il iş stajı müəyyən olunmadığı əsası ilə yaşa görə pensiya deyil, ona yaşa görə sosial müavinət təyin edilmişdir. Bu faktın təyin edilməsi ona yaşa görə pensiya alması üçün zəruridir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 ərizəyə etiraz edərək, iddianın əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində işlədiyini iddia edir. Lakin ərizəçinin işlədiyini təsdiq edən sənədlər (əmək kitabçası, əmək haqqı cədvəlləri və.s) yoxdur. Həmçinin, əmək kitabçasının olmaması ilə bağlı üzrlü səbəblər qeyd edilməmişdir. Ərizəçi işlədiyi iddia olunan müddətlər yalnız iki nəfər şahidin yəni X9 və X4 ərizəsi ilə təsdiq edilmişdir. Bundan əlavə, Ərizəçi hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmək istədiyi müddət 14 il 6 ay təşkil edir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini tələb etdiyi müddət pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından çoxdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 16-ci bəndində qeyd olunan əsaslardan hər hansı biri qeyd edilməmişdir. Bundan əlavə, qeyd olunan şahidlərin ərizəçi ilə eyni yerdə işləməsini təsdiq edəcək müəyyənedici sənəd yoxdur. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arxiv arayışının surətindən görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. Ərizəçi xx.xx.1978-ci il tarixli, 162 saylı əmrlə xx.xx.1978-ci il tarixdən 2 saylı sexə 4-cü dərəcəli usta köməkçisi vəzifəsinə işə qəbul olunması, 23 06.1981 -ci il tarixli, 109 saylı əmrlə xx.xx.1981 -ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1978,1979,1980,1981-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. İş materiallarında olan, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli, 5/473 saylı məktubun surətindən görünür ki, ləğv olunmuş Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan X2 orqanlara ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizənin surətinə əsasən, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1995-ci ilə dək həqiqətən Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində baş mexanik vəzifəsində işlədiyini X9 qeyd etmişdir. İş materiallarında olan, X1 orqanlara ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizənin surətinə əsasən, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1995-ci ilə dək həqiqətən Azərbaycan SSR Əhaliyə Xidmət Nazirliyinin Trikotaj məmulatlarının tikişi və təmiri fabrikində baş mexanik vəzifəsində işlədiyini X8 qeyd etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası X12 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, o, həqiqətən Bakı şəhəri “Müxtəlif məişət peşələr” İstehsalat Birliyinin (İB) xx.xx.1996-cı il tarixli 54 №-li əmri ilə həmin tarixdən “Afina” kiçik müəssisəsinə müdir təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 383 №-li Sərəncamı ilə “Xidmət” Konserni (keçmiş Əhaliyə Məişət Xidməti Nazirliyi bazasında) ləğv edilərək, müəssisə və obyektləri Dövlət Əmlak Komitəsinin (DƏK) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 116 №-li Sərəncamı və həmin tarixli 58 №-li əmri ilə keçmiş “Xidmət” Konserninin idarə və müəssisələri DƏK-in nəzdində olan Bakı şəhəri Əhaliyə Məişət Xidməti İdarəsinin (ƏMXİ) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 864 №-li sərəncamı və həmin tarixli 197 №-li əmri ilə Bakı şəhəri ƏMXİ ləğv edilərək, onun müəssisə və obyektləri DƏK-in "İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin xx.xx.1999-cu il tarixli 37 №-li əmri ilə “Afina” kiçik müəssisəsinin maddi-məsul şəxsi xx.xx.1999-cu il tarixdən müəssisə özəlləşdiyi üçün Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin 1-ci hissəsinin “a" bəndinə əsasən işdən azad edilmişdir. DƏK-in "İstehsalat və Təsərrüfat" İdarəsinin hüquqi varisi X12 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1995-ci il tarixədək Azərbaycan SSR Əhaliyə Xidmət NazirliyininTrikotaj məmulatlarının tikişi və təmiri fabrikində baş mexanik vəzifəsində işləməsi faktını təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçinin sözügedən müəssisədə iddia tələbində göstərilən tarixlərdə işləməsini ərizələri ilə təsdiq edən şəxslərin ərizəçi ilə eyni dövrdə eyni müəssisədə çalışmalarına dair fakt təsdiqedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də, təqdim edilmiş ərizələr mötəbər hesab etmir və şahid ifadələrini sübut olaraq qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1572/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1572/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver