Məhkəmə qərarları › İş №2(005)-1585/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1585/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1585/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxxxxxxx” firmasının nümayəndəsi və vəkili X1 ştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxxx” firmasına qarşı “artıq ödənilmiş məbləğin geri ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” firmasına qarşı “artıq ödənilmiş məbləğin geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “xxxxxxxxx” firmasından 9576 manat və 30 manat dövlət rüsumunun cəmin 9606 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxx” firması ilə aralarında bağlanmış xx xxxxxxx 2017 -ci il tarixli, 19/A saylı müqaviləyə əsasən İddiaçı tərəfindən müqavilədə qeyd olunan mənzili satın almaq üçün hər kv.metrinə 900 manat, ümümi olaraq isə 91.980 manat ödəniş edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən ödənilmiş 91.980 manat məbləğə görə firma tərəfindən onun mülkiyyətinə sözügedən ünvanda 102.2 kv.m sahəsi olan mənzil təhvil veriməli idi.Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həmin mənzilə çıxarış alarkən ona məlum olmuşdur ki, həmin mənzilin ümumi sahəsi 102.2 kv.m deyil cəmi 91.56 kv.m-dir. Bunula əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə arada olan fərqə əsasən ödənilmiş məbləğin geri qaytarılmasına dair “xxxxxxxxx” firmasına tərəfindən pretenziya məktubu göndərilmişdir. Cavabdeh “xxxxxxxxx” Firması xx.xx.2020-ci il tarixdə ona həmin məbləğin ödənilməsinə imtinaya dair əsassız və qeyri-qanuni cavab məktubu vermişdir. Həmin cavabda mənzilə DƏDRX tərəfindən çıxarış verilərkən mənzilin yalnız faydalı sahəsinin əks etdirildiyi qeyd olunmuşdur. Bununla bağlı DƏDRX-ə müraciət etsə də onlar ona mənzilinin sahəsinin 91.56 kv.m olduğunu qətiyyətlə bildirdilər. Mənzilinin ona məxsus olmasının və sahəsini bildirən yeganə sənəd DƏDRX tərəfindən verilmiş Çıxarışın olduğunu nəzərə alanda həmin mənzili alqı-satqı etmək istədikdə həmin mənzili alan şəxsə 102.2 kv.m deyil 91.56 kv.m kimi satılacaqdır. Heç bir halda ona məxsus mənzilin 102.2 kv.m olduğunu kiməsə sübuta yetirməyi mümkünsüzdür. Çıxarışı aldıqdan sonra onun cavabdeh tərəfindən aldanıldığım məlum olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən bağlanan müqavilənin mövcud bəndinə əməl edilməmişdir. Məhkəmə iclasında İddiaçıi ddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxx” firmasının nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyək, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddia müddəti tətbiq etməklə, iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etdi. Eyni zamanda məhkəməyə etiraz təqdim edərək, İddiaçı tərəfindən bizə qarşı qaldırılmış iddia tam şəkildə əsassızdır. Əvvəla qeyd edilməlidir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından mənzildə yerləşən bəzi sahələr müəyyən əmsallara vurulmaqla hesablanır. Buna görə də mənzilin müqavilədəki faktiki sahəsi ilə hüquqmüəvyənedici sənəddəki, həmçinin texniki pasportdakı sahənin fərqli olması normaldır. Qeyd edilən faktı müəyyən etmək üçün mülkiyyət hüququna dair çıxarışa və texniki pasporta diqqət yetirmək kifayətdir. Belə ki, iş materiallarına əlavə edilmiş mülkiyyət hüququna dair çıxarışda mənzilin ümumi sahəsi 91.56 kv.m göstərilsə də texniki pasportda ölçü fərqlidir. Texniki pasportun “otaqların təyinatı" hissəsində 7-cı sırada Balkonun ölçüsü 2 kv göstərilsə də qeyd hissədədən məlum olur ki, əslində sahə 6.5 kv.mdir. Lakin şəhərsalma qanunvericiliyinə uyğun olaraq balkonun sahəsi 0.3 əmsala vurulmaqla 2 kv.m kimi müəyyən edilir (6.5X0.3 = 2). Eyni zamanda 8-cı sırada Lociyanın sahəsi 2.3 kv.m qeyd edilsə də, həmin sahə əslində 4.5 kv.m-dir. Şəhərsalma qanunvericiliyinə uyğun olaraq lociyanın sahəsi, yəni 4.5 kv.m 0.5 əmsala vurulmaqla 2.3 kv.m müəyyən edilmişdir (4.52X0.5 = 2.3). Beləliklə balkon və lociya birlikdə faktiki 11.02 kv.m olduğu halda müvafiq əmsallara vurulmaqla 6.72 kv.m azaldılmış və 4.3 kv.m kimi müəyyən olunmuşdur. İdiaçının tələb etdiyi 9576 manat, hər kv.m üçün 900 manat nəzərdə tutulduğu halda 10.6 kv.m sahənin dəyəri deməkdir və iddiaçının tələbindən aydın olur ki, tikinti şirkəti ona 10.6 kv.m az sahə vermişdir. Lakin yuxarıda qeyd etdiyi formada pasporta əsasən əmsala uyğun azaldılmış 6.72 kv.m sahəni 10.6 kv.m hissədən çıxdıqda, iddiaçının tələbi üzrə 3.88 kv.m sahə qalır ki, onun da pulla dəyəri 900 manat hesablanmaqla 3492 manat təşkil edir. Bundan başqa qeyd edilən 3.88 kv.m sahə isə mövcud ara divarların və suvağın altında qalan sahədir ki, texniki pasport tərtib edilən zaman həmin sahələri nəzərə alınmayıb. Bundan əlavə iddiaçı mətbəxin yerini dəyişərək, onu mənzildə nəzərdə tutulmuş bir sanitar qovşağına yerləşdirmişdir (layihəyə görə mənzildə 2 sanitar qovşağı nəzərdə tutulur). Mənzilin daxilindəki otaqların ara divarların yerdəyişməsi açıqda qalmalı olan ümumi sahənin azalmasına səbəb olmuşdur. Beləliklə iddiaçının iddia etdiyi 3.88 kv.m sahə mənzilin ara divarlarının və suvağın altında qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, mülkiyyətçinin bu cür yerdəyişmə etməsi, qazdan istifadə qaydalarına və yanğından mühafizə qaydaların, bu sahədə mövcud olan bir çox normativ aktlara ziddir. Belə ki, texniki tapşırıq olmadan mətbəxin və təbii qaz xəttinin yerinin dəyişdirilməsi nəinki qanuna ziddir, hətta bina sakinləri üçün ciddi təhlükə yaradır. İddiaçı tərəfindən bu cür yerdəyişmənin edilməsi təhlükəszlik qaydalarını pozmaqla yanaşı, son nəticədə mənzilin ümumi sahəsinin də dəyişməsinə və mövcud məhkəmə mübahisəsinin yaranmasına gətirib çıxartmışdır. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Etiraz qeyd edilən maddələrin qarşılıqlı təhlilindən görünür ki, iddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümum göstərişlərə uyğun müəyyənləşdirilir” Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “xxxxxxxxx” Firması (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19/A saylı mənzilin müqaviləyə əsasən icraçı Bakı şəhəri, H.Hüseynov küçəsi 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 1-ci blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 102.2 kv.m olan 24 saylı 2 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsininə götürür. Mənzilin təhvil verilməsi, dəyərinin ödənilməsi şərtləri və qaydası tərəflərin qarşılıqlı razılığı əsasında bu müqavilə ilə müəyyən edilir. (müqavilənin 1.1-ci və 1.2-ci bəndləri). Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 900 manat, mənzilinin ümumi qiyməti 91 980 manat məbləğində müəyyən edilir. Müqavilənin 2.11-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmçinin bu müqavilənin məqsədləri üçün mənzilin bayır divarları istisna olmaqla, ara divarlar və məhəccərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 133, M9, m3 mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 133, M9, m3 saylı məznilə dair verilmiş xx.xx.2018-ci tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, mənzilin yerləşdiyi mərtəbə 9, otaqların sayı 2, ümumi sahəsi 91.56 kv.m, yaşayış sahəsi 56.37 kv.m müəyyən edilir. xx.xx.2017-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderinin surətindən görünür ki, X2 ondan ötəri ki, o, həqiqətən Bakı şəhəri, H.Hüseynov 2a küçəsində 16 mərətəbəli 5 bloklu binanın 1-ci blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 102.2 kv.m olan 24 saylı 2 otaqlı mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “xxxxxxxxx” Firması İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19/A saylı mənzilin müqaviləyə əsasən icraçı Bakı şəhəri, H.Hüseynov küçəsi 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 1-ci blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 102.2 kv.m olan 24 saylı 2 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şəertlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsininə götürmüşdür. Mənzilin alqı-satqısı üçün 91980 manat məbləğində pul ödənilmişdir. İddiaçı çıxarış alarkən ona məlum olmuşdur ki, daşınmaz əmlakın ümumi sahəsi 91,56 kv.m-dir. İddiaçı ona məxsus əmlakın kv.m görə artıq ödədiyi pulun 9576 manat cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: (xx.xx.2013-cü il tarixdə qüvvəyə minmiş) 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Sadalananları nəzərə alıb, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması halları müəyyən edilmir. Müqavilə üzrə icraçı mübahisələndirilən mənzili təmirsiz vəziyyətdə sifarişçiyə verməyi öhdəsinə götürmüş və həmin öhdəliyi də icra etmişdir. Mənzilə dövlət reyestr xidməti tərəfindən çıxarış verilərkən ümumi sahəyə daxil olan balkon və lociyanın sahəsi cavabdehin hesablamasında fərqli əmsal ilə hesablanmışdır. (Balkon 2 kv.m x 0.3=2; Lociya 2.3 kv.m x 0.5=2.3) Həmçinin onu da nəzərə almaq lazımdır ki, təmirsiz mənzilin ümumi sahəsi müqavilədə göstərilmiş, mənzil təmir edildikdən sonra müvafiq çıxarış alınmışdır (məhkəmədə mübahisələndirilmir). Digər tərəfdən tərəflər müqavilə bağlayarkən Müqavilənin 2.11-ci bəndini razılaşdıraraq öz sərbəst iradə ifadələrini bildirmişlər. Göründüyü kimi həmin müqavilə hazırda ləğv edilməmiş, etibarsız hesab edilməmiş, qüvvədədir. Bundan başqa məhkəmə cavabdehin iddianın müddəti tətbiq etməklə, iddiadan imtina barədə qərar çıxarılması barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19/A saylı mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisələr əsasında məhkəməyə müraciət etmiş və qanunla müəyyən edilmiş 2 illik iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı mənzilə dair çıxarışı xx.xx.2018-ci il tarixdə almış, güman etdiyi hüquqlarının pozulmasından həmin vaxtdan xəbərdar olmuş, xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia təmin edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxxxxxxx” firmasına qarşı “artıq ödənilmiş məbləğin geri ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” firmasına qarşı “artıq ödənilmiş məbləğin geri ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar