Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1591/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1008 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev 120J ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında problem olması səbəbi ilə X2 nümayəndələri tərəfindən iddiaçıya heç bir xəbərdarlıq və məlumat verilmədən 22.02.2022 tarixdə 8400 kub metr (1008 manat) cərimə ödəməli olmağı bildirilmişdir. Həmin vaxt iddiaçı səhhətində ağırlaşma olduğuna görə X7 stasionarda yatırdı. İ Qarabağ müharibəsi veteranı və İİ qrup əlildir. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları iddiaçı aybaay gecikdirilmədən ödəyib və qaz sayğacına hər hansı kənar müdaxilə etməyib. Azəriqaz İBnin ******* saylı 13.02.2022-ci il tarixli aktı ilə iddiaçıya qaz sərfiyyatına görə 1008 manatın artıq yazılması qeyd olunmuşdur. Belə ki, həmin akta əsasən qaz sayğacının hesablama mexanizminə lenta salındığı göstərilmişdir. X2 əməkdaşları tərəfindən tərtib olunmuş 22.02.2022-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac qazın ödənilməmiş sərfiyyatına görə Zenner G-4T markalı qaz sayğacı yeni sayğacla əvəz edilmişdir. X2 əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı 13.02.2022-ci il tarixli akta əsasən iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacda qaz sayğacının hesablama mexanizminə lenta salındığı göstərilmişdir. Sayğaca iddiaçının tərəfindən heç bir müdaxilə və zədələnmə olmamışdır. X2 13.02.2022-ci il tarixli qərarına əsasən qaz işlədicilərindən PQ4nün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 8400 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 13.02.2022-ci il tarixli ******* saylı akt olmuşdur. X2 saldosuna əsasən iddiaçının ünvanı üzrə tərtib olunan akt üzrə qaz sərfiyyatına görə 1008 manat borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsinə dair yazılı etiraz təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X1rşı (**********31208 istehlakçı hesabı üzrə) hesablanmış 1008 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminə lenta yerləşdirilərək mexanizminin dayandırıldığı aşkar edilmişdir. Bundan sonra qeyd olunan nəticələr 13.02.2022-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Bununla bərabər həmin tarixdə iddiaçının ünvanında çəkilmiş fotoşəkillərdən aydın şəkildə görünür ki, iddiaçı sərf edilən qazın qeydinin qarşısını almaq üçün sayğacın mexanizminə əlavə qurğu yerləşdirmişdir. Eyni zamanda abonentin saldosundan da mübahisəsiz qaydada görünür ki, 2021-ci il ərzində iddiaçının ödənişlərinin az olması, müəyyən aylarda isə ümumiyyətlə ödəniş edilməməsi iddiaçının sayğaca vizual müdaxilə etməsini göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı 2021-ci il ərzində müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə az ödəniş etmişdir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 22.02.2022-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan Təbii X6nın pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı evdə sayğacın hesablama mexanizminə lenta yerləşdirilərək mexanizmi dayandırılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 13 fevral 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 8640 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı sağ beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri diaqnozu ilə 12.02.2022-ci il tarixində X8 müraciət etmiş, 23.02.2022ci il tarixində çıxmışdır. Məhkəmə iclasında iş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı çıxarılmış sayğacın hesablama mexanizminə lenta yerləşdirilərək mexanizminin dayandırıldığı aşkar edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 8640 kub.metr qazın dəyərinin ödənilməsini tələb edilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev fərdi yaşayış evidir, sayğac küçədə yerləşir. Eyni zamanda məhkəmədə o da müəyyən edilmişdir ki, 13 fevral 2022-ci il tarixdə X7 Ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X6»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış 1008 manat borcun silinməsi barədə iddia tələbi də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1008 manat borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********31208 saylı abonent koduna əsassız olaraq hesablanmış 1008 manat borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1591/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1591/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver