Məhkəmə qərarları › İş №2(005)-162/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-162/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-162/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X6” MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X6” MMC-yə qarşı “mənzilin təmiri ilə əlaqədar dəyərin və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” MMC tərəfindən əla təmirli mənzilin verilməsi ilə bağlı müqavilə şərtlərinə əməl edilmədiyinə görə tərtib olunmuş smeta sənədlərinə əsasən ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 139,6 kv.metr olan 3-cü bina, 5-ci blok, 5-ci mərtəbədə yerləşən 15 nömrəli 3 otaqlı mənzilin əla təmirinin dəyəri olan 89.210 (səksən doqquz min iki yüz on) manat pulun və mənzilin təmiri qurtarana kimi müvəqqəti yaşadığı mənzilin kirayə haqqının bir aylıq 600 manat olmaqla, cavabdeh “X6” MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ünvan 5 evin 25 saylı mənzilinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 264 nömrəli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1176 nömrəli rəyinə əsasən Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi “X6” MMC-nin istifadəsinə verilmişdir. Göstərilən sənədlərə əsasən, ona məxsus mənzilin yerləşdiyi bina sökülmüş və ona məxsus mənzilin əvəzinə yeni inşa ediləcək binada ona mənzil verilməsi barədə “X6” MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin predmeti ondan ibarətdir ki, 1.1. bu müqaviləyə əsasən “xxxx” mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 78,4 kv.metr (faktiki - 111 kv.metr) olan 25 saylı mənzili “MMC“xxxx“MMC” isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 139,6 kv.metr olan 3-cü bina, 5-ci blok, 5-ci mərtəbədə yerləşən 15 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə “xxxx”ə təhvil verir (qeyd: əsas tikinti işləri yekunlaşmışdır, təmir işləri gedir). Mənzilin təmirində döşəməyə əla növ palıd parketdən (standart - 47 sm) istifadə olunacaqdır. Binanın tikintisi başa çatmış və mənzilin təmirinə başlanan andan “MMC” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, təmirdə istifadə edilən materiallar aşağı keyfiyyətli materiallardır. Dəfələrlə cavabdehə müraciət edərək təmir işlərinin smeta sənədlərinin tanış olaraq razılaşdırmaq üçün təqdim edilməsini xahiş və tələb etsə də, smeta sənədləri təqdim edilməmişdir. Bu hal isə əla təmirli mənzilin təhvil verilməsini sual altında qoyur. İddiaçı tərəfindən mənzilin əla təmiri ilə bağlı smeta sənədi hazırlanmış və təmirin dəyəri 89.210 manat müəyyən edilmişdir, yəni 1 (b i r ) kv.metrin qiyməti 641 manat edir. Mənzildə müqavilədə göstərildiyi kimi əla təmir aparılmadığından cavabdeh tərəfindən təmirin aparılmasına icazə verilməmişdir. Bu barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Təmir iddiaçı tərəfindən aparılacaqdır. Mənzilin təmir xərci - 89.210 (səksən doqquz min iki yüz on) manat cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa mənzil “xxxxdə təhvil verilənə kimi MMC kirayə haqqı ödəməlidir, lakin 2020-ci il yanvarın 01-dən kirayə haqqı da ödənilmir. Halbuki, müqavilənin 2.1.2-ci bəndinə əsasən, əla təmirli mənzil inşa edilib başa çatanadək və “xxxx”in istifadəsinə verilənədək, MMC “xxxx”ə müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ödəyir. Əla təmirli mənzil inşa edilib başa çatanadək və iddiaçının istifadəsinə verilənədək, cavabdeh “X6” MMC tərəfindən müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla, ona ödənilməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh “X6” MMC tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X6” MMC-nin nümayəndəsi Vəkil2 bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 264 nömrəli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016- cı il tarixli xx/xx-1176 nömrəli rəyinə əsasən Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi “X6” MMC-nin istifadəsinə verilmişdir. Göstərilən sənədlərə əsasən, iddiaçıya məxsus mənzilin yerləşdiyi bina sökülmüş və ona məxsus mənzilin əvəzinə yeni inşa ediləcək binada ona mənzil verilməsi barədə “X6” MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. “X6” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Belə ki, iddiaçı özü ərizə ilə müraciət edərək bildirmişdir ki, təmir işləri dayandırılsın. Ərizədə göstərilmişdir ki, «ona məxsus mənzilin təmirində MMC tərəfinizdən neqativ hallara yol verilməsi və mənzilin təmirində tullantı materiallardan istifadə olunur, halbuki, aralarında bağlanmış müqavilənin şərtlərinə görə MMC, mənzili əla təmirli vəziyyətdə ona təhvil vermək barədə öhdəlik götürmüşdür. Bu səbəbdən Q.Samir MMC-dən mənzilin təmiri ilə bağlı smeta sənədlərini tələb etmişəm, lakin, smeta sənədlərinin təqdim edilməsindən imtina edilmişdir. Bu halda isə məhkəməyə müraciət edəcəyini qeyd etmiş, məhkəmədə işə baxılıb qərar qəbul edilənə kimi mənzildə apardıqları keyfiyyətsiz təmir işlərini dayandırasınız”. Bu səbəbdən, hal-hazırda qeyd edilən mənzildə iddiaçının təqsiri icbatından təmir işləri aparılmır. İddiaçının tələbləri tam əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 3, 25 nömrəli ümumi sahəsi 78.4 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 606 nömrəli reyestr kitabının 55669 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır; İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yaşayış binasında yerləşən ümumi sahəsi 78.4 kv.metr. (faktiki=111 kv.metr) olan mənzili “xxxx” MMC-yə təhvil verməyi, “xxxx” MMC isə həmin mənzilin əvəzində ünvan 3 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 139,6 kv.metr. olan İİİ bina, 5-ci blok, 5-ci mərtəbə yerləşən 15 nömrəli, 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən inşaat işlərinə başlanılan gündən 18 ay ərzində tam təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi barədə öhdəlik götürmüşdür; Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, “xxxx” tərəfindən mülkiyyətində olan yəni, ünvan 4 ünvanında,25saylı mənzili “MMC”-yə təhvil verildiyi gündən başlayaraq ünvan 3 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 139,6 kv.metr olan 3-cü bina, 5-ci blok, 5-ci mərtəbədə yerləşən 15 №-li, 3 otaqlı əla təmirli mənzil inşa edilib başa çatanadək və "xxxx"xxxx"MMC" tərəfindən “xxxx”-ə müvəqqəti yaşadığı mənzilin kirayə haqqını, aylıq 600 manat olmaqla ödəyir. «xxxx»xxxx"MMC" tərəfindən “xxxx”-ə əvvəlcədən ödəniləcəkdir. (qeyd: 2019-cu ilin iyul ayı daxil olmaqla kirayə haqqı ödənilmişdir); İddiaçı “xxxx” MMC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, « Sizin tərəfinizdən 2019-cu ilin dekabr ayının mənzil kirayə haqları ödənilən zaman bildirmisiniz ki, 2020-ci ilin yanvar ayından mənzil kirayə haqqları ödənilməyəcəkdir. Aramızda bağlanmış müqavilələrin şərtinə görə siz, bizə tam təmirli mənzilləri təhvil verməlisiniz. Lakin, mənzillərdə təmir işlərinə təzə başlanılmış və təmir işləri də çox ləng aparılır. Binanın kommunal şəraiti də yoxdur. Həmin mənzillərə 2020-ci ilin yanvar ayından köçüb yaşamaq qeyri-mümkündür. Göstərilənlərə əsasən, mənzil kirayə haqqlarının hansı səbəbdən ödənilməyəcəyi barədə bizə yazılı cavab verməyinizi tələb edirik. Əlavə olaraq, Sizinlə aramızda olan razılığa əsasən siz, mənzillərin təmiri ilə bağlı smeta sənədlərini təqdim edəcəyinizi öhdənizə götürmüşdünüz. Lakin, bu günə kimi həmin sənəd bizə təqdim edilməmişdir. Ona görə də Xahiş edirik, mənzillərin təmiri ilə bağlı smeta sənədlərini də bizə təqdim edəsiniz.» “xxxx” MMC -nin direktoru X4 tərəfindən ünvan 3, 3-cü bina, 5-ci blok, 5-ci mərtəbədə yerləşən 15 nömrəli mənzilin sahibi İddiaçı ünvanladığı xx xxxxxx 2019-ci il tarixli məktubdan görünür ki, “Sizin bizə xx.xx.2019-cu il tarixində ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, 47K nömrəli müqavilənizə əsasən bildirmək istəyirik ki, bizim sizə smeta sənədləri verməyimiz barədə hec bir öhtəliyimiz göstərilməmişdir. Bizim öhtəliyimiz sizin mənzili təmir edib təhvil verməkdir ki, bunu da yerinə yetiririk. Əlavə olaraq bildirmək istəyirik ki, xx xxxxx 2019-cu ildə müraciətinizə şifahi və xx xxx 2019-cu il tarixində yazılı olaraq bildirdiyimiz kimi nümayəndənizi göndərməyinizi dəfələrlə sizə bildirmişik. Siz isə təmir işlərinin aparılmasına bizə icazə verməmisiniz. Əvvəlcə təmir işlərinin özünüz tərəfindən aparılacağını şifahi olaraq bildirirdiniz. Sonradan sizə dəfələrlə müraciətimizdən və danışıqlardan sonra razılaşdıq ki, təmir işlərinə başlayaq. Bütün bunları nəzərə alaraq bildiririk ki, sizin təmir digər xxxxlərin mənzillərinin təmir işlərindən fərqli olaraq 2019-cu ilin dekabr ayının sonuna qədər yekunlaşmayacaqdır. Buıiun səbəbkarı biz olmadığımız üçün sizin kirayə haqqı 2020-ci ilin yanvar ayından dayandırılacaq. Hal hazırda da təmir işlərini ləngidirsiniz (mənzilin daxili arakəsmələrinin dəyişdirilməsi ilə əlaqədar və s.) ustalara sizsiz heç bir təmir işi etmələlərini bildirmisiniz. Xahiş edirik təmir işlərini ləngitməyəsiniz və təmir işləri aparan ustaların işinə maneə yaratmayasınız.» xx.xx.2020-ci il tarixli İddiaçı “xxxx” MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, «Sizin xx.xx.2019-cu il tarixli 187 saylı məktubunuza cavab olaraq bildirirəm ki, mənə məxsus mənzilin təmirində Sizin tərəfinizdən neqativ hallara yol verilir. Belə ki, mənzilin təmirində tullantı materiallardan istifadə olunur. Halbuki, aramızda bağlanmış müqavilənin şərtlərinə görə Siz, mənzili əla təmirli vəziyyətdə mənə təhvil vermək barədə öhdəlik götürmüsünüz. Bu səbəbdən mən, Sizdən mənzilin təmiri ilə bağlı smeta sənədlərini tələb etmişəm. Lakin, Siz, smeta sənədlərinin təqdim edilməsindən imtina etmisiniz. Bu hal isə məni məhkəməyə müraciət etməyə məcbur edir. Ona görə də Sizdən tələb edirəm, məhkəmədə işə baxılıb qərar qəbul edilənə kimi mənzildə apardığınız keyfiyyətsiz təmir işlərini dayandırasınız.» Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/3101 nömrəli rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqatın nəticəsi hissədində 1-ci sual üzrə: ünvan 5 ünvanda yerləşən yaşayış evinin 15 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərini təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 856,00 manat məbləğində olduğu müəyyən edilmiş, 2-ci sual üzrə: ünvan 5 ünvanda yerləşən yaşayış evinin 15 saylı mənzilin daxili divarları üzərində şpaklyovka materialı ilə üzləmə işləri aparıldığnı (digər təmir-tikinti işləri aparılmamışdır) nəzərə alaraq mənzilin təmirinin bu mərhələsində qüsurların mövcud olmadığı müəyyən edilmiş, 3-cü sual üzrə: Mənzillərdə aparılan təmir-tikinti işləri tələb və təklifdən, eləcə də, materialların növlərinin müxtəlifliyindən asılı olaraq dəyişə bildiyini nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən yaşayış evinin 15 saylı mənzilinin tam olaraq təmiri üçün lazım olan təmir-tikinti xərclərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır; “X7” MMC-nin xx.xx.2017-ci il tarixli, ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən, İddiaçı məxsus ünvan 4 ünvanında, 25 saylı mənzilin tikinti-təmir xərcləri xx xxxx 2017-ci il tarixinə 75089,90 (yetmiş beş min səksən doqquz manat doxsan qəpik) manat təşkil edir. İddiaçı cavabdeh “X6” MMC-nə qarşı pilot layihə əsasında mənzilə dair müqavilənin bağlanması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4495/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus Nərimanov rayonu, Təbriz küçəsi ev 99 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 78,4 kv. metr (faktiki sahəsi 111 kv.metr) olan 25 saylı mənzilin əvəzinə ünvan 4 ünvanda inşa olunan 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan təmirli mənzilin verilməsi “X6" MMC-nin üzərinə vəzifə kimi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. xx xxxxx 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, Qasımov X3 rayonu, Təbriz küçəsi, ev 99, 25 nömrəli ümumi sahəsi 78.4 kv.m olan mənziin mülkiyyətçisi olmuş, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə görə qeyd olunan mənzili “xxxx” MMC-yə təhvil verməyi, mənzilin əvəzində ünvan 3 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 139,6 kv.metr. olan İİİ bina, 5-ci blok, 5-ci mərtəbə yerləşən 15 nömrəli, 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən əla təmirli mənzil inşa edilib başa çatanadək müvəqqəti yaşadığı mənzilin kirayə haqqını, aylıq 600 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı “xxxx” MMC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktuba əsasən mənzillərin təmiri ilə bağlı smeta sənədləri cavabdehdən tələb olunmuş, “xxxx” MMC cavab məktubuna əsasən smeta sənədləri verməyə dair öhdəliklərinin olmadığının, təmir işlərinin aparılmasına icazə verilmədiyindən, kirayə haqqının 2020-ci ilin yanvar ayından dayandırılacağı barədə iş üzrə idiaçı xəbərdar olunmuşdur. xx.xx.2020-ci il tarixli İddiaçı “xxxx” MMC-yə ünvanladığı məktuba əsasən o, mənzildə apardığınız keyfiyyətsiz təmir işlərini dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən yaşayış evinin 15 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərini təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 856,00 manat, mənzilin daxili divarları üzərində şpaklyovka materialı ilə üzləmə işləri aparıldığnı (digər təmir-tikinti işləri aparılmamışdır) nəzərə alaraq mənzilin təmirinin bu mərhələsində qüsurların mövcud olmadığı müəyyən edilmiş, Mənzillərdə aparılan təmir-tikinti işləri tələb və təklifdən, eləcə də, materialların növlərinin müxtəlifliyindən asılı olaraq dəyişə bildiyini nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən yaşayış evinin 15 saylı mənzilinin tam olaraq təmiri üçün lazım olan təmir-tikinti xərclərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. İddiaçı tərəfindən təqdim olunan “X7” MMC-nin xx.xx.2017ci il tarixli, ekspet rəyinə görə İddiaçı məxsus ünvan 4 ünvanında, 25 saylı mənzilin tikintitəmir xərcləri xx xxxx 2017-ci il tarixinə 75089,90 (yetmişq beş min səksən doqquz manat doxsan qəpik) manat təşkil etməsi göstərilmişdir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq iddia tələbinin «ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 139,6 kv.metr olan 3-cü bina, 5-ci blok, 5-ci mərtəbədə yerləşən 15 nömrəli 3 otaqlı mənzilin əla təmirinin dəyəri olan 89.210 (səksən doqquz min iki yüz on) manat pulun» ödənilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 425.1-ci maddəsinə əsasən hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qeyd edilən müqavilə öhdliklərini yerinə yetirmiş, müqavilə öhdəliyini pozmamışdır. İddiaçı mənzilin əla təmirli vəziyyətdə 18 ay müddətinə onun mülkiyyətinə verilməsi barədə cavabdehin öhdəliyinin olmasına istinad etsə də, iş materialları, ekspert rəyi ilə müəyyən edilir ki, “xxxx” MMC-nin mənzildə apardığı apardığı təmir xərclərinin hazırkı dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 856,00 manatdır. Mənzil təmir olunmadığı halda, iddiaçının təmirin keyfiyyətsiz olmasını bildirməsi və cavabdehdən əla təmirinin dəyəri olan 89.210 (səksən doqquz min iki yüz on) manat pulu tələb etməsi əsassızdır. İddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin cavabehdən tələb olunması hüququnun daşıyıcısı olsa da, mənzilin təmiri üçün 89.210 (səksən doqquz min iki yüz on) manat pul xərcləməli olmasını müqavilə üzrə şərtləndirməmiş, cavabdehin göstərilən müqavilə əsasında iddiaçının mənzilini keyfiyyətsiz təmir etməsi müəyyən olunmamışdır. Digər tərəfdən, iddiaçı tərəf mənzilini keyfiyyətsiz təmirinin dayandırılması barədə cavabdehə məktubla müraciət etmiş, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin vaxtında icra edilməməsi İddiaçı təqsiri ucbatından baş vermişdir. Buna görə də iddia tələbi qeyd edilən hissələrdə də təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ekspert rəyi ilə ünvan 5 ünvanda yerləşən yaşayış evinin 15 saylı mənzilin daxili divarları üzərində şpaklyovka materialı ilə üzləmə işləri aparıldığnı (digər təmir-tikinti işləri aparılmamışdır) nəzərə alaraq mənzilin təmirinin bu mərhələsində qüsurların mövcud olmadığı müəyyən edilmiş, belə olan halda, iddiaçının mənzilin təmirinin cavabdeh tərəfindən keyfiyyətsiz aparması barədə dəlili əsassızdır. Müqavilə tərəfləri arasında mənzilin əla təmin olunması barədə müqavilə şərti olmasa belə, həmin təmir üçün konkret məbləğ, smeta xərci razılaşdırılmamışdır. Məhkəmə iddia tələbinin «mənzilin təmiri qurtarana kimi müvəqqəti yaşadığı mənzilin kirayə haqqının bir aylıq 600 manat olmaqla, cavabdeh “X6” MMC tərəfindən ona ödənilməsi» hissəsinə münasibətdə iddia tələbini əsaslı hesab etmir, belə ki, iş materiallarında, tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci il yanvarın 01-dən kirayə haqqı da ödənilmir. Lakin “xxxx” MMC İddiaçı xx xxxxxx 2019-ci il tarixli məktubla müraciət edərək təmir işlərinin aparılmasına icazə verilmədiyini, təmirin digər xxxxlərin mənzillərinin təmir işlərindən fərqli olaraq 2019-cu ilin dekabr ayının sonuna qədər yekunlaşmayacağını, kirayə haqqı 2020-ci ilin yanvar ayından dayandırılacağı göstərilmişdir. Beləliklə, müqavilə öhdəliyinin vaxtında icra olunması və mənzilin təmir olunaraq İddiaçı verilməsində “xxxx” MMC-nin hərəkətsizlik etməsi müəyyən olunmamışdır. Bu baxımdan “xxxx” MMC İddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq əlavə kirayə haqqını ödəmək öhdəyi daşıya bilməz. Tərəflər arasında olan müqavilənin 2.1.2-ci bəndinə görə mənzil “MMC”-yə təhvil verildiyi gündən başlayaraq əla təmirli mənzil inşa edilib başa çatanadək mənzilin kirayə haqqının aylıq 600 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin qeyd olunan şərtinin vaxtında icra olunmasına İddiaçı tərəfindən maneçilik yaradıldığından cavabdeh 2020-ci ilin yanvar ayından kirayə pulunun ödənilməsi öhdəliyi daşımır. Buna görə də iddia tələbi həmin hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “X6” MMC-yə qarşı “mənzilin təmiri ilə əlaqədar dəyərin və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “X6” MMC-yə qarşı “mənzilin təmiri ilə əlaqədar dəyərin və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (yüz) manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar